Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2316/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 18 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin əməkdaşı X2 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi X5 ölümünə səbəb olmuşdur;
3. X3 barəsində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-263/2023 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək, hər ay qazancından 15% məbləğində pul vəsaiti dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərb aycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, cavabdehin işçisi X3 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə onun 10 yaşlı övladı X7 neftçıxaran mancanağın arasında qalaraq, aldığı xəsarətlərdən ölmüşdür. Hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində 10 yaslı körpə balasının faciəvi qaydada ölməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. Övlad acısı valideyn, xüsusilə ana üçün unudulması mümkün olmayan, davamlı əzab və iztirab deməkdir. Səbail Rayon Məhkəməsi nin 1(009)-263/2010 nömrəli, 18 noyabr 2010cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə işçinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində o, mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə cavabdeh məsuliyyət daşıyır və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Mənəvi zərərin qarşılanması ilə bağlı cavabdeh və ya işçisi tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 263/2023 saylı xx.xx.2010-cu il tarixli hökmündən də görünür ki, X3 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. "Azneft" İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X1 tələb edilə bilər. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirmişdir ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizl ik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. 1097-ci maddədə nəzərdə tutulmuş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Mülki hüquq pozuntusunun tərkibini ümumi şərtləri:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması. Hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin «şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüquq pozan şəxsin təqsirinin olmasıdır. Beləliklə, yalnız yuxanda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. İş materiallarından da görünür ki, iddiaçının övladının vəfat etməsindən 13 ildən çox müddət keçməsi mənəvi zərərin təsirinin artıq olmamasıdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyindən mənəvi zərərə görə 20000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının azyaşlı övladının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbl i əlaqənin olması sübuta yetirilmişdir. İddiaçının azyaşlı övladının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür və zərərin vurulmasını istisna edən hallar müəyyən edilməmişdir.
9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, baş vermiş hadisədən artıq 13 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də iddia tələbinin tam həcmdə təmin olunması əsaslar ı hazırda mövcud deyildir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1099.1, 1114.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına; Azərbaycan Respubl ikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1
3. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. 13 ildən artıqdır o, bu sarsıntılara, əzablara, iztirablara məruz qalır. İşə baxan məhkəmə heç bir əsaslandırma aparmadan, 10 yaşında olan uşağının həyatını 20000 manat qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarmalı idi. Lakin Səbail Rayon Məhkəməsi maddi hüquq normalarına əməl etməyərək, əsassız olaraq iddianın qismən, cüzi şəkildə təmin edilməsi haqqında qətnamə çıxarmaqla hüquqlarını pozmuşdur. 10 yaşlı uşağının faciəli şəkildə ölməsindən sonra onun xəsarətli cəsədi gözünün önündə bir şəkil kimi canlanır. Bu və iddia ərizəsində sadalanan digər hallar ana olaraq davamlı mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olur. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Ona görə də, məhkəmədən cavabdehdən mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdehin apellyasiya şikayətində “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,21.3, 1096.1, 1096.2, 1097.1; Mülki Prosessual Məcəllənin 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, zərərin ə vəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-263/2023 saylı xx.xx.2010-cu il tarixli hökmündən də görünür ki, X3 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cav abdehdən deyil X1 tələb edilə bilər. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2316/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 saylı işi üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlaml ığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır.
17. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə cavabdehlik daşıdığı məsələ üzrə cavabdehin cinayət prosesi zamanı (və ondan sonra) davranışını və iddiaçının cinayət təqibi üzrə şikayətinin olmadığını, habelə onun məhkəmə qərarından şikayət vermədiyini nəzərə alaraq, məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması və ya iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətlərində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etməmişdir. İllər öncə baş vermiş hadisədən sonrakı dövrün mənəvi sarsıntıların çoxalmasına xidmət etməməsi, cinayət təqibi üzrə iddiaçın ın və ya şikayətinin olmaması və sair bu kimi dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bir valideyn üçün müəyyən edilmiş mənəvi zərərə görə kompensasiya verilməsindən fərqli məbləğ müəyyən edilməsi üçün əsas ola bilməz.
18. Məhkəmə kollegiyası baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı ananın və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stress, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının, dəyərləndirdiyi məbləğə yaxın - 20000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mül ki məsuliyyəti müəyyən edən mülki hüquq normalarının tələblərinin özünə münasib tərzdə subyektiv təfsirə əsaslanma işəgötürənin işçinin hüquqa zidd hərəkətlərinə görə məsuliyyətini müəyyən normativ tənzimlənməni istisna etmir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2, 1097.1, 1099.1, 1114-1115-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına; "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"nın 41 maddəsinə; Mülki Prosessual Məc əlləsinin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə; Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181.2.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2316/2024 nömrəli 08 aprel 2024-cü il tarixli qətnaməsinin zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2316/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçının kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı oğlunun ölümü ilə bağlı cinayət təqibində iştirak etmədiyi halda apellyasiya instansiyası iddiaçının həmin cinayət təqibi üzrə şikayətinin olmadığını, habelə onun məhkəmə qərarından şikayət vermədiyini nəzərə aldığını qeyd etməklə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.
24. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu törədilmədiyindən, hazırki ziyan cavabdehdən deyil, X1 tələb edilə bilər. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olma dıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
29. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
30. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apelly asiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh, işçisinin vurduğu zərərə görə məsuliyyət daşıdığı üçün iddiaçının övladının 2010-cu ildə ölməsi ilə nəticələnən əmələ görə ondan 20.000 manat məbləğind ə mənəvi zərərin əvəzinin tutulması qanuni və ədalətlidir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Belə ki, qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§ 27, 29).
42. Qeyd edilməl idir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2316/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.