Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-27/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı:XXX Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-27/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)3621/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən, 349.3 kv.metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanılmış 11 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 55.000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh isə məhkəmədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia verərək, ünvan 2 ünvanda yerləşən 349,3 kv.metr qeyri-yaşayış sahəsində n təyinatı üzrə istifadənin mümkünsüz edən tikililərin sökülməsi, həmin sahəyə maneəsiz giriş-çıxışın təmin edilməsi ilə sahənin iddiaçıya təhvil verilməsi və bu günədək həmin sahədən istifadənin mümkünsüz olması nəticəsində iddiaçıya dəymiş 58.000 manat maddi ziyanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.R.Abbasova) ilkin iddia qismən təmin edilərək, tərəflər arasında bağlanılmış ünvan 2 ünvanında yerləşən, 349.3 kv.metr qeyri-yaşayış sahəsinin alqısatqısına da ir 11 yanvar 2017-ci il tarixli müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 2 ünvanda yerləşən 349,3 kv.metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında notarial qaydada təsdiq edilməklə 11 yanvar 2017-ci il tarixli alqı-satqı müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə qeyri-yaşayış sahəsinin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilib. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra Cavabdeh sözügedən qeyri-yaşayış sahəsi barədə bütün öhdəliklərini və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi, alınmış qeyri-yaşayış sahəsinin dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 faiz də nəzərə alınmaqla 150.000 manatı müqavilə bağlandığı andan 30 gün müddətindən gec olmayaraq və yaxud 13 fevral 2017-ci il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməyi öhdəsinə götürüb. Lakin, Cavabdeh qeyd olunan qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 11 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə müvafiq olaraq qeyri-yaşayış sahəsinin satış qiyməti olan 150.000 manatdan 60.000 manatını ödəyib. Mülki qanunvericiliyə görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşması halıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkincisi, Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasının sübuta yetirilməsi halıdır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o, zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncüsü, Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəy işməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Göründüyü kimi Cavabdeh üzərinə götürdüyü öhdəliyini tam icra etməyib və sözügedən müqaviləni əhəmiyyətli dərəcədə pozub və beləliklə də Əmlak Məsələləri Dövlət Komitəsinin müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranıb. Eyni zamanda, Cavabdeh ona Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz hərəkətləri nəticəsində zərər dəydiyini iddia etsə də tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Ona görə də ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.2, 442, 443.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsasl andırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 422.1, 422.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunan hissəsində, habelə qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianı n təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllən in 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavi lə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bi rbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan, qarşılıqlı iddia nın rədd olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı onun kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüqu q normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən 349,3 kv.metr qeyri-yaşayış sahəsinə dair tərəflər arasında notarial qaydada təsdiq edilməklə 11 yanvar 2017-ci il tarixli alqısatqı müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə qeyri-yaşayış sahəsinin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilib. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra Cavabdeh sözügedən qeyri-yaşayış sahəsi barədə bütün öhdəliklərini və borcları üzrə məsuliyyəti öz üzərinə götürməyi, alınmış qeyri-yaşayış sahəsinin dəyərini, yəni hərracd an əvvəl beh kimi ödənilmiş 10 faiz də nəzərə alınmaqla 150.000 manatı müqavilə bağlandığı andan 30 gün müddətindən gec olmayaraq və yaxud 13 fevral 2017-ci il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına köçürməyi öhdəsinə götürüb. Lakin, Cavabdeh qeyd olunan qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 11 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə müvafiq olaraq qeyri-yaşayış sahəsinin satış qiyməti olan 150.000 manatdan 60.000 manatını ödəyib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb h aqlı olaraq qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin irəli sürdüyü faktiki hallar, ilk iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin mənasına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi, Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o, zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli d ərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Həmin Məcəllənin 422.2 və 422.2.3-cü maddələrinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəra itə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olub. Bel ə ki, Cavabdeh sözügedən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyib, yəni sözügedən qeyri-yaşayış sahəsinin dəyərini tam məbləğdə Əmlak Məsələləri Dövlət Komitəsinə ödəməyib və nəticədə qeyd olunan müqaviləni əhəmiyyətli dərəcədə pozub. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yuxarıda göstərilən maddələrin tələblərinə uyğun olaraq sözügedən müqavilənin ləğv edilməsini tələb etmək hüququ yaranıb. Daha sonra, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın rədd olunması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd eğtmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünki iddia tələbinin qanun i əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gət irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasınd a səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh kassasiya şikayətində Əmlak Məsələləri Dövlət Komitəsindən satın aldığı qeyri-yaşayış sahəsində uşaq bağçası açıb gəlir götürmək niyyətində olduğunu, sonuncunun həmin müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün həmin gəlirdən yararlana bilmədiyini, qeyriyaşayış sahəsinə giriş-çıxışın texniki vəziyyə tinin müəyyən olunmadığını, qeyri-yaşayış sahəsinin ona təhvil verilmədiyni və sair göstərsə də, tələb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən id diaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra edib 13 fevral 2017-ci il tarixədək qeyd olunan qeyri-yaşayış sahəsinin cəmi dəyəri olan 150.000 manat pul vəsaitini Əmlak Məsələləri Dövlət Komitəsinə ödəməməsi, habelə ötən müddət ərzində sonuncudan həmin müqavilənin icrasını tələb etməməsi və sair hallar kassasiya şikayətinin dəlillərinin əsaslı olması nəticəsinə gəlməyə əsas vermir. Bu baxımd an kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-3621/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-27/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-27/2022
18.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver