Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2718/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili *V1oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) xx.xx.2019-cu il tаrixli, 2(004)-*/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət” tələbinə dair ilk iddiasının və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, İ.Xəlilov, Ə.Qasımov) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(004)-*/2019 saylı qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilərək, bir ədəd dəyəri 6000 manat olan sırğa, üzük və kulondan ibarət brilyant qaşlı 750 əyarlı qızıl dəstinin, bir ədəd dəyəri 2400 manat olan 750 əyarlı qızıl kulonun (tək formada), bir ədəd dəyəri 3000 manat olan 750 əyarlı qızıl qolbağın, bir ədəd dəyəri 4000 manat olan sırğa və üzükdən ibarət brilyant qaşlı 583 əyarlı qızıl dəstinin, bir ədəd dəyəri 1400 manat olan “Çayka” markalı 583 əyarlı brilyant qaşlı qızıl saatın, bir ədəd dəyəri 500 manat olan 583 əyarlı brilyant qaşlı qızıl yaxa sancağının, bir ədəd dəyəri 1000 manat olan brilyant qaşlı qızıl kulonun (tək formada), bir ədəd dəyəri 1000 manat olan 583 əyarlı 15 qram qızıl sepin, bir ədəd dəyəri 200 manat olan sadə qaşlı qızıl üzüyün natura formasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı qaytarılma sı, naturada qaytarılması mümkün olmayan əşyaların isə dəyəri həcmində pul məbləğinin cavabdehlərdən tutularaq ilk iddiaçıya ödənilməsi, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ilk iddiaçıya verilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə rəsmi formada ailə qurarkən hədiyyə şəklində verilmiş, iddia ərizəsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş və hal-hazırda qaynanası Cavabdeh2 saxla nılan ona məxsus qızıl-zinət əşyalarının natura formasında geri qaytarılması, natura formasında geri qaytarılması mümkün olmayan əşyaların isə dəyəri həcmində pul məbləğinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, onların birgə nikahları dövründə əldə olunmuş qızıl-zinət əşyalarının (qarşılıqlı iddia üzrə cavabdehin göstərdiyi 1 saylı əlavə) mütənasib şəkildə bölünməsi, qızıl-zinət əşyalarının natura formasında geri qaytarılması mümkün olmadığı təqdirdə isə dəyəri həcmində pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yu xarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili *V1oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən formal mülahizələrə istinad etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin tərtib etdiyi qətnaməsində X1, X2 və X5 tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, onlar İddiaçı cavabdehlərdə qalmış qızıl zinət əşyalarının geri qaytarılması üçün Cavabdeh1 və anası ilə aparılan telefon danışıqlarının şahidi olmuş, xx xxxx 2019-cu il tarixdə sonuncu dəfə Həmidlə Kübrəxanımın qardaşı arasında baş tutmuş telefon danışığını dinləmişlər. Kübrəxanımın qardaşı Nicat Həmidə zəng etmiş və mobil t elefonu mikrofona qoymuşdur. Telefon danışığı zamanı Həmid Kübrəxanımın qardaşına bildirmişdir ki, toy mərasimi zamanı alınmış və qaytarılmamış qızıl zinət əşyaları onlardadır və qaytarmaq fikirləri yoxdur. Apellyasiya kollegiyası hesab etmişdir ki, ilk İddiaçı iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının cavabdehlərdə olmasını sübuta yetirə bilmişdir. Yəni məhkəmə kollegiyası Nicatla Həmid arasında mikrofona qoyulmuş danışığı sübut kimi qəbul etmişdir. Belə üsulla və gizli yolla əldə olunmuş məlumatlar məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilməz. Bu danışıqlar ümumiyyətlə olmamış və Həmid belə sözləri deməmişdir. Digər tərəfdən İddiaçı təşəbbüsü ilə məhkəmə kollegiyasının iclasında dəvət olunmuş X1, X3 və X5 şahid qismində dindirilmişlər. Halbuki birinci instansiya məhkəməsinə (Yasamal rayon məhkəməsi) vaxtında təqdim edilməyən sübutlar, yəni şahidlərin dəvət olunmasını nədənsə qanunsuz olaraq Bakı Apellyasiya Məhkəməsinin iclasında təqdim olunmuşdur. Lakin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Cavabdeh isə həmin sübutları birinci instansiya məhkəməsində deyil, Bakı Apellyasiya Məhkəməsinə təqdim etmiş və hakim onları heç bir əsas olmadan qəbul etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasının birində R nümayəndəsi və vəkili növbəti iclasa şahidləri dəvət olunmasını hakimdən xahiş etmişdir. Lakin dəvət olunmuş şahidlər məhkəmə iclasına gəlməmişdirlər. Göründüyü kimi qarşı tərəfin sübutların (şahidləri dəvət olunmasını) birinci instansiya məhkəməsinə təqdim edilməsini mümkün olmuşdur. Göstərilənlərdən aydın olur ki, Bakı Apellyasiy a Məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, maddi və prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin qismən ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üz rə Cavabdeh2 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili *V1oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ilk İddiaçı iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının nikaha daxil olarkən ona hədiyyə olunmasını və cavabdehlərdə olmasını sübuta yetirə bilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 həmin qızıl zinət əşyalarının mövcudluğu və ilk iddia ərizəsində qeyd olunan qiymətləri ilə razılaşmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh1 qeyd olunan qızıl zinət əşyalarının İddiaçı tərəfindən aparıldığını iddia etsə də, bunu sübuta yetirə bilməmiş, ilk iddia ilə bərabər qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verməməklə məhkəmənin mövqeyi ilə razılaşmışdır. Bundan əlavə, İddiaçı təşəbbüsü ilə məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1, X2 və X5 ifadələrində Cavabdeh1 keçmiş qaynı N telefon danışığı zamanı tələb olunan qızıl zinət əşyalarının onda olmasını etiraf etməsini təsdiq et mişlər. Məhkəmə kollegiyası İddiaçı izahatından başqa qeyd olunan şahidlərin ifadələrini ilk iddia tələbinin əsası kimi istinad olunan halları təsdiq edən sübut kimi qəbul edir. İlk iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş Cavabdeh1 səs yazısı olan disk qanunu pozmaqla əldə edilmiş sübut olduğuna görə məhkəmə kollegiyası həmin səs yazısını sübut kimi qəbul etməmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, müvafiq sertifikata malik qiymətləndirmə şirkəti olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli “Qızıl zinət əşyalarının qiymətləndirilməsi barədə Hesabat” qızıl zinət əşyalarının dəyəri müəyyən olunarkən sübut növü kimi qəbul olunmalı, qaytarılmalı olan qızıl zinət əşyaları naturada mövcud olmadıqda həmin əşyaların dəyəri iddia tələbindən kə nara çıxmamaq şərtilə Hesabatda qeyd olunmuş minimum və maksimum qiymətlər arasındakı orta qiymət nəzərə alınmaqla müəyyən olunmalıdır. Qiymətləndirmə haqqında Hesabatda dəyəri müəyyən olunmamış qızıl zinət əşyalarının dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyinə görə iddia ərizəsində qeyd olunmuş qiymətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən isə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümum i vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə cavabdeh kasasiya şikayətində məhkəmənin gizli yolla əld ə edilmiş sübuta (səs yazısına) istinad etdiyini göstərsə də, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamədən görünür ki, apelyasiya kollegiyası həmin sübutu mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdeh1 apelyasiya baxışı zamanı dindirilmiş şahidlərlə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmayan sübutu apelyasiya baxışı zamanı təqdim etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə əsasən, yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apelyasiya şikayətindən də görünür ki, ilk iddiaçı bu halı əsaslandırmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin kasasiya şikayətində göstərilmiş şahidləri dindirməsi və onların ifadələrinin sübut növü kimi nəzərə alınması prosessual hüquq normasının pozuntusu hesab edilə bilməz. Kasasiya yoxlaması zamanı da apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2ci maddələrinə əsas ən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2718/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2718/2020
30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver