Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2711/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14026/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) xx xxx 2019-cu il tarixli, 2(006)-2049/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərə görə 300 manat mə bləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2049/2019 saylı qətnaməsi dəyişişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulan mənəvi zərərin əvəzi kimi 300000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 ildir ki tanıy ır. 2006-cı ildə Azərbaycan Respublikası Kapital Bankında işlədiyi zaman cavabdeh onun yanına gələrək 192000 manat məbləğində pulu olduğunu bildirmiş və həmin pulu Banka qoymaq üçün ən yaxşı Bankın hansı olmasına dair ondan məsləhət almış, iddiaçı isə həmin dövrdə belə bir bankın “xxxx” olduğunu bildirmiş və qeyd olunan pulun həmin Banka qoyulmasını məsləhət bilmişdir. Bir müddət keçdikdən sonra həmin Bankda qanunsuzluqlar aşkar edildiyi üçün hüquq mühafizə orqanları tərəfindən bankın bir neçə vəzifəli əməkdaşı həbs edilmişdir. Bundan sonra Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmış və Bakı Ağır Cinayətlər Məhkəməsində həmin bankın işi ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Lakin bir müddət keçdikdən sonra Cavabdeh iddiaçını mütamadi olara q narahat edərək bildirmişdir ki, 2006-cı ildə pulunu Texnika Banka qoymağa iddiaçı məsləhət etdiyi üçün həmin pulu batmışdır. Bu səbəbdən də iddiaçı Cavabdeh bir neçə dəfə ona məxsus ofisə gələrək narahat etdiyinə görə ofisə buraxmamışdır. Lakin xx.xx.2018-ci il tarixdə iddiaçı işdə olduğu zaman səs-küy eşitmiş, bunun səbəbini öyrənmək üçün oturduğu otağın qapısını açdığı zaman cavabdehin zor tətbiq edərək ofisə girməsini görmüşdür. Belə olan halda iddiaçı Cavabdeh sakitçə otağa dəvət edərək, səs-küy salmamasını bildirmişdir. Buna baxmayaraq Cavabdeh aqressiv şəkildə iddiaçını küçə söyüşləri ilə təhqir edərək 192000 manat məbləğdə pulu bir həftə ərzində qaytarmağını tələb etmiş, əks halda iddiaçının və ailəsin başına oyun açacağı ilə hədələmişdir. O, sakit tərzdə cavabdehi aşağı düşürər ək ofisi tərketməsini bildirmiş və mühafizəçiyə müdaxilə etməməsini tapşırmışdır. Bundan sonra elə həmin gün cavabdeh guya onu döyərək bədən xəsarət yetirməyinə dair şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Həmçinin cavabdehin qeyd olunan qanunsuz əməlləri barəsində tədbir görülməsi üçün iddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə hüquq mühafizə orqanına müraciət etmişdir. İddiaçının və cavabdehin şikayət ərizələri tam araşdırıldıqdan sonra Bakı şəhər Nərimanov RPİ-nin 18-ci PŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” olan xx xxxxxx 2019-cu il tarixli Qərarına əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh oğlunun barəsində Azərbaycan Respublikası İXMnin 513-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsinə qərar verilmişdir. Cavabdehin qeyd olunan təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının şərəf və ləyaqəti ləkələnmiş, bunun da nəticəsində mənəvi sarsıntı keçirmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instans iyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 20 19-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən “xxxx” ASC-yə 200000 ABŞ dolları məbləğində əmanət qoyulmuş, daha sonra həmin Bankda qanunsuzluqlar aşkar edildiyi üçün hüquq mühafizə orqanları tərəfindən bankın bir neçə vəzifəli əməkdaşı həbs edilmişdir. Bundan sonra Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmış və Bakı Ağır Cinayətlər Məhkəməsində həmin bankın işi ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Cavabdeh baş verənlərlə əlaqədar iddiaçını təqsirli bilmişdir. Cavebdeh xx.xx.2018-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında “Dekor” şirkətinin ofisinə daxil olaraq İddiaçı söymüşdür. Bununla bağlı inzibati proktokol tərtib edilmiş, Cavabdeh 50 manat cərimə olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yaranmışdır və hazırda o, məhkəməyə müraciət edərək cavabdehdən dəymiş mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 1337/2015 saylı epikrizin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ÜİX: qeyri-stabil stenokardiya, hipertoniya xəstəliyi İİ m, şəkərli diabet İİ tip diaqnozu qoyulmuşdur. xx.xx.2015-ci il tarixində xəstəyə endotraxeal nakroz altında “Aortakoronar Şuntlama” əməliyyatı icra olundu. LİMALAD, Ao-D1-D2-OM1-OM2, Ao-RCPD anastomozları qoyuldu. Xəstə 2 gün intensiv terapiya şöbəsind qaldı. Stasionarda xəstədə heç bi r problem olmadı. Əməliyyatdan sonrakı dövr normal keçdi. Yara birincili sağalır. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı OU-Porfilerativ diabetik retinopatiya OD-fəsadlı katarakta, hemoftalm diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iz tirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tari xli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə alm alıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların ca-vabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zə-rərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun n əticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi göstərilən normaları və Plenum qərarlarını rəhbər tuta raq iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 300000 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir və mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 300 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli olar ona görə də, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qeyd edilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kasasiya şikayətində iddiaçının iddia ərizəsində göstərilənlərin yalan olduğunu, iddiaçının bu barədə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmiş, onun əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilməsini göstərmişdir. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh barəsində cinayə t işinin başlanmasının rədd edilməsi barədə qərarda onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati təneh tədbiri görülməsindən ötrü qərarın surəti müvafiq quruma göndərilmişdir. Cavebdehin xx.xx.2018-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında “Dekor” şirkətinin ofisinə daxil olaraq İddiaçı söyməsi, bununla bağlı inzibati proktokol tərtib edilməsi, Cavabdeh 50 manat cərimə olunması müəyyən edilmişdir. Göründüyü kimi, İnzibati tənbeh vermə haqqında qərarla iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Cavavdeh kasasiya şikayətində həmin qərarları mübahisələndirdiyini bildirmiş, lakin bu barədə işə mahiyyəti üzrə baxan birinci və apelyasiya instansiyası məhkəmələrinə hər hansı bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləyə görə, kasasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmışr və kasasiya məhkəməsinə yeni sübutlar təqdim edilməsi nəzərdə tutulmur. Məcəllənin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14026/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2711/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2711/2020
23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver