Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-270/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il ta rixli, 2(103)4401/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X4 07 aprel 2021-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-nin Yevlax filialına traktorçu vəzifəsinə işə qəbul edilmişdir.
2. X4 22 iyul 2021-ci il tarixdə saat 13.00 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 1-ci kilometrində idarə etdiyi MTZ-80X markalı, 90-F-872 dövlət qeydiyyat nişanlı traktorla Yevlax istiqamətində hərəkət edərkən, traktora qoşulu olan kultivatorun dəmir hissəsi ilə yolun kənarında dayanmış piyada İddiaçı dəymiş, nəticədə sonuncuya sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığ ı, sağ mil sümüyünün az yerdəyişən sınığı xəsarəti yetirilmişdir.
3. Həmin fakt üzrə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək, cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Türkiyə Respublikasında əməli yyat olunması üçün əməliyyat xərci olan 51000 manat, Türkiyəyə gediş-gəliş xəstəxana məsrəfləri üçün 10000 manat, müalicə məsrəflərini qarşılamaq üçün bankdan götürülmüş olan 10500 manat məbləğində kredit məbləğinin, əmək qabiliyyətinin itirildiyi 8 ay müddətində hər ay 724,1 manat olmaqla, cəmi 5792,8 manat, mənəvi zərər üçün 20000 manat olmaqla, cəmi 97292 manatın və iddia ərizəsinin verildiyi gündən iddiaçının əmək qabiliyyətinin bərpa olunacağı günə qədər hər ay 724,1 manat sabit pul məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 22 iyul 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına səbəb olmuşdur. İddiaçı “So l dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı” diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, həmin tibb müəssisəsində 02 avqust 2021-ci il tarixdə iddiaçıya “Dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi” cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra iddiaçı onun dirsək sümüyünün əvvəlki kimi qalması və vəziyyətində yaxşılaşma olmaması səbəbindən əməliyyatı icra etmiş həkim Fikrət Bayramova müayinə üçün müraciət etmiş, ona sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyü osteotomiyası və ostesintezi məsləhət görülmüşdür. O, ölkə ərazisində oynaq və dirsək sahəsində ixtisaslaşmış əksər xəstəxana və həkimlərin qəbulunda olmuş, ona qolu və dirsəyinin endoprotez əməliyya tının edilməsi tövsiyə olunmuş, lakin bu əməliyyatın Azərbaycanda həyata keçirilmədiyini bildirmişlər. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunmasına baxmayaraq qolu və dirsəyi düzəlməmiş, qolunu normal hərəkət etdirə bilməmiş, ağrıları dözülməz olmuş, endoprotez əməliyyatı ölkədən xaricdə edilməlidir. Türkiyə Cümhuriyyətində yerləşən “X7” Tibb müəssisəsindən 28 yanvar 2022ci il tarixdə alınmış Proforma İnvoice-dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30000 ABŞ dolları (51000 manat ekvivalenti) təşkil edir. İddiaçının əməliyyat və müalicə xərclərinin bir hissəsini qarşılamaq üçün onun həyat yoldaşı 10500 manat məbləğində "xxxx" QSC-dən kredit götürmüşdür. Həmin məbləğ tamamilə xəstəxana xərcləri və müalicələrin bir qisminə sərf olunmuşdur. 6. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli məktubuna əsasən, sol dirsək oynağının endoprotezi xidməti “Xidmətlər Zərfi”nə daxil deyil, lakin sağ mil sümüyünün osteotomiyası və osteosintezi xidmətləri “Xidmət Zərfi”nə daxildir.
7. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli rəyinə əsasən Elmi-Tədqiqat Travmatologiya və X2 Kərimovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 26 iyul 2021-ci il tarixdə İnstitutun travmatologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol dirsək sümüyünün dirsək çıxıntısının çıxığı. Sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqno za uyğun olaraq xəstənin üzərində “Metal lövhə ilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sol dirsək oynağında deformasiya, açıcı-bükücü kontraktura və dirsək sümüyünün qeyri düzgün bitişməsinin olduğu müəyyən edilmişdir ki, bu da travmanın ağırlığı ilə əlaqədar yaranmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Cərrahiyyə əməliyyatının aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür. Sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
8. Cavabdehin təqdim etdiyi “X8” Hospitalının 07 fevral 2023-cü il tarixli məktubuna görə, h əmin Xəstəxanada “Dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının qiyməti 5000 manatdır. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti bu məbləğə daxil deyildir. Endoprotezin qiyməti həkim müayinəsindən sonra təyin olunur.
9. Cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin (Avropa Hospital) 08 fevral 2023-cü il tarixli məktubuna görə, “Dirsək artroplastiyası total, çətin dirsək (həddindən artıq kontraktura)” cərrahiyyə əməliyyatının məbləği mövcud preyskuranta əsasən 3000-4000 manat təşkil edir. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti haqqında məlumatı isə müvafiq tibbi ləvazimat təchizatı şirkətlərindən ala bilərlər.
10. Cavabdehin təqdim etdiyi “X1 İmplant Company AOTİC” MMC-nin 08 fevral 2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh MMC-yə lazım olan dirsək protezi Türkiyə is tehsalıdır və qiyməti 2000-2500 manat aralığında dəyişir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(006)100/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi zərər qismində cəmi 7500 manat, mənəvi zərər qismində 2500 manat, ümumilikdə 10000 manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə istinad edərək qeyd etmişdir ki, araşdırma zamanı bu ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
13. Məhkəmə, cavabdehin nümayəndələrinin əlavə məhkəmə-tibb eksper tizasının təyin edilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, vəsatət kifayət qədər əsaslandırılmamış, təmin edildiyi halda isə məhkəmənin işin əlavə olaraq yenidən uzadılması ilə nəticələnəcəkdir. Belə ki, verilmiş əlavə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə vəsatətdə edilmiş əməliyyatın qüsurlu olmasına yenidən sual olaraq qaldırılmışdır ki, bu da ilkin məhkəmə-tibb ekspertizasının keçirilməsi zamanı məhkəmə tərəfindən qoyulmuş 2-ci sualda öz əksinin tapmışdır. Həmçinin, məhkəmə tərəfindən məhkəmə-tibb ekspertizasının qarşısında qoyulmuş digər suallar da kifayət qədər mülki işə hüquqi qiymət verməyə kifayət etmiş və ekspertin rəyi də natamam olmamaqla məhkəmə üçün aydın olmuşdur.
14. Məhkəmə iddianın ikinci hissəsini təşkil edən Türkiyə Respublikasına g edibgəlmək üçün məsrəflərə görə 10000 manat pulun tutulması hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, iddiaçının ehtiyacı olan “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatın ölkə daxilində həyata keçirilməsinin mümkünlüyü bildirilmiş, hətta iddiaçı tərəf bu əməliyyatın heç bir həkim tərəfindən edilə bilməməsi bildirilsə də, cavabdeh tərəfindən təqdim edilmiş “Bona Dea” Hospitalı tərəfindən verilmiş arayışdan görünür ki, “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının qiymətinin 5000 manat olmaqla həyata keçirilməsinin mümkünlüyü qeyd edilmişdir. Digər diqqətedici məqam ondan ibarət olmuşdur ki, iddiaçının əməliyyatının Türkiyə Respublikasında edilməsinin vacibliyi barədə məhkəməyə təqdim edilən xəstəxana ilə ölkə daxilində əməliyyatın edilməsi mümkün olan xəstəxana eynilik təşkil etmişdir (hər iki xəstəxananın (hospitalın) LİV xəstəxanalar qrupuna aid olması sənədlərlə müəyyən edilir). Bu isə ona dəlalət edir ki, qeyd olan “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının ölkə daxilində “LİV” xəstəxanalar qrupunda (“Bona Dea” Hospital) edilməsi tamamilə mümkün olmaqla, Türkiyə Respublikasında əməliyyatına ehtiyac qalmamışdır.
15. Məhkəmə iddianın müalicə məsrəflərini qarşılamaq üçün bankdan götürülmüş pulun ona ödənilməsi hissəsini də əsassız hesab edərək göstərmişdir ki, qeyd olunan kredit müqaviləsi bankla iddiaçı arasında sırf əməliyyat məsrəfləri üçün (təyinatı əməliyyat üzrə göstərilməməklə) bağlanmam ış, hətta kredit götürən şəxsin iddiaçının özü olmamaqla istehlak məqsədləri üçün götürülməsi müəyyən edilmişdir.
16. Məhkəmə iddianın (əmək qabiliyyətini itirdiyi üçün 8 ay müddətində hər ay 724,10 manat hesablanmaqla pulun ödənilməsi) və sonuncu tələbi olan əmək qabiliyyəti bərpa olunana kimi aylıq 724,10 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf həqiqətən rəsmi gəlirinin aylıq 724,10 manat olmasını, qəza hadisəsi baş verməsəydi onun sonuncu işinin davam etdirəcəyinə dair hər hansi mötəbər sübutu təqdim etmədiyindən iddia tələbi bu hissələrdə təmin edilə bilməz.
17. Birinci instansiya məhkəməsi iddianın ilkin hissəsini təşkil edən 51000 manat maddi ziyan tələbi üzrə qeyd etmişdir ki, iddia tələbi qismən əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı 51000 manatın tam hissəsini sübuta yetirə bilməmiş, onun Türkiyə Respublikasında əməliyyata zərurətin olmadığı müəyyən edilmiş, əməliyyat xərcinin isə 5000 manat olması, əməliyyata lazım olan dirsək protezinin qiymətinin isə maksimum 2500 manat qiymətə olması müəyyən edilmişdir. Bu halda isə iddiaçının iddiası qismən əsaslı hesab edilməklə, maddi ziyan olaraq 7500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə iddia tələbinin 20000 manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının cərrahiyə əməliyyatı nəticəsində keçirdiyi ağrılar, hazırki əziyyət, ağrılar və stresslər iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı və həmçinin cərrahi əməliyyat nəticəsində iddiaçının ç əkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Bu səbəbdən, vurulmuş mənəvi zərərin 2500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1112, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1 217.2-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(006)-100/2023 nömrəli qətnaməsini n ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim S.X.Bəhramzadənin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4401/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(006)-100/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, həmin məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş h allardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4401/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1099.1, 1099.2 və 1108.2-ci maddələrinin, Əmək Məcəlləsinin 103-cü maddəsinin 1 və 5-ci hissələrinin, Mülki Prosessual Məcəllənin 387.1ci maddəsinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarının tələbləri pozulmuşdur.
25. Belə ki, cavabdeh Cəmiyyətin Yevlax filialının traktorçusu X4 22 iyul 2021-ci il tarixdə saat 13.15 dəqiqədə filialın traktorunu hər hansı əsas olmadan idarə etməklə yolnəqliyyat hadisəsi törətmiş, hadisənin məhz həmin saatda baş verməsi traktorlara quraşdırılan CPS məlumatları və hadisə barədə Yevlax rayon Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapit anı Ş.Osmanovun yol nəqliyyat yerinə baxış keçirilməsi haqqında 22 iyul 2021-ci il tarixli protokolu ilə öz təsdiqini tapır. Hadisənin bilavasitə işəgötürənin tapşırıqlarının yerinə yetirildiyi, onun nəzarəti altında və bilavasitə iş vaxtı ərzində törədildiyi sübuta yetirilmədiyindən, məhkəmənin qətnaməsi əsaslı hesab etmək olmaz. Hadisənin baş verdiyi vaxtın işçinin bilavasitə fasilə, istirahət vaxtına təsadüf etdiyini və işəgötürənin hər-hansı tapşırıqlarını yerinə yetirmədiyi məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə tərəfindən həmin hallar üzrə araşdırma aparılmamışdır. İşçinin zərər vuran hərəkətlərinin işəgötürənin fəaliyyət dairəsinə aid olmaması, işçinin əmək və xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, zərərin əvəzinin ödənilməsinin bilavasitə zərərvuran (işçi nin) üzərinə düşdüyü qeyd edilmişdir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçının dirsək sümüyünün qeyri-düzgün birləşməsi və cərrahiyyə əməliyyatına ehtiyacın olmasına dair birinci instansiya məhkəməsi zamanı təyin edilən məhkəmə-tibb ekspertinin rəyində qoyulmuş suallara tam və ətraflı cavab verilməməsi səbəbindən əlavə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Belə ki, iddiaçı 6 aydan çox bir müddət ərzində həkimə müraciət etməməsi, həkim təyinatından kənar dirsək sümüyünün qeyri-düzgün birləşməsinin səbəbləri aydınlaşdırılmadan hazırkı iş üzrə obyektiv nəticəyə gəlmək mümkün deyildir. Yaranmış patoloji vəziyyət bilavasitə iddiaçının qəsdi nəticəsində meydana gəldiyindən, bu vəziyyətə görə cavabdeh tərəf məsuliyyət daşıya bilməz.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Cavabdeh İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını obyektiv, hərtərəfli və tam araşdırmış, işin hallarına uyğun məhkəmə aktı qəbul etmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödən ilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülk i hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır v ə əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüks ək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.
36. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Belə məsuliyyət növlərindən biri işəgötürəni n öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir.
37. Konstitusiya Məhkəməsi 18 aprel 2022-ci il tarixli qərarında izah etmişdir ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəs i öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
38. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyini hazırki işə tətbiq etməklə, məhkəmə kollegiyası qeyd ed ir ki, iddiaçının xəsarət almasına səbəb olan hadisəni törədən şəxsin kassatorun işçisi, hadisənin törədilməsi zamanı istifadə olunan nəqliyyat vasitəsinin və qurğunun – onun əmlakı olması cavabdeh tərəfindən mübahisələndirilmir. Bu zaman cavabdeh Mülki Məcəllənin qeyd olunan müddəasına görə işçisinin vurduğu zərərin ödənilməsi üçün məsuliyyət daşıyır.
39. Yol-nəqliyyat hadisəsinin nahar vaxtı baş verməsi özü-özlüyündə işəgötürənin məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, nahar vaxtı olsa da, işçinin həmin zaman nəqliyyat vasitəsini vəzifələrin icrası ilə bağlı deyil, şəxsi məqsədlər üçün idarə etməsi, cavabdeh MMC-nin isə bununla bağı işin lazımi qaydada təşkil etməsi sübut olunmalı idi ki, cavabdeh buna dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
40. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası əsaslı olaraq qətnaməsində iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə istinad etmişdir.
41. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
42. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
43. İddiaçıda müəyyən olunan patoloji vəziyyətin bilavasit ə öz təqsiri nəticəsində yaranmasına dair dəlil əsassızdır. Belə ki, iddiaçıda sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı xəsarətləri məhz yol-nəqliyyat hadisəsi nəticəsində yaranmışdır ki, yuxarıda qeyd olunduğu kimi buna görə məsuliyyəti cavabdeh daşımalıdır. İddiaçının hazırki patoloji vəziyyəti isə həmin xəsarətdən irəli gəlmişdir.
44. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişlər.
45. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-4401/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.