Məhkəmə qərarları › İş №2(102)-271/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-271/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-271/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə və maraqlı şəxslər, X3, X4, X1 və X5 qarşı «ipoteka predmetinə xitam verilməsi» tələbinədairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) İddiaçı Cavabdeh QSC-yə və maraqlı şəxslər, X3, X4, X1 və X5 qarşı ipoteka predmetinə xitam verilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və F.Talışinski) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh QSC-yə və maraqlı şəxslər, X7, X8, X6 və X5 qarşı ipoteka predmetinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə bağladığı xx xxxxxxx 2014-cü il tarixli, 06L000001991S saylı sazişin və xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit müqaviləsinə, iddiaçının mülkiyyətində olan Göygöl rayonu, Yeni Zod kəndində 0,066 ha torpaq sahəsi və h əmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 69 kv.m yaşayış, 56.5 kv.m. yardımçı sahə olmaqla, 125.5 kv.m. sahədən ibarət fərdi yaşayış evinin ipotakadan azad edilərək ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh QSC ilə xx xxxxxx 2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçıya 120 (yüz iyirmi) ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 180 (yüz səksən) ay və məbləği 500.000 (beş yüz min) ABŞ dolları müəyyən edilmişdir. İddiaçıya kredit xətti üzrə Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 1,75 faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçının mülkiyyətində olan Göygöl rayonu, Yeni Zod kəndində 0,066 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 69 kv.m yaşayış, 56.5 kv.m. yardımçı sahə olmaqla, 125.5 kv.m. sahədən ibarət fərdi yaşayış evini ipotekaya qoymuşdur. Həmçinin iş marteriallarında olan qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 12821,38 ABŞ dolları əsas borcun, 2595,41 ABŞ dolları faiz borcunun, 20 ABŞ dolları dəbbə pulunun, cəmi 15436,79 ABŞ dolları məbləğində borcun (qətnamə icra olunan günə manata olan məzənnə ilə), həmçinin ödənilmiş 30 manat və 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının tutularaq iddiaçı Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Zod kəndində 0,066 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 69 kv.m yaşayış, 56.5 kv.m. yardımçı sahə olmaqla, ümumi 125.5 kv.m. sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına qeyd edilən məbləğlərin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 ABŞ dolları müəyyən olunması, ipoteka qoyulmuş əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X2 həmin torpaq sahəsindən və evdən çıxarılması və boşaldılaraq iddiaçı Cavabdeh QSC-yə təhvil verilməsi, satışdan əldə olunan pul vəsaiti borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məblə ğin qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin 40000 ABŞ dolları müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi qət olunmuşdur. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının z əruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında laz ımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçıiddiatələbininəsasıkimi - onunla Cavabdeh QSC arasındabağlanmışxx xxxxxx 2009-cu il tarixində kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmasını, xx xxxxxxx 2014-cü il tarixli Sazişə əsasən kredit xətti müqaviləsinin müddətinin 180 ay və məbləğinin 500.000 ABŞ dolları müəyyən edilməsini, ona kredit xətti üzrə xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq 1,75 faiz dərəcəsi olmaqla, 25000 ABŞ dolları məbləğində kredit verilməsini, kreditin təminatı kimi mülkiyyətində olan daşınmaz əmlakı bank qarşısında ipo teka ilə yüklü etməsini, lakin dolların devalivasiyasından sonra kreditin ödənilməsində problemlər yaranmasını, bankın ona güzəşt etməməsini, müraciətlərinə heç bir reaksiya verilməməsini, Cavabdeh QSC ilə onun arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 06L000001991S saylı Saziş ilə ipoteka kreditin verilməsi qaydalarının pozulmasını, buna görə də, ipoteka predmetinin girovdan azad edilməliolmasını, kredit müqaviləsinə xitam verilməsinivəs. göstərmişdir. Göründüyü kimi, iddiaçının dəlilləri əsasən kredit və ipoteka müqavilələri bağlandıqdan sonra yaranan hallarla (devalivasiya və s.), eləcə də kreditin verilməsi qaydalarının pozulması ilə bağlıdır. Həmin etirazlar (tələblər) isə Cavabdeh QSC-nin İddiaçı və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlak lara yönəldilməsi» tələbi üzrə işə baxılarkən irəli sürülə bilərdi. Qanuni qüvvədə olan qətnamələrdən isə görünür ki, cavabeh iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, yalnız Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Qeyd edilən qətnamələrlə isə kredit və ipoteka müqavilələri etibarlı sayılmış, bu səbəbdən də bankın iddiası qismən təmin olunmuşdur. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proses ində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məh kəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin, qeydedilməlidirki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquql arının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 48-ci maddəsinə əsasən, 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmet i satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, qanunvericilik əmlakın ipoteka qoyulması və ipotekaya xitam verilməsi hallarını müəyyən etmişdir. Qeyd olunan maddələrin məzmunundan da aydın olur ki, ipoteka, öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üsuludur və ipotekaya yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda xitam verilə bilər. İddiaçıtələbiniümumiifadələrləəsaslandırmağaçalışmış, lakinkonkretolaraqhansıhallaragörəiddiasının (ipotekayaxitamverilməsivəs.) əsaslıolmasıgöstərməmiş, birçoxhallardaişəaidolmayanhallarısadalamaqlakifayətlənmişdir. Beləliklə, işin faktiki hallarıvə qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbininəsasıkimiistinadetidyihal larıəsaslandıravəsübutedəbilməmiş, məhkəməbaxışızamanıisəaraşdırılmışsübutlarlaiddiaçınınirəlisürdüyütələblərintəminolunm asınahərhansıqanunihalmüəyyənolunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür ) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilər kən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar