Məhkəmə qərarları › İş №2(102)-2706/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2706/2023

12.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2706/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şıxaydın oğluna, Qusar rayon Dövlət Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-355/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən, Qusar rayonu Urva kənd sakini X4 oğlu Qusar rayonu Urva Palasa kəndində mülkiyyətində olan 0.81 ha torpaq sahəsini Xaçmaz rayonu Yeni-Həyat kənd sakini İddiaçı 10 il müddətə icarəyə vermişdir. 2. xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə görə, Qusar rayonu Urva kənd sakini Mehmandarov X14 rayonu Urva Palasa kəndində mülkiyyətində olan 0.76 ha torpaq sahəsini Xaçmaz rayonu Yeni-Həyat kənd sakini İddiaçı 10 il müddət ə icarəyə vermişdir. 3. xx.xx.2008-ci il tarixli 4ə-i/26 reyestr nömrəli müqaviləyə əsasən, X4 oğlu və X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15/5 qərarı əsasında onlara məxsus Qusar rayonu Urva-Palasada yerləşən 0.81 torpaq sahəsini X6 800 manata satmışdır. 4. xx.xx.2008-ci il tarixli 4ə-i/27 reyestr nömrəli müqaviləyə görə, Cavabdeh2 Şıxaydın oğlu özünə və ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15/5 qərarı əsasında məxsus Qusar rayonu Urva-Palasada yerləşən 2.03 torpaq sahəsindən 0.76 ha torpaq sahəsini X6 1.200 manata satmışdır.

5. MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Qusar rayon Urvaoba kəndində yerləşən 1.1416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 qanuni sahibliyindədir.

6. RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə görə, daşınmaz əmlakın reyestr nömrəsi **********38 olan Qusar rayon Urvaoba kəndində yerləşən 1.1416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanuni sahibliyindədir.

7. Qusar Rayon Məhkəməsinin 2(029)-680/201527 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiaçılar Cavabdeh2 Şıxaydın oğlu və qeyrilərinin cavabdeh İddiaçı qarşı Qusar rayonunun Urva Palasa kəndində yerləşən onlara məxsus 1,14 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması tələbinə dair iddiası rədd edilmişdir.

8. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-510/2016 nömrəli iş üzrə xx. xx.2016-cı il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Rəhimov və L.Məmmədova) apelyasiya şikayəti təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-781/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Rüstəmov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və Ə.Şadiyev,) iddiaçıların kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-510/2016 nömrəli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2035/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və T.Məmmədov) iddiaçıla rın apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Qusar rayonu Urvaoba kəndində yerləşən 1,14 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6408/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və G.Quliyev) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, cavabdeh Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2008-ci ildə təsdiq olunmuş, cavabdeh satıcı Cavabdeh2 Şıxaydın oğlu ilə alıcı X7 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və satıcı X4 ilə alıcı X7 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız sayılması, həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və onun adına verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarışın, habelə Səməndər Əmirxanovun ölümü ilə əlaqədar vərəsəlik əsasında torpaq sahəsi üzərində arvadı Cavabdeh1 mülkiyyət hüququnun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və ad ına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın əsassız sayılması və ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

13. Qusar Rayon Məhkəməsinin 2(029)-312/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Urvaoba kəndinin ərazisində yerləşən 0.81 ha və 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 Şıxaydın oğluna və onun ailə üzvlərinə məxsus olmuşdur. Qusar rayonu Urvaoba kəndində yerləşən 0.81 ha və 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mərhum X6 13 fevral 2008-ci il tarixli 4ə-i/26 reyestr nömrəli və 13 fevral 2008-ci il tarixli 4 ə-i/27 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında satılmışdır. İddiaçı həmin torpaq sahələrinin 2003-cü ildə Cavabdeh2 Şıxaydın oğlundan 10 il müddətinə icarəyə götürdüyünü bildirmişdir. İcarə müqaviləsinin 2013-cü ildə bitmişdir. İddiaçı X3 həmin torpaq sahələrini Cavabdeh2 Şıxaydın oğlundan alarkən icarə müqaviləsindən xəbərdar olması barədə barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır....

15. Həmçinin iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 659-661-ci maddələrinə əsasən iddia tələbi əsassızdır. Belə ki, X2 gedən torpaq sahələrini alqı satqı müqaviləsi üzrə Cavabdeh2 Şıxaydın oğlundan satın alarkən iddiaçı Cavabdeh2 Şıxaydın oğlunun həmin torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması barədə bilməmiş və bilə bilməzdi. Bununla da o, həmin torpaq sahəsini vicdanlı şəkildə almışdır. Odur ki, məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etmir.”

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 324.4. 324.5. 337.2, 337.5, 339.2, 339.3, 394, 372.1, 372.2, 373.2. 375.2, 382-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-355/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruz əsi ilə, hakimlər G.Cabbarova və A.Süleymanovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşdən görünür ki, iddia tələbi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 140 və 339.2-ci maddələri təşkil edir. Baxılan iş üzrə Qusar rayonu Urva palasa kəndi ərazisində yerləşən 1,14 ha torpaq sahəsinin Şıxaydın və Cavabdeh2ların əvvəllər mülkiyyətində olması, həmin torpaq sahəsinin xx.xx.2003-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı 10 illik müddətə icarəyə ver mələri və həmin müqavilənin müddətinin bitməsi ilə bağlı qüvvədə olan məhkəmə aktlarına əsasən torpaq sahəsinin İddiaçı qanunsuz sahibliyindən alınıb həmin iş üzrə iddiaçılar Nazir, Təşviqə, Mariana, Rasif Mehmandarovlara qaytarılması işin mübahisəsiz halıdır. İşin digər halı isə mübahisəli torpaq sahəsinin xx.xx.2008-ci il tarixli 471/26 və 471/27 saylı alqı-satqı müqavilələri əsasında Mehmandarovlar tərəfindən digər Cavabdeh1 mərhum əri Səməndər Əmirxanova satılması və sonuncunun ölümündən sonra vərəsəlik hüququ əsasında həmin torpaq sahələri üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmasından ibarətdir. Hazırkı işdən görünür ki, İddiaçı həmin torpaq sahələri ilə bağlı bağlanmış əqdləri mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil.... Bu baxımdan məhkəmə kollegiyası hesab edi r ki, iddiaçının başqasının mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçının tələbin əqdin etibarsızlığı təşkil etdiyindən bu əqdlər 2008-ci ildən cavabdehlər tərəfindən bağlandığından həmin müddətlərdən də artıq 14 ilə yaxın müddət müddət keçdiyindən bu əsasla da iddia tələbi təmin edilə bilməz. Çünki əqdin etibarsızlığı Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən 1 illik müddət təşkil edir, bu müddəti də kəsici müddət olmaqla məhkəmə tərəfindən tətbiq olunur. İddiaçı tərəfindən həmin 1 illik müddət belə ötürülmüşdür. Lakin iddia tələbini təmin etməyən birinci instansiya məhkəməs inin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.”

20. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Məcəllənin 140, 339.2 və 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiyası məhkəməsinin qətnamə si ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Cavabdeh2 və atası Şıxaydın Mehmandarov xx.xx.2008-ci il tarixli alqı-satqı müqavilələri ilə torpaq sahəsini Əmirxanov Səməndər Müzəffər oğluna satdıqdan və həmin müqavilələr əsasında Səməndər Əmirxanovun mülkiyyət hüququnun Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarış verildikdən sonra 2015-ci ildə artıq özünün deyil, başqasının mülkiyyətində olan torpaq sahələri ilə bağlı məhkəmədə iddia qaldırmış və heç bir subyektiv hüququ olmayan şəxsin i ddia tələbi təmin edilərək müvafiq məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyasının iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə ilə razılaşmaq mümkün deyil. Belə ki, iddiaçı 2003-cü ildə torpaq sahəsini 10 il müddətinə icarəyə götürərkən Cavabdeh2la müqavilənin müddətinin başa çatdıqda icarə müqaviləsinin müddətini uzadacaqları və ya alqı-satqı müqaviləsi bağlaycaqları barədə razılığa gəlmişlər. Hər iki icarə müqaviləsinin 3.2-ci bəndində göstərilmişdir ki, icarəyə götürülmüş sahələrin başqasına icarəyə verilməsinə, özbaşına dəyişdirilməsinə, alınıbsatılmasına, girov qoyulmasına və torpaq qanunvericiliyinin digər hallarının pozulmasına yol verilmir. Məhz bu razılığa görə İddiaçı həmin torpaq sahəsində çoxillik meyvə ağacları əkmiş, xərc çəkərək bağ salmışdır və hazırda orada 20 illik meyvə ağacları vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı Cavabdeh1 etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşd ırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqav ilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qət namə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətiində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassa siya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

34. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.

35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-355/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar