Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2712/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-5612/2019, hakim E.Ə.Mehdiyev) iddiaçı XXX oğlunun cavabdeh "Cavabdeh" QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv ed ilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14803/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) XXX oğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh QSC ilə X3 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 180 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus mənzil bankın xeyri nə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40.815 manat qiymətləndirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC-nin kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka predmetinə yöpnəldilməsi tələblərinə dair iddiası qismən təmin edilmiş, X3, X4, X1 və İddiaçı müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə cəmi 36.204.01 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri 12 mikrorayonda 10 saylı evin 68 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməs i ilə həmin qətnamə qismən ləğv edilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri 12 mikrorayonda 10 saylı evin 68 saylı mənzilinin ilkin satış qiyməti 55.000 manat müəyyənedilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ipoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin düzgün müəyyən edilmədiyinə istinad edərək "Cavabdeh" QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayəti nə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları araşdırmadan iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmi n Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Hazırkı mübahisə xx xxxxxx 2012-ci il tarixdə cavabdeh bankla bağlanmış ipoteka müqaviləsi ilə bağlı olmaqla, iddiaçı ipoteka müqaviləsinin bağlanarkən ona məxsus mənzilin qiymətinin dəyərindən aşağı göstərildiyinə istinad edərək həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin sübut etməkdən azad etmənin əsaslarını müəyyən edən 82-ci maddəsinin tələblərinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkə mə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, hazırda etibarlılığı mübahisələndirilən müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin məhkəmə qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Qeyd edilən qətnamədə tutmanın iddiaçının mülkiyyətində olan mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Həmin məhkəmə aktı ilə sözügedən ipoteka müqaviləsinin etibarlılığı və hüquqi nəticələri tanınmışdır. Hazırki iş üzrə iddiaçı Sumqayıt Şəhər Məhkəməsində işə baxılan zaman bu müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında göstərildiyi kimi, məhkəmə qətnaməsi qətilik, müstəsnalıq, preyudisiallıq, icraedicilik və məcburilik keyfiyyətlərinə malik olmaqla, müstəsnalıq həll olunmuş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır. Bu halda, həmin mülki işin icraatı zamanı tərəflər arasında bağlanmış müqavilələrin etibarlı müqavilə olması müəyyən edilmişdir. İddiaçı məhz məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetinə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, hüquq və mənafelərin pozulmasından daha çox məhkəmənin qanuni q üvvəyə minmiş qətnaməsinin icrasından yayınma xarakteri daşıyan hal kimi qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2712/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2712/2020
22.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver