Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2705/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-803/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.08.2015-ci il tarixdə İddiaçı rəsmi nikah əsasında Babayeva (Qılıcova) Xatirə Süleyman qızı ilə ailə qurmuşdur. 2. 2019-cu il tarixdə Qılıcov X2 (Qılıcova) Xatirə Süleyman qızı ilə birgə nikah dövründə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən 2 otaqlı fərdi yaşayış evini İlham Mürsəlovdan faktiki satın almışlar və həmiş ev özbaşına tikilidir.
3. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Babayeva (Qılıcova) Xatirə Süleyman qızı arasında bağlanmış nikah pozulmuşdur.
4. Hazırda Babayeva (Qılıcova) Xatirə Süleyman qızı həmin evdə, İddiaçı isə ayrı ünvanda yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Babayeva (Qı lıcova) Xatirə Süleyman qızına (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı, tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, onlar birgə yaşadıqları zaman cavabdehlə mübahisəli evi tikdirmişlər. Son zamanlar aralarında olan mübahisəyə görə cavabdeh onu evə buraxmır. O, evə girərkən cavabdeh “102” xidmətinə ondan şikayət edir. Mübahisəli evin yarısı üzərində onun mülkiyyət hüququ vardır. Həmin evin rəsmi sənədi olmasa da, evin ona məxsus olmasını təsdiq edə biləcək şahidləri vardır.
7. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1 069/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddia təmin edilə bilməz və iddiaçının həmin evə köçürülməsi üçün əsaslar yoxdur.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152, 178.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyator şikayətinin məzmununda qeyd etmişdir ki, mübahisəli evi birgə nik ah dövründə təmir şəkildə X6 adlı şəxsdən 14.500 manata alıb təmir etdirərək orada yaşamışdır. Nə evin, nə də üzərində yerləşdiyi torpaq sahəsinin hüquq müəyyənedici sənədi yoxdur. 15 mart 2024-cü il tarixdə cavabdeh iddiaçını evdən çıxarmış və hazırda da evə buraxmır.
12. Cavabdeh şikayətə etirazında qeyd etmişdir ki, mübahisəli ev əslində onun qardaşı tərəfindən verilmiş vəsait hesabına 2019-cu ildə alınmışdır. Qardaşı evi İlham adlı şəxsdən 14.000 manata almışdır. Ev alınarkən qardaşı X1 yanında X3 və X4 olmuşlar. Evi aldıqdan sonra 1 otağı yaşayış məqsədilə təmir etdirmiş, ev hazır olduqda isə iddiaçı ilə birlikdə köçüb orada yaşamışlar. Evin alınmasında nə onun, nə də ki iddiaçının hər hansı vəsaitindən istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun işti rakını təmin etmədiyindən evin alqı-satqısında iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi mümkün olmamışdır. Bundan əlavə, mübahisəli evdə yaşadıqları müddətdə evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. İddiaçının yaşamaq üçün başqa yaşayış yeri mövcuddur. Belə ki, məhkəmə qətnaməsi əsasında onun Goranboy rayonunda yerləşən evə istifadə hüququ tanınmışdır. Bu, iddiaçının ondan əvvəl başqa qadınla nikahda olduğu zaman dövlət tərəfindən ona ayrılmış mənzildir. Həmin iş üzrə tərəf olmadığından qəbul edilmiş qətnamənin surətini ala bilməmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-803/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov sədrlik edən, məruzəçi, Günay Cavadova və Rüfət Məcidov) apellyasiya şikayəti təmin e dilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli evin birgə nikah dövründə əldə edildiyini qəbul etmiş, lakin evin onların vəsaiti hesabına deyil də, onun qardaşının vəsaiti hesabına əldə edildiyi barədə arqumenti irəli sürmüşdür.
15. Cavabdehin bu arqumentlərini məhkəmə kollegiyası əsassız saymışdır. Ona görə ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia ed ən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu təsdiq edilə bilər. Hazırkı işdə isə əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə olunmasına etiraz edən tərəf cavabdehdir və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü də bilavasitə onun üzərinə düşsə də, lakin o, sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü arqumenti təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
16. Əksinə, apellyasiya baxışı zamanı özbaşına tikinti sayılan fərdi yaşayış evinin satıcısı olan X6 şahid qismində dindirilmiş və o, verdiyi ifadəsində bildirmişdir ki, təxminən altı-yeddi il əvvəl mübahisəli fərdi yaşayış evini iddiaçıya satmışdır. Evin alqı-satqısına görə iddiaçı tərəfindən ona 14.000 manat vəsait ödənilmişdir.
17. Şahid ifadəsinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, şahid işin həqiqi halları barədə məlumata malik şəxsdir. Çünki o, mübahisəli evin əvvəlki sahibi olmuş və ev onun tərəfindən satılmışdır. Odur ki, şahid İlham Mürsəlov evin kimə satılması, evin satış dəyəri, bu dəyərin kim tərəfindən ödənilməsi və s. məlumatlara malikdir. Hansı ki, bu məlumatlar işin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
18. Digər tərəfdən, həmin şahid tərəflərin hər hansı biri ilə qohumluq və ya xidməti asılılıq münasibətlərində deyil ki, mübahisənin tərəflərin birinin lehinə və ya əleyhinə həllində maraqlı olsun. Bununla belə, şahidin ifadəsindəki məlumatlar da (evin satıldığı tarix, evin dəyəri və s.) işin müəyyən edilmiş və faktiki halları ilə uyğunluq təş kil edir. Bir sözlə, şahid ifadəsindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin ifadəni mötəbər sübut olaraq qiymətləndirmişdir.
19. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, özbaşına tikinti sayılan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmişdir. Çünki həmin ev tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş, habelə evdən yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə müəyyən təmir işləri aparılmışdır. Başqa sözlə, tərəflər birgə nikah dövründə mənzil ehtiyaclarını qarşılamaq məqsədilə ümumi ailə gəlirləri hesabına 14.000 manat vəsait sərf etməklə həmin evi əldə etmişlər. Lakin sonradan onlar arasındakı narazılıqlar səbəbindən nikahları pozulmuş və ayrı lmışlar. Nəticədə isə iddiaçı birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş yaşayış sahəsindən istifadə imkanlarından məhrum olmuşdur.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1, 223.2, 225.1-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.2.2, 32.3, 34.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, mübahisəli evin birgə nikah dövründə əldə olunmasını təkzib edən Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli qətnaməsi preyudisillıq baxımından işə baxan məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış, yekunda qanunsuz qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin digər dəlilinə görə, şahid İlham Mürsəlov digər məhkəmə iclasında evin pulunun yarısının iddiaçıdan, digər yarısının cavabdehdən alındığını desə də, hazırkı icraatda iddiaçını guya sonuncunun əmisi vasitəsilə tanıdığını qeyd etmişdir. İşin bu halı məhkəmə iclasının video görüntüsü ilə də təsdiq olunur. Lakin işə baxan məhkəmə kollegiyası şahidin ifadəsinə sübut kimi düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətin ə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
25. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
26. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada a yrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
28. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
29. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
30. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
31. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
32. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifə lərini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, kassasiya instansiyası məhkəməsi qətnaməni bütövlükdə yoxladı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli evin birgə nikah dövründə əldə edildiyini qəbul etmiş, lakin evin onların vəsaiti hesabına deyil, onun qardaşının vəsaiti hesabına əldə edildiyi barədə arqumenti irəli sürmüşdür.
44. Cavabdehin bu arqumentlərini apellyasiya instansiyası məhkəməsi əsa ssız saymışdır. Ona görə ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutlar əsasında həmin əmlakın şəxsi əmlak olduğu təsdiq edilə bilər. Hazırkı işdə isə əmlakın ərarvadın birgə vəsaiti hesabına əldə olunmasına etiraz edən tərəf cavabdehdir və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü də bilavasitə onun üzərinə düşsə də, lakin o, sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü arqumenti təsdiq edəcək sü butu məhkəməyə təqdim etməmişdir.
45. Əksinə, apellyasiya baxışı zamanı özbaşına tikinti sayılan fərdi yaşayış evinin satıcısı olan X6 şahid qismində dindirilmiş və o, verdiyi ifadəsində bildirmişdir ki, təxminən altı-yeddi il bundan əvvəl mübahisəli fərdi yaşayış evini iddiaçıya satmışdır. Evin alqısatqısına görə iddiaçı tərəfindən ona 14.000 manat vəsait ödənilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, özbaşına tikinti sayılan fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmişdir. Çünki həmin ev tərəflərin birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş, habelə evdən yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə müəyyən təmir işləri aparılmışdır. Başqa sözlə, tərəflər birgə nikah dövründə mənzil eh tiyaclarını qarşılamaq məqsədilə ümumi ailə gəlirləri hesabına 14.000 manat vəsait sərf etməklə həmin evi əldə etmişlər. Lakin sonradan onlar arasındakı narazılıqlar səbəbindən nikahları pozulmuş və ayrılmışlar. Nəticədə isə iddiaçı birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş yaşayış sahəsindən istifadə imkanlarından məhrum olmuşdur.
47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyə n maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Babayeva (Qılıcova) Xatirə Süleyman qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(104)-803/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.