Məhkəmə qərarları › İş №2(102)-2701/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2701/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2701/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşağın valideynlərdən kimin yanında qalmasının müəyyən edilməsi, alimentin məbləğinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması, alimentin miqdarının dəyişdirilməsi, uşağın atanın himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(103)-509/2023 nömrəli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 5 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2015-ci il tarixdə rəsmi nikah daxil olmuş və birgə nikahdan 3 uşaqları - Nərgiz Ağayeva, Lalə Ağayeva, Uğur Ağayev anadan olmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, tərəflər arasında 27 mart 2015-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 696 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 09 sentyabr 2015-ci il təv əllüdlü X9, 29 noyabr 2016-cı il təvəllüdlü X6 və 08 sentyabr 2018-ci il təvəllüdlü X8 adlı uşaqların anaları Cavabdeh yanında saxlanmaları müəyyən edilmiş, 09 sentyabr 2015-ci il təvəllüdlü X9, 29 noyabr 2016-cı il təvəllüdlü X6 və 08 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının başlanğıcı 07 yanvar 2021-ci il tarixdən hesablanması qət edilmişdir.

3. Yetkinlik yaşına çatmayanın reabilitasiya və sağlamlığının bərpası xidmətlərinin göstərilməsinə dair 15/21XM saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Nərgiz Ağayeva PM Akademiyada ("xxxx" MMC) xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ABA Terapiya xidməti növündə müayinə və müalicədə olmuşdur. 4. 297 nömrəli körpələr evi-uşaq baxçası tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubuna əsasən, xx.xx.2016-cı il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən bağçaya qəbul olunmuş və ilk gündən etibarən Nərgiz Ağayeva atası Vüsal, ata nənəsi və ata babası tərəfindən bağçaya gətirilib-aparılmışdır.

5. PM Akademiya tərəfindən verilmiş Psixoloji Xidmət və X11 X3 əsasən, xx.xx.2016-cı il təvəllüdlü Nərgiz Ağayevanın xronoloji yaşı 54 ay olsa da, ümumi inkişaf yaşı 30 aylıq göstərməkdədir. Müayinə və müalicələrdən sonra isə xronoloji yaşı 57 ay, ümumi inkişaf yaşı 47 aylıq göstərməklər, 17 ay irəliləmə müşahidə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi, xx.xx.2021-ci il tarixdən aylıq qazancından artıq tutulmuş aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması və ödəməli olduğu aliment məbləğinin həcmini azaldaraq əmək haqqının 1/3 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəflər bir müddət mehriban yaşasalar da, sonradan aralarında münasibətlər pozulmuş, cavabdeh heç bir ciddi əsas olmadan övladlarını götürərək ata evinə getmişdir. Daha sonra nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqların ananın himayəsində sa xlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment hər ay iddiaçının qazancının yarısının tutulması, tutmanın xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Lakin qızları Nərgiz Ağayeva autizim xəstəliyindən əziyyət çəkdiyindən cavabdeh onu aparmamış, digər övladları Uğur və Laləni isə özü ilə aparmışdır. Nərgiz Ağayeva xəstə olduğundan psixoloji mərkəzlərə aparılmalı, pedaqoqlarla görüşməli, müayinə və müalicə olunmalıdır. Xəstəlikdən əziyyət çəkən uşaqların xüsusi ana qayğısına ehtiyacı vardır. Anası isə uşağa əziyyət çəkmək istəməyərək asan yola əl ataraq onu iddiaçının yanında qoyaraq getmişdir. Lakin iddiaçı uşağın anasız böyüməməyini düşünərək uşağı anasının yanına göndərmiş, o, isə uşağı aparan şəxsə “mənim gedən yerim var, onu apar evlərinə” cava bını vermişdir. Nərgiz Ağayevaya iddiaçı, nənəsi və babası baxır, onun qayğısına qalır, uşağı psixoloji mərkəzlərə, loqopedə, müxtəlif həkimlərə, baxçaya aparır, onun bütün madi ehtiyaclarını qarşılayırlar. Belə ki, mədaxil qəbzlərinə əsasən, "xxxx" MMC-yə Nərgiz Ağayevanın müalicə və müayinəsinə görə, 2021-ci ilin iyul ayı üçün 510 manat, avqust ayı üçün 331 manat, sentyabr ayı üçün 350 manat ödəniş edilmişdir. Həmçinin 2021-ci ilin iyun ayında Fetal Mərkəzdə müayinə üçün 90 manat ödəniş edilmişdir. O, bir ata kimi qızının sağlam olması üçün əlindən gələn hər şeyi edir. Həmçinin, uşaq onun yanında qalsa da, uşağın bütün xərcləri onun tərəfindən qarşılansa da, əsassız olaraq hər ay cavabdehə pul ödənilir. O, isə alimenti alaraq xərcləyir. Bununla bağlı iddiaçı icra məmuruna müraciət etsə də, məhkəmə qətnaməsi olduğundan alimentin azaldılması mümkün olmamışdır. Məhkəmə tərəfindən xx.xx.2016-ci il təvəllüdlü X2 yanında qalması həmin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi məqsədilə alınmış Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 04/06-13-8-11-31/895 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58 və 60-cı maddələrini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2016-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, körpə yaşlarından uşaqların daha çox ana qayğısı və sevgisinə ehtiyacları olduğu bir zamanda ana tərəfindən üç ay davamlı onları ata h imayəsində qoyması, eyni zamanda 1 ilə yaxın müddətdə səhhətində problemi olan övladı – Nərgizi ata və onun valideynlərinin himayəsində qoymaqla, səhhəti ilə maraqlanmaması, sağalması üçün tədbirlər görməməsi, onun valideynlik bacarıqlarının zəif olmasına dəlalət edir. Hal-hazırda Nərgizin yaş həddi məktəbəqədər hazırlıq dövrünə aiddir. Bu yaşda uşaqların fiziki və psixi inkişafında kifayət qədər dəyişikliklərin, inkişafın baş verdiyi və məktəb həyatında hazırlıqların edildiyi dövrdür. Nərgizin məktəb həyatına tam hazır olması, yaşına uyğun inkişafının təmin edilməsi üçün səhhəti ilə bağlı görülən tədbirlərin davam etdirilməsi, əvvəllər yaşadığı, öyrəşdiyi mühitdə yaşamasının təmin edilməsi məqsədilə onun atasının himayəsinə verilməsi uşağın maraqlarına daha uyğundur. 8. 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktına əsasən, Cavabdeh ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin müayinə aktında Cavabdeh sözlərinə əsasən qeyd edilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 problemlər olduğu üçün o, baş verənləri başa düşmür, uşaq atası ilə ünsiyyətdə olmaq istədiyi üçün onu atasının yanında göndəriblər. 9. 08 iyun 2022-ci il tarixli həyat şəraitinin müayinə aktına əsasən, İddiaçı qızının ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir. Həmçinin aktda qeyd edilmişdir ki, ünvanda olarkən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 atasının evində olması müəyyən edilmişdir. İddiaçının atası Nümayəndə sözlərinə görə, xx.xx.2022-ci il tarixdə keçirilən Komissiya iclasından bir neçə saat sonra böyük nəvəsi Uğur Ağayev heç bir məlu mat vermədən bacısı Nərgizi onlara gətirib vermiş, həmin gündən uşaq onlarda qalır, uşağın anası isə övladı ilə maraqlanmır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-2289/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qətnaməsi (hakim:G.Abbasova) ilə iddia qismən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, iddiaçıdan 09 sentyabr 2015-ci il təvəllüdlü X7 və 08 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi, alimentin dəyişdirilmiş hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiy i vaxtdan başlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi tələbin aliment miqdarının azaldılması hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, bu hissədə iddia tələbi təmin edilməlidir.

12. Həmçinin, məhkəmə iddiaçının artıq ödənilmiş alimentin geri qaytarılması tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz. Eyni zamanda, alimentin tutulması məhkəmə qətnaməsinə əsasən həyata keçirilmişdir

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4, 61.1, 61.2, 75, 76, 78, 109, 112.1-ci, “Uş aq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə yalnız Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq, məhkəmə-psixoloji eskpertizası təyin etmədən, autizm xəstəliyindən əziyyət çəkən azyaşlı uşağı ana və qardaş-bacısından ayıraraq ataya vermiş, tam qanunsuz və ədalətsiz şəkildə iddiaçının marağlarına uyğun qətnamə qəbul etmişdir. Sözügedən rəydə qeyd edilənlər həqiqəti əks etdirməyən məlumatlardır. Belə ki, cavabdeh tərəfindən azyaşlı övladı heç vaxt aylarla, illərlə iddiaçının himayəsinə verilməyibdir, sırf iddiaçı tərəfin uydurmalarıdır ki, rəydə onu da qeyd etdiriblər. Əksinə, azyaşlı Nərgizin öz atasına bağlılığını və tərəflərin evlərinin birbirinə qonşu olmasına görə, cavabdeh tərəfindən tez-tez Nərgizin öz ata, nənə və babası ilə birlikdə qalmasına şərait yaradılmışdır. Bunun qarşılığında isə iddiaçı tərəf uşağın autizm xəstəliyindən istifadə edərək onu anasından və qardaş-bacısından uzaqlaşdıraraq uzun müddət öz yanında məcburi saxlamışdır, çünki uşaqda psixi pozğunluq var və iddiaçı bu xəstəlikdən məharətlə istifadə etmişdir. Belə ki, iddiaçı tərəf və onun ailəsinin uşağla ünsiyyətdə olmasını, azyaşlı uşağın psixologiyasında atanın pis xatırlanmaması üçün cavabdehin yaratdığı şəraitdən iddiaçı tərəf böyük ustalıqla sui istifadə etmiş və başqa çarə qalmadığı üçün nəhayətində Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ramin Muradovun iştirakı ilə azyaşlı Nərgiz yenidən anasının himayəsinə qaytarılmışdır. Atanın öz övladının müxtəlif müalicə və müayinələrinə pul xərcləməsi isə heç də ananın övladını atması və ya istəməməsi demək deyildir. İddiaçı alimentdən boyun qaçırmaq üçün xəstə uşağından istifadə edir, ona övlad maraqlı deyildir, sırf uşaqlardan birini anasından ayırmaqla ona mənəvi zərər vurmağa çalışır. Əks halda öz övladına xərclədiyi müalicə xərclərini əsas gətirərək, balanı anasından və öz bacı-qardaşlarından ayırmağa çalışmazdı.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apel lyasiya instansiya məhkəməsi) 09 mart 2023-cü il tarixli, 2(103)-509/2023 nömrəli qətnaməsi ilə (hakimlər: R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması qət edilmişdir.

17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər hər üç uşağın ananın himayəsinə verilməsi barədə məhkəmə qətnaməsini mübahisələndirməmişlər və qətnamə hal hazırda da qüvvədədir. Lakin bu qətnamənin qəbul edilməsindən cəmi 9 aya yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək azyaşlı 29 noyabr 2016-cı il təvəllüdlü X4 onun himayəsinə verilməsini xahiş etmişdir.

18. Belə ki, tərəflər arasında nikah pozularkən uşağın valideyn lərdən hansının yanında qalması məsələsi məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və bu qətnamə hal-hazırda qüvvədə olduğundan, uşağın yaşayış yerinin dəyişməsi yalnız həmin qətnamə qəbul edildikdən sonra yaranmış əsaslarla mümkündür.

19. Bu baxımdan hazırkı iddianın əsaslılığı məsələsinə xx.xx.2021-ci il tarixdən sonra mövcud olmuş hallar nəzərə alınmaqla, həmin tarixdən sonra cavabdeh tərəfindən uşağın onun yanında saxlanmasını mümkünsüz edə biləcək hansı yeni əsasın yarandığı müəyyən edilməklə qiymət verilməlidır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, azyaşlı Nərgiz Ağayeva tərəflərin qarşılıqlı razılığı əsasında iddiaçının valideynlərinin yanına getmiş və onların yanında qalmışdır. Yəni, bu hal həmin qətnamə qəbul edilərkən artıq mövcud o lmuş, lakin nə iddiaçı, nə də cavabdeh uşağın ananın yanında qalması ilə bağlı məhkəmənin gəldiyi nəticəni mübahisələndirməmişlər. Bu halın mövcud olması onu deməyə əsas verir ki, tərəflərin uşağın birdəfəlik olaraq atanın yanında qalması kimi bir niyyəti olmamış, qətnamə qəbul edilən vaxt uşağın iddiaçının valideynlərinin yanında qalması müvəqqəti xarakter daşımışdır. Əks halda, tərəflərdən biri bu məsələni həmin qətnamə qəbul ediərkən qaldırardı. Belə ki, ata uşağın faktiki olaraq onun yanında qalmasına istinad edərək, iddiaçının dəlillərinə etiraz edərdi, yaxud ana uşağın atadan alınıb ona verilməsi məsələsinə də baxılmasını məhkəmədən xahiş edərdi.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, uşağın valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə qətnaməsi ilə həll edildikdən əv vəl və sonra tərəflərin qarşılıqlı razılığı əsasında uşağın müvəqqəti olaraq digər valideynin yanında qalması, onun tərəfindən müailicəsinin həyata keçirilməsi özü-özlüyündə uşağın yaşayış yerinin dəyişdirilməsinə əsas olan bir hal kimi qiymətləndirilə bilməz.

22. Digər tərəfdən, nikah pozulduqdan sonra uşağın valideynlərdən birinin yanında qalmasının müəyyən edilməsi digər valideyni uşağın təlim-tərbiyəsində və sağlam böyüməsində iştirak etmək vəzifəsindən azad etmir. Belə ki, hazırkı iş üzrə tərəflərin ümumi nikahından doğulmuş azyaşlı Nərgiz Ağayevanın ananın yanında qalması müəyyən edilməsinə baxmayaraq, tərəflərin özlərinin qarşılıqlı razılığı əsasında iddiaçının uşağın müalicəsi ilə məşğul olması və bununla bağlı xərc çəkməsi onun valideyn kimi qanunla nəzərdə tutulan öhdəliyidir.

23. Apellyasiya instansiya məhkəməsi ananın işləməməsini və digər iki uşağın da onun yanında qalmasını nəzərə alaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün iddiaçıdan aylıq qazancının və digər gəlirlərinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Halbuki, iddiaçının özünün də etiraf etdiyi kimi, onun ödədiyi aliment məbləği azyaşlı Nərgiz Ağayevanın müalicəsinə kifayət etmir və müalicəyə çəkilən xərclərdən xeyli azdır. Belə ki, iddiaçının uşağın müalicəsi ilə məşğul olması və bu məqsədlə maddi vəsait sərf etməsi uşağın anadan ayrılmasına və ataya verilməsinə əsas verə bilən müstəsna hal hesab edilə bilməz.

24. Bundan əlavə, məhkəmə kollegiyası Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli rəyi ilə razılaşmayaraq hesab etmişdi r ki, bu rəydə Komissiya tərəflərin nikahlarının pozulmasından əvvəl mövcud olmuş hallara (ananın uşaqları atanın evində qoyaraq getməsi) istinad etmişdir. Həmçinin, cavabdeh uşaqları atanın yanında qoyaraq getdikdən bir müddət sonra gəlib onları götürmüş, hətta onlar barışaraq bir müddət bir yerdə yaşamış və yalnız bundan sonra nikahları pozulmuş və uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Belə olan halda, həmin faktın təkrarən cavabdehin ziyanına nəzərə alınması yolverilməzdir.

25. Eyni zamanda, cavabdehin azyaşlı uşağı Nərgiz Ağayevanın onun yanında qalması müəyyən edilməsinə baxmayaraq, qarşılıqlı razılıq əsasında onun müvəqqəti olaraq atanın və onun valideynlərinin (baba və nənənin) yanında qalmasına imkan verməsi əslində uşağın onlar tərəfindən müalicəsinin həyata keşiril məsinə hesablanmış bir razılıq olmuşdur. Belə olan halda, həmin faktın Komissiya tərəfindən guya cavabdehin öz uşağının səhhəti ilə maraqlanmaması kimi nəzərə alınması da əsassız hesab edilməlidir.

26. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin alimentin məbləğinin azaldılmasına dair hissəsi ilə belə qənaətə gəlmişdir ki, bu iddia tələbi azyaşlı X4 atanın yanında qalmasına dair iddia ilə əlaqəli olduğundan və həmin hissədə iddia tələbi əsassız olduğundan, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (faktiki olaraq azaldılması) üçün də əsas olmamışdır.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 49.3, 50.2, 56.1, 58.1, 58.2, 60.1, 60.2, 60.4-cü, BMT-n in “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 9-cu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 384.0.2, 385.1.1, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslnadırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının cavabdehlə birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X4 iddiaçının himayəsinə verilməsi zərurəti olaraq on un autizim xəstəliyindən əziyyət çəkməsi və müntəzəm şəkildə müalicəyə və xüsusi qayğıya ehtiyacı olması, habelə cavabdehin maddi imkanlarının X4 müalicəsinin və xəstəliklə bağlı zəruri tədbirlərin yerinə yetirmək imkanı nəzərə alınmamışdır. Eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə qiymət verilməmişdir. Həmçinin, məhkəmə qətnamə çıxararkən işin hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları nəzər almamış, iddiaçının övladının sağlamlıq vəziyyətini və müntəzəm zəruri müalicə tədbirlərinin aparılmasına olan ehtiyacını və müalicənin kəsilməz aparılması üçün valideyinlərinin vəziyyətlərinin müəyyənləşdirlməsi üçün heç bir tədbir görməmiş, aidiyyatı səhiyyə orqanlara sorğu verməmişdir.

30. Kassator şikayətini Azərbaycan R espublikasının Ailə Məcəlləsinin 60.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, kassasiya şikayəti qanunsuz, forma tələblərinə riayət edilmədən və ümumi mülahizələrdən ibarət olmaqla verilmişdir. Həmçinin, iddiaçının göstərdiyi dəlillər deklarativ xarakter daşımaqla, konkret olaraq hansi maddi və ya prosessual hüquq normasının düzgün tətbiq edilməməsi ilə əsaslandırılmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 17 (hissə 1). Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

33. Maddə 17 (hissə 2). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

34. Maddə 34 (hissə 4). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi

35. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

36. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

37. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

38. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

39. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.

40. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

41. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

42. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənaf elərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

43. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

44. Maddə

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağ ın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyası

45. Maddə

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məs ələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər.

46. Maddə

9. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2023-cü il tarixli, 2(103)-509/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar