Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2721/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, iddiadan imtina, iş üzrə tərəfin sıradan çıxması, iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Gü ləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X2, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2 və İddiaçı7 anası X4 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.
2. X6 17 noyabr 2005-ci il tarixdə ölmüşdür.
3. Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.
4. Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X3, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.
5. Qusar Rayon Məhkəməsinin 2-459a/2006 nömrəli iş üzrə 22 avqust 2006-cı il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - DƏDRX) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ver ilmiş MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 3.45932 ha və 2.103096 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmış, 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* və AN-İ ******* nömrəli və 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha, 2,103096 ha və 1,1 ha torpaq sahələrini Cavabdeh3 satmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 2.7604 ha və 3.9029 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh3 adına q eydə alınmışdır. 6. 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. 7. 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata Cavabdeh3 satmışdır. 8. 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 və ailə üzvləri mülkiyyətlərində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır.
9. Qeyd olunan alqı -satqı müqavilələri əsasında Cavabdeh3 DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli; 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.
10. Qusar Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, G(029)-369/2019 nömrəli məktubu ilə bildirilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyrimümkündür.
11. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və qeyrilərinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixi, seriya RX ******* nömrəli, 2,7604 hektar torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh1 və DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı (üçüncü şəxs Cavabdeh3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yə ni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin saxta olması bir daha onunla sübut olunur ki, xx.xx.2006-cı il tarixli qətnamədə cavabdeh qismində göstərilərək məhkəmə iclasında dindirilməsi qeyd olunan X6 17 noyabr 2005-ci il tarixdə, X5 isə 24 yanvar 2006-cı il tarixdə vəfat etmiş, halbuki ölmüş adamların məhkəmə iclasında dindirilməsi qeyri-mümkündür. Digər tərəfdən, Qusar Rayon Məhkəməsinin qeyd olu nan qətnaməsində təsvir olunan mübahisənin Qusar rayonuna heç bir aidiyyatı yoxdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq edilir ki, saxta məhkəmə qətnaməsi əsasında iddiaçıların mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hazırkı iş üzrə Cavabdeh1 adına qeydə alınmış, o da öz növbəsində həmin torpaq sahələrini iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır.
14. Sonradan iddiaçılardan İddiaçı8 və İddiaçı7 məhkəməyə ayrı-ayrılıqda yazılı ərizələr ünvanlayaraq iddia ərizəsini başa düşmədən imzaladıqlarını bildirmiş və ərizədən (ərizədəki) imzalarından imtina etdiklərini bildirmişlər.
15. Sonradan Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 cavabdehlərə qarşı (üçüncü şəxs Cavabdeh3) əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların iddiaçılara və valideynləri X4 mülkiyyətinə aid hissəsinin etibarsız hesab edilməsi; Cavabdeh1 adına çıxarılmış saxta çıxarışlarla üçüncü şəxs Cavabdeh3 ilə cavabdeh alqı-satqı etdiyinə görə həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının iddiaçılara iddiaçılara və valideynləri X4 mülkiyyətinə aid olan hissəsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
16. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)993/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddia ərizəsi təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iş üzrə iddiaçıları tanımamış, mübahisə olunan torpaq sahələrini 2014-cü il tarixdə Cavabdeh1 alqı-satqı müqavilələrinə əsasən almış, həmin ildə torpaq sahələrin i adına rəsmiləşdirərək, müvafiq çıxarışlar əldə etmiş, bundan sonra həmin torpaq sahəsində bağ salaraq, soyuducu anbar tikmiş, kənd təsərrüfatı ilə məşğul olmuş və həmin kənd təsərrüfatını inkişaf etdirmək üçün müvafiq olaraq kreditlər götürmüşdür. Ona görə də Cavabdeh3 mübahisə olunan torpaq sahələrinin vicdanlı alıcısıdır.
18. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
19. İddiaçılar hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllə sinin (bundan sonar – Mülki Məcələ) 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçılar mübahisə olunan torpaq sahələrinin Cavabdeh3 satılmasını 09 aprel 2019-cu il tarixdə bildikləri halda, yalnız 08 aprel 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşlər.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139, 148, 354, 347, 182-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Sumqayıt Apellyasiya Məh kəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-3256/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələri əsasında DƏDRX-dən cavabdehin adına verilmiş MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlardan hansının iddiaçılara və onların valideynlərinə aid hissəsində etibarsızlığı və ya l əğv edilməsi konkret göstərilməmişdir. Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli, 11 oktyabr 2014-cü il tarixli, ANİ ******* nömrəli, 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən hansının və neçə kv.m. torpaq sahəsinə dair hissəsində etibarsız sayılması dəqiq qeyd olunmamış, İddiaçı1 məxsus 0.22 ha torpaq sahəsinin konkret olaraq hansı müqavilə və çıxarışla əhatə olunduğu aşkar deyildir. Bu vəziyyətdə iddianın qismən təmin edilməsi mümkün deyildir, çünki əks halda müqavilələrin hamısının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi cavabdehin mülkiyyət hüququnun tam şəkildə pozulmasına səbəb olardı. Məhkəmə iclasında da iddiaçı tərəf tələbində mövcud olan, aydın olmayan, qarışıq və ziddiyyətli hallara aydınlıq gətirə bilməmişdir. Ona görə də hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız olması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmə Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir.
25. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 139, 148-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, X2, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hesab edilən torpaq sahələrinin mülkiyyət hüququ saxta məhkəmə qətnaməsi əsasında Cavabdeh1 verilmişdir. Cavabdeh1 qeyd olunan mülkiyyət hüququnu n saxta və qanunsuz olmasını bilə-bilə torpaq sahəsini qanunsuz olaraq özgəninkiləşdirərək Cavabdeh3 satmışdır. Cavabdeh3 isə Cavabdeh1 aldığı torpaq sahəsinin mübahisəli olduğunu bildiyi halda göstərilən torpaq sahəsinə dair hüquqverici sənədlərin qanuniliyini yoxlamadan alqı-satqı müqaviləsini imzalamışdır. Belə olduğu halda Cavabdeh3 vicdanlı əldə edən hesab edilə bilməz və bu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, apellyasiya şikayətinə formal cəhətdən yanaşmış, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz tə qdim edərək göstərmişdir ki, istifadəsində olan torpaqları Quba şəhər sakini Cavabdeh3 satmışdır. Sonuncu vicdanlı alıcıdır. Artıq 15 ildir ki, həmin torpaqlar notarius vasitəsi ilə alqı-satqı olunmuşdur. Mülki Məcəllənin 140 və 178.5-ci maddələrinin tələblərinə uyğun olaraq həmin torpaqlar Cavabdeh3 mülkiyyətindədir. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 337.1. Bu Məcəllədə mü əyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlı ğının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
36. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təs iri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
37. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 38.....384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
41. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
42. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
43. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
44. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
45. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
46. Maddə 57.1. Mübahisə predmet i barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
47. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi
57. İşə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçılardan İddiaçı8 və İddiaçı7 məhkəməyə yazılı ərizələr ünvanlayaraq iddia ərizəsini başa düşmədən imzaladıqlarını bildirmiş və ərizədən (ərizədəki imzalarından) imtina etdiklərini bildirmişlər.
58. Birinci instansiya məhkəməsi MPM-in 52.1-ci maddəsinə əsasən həmin ərizələri iddiadan imtina kimi qiymətləndirmiş və imtinanı qəbul etmiş, iddianın imtinanın prosessual hüquqi nəticələrini tətbiq etməmişdir.
59. Belə ki, MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini qəbul etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
60. Lakin birinci instansiya məhkəməsi baxılan iş üzrə iddiaçılar İddiaçı8 və İddiaçı7 iddiadan imtinasını q əbul etsə də, həmin şəxslərin tələbi üzrə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməmişdir.
61. Birinci instansiyası məhkəməsinin qətnaməsini digər əsaslarla ləğv etmiş apellyasiya instansiyası məhkəməsi də bu məsələyə münasibət bildirməmişdir.
62. Bununla yanaşı, işin apellyasiya baxışı zamanı məhkəməyə iddiaçılardan İddiaçı2 xx.xx.2021-ci il tarixdə öldüyü barədə şəhadətnamənin surəti təqdim edilmiş və işə əlavə olunmuşdur.
63. Lakin apellyasiya instansiyası məhkəməsi bununla bağlı tərəflərlə heç bir müzakirə aparmadan, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdığı halda MPM-in 58.1-ci maddəsində müəyyən edilmiş qaydanın tətbiqi ilə bağlı hər hansı tədbir görmədən işə mahiyyəti üzrə baxı lmasını davam etdirmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələri əsasında DƏDRX-dən cavabdehin adına verilmiş MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlardan hansının iddiaçılara və onların valideynlərinə aid hissəsində etibarsızlığı və ya ləğv edilməsi konkret göstərilməmiş, alqı-satqı müqavilələrindən hansının və neçə kv.m. torpaq sahəsinə dair hissəsində etibarsız sayılması dəqiq qeyd olunmamış, İddiaçı1 məxsus 0.22 ha torpaq sahəsinin konkret olaraq hansı müqavilə və çıxarışla əhatə olunduğu aşkar deyildir. Bu vəziyyətdə iddianın qismən təmin edilməsi mümkün deyildir, çünki əks halda müqavilələri n hamısının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi cavabdehin mülkiyyət hüququnun tam şəkildə pozulmasına səbəb olardı. Məhkəmə iclasında da iddiaçı tərəf tələbində mövcud olan, aydın olmayan, qarışıq və ziddiyyətli hallara aydınlıq gətirə bilməmişdir. Ona görə də hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
65. Halbuki işin müəyyən edilmiş hallarına görə mübahisəli torpaq sahələrinin bir hissəsi iddiaçıların birgə mülkiyyətində, bir hissəsi isə ayrıca mülkiyyətində olmuşdur. Hal-hazırda həmin sahələr vahid əmlak təşkil etməklə üçüncü şəxs Cavabdeh3 mülkiyyətindədir. İddiaçılar torpaq sahələrinin üçüncü şəxsin mülkiyyətinə keçməsi barədə əqdləri mübahisələndirirlər.
66. İddiaçıların tələbinin qeyri-müəyyən olduğu barədə nəticəyə gələn və iddianı bu əsasla rədd edən məhkəmə bununla bağlı mövqeyini əsaslandırmamış və iddiaçıların bu iddianı başqa hansı qaydada qaldırmalı olduğuna aydınlıq gətirməmişdir. Digər tərəfdən iddia tələbinin qeyrimüəyyən olması iddia ərizələrinə dair forma tələbi ilə bağlı məsələ olmaqla, əslində iddianın mahiyyəti üzrə rədd olunması üçün deyil, iddia ərizəsinin geri qaytarılması, artıq icraata qəbul edilmiş iddianın isə baxılmamış saxlanılması üçün əsasdır.
67. Qeyd olunanlarla yanaşı, nəzərə alınmalıdır ki, baxılan iş üzrə əsas tələblərdən biri Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun adına verilmiş hüquq müəyyənedici sənədlərin ləğv olunmasıdır.
68. Lakin iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Cavabdeh3 yalnız üçüncü şəxs qismin də işə cəlb etmişlər. İşə birinci instansiya məhkəməsində və apelyasiya qaydasında baxılarkən iddiaçılar tərəfindən başqa cavabdehlərin cəlb olunması və ya üçüncü şəxsin əsl cavabdehlə əvəz olunma barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.
69. Buna baxmayaraq birinci və apelyasiya instansiya məhkəmələri tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olan şəxsin cavabdeh deyil, üçüncü şəxs qismində cəlb edildiyi iddiaya mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişlər.
70. Halbuki iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir.
71. İşə b axmış apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354.1-ci maddəsinə əsaslanmaqla müqavilənin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Halbuki Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən belə tələblərə iddia müddəti şamil olunmur.
72. Məhkəmə tərəfindən istinad olunan maddi hüquq normaları da düzgün tətbiq olunmamışdır. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqdlərlə bağlıdır və qanunverici belə əqdlərin etibarsızlığı ilə bağlı hər hansı müddət müəyyən etmir. Çünki Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
73. Məcəllənin 354.1-ci maddəsində müəyyən ed ilmiş müddət isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialarla bağlı iddia müddətidir. Mülki Məcəllənin iddia müddətinin tətbiqinin istisna edildiyi 384.0.4-cü maddəsinin isə qeyd olunan hüquq münasibətləri ilə hər hansı əlaqəsi yoxdur.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsini qətnaməsi yuxarıda sadalanan çoxsaylı maddi və prosessual hüquq pozuntuları ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. 7
5. İşə yenidən baxılarkən, həmçinin MPM-in 265.4-cü maddəsinə əsasən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə məsələ də müzakirə edilməlidir.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3256/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.