Məhkəmə qərarları › İş №2(102)-2721/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2721/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2721/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2721/21 (Açar sözlər: qızıl-zinət əşyaları tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı. Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)8349/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncudan ona məxsus olan 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat olan sepin və ya onların dəyərinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, sonuncudan ona məxsus ümumi çəkisi 5 qram, ümumi dəyəri 400 manat olan nişan üzüyünün və ya onun dəyərinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 q ram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat olan sep olmaqla qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb İddiaçı qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən qızıl-zinət əşyaları nikaha daxil olanadək və nikah dövründə İddiaçı hədiyyə şəklində verilib. Hazırda həmin qızıl-zinət əşyaları Cavabdeh qanunsuz sahibliyindədir. Ona görə də İddiaçı həmin qızıl-zinət əşyalarını Cavabdeh qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Eyni zamanda qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normaları nın tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilk iddianın qızıl-zinət əşyalarının dəyərinə aid hissəsində dəyişdirilib, Cavabdeh (brilyant daşlı) 1-cüt, 750 əyar, 14-15 qr, 0,80-0,90karat, dəyəri 1580 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,4 00,50karat, dəyəri 500 manat, üzük 1 ədəd 585 əyar, 4 qr dəyəri 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, dəyəri 1900 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, dəyəri 1200 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, dəyəri 950 manat, kulon 1 ədədə, 750 əyar, 5-6 qr, 400 manat, sırğa 1 cüt, 750 əyar, dəyəri 120 manat, sep 1 ədəd 750 əyar, 3 qr, dəyəri 190 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olaraq 7.080 manat pulun tutulub Şəhla Qasmovaya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli qızıl-zinət əşyaları İddiaçı nikaha daxil olanadək və nikah dövründə hədiyyə şəklində verilib. Həmin qızıl-zinət əşyaları Cavabdeh q anunsuz sahibliyindədir. İlk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, ilk iddiaya aid hissədə qızıl-zinət əşyalarının dəyərini düzgün müəyyən etməyib. Ona görə də qətnamənin ilk iddiaya aid hissəsinə dəyişiklik edilməlidir. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini poz araq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Nurlanə Quliyeva kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hes ab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdə liklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəm əsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə səhv nəticəyə gəlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər 15 mart 2018-ci il tarixdə ailə qurublar və onların birgə nikahından 17 fevral 2019-cu il tarixdə Yusif adlı bir uşaqları doğulub. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub. Hazırda iddiaçı iddia edir ki, iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları, yəni 9 adda qızıl-zinət əşyaları ona nikaha girənədək, “xına” mərasimində hədiyyə edilib. Toyda isə üzərində olan qızıl-zinət əşyalarını “prokata” götürüb, sonradan isə sahibinə qaytarıb. Tələb etdiyi qızıl-zinət əşyaları yalnız ona hədiyyə edilən qızıl-zinət əşyalarıdır. Həmin qızıl-zinət əşyalarını evdən çıxarkən götürməyib. Belə ki, bütün qızıl-zinət əşyaları evdə sandığının içində olub. Evdən gedərkən əri və qaynanası ilə aralarında mübahisə olub. Ona hədiyyə şəklində verilmiş qız ıl-zinət əşyaları qayınanasının nəzarətində olub. İşə əlavə edilmiş “xxxx” MMC qiymətləndiricisi Namiq Əliyevin rəyinə görə, sırğa (brilyant daşlı) 1-cüt, 750 əyar, 14-15 qr, 0,80-0,90karat, 1580-1690 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,40-0,50karat, 500-550 manat, üzük 1 ədəd 585 əyar, 4 qr 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, 1900-2000 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, 1200-1300 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, ***-**** manat, kulon 1 ədəd, 750 əyar, 5-6 qr, 400-450 manat, sırğa 1 cüt, 750 əyar, 120-130 manat, sep 1 ədəd 750 əyar, 3 qr, 190-200 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, apelyasiya şikayətində g östərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili birinci və apelyasiya instansiyası məhkəməsində iştirak edərək ilk iddianı etiraf etməyib, qarşılıqlı iddianı müdafiə edib göstərmişdir ki, həqiqətən apelyasiya şikayətində göstərilən 5 adda qızıl-zinət əşyaları iddiaçıya alınsa da, sonuncu evdən gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparıb. İşin hazırki mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, həmin qızıl-zinət əşyalarının nikaha daxil olanadək ona hədiyyə şəklində verildiyini, həmçinin iddia olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə və hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu sübuta yetirməlidir. İddiaçı tərəfindən s übut qismində yalnız qızıl-zinət əşyalarına dair fotoşəkillər təqdim edilib. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia ərizələri üzrə yuxarıda qeyd olunan nəticəyə gəlib. Tərəflər iddia tələbinin və iddia tələbinə etirazın əsası kimi, istinad etdikləri hallara dair izahat verib, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutları məhkəməyə təqdim etmişlər. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim edilməyib və yuxarıda qeyd edilən formada iddiaya münasibət bildirilib. Lakin həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində tərəflər məhz özlərinin haqlı tərəf olduqlarını bəyan ediblər. Belə olan vəziyyətdə, apelyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbləri üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilk iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar ilk iddia üzrə cavabdeh tərəfin bu hissədə, yəni qızıl-zinət əşyalarının nikaha daxil olacaqları münasibətilə 5 adda ilk iddiaçıya hədiyyə olunduğunu məhkəmədə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmiş hesab olunmalıdır. Eyni zamanda təqdim edilmiş fotoşəkillərdə və diskdə ilk iddiaçının iddia etdiyi digər qızıl-zinət əşyalarının da onun üzərində olduğu öz təsdiqini tapmışdır. Bununla yanaşı, cavabdehin iddiaçının valideynlərinin evinə gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmasını və qızıl-zinət əşyalarının öz ündə olmasını bildirərək ilk iddia tələbinə etiraz etsə də, etirazın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının 01 may 2019-cu il tarixdə evdən çıxarkən, həmin vaxt birdəfəlik getmək məqsədi olmadığı, qızıl-zinət əşyalarını isə keçmiş ərinin evində sandığın içində saxlandığı barədə izahatı da mötəbər hesab edilməlidir. Ona görə də məhz bu hallarla bağlı, yəni iddiaçının valideynlərinin evinə gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmasını və qızıl-zinət əşyalarının özündə olmasını sübutetmə yükü artıq cavabdehə keçir və bu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, sonuncu bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib. Habelə məhkəmə tədqiqi zamanı həqiqətən bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirməyib. Düzdür apelyasiya baxışı zamanı iddiaçı qızıl-zinət əşyalarının cavabdehlə yaşadığı evdə sandığın içində olduğunu, cavabdehin nümayəndəsinin və vəkilinin sualına cavab olaraq isə qayınanasında olduğunu bildirsə də, bu o demək deyil ki, iddiaya cavab verməli olan şəxs iddiaçının keçmiş qaynanası olmalıdır. Başqa sözlə iddiaçı cavabdehlə yaşadığı evdə olarkən yaxud həmin evdən çıxdıqdan sonra cavabdeh tərəfindən qızıl-zinət əşyaları hansısa şəxsə, o cümlədən anasına (iddiaçının keçmiş qayınanasına) da verilə bilər. Lakin bu hal həqiqi olsa belə cavabdeh hazırki iş üzrə iddiaya cavab verməli olmayan şəxs hesab edilə bilməz. Şərh olunanlara əsasən apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, qızılzinət əşyalarının dəyəri barədə tərəflərin izahatları və iş üzrə verilmiş mütəxəssis rəyində gö stərilən qiymətləri də nəzərə alınmaqla iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları, sırğa (brilyant daşlı) 1-cüt, 750 əyar, 14-15 qr, 0,800,90karat, 1580 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,40- 0,50 karat 500 manat, üzük 1 ədəd 585 əyar, 4 qr 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, 1900 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, 1200 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, 950 manat, kulon 1 ədədə, 750 əyar, 5-6 qr, 400 manat, sırğa 1 cüt, 750 əyar, 120 manat, sep 1 ədəd 750 əyar, 3 qr, 190 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qızıl-zinət əşyaları olmadıqda isə onların mütəxəssis rəyində göstərilən dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiya məhkəməsi qızıl-zinət əşyaları mövcud olmadıqda onların mütəxəssis rəyində göstərilən minimum dəyərini əsas götürməsini onunla izah edir ki, bu hal, yəni həmin əşyalarının dəyərinin daha yüksək olması ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və bu barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyinə görə belə bir qənaət işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olub. Çünki, inandırıcı və ağlabatan olmaz ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə məxsus evdə saxlasın, ancaq cavabdehə məxsus bir ədəd nişan üzüyünü özündə saxlasın. Eyni zamanda cavabdeh ona hədiyyə olunmuş bir ədəd nişan üzüyünü iddiaçıya verdiyini və sonuncuda olduğunu, eləcə də evdən gedərkən özü ilə aparmasını sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin o, bu hallara dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri aşağıdakılara görə də əsassızdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666. 1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Kasasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, mübahisəli qızıl-zinət əşyaları nikaha girənədək və nikah dövründə iddiaçıya hədiyyə şəklində verildiyindən və evdən gedərkən qızıl-zinət əşyaları cavabdehdə qaldığından, ilk iddianı dəyişdirməklə a pelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kasasiya şikayətində iddiaçının evdən gedərkən mübahisəli qızıl-zinət əşyalarını özü ilə apardığını göstərsələr də etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlil ləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(103)-8349/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar