Məhkəmə qərarları › İş №2(102)-2726/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2726/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2726/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh: Cavabdeh ASC İddia tələbi: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçıların kassa siya şikayətinə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları SXXXİddiaçı2 mülkiyyətində olmaqla, İddiaçı1 və İddiaçı3 həmin mənzildə yaşayırlar. Həmin mənzil Cavabdeh ASC ilə X4 arasında bağlanmış 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC ilə cavabdeh X4 arasında bağlanmış 18 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, X1 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə milli manat ekvivalentində əsas borc üzrə 38.577 ABŞ dolları, faiz məbləğ üzrə 13.967 ABŞ dolları, cərimə məbləği üzrə 100 ABŞ dolları məbl əğində pul vəsaitinin "Cavabdeh” ASCnin xeyrinə tutulması, tələbin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmişdir. X4 həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, şikayəti təmin edilməməklə qətnamə dəyişdirilmədən saxlanılmış, o cümlədən, apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti də təmin edilməməklə, qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat 22 may 2019-cu il tarixdə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslan dırmışlar ki, mənzilin ipoteka ilə yüklü edilməsi, gələcəkdə tutmanın mənzilə yönəldilməsi barədə iş üzrə İddiaçı2 istisna olmaqla, iddiaçılara məlumat verilməmişdir, onlar məhkəmə prosesinə cavabdeh qismində cəlb olunmamışlar. Mənzil üzərində hər hansı hüquqi əməliyyat- yüklü edilmə, satma, bağışlama və digər şəkildə özgəninkiləşdirmə, ailə üzvlərinin razılığı ilə həyata keçirilir. Odur ki, ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3886/2019 saylı iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia rədd edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq, tərəflərin izahatları alınaraq müəyyən edilmişdir ki, bundan əvvəl iddiaçı Cavabdeh ASC-nin X3 qarşı kredit müqaviləsinin ləğvi, kredit məbləğinin və fa izlərin tutulması tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiasına məhkəmə qaydasında baxılmışdır. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından göründüyü kimi, X2 Cavabdeh ASC qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı olaraq SXXXçıxış etmişdir və iddiaçı bankın tələbi əsasında tutmanın həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Sözügedən məhkəmə mübahisələri zamanı hazırki iddiaçıların (həmin iş üzrə cavabdeh İddiaçı2, iş üzrə tərəf olmayan şəxslər İddiaçı3 və İddiaçı1) apellyasiya şikayətləri isə geri qaytarılmışdır. Belə olan halda onlar yeni iddia ilə məhkəməyə müraciət etmişlər. Qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4598/2017 saylı, 06 aprel 2017-ci il tarixli qətnaməsində Cavabdeh ASC ilə X4 arasında bağlanmış 18 avqust 2 014-cü il tarixli ipoteka müqaviləsinin mötəbərliyinə əsasən əmlaka tutma yönəldilmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mlüki Kollegiyaları da analoji mövqedən çıxış edərək, bağlanmış 18 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə əmlaka tutma yönəldilməsini əsaslı hesab etmişlər. Bununla bərabər, məhkəmə tərəfindən Sumqayıt şəhər 1 saylı notariat kontoruna sorğu verilərək 18 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə bağlı notariat işi tələb edilməklə müəyyən edilmişdir ki, ipoteka qoyan İddiaçı2 özünə məxsus olan Sumqayıt şəhəri, 16-cıməhəllə, ev 23A/38, 102 saylı mənzili ipoteka ilə yüklü etmiş, müqavilə şərtləri ilə razı olduğunu müqaviləyə şəxsən imza etməklə təsdiq etmişdir. Digər iddiaçılar, İddiaçı1 və İddiaçı3 isə 05 avqust 2014 və 15 avqust 2014-cü il tarixli ərizələri ilə (ərizələrdəki imzaların həqiqiliyi notarius tərəfindən təsdiq edilməklə) mübahisəli mənzilin Cavabdeh ASC-yə ipotekaya (girov) qoyulmasına razılıq vermişlər. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçılar qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. İddianın ikinci hissəsi, yəni əmlakın yüklülükdən azad edilməsi hissəsi ipoteka müqaviləsinin etibarsızlığı ilə birbaşa bağlı olduğundan, prosessual qənaət prinsipi baxımından həmin iddia da təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla göstərmişlər ki, ipoteka müqaviləsinin bağlanmasına razılıq ərizələri onlar tərəfindən imzalansa da, notarius tərəfindən onlara ipotekanın mahiyyəti və hüquqi nəticəsi izah edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3456/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli, A.Ə.İsgəndərov, E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu səbəbdən, ipoteka müqavilənin etibarsız hesab edilməsinə əsas yoxdur. İddiaçılar iddia ərizəsində mənzilin ipotekaya q oyulmasına razılıq vermədiklərini, bu barədə hər hansı müqaviləyə və razılıq ərizəsinə imza etmədiklərini göstərsələr də, birinci instansiya məhkəməsi tərəfindən notariat işi tələb olunub ipoteka müqaviləsinin İddiaçı2 tərəfindən imzalanması, habelə mənzilin ipoteka ilə yüklü edilməsinə İddiaçı1 və İddiaçı3 tərəfindən yazılı razılıq verilməsi müəyyən edildikdən sonra apelyasiya şikayətində müqaviləyə və razılıq ərizələrinə onlar tərəfindən imza edilməsini etiraf etmiş, lakin notarius tərəfindən ipotekanın mahiyyətinin və hüquqi nəticələrinin onlara izah olunmadığını bildirmişlər. Halbuki, ipoteka müqaviləsində və razılıq ərizələrində ipotekanın hüquqi nəticələri kifayət qədər aydın izah olunmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kif ayət qədər tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılardan İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hə dləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə,dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İrad ə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması ha lları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaçıların apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar