Məhkəmə qərarları › İş №2(102)-273/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-273/2025

13.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhəmmədsəlim oğluna qarşı iş üzrə QƏRARİ Açar sözləri: ər-arvadın fərdi mülkiyyəti, qızıl-zinət əşyalarının qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3111/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 3 övladları var.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)1698/2022 saylı qətnaməsi ilə, Yaqubova (Verdiyevə) Elvida Xudaverdi qızı ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə bağlanmış, 667 nömrə ilə Bakı şəhəri Nərimanov rayon VVADQŞ tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir (1/4) hi ssəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. 3. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflər birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və digər məsələlər barədə razılığa gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan

1. Həri üzüyü brilyant qaşlı-9 qr,750 əyar 1150 manat,

2. Nişan üzüyü brilyant qaşlı-12qr, 750 əyar-1500 manat,

3. Bilərzik və boyunbağı-90 qr, 585 əyar-7200 manat, 4.Gəlinlik üzük, sırğa dəsti brilyant qaşlı – 750 əyar-8300 manat,

5. Sırğa, üzük dəsti (banan formalı) (İtalyan qızılı)-14 qr, 750 əyar -1290 manat,

6. Qızıl bilərzik (40 yaşa hədiyyə)-23 qr, 750 əyar 2400 manat,

7. Qızıl bilərzik (35 yaşa həd iyyə)17 qr, 750 əyar, 1785 manat,

8. Qədimi Nikolay sikkəsi (qızıl çərçivədə)-23q r-sikkə-1500 manat+çərçivə 1020 manat2520 manat, 9.Qızıl boyunbağı-17 qr, 585 əyar-1360 manat,

10. Qızıl boyunbağı-25 qr, 750 əyar-2300 manat,

11. Qızıl boyunbağı, bilərzik ilə (atadan hədiyyə, təbii yantar qaşlı)56 qr, 750 əyar-5340 manat, 12.Qızıl üzük-10 qr, 583 əyar-800 manat,

13. Qızıl kulon, sırğa (yarpaq formalı)-21 qr, 750 əyar-2000 manat, 14.Qızıl (qara minarəli) üzük, sırğa, kulon, bilərzik-57 qr, 585 əyar- 4560 manat,

15. Qızıl sancaq (2 ədəd) -1- 8 qr, 750 əyar 2.- 16 qr, 750 əyar-1680 manat, 16.Göz muncuğu (uşaqların, 3 ədəd) ¾ qr,750 əyar- 420 manat, 17.Qızıl sırğa (halqa tipli)-13 qr, 750 əyar-1235 manat,

18. Qızılı sırğa (yumru sallanmalı dairələr)-14 qr, 750 əyar-1400 manat, 19.Qızıl sırğa (S eyran verən)-6 qr, 583 əyar-480 manat,

20. Üzük brilyant və zümrüd qaşlı-10 qr, 750 əyar-1300 manat, 21.Üzük (yumru,3 dənəli)-11 qr, 585 əyar-880 manat, 22.Briliyant (romb formalı) dost (üzük, sırğa, klon)-35 qr,750 əyar-8500 manat,

23. Kulon (kəpənək formada)-9.8 qr, 750 əyar-1000 manat, 24.Boyunbağı (Ulduzun)-12 qr, 750 əyar-1200 manat, 25.Qızıl sırğalar (Ulduzun, 3 ədəd) -1.-5qr, 535 əyar 2. 2 qr, 585 əyar 3.4 qr, 585 əyar-920 manat,

26. Bilərzik (Ulduzun)-7.3 qr, 750 əyar-660 manat, 27.Üzük (sirkon qaşlı) və bilərzik (toy günü hədiyyə olunmuş) – 4 qr, 585 əyar,-10 qr, 585 əyar-1120 manat, 28.Qızıl boyunbağı (ata evi)-18 qr, 585 əyar-1440 manat,

29. Tros bilərzik (ata evi)-4.8 qr, 585 əyar-390 manat,

30. Qızıl boyunbağı (toy hədiyyəsi, tros)-6 qr, 585 əyar-480 manat,

31. Təbii mirvari b oyunbağı-130 manat, cehiz və ata evindən hədiyyə əşyalar 1.Çilçıraq - 16 şamdanlı (Çexiya istehsalı) -3200 manat,

2. Çilçıraq - 8 şamdanlı (Çexiya istehsalı) -1700 manat,

3. Xalça 50x70 pufik üçün əl ilə toxunmuş 200 manat,

4. Pufik - 1 ədəd (Türkiyə istehsalı) 150 manat,

5. Qədəh (şampan üçün) 12 ədəd (Çexiya istehsalı)-360 manat,

6. Qədəh (böyük) - 12 ədəd (Çexiya istehsalı)-360 manat,

7. Qədəh (balaca) - 12 ədəd (Çexiya istehsalı) - 280 manat,

8. Qədəh (əraq)- 12 ədəd (Çexiya istehsalı) -240 manat,

9. Bakal (xrustal) - 24 ədəd (Çexiya istehsalı)-480 manat,

10. Stəkan (xrustal, çay) - 24 ədəd (Çexiya istehsalı) -480 manat, 11.Stəkan (xrustal armudu) - 12 ədəd -130 manat,

12. Nəlbəki (böyük) - 24 ədəd (Çexiya istehsalı) - 480 manat,

13. Nəlbəki dəsti (göy) - 24 ədəd (Çexiya istehsalı) - 620 manat, 14.Nəlbəki (armudu stəkan üçün) - 12 ədəd (Çexiya istehsalı) -180 manat,

15. Mürəbbə qabı (xrustal) - 24 ədəd (Çexiya istehsalı) - 370 manat,

16. Mürəbbə qabı (farfor) 24 ədəd (Çexiya istehsalı) - 500 manat,

17. Konfet qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-280 manat,

18. Mürəbbə qabı (xrustal) - 4 ədəd (Çexiya istehsalı)-320 manat, 19.Xrustal səbət formalı meyvə qabı - 2 ədəd böyük (Çexiya istehsalı) - 380 manat,

20. Xrustal qənd qabı - 4 ədəd (Çexiya istehsalı) -240 manat,

21. Ləbləbi qabı - 4 ədəd (Çexiya istehsalı) -300 manat,

22. Şamdan qabı - 2 ədəd (Çexiya istehsalı) - 250 manat,

23. Xrustal kül qabı - 2 ədəd -180 manat,

24. Xrustal salfet qabı - 4 ədəd (Çexiya istehsalı) -280 manat,

25. Xrustal səbət (balaca, böyuk)-4 ədəd (Çexiya istehsalı) - 660 manat,

26. Duz-ist iot qabı (xrustal gümüş altlıq) 4 ədəd (Çexiya istehsalı) - 770 manat,

27. Qızıl suya salınmış qaşıq - 12 ədəd - 480 manat, 28.Çəngəl dəsti gümüş - 12 ədəd - 300 manat,

29. Bıçaq dəsti gümüş - 12 ədəd 300 manat,

30. Xörək qaşığı dəsti gümüş -12 ədəd - 300 manat,

31. Kofe qaşığı dəsti gümüş - 12 ədəd - 260 manat,

32. Gümüş limon üçün çəngəl 6 ədəd-90 manat,

33. Plov qaşığı (qızıl suya salınmış) - 4 ədəd-100 manat,

34. Mürəbbə qaşığı (qızıl suya salınmış) - 4 ədəd -80 manat,

35. Tort üçün bıçaq və qaşıq - 2 dəst-180 manat,

36. Çəngəl, qaşıq, bıçaq, çay qaşığı (hərəsindən 6 ədəd) - 4 qutu (Korkmaz Türkiyə) - 640 manat,

37. Sinipadnos-(qaşlı, hündür ayaqlı) - 2 ədəd (Korkmaz Türkiyə) -130 manat,

38. Bıçaq, qaşıq, çəngəl və s. - 1 dəst çamadan 1100 manat, 39.Qızıl suya salınmış duz-istiot qabı (quş formalı) - 2 ədəd- 70 manat, 40. 3 mərtəbəli çərəz qabı - 2 ədəd (Çexiya istehsalı) - 100 manat,

41. Xörək servizi (Çexiya)-12 nəfərlik - 1200 manat,

42. Termos çay üçün - 1 ədəd - 55 manat,

43. Çay dəsgahı - 6 nəfərlik (Çexiya istehsalı) - 380 manat,

44. Çay dəsgahı (kobalt) 6 nəfərlik-720 manat,

413. Çay dəsgahı (madonna) - 6 nəfərlik (Almaniya istehsalı) - 350 manat,

46. Kofe servizi - 6 nəfərlik (Çexiya istehsalı)-300 manat,

47. Plov buludu- 1 ədəd, boşqab 6 ədəd (madonna) -270 manat,

48. Tort qabı - 2 ədəd -180 manat,

49. Kompot qrafin dəsti(xrustal) - 2 dost - 420 manat, 50.Yapon boşqab dəsti (4 cür) 48 ədəd (1973-cü il) 960 manat, 51.Yapon salat qabı (böyük) - 6 ədəd (balaca) - 6 ədəd - 300 manat, 52.Plov buludu (böyük, orta, balaca) - 6 ədəd-80 manat,

53. Kasa (böyük,balaca) - 24 ədəd - 120 manat,

54. Kasa (qədimi) - 2 ədəd - 400 manat,

55. Güldan (qara, dəmir, qızılı işləmə) - 2 ədəd (Hindistan) - 150 manat, 56.Güldan (xrustal) - 2 ədəd-500 manat,

57. Güldan (lepkalı) - 2 ədəd-80 manat, 58.Meyvə üçün vaza - 2 ədəd (Çexiya istehsalı)-600 manat, 59.Konfet qabı (lepkalı) - 2 ədəd-100 manat,

60. Meyvə qabı (lepkalı) - 2 ədəd -100 manat, 61.boşqab dəsti - 12 ədəd (Korkmaz Türkiyə istehsalı) - 260 manat, 62.Yemək dəsti - 12 nəfərlik (Türkiyə istehsalı serviz) -1200 manat,

63. Kompot bakalları (lepkalı) 12 ədəd - 120 manat, 64.Döşək (2 nəfərlik, yun) - 1 ədəd-220 manat, 65.Döşək (l nəfərlik, yun) - 3 ədəd -360 manat, 66.Yorğan (yun) - 6 ədəd-420 manat,

67. Balış (70x70) - 8 ədəd-400 manat,

68. Süfrə (müxtəlif ölçülü) - 8 ədəd-750 manat,

69. Süfrə (xalçaya bənzər) - 1 ədəd - 135 manat,

70. Dəsmal dəstləri -300 manat,

71. Çarpayı örtüyü (hədiyyə, yeni) - 1 qutu-50 manat,

72. Çarpayı örtükləri- 3 ədəd-360 manat, 73.Yataq dəstləri (yeni) - 3 dəst-500 manat, 74.Ütü - 1 ədəd -220 manat,

75. Ətçəkən maşın (Kenwood) - 1 ədəd -190 manat,

76. Tozsoran (Samsung) - 1 ədəd - 320 manat,

77. Blendr(Braun) - 1 ədəd - 60 manat,

78. Mixer - 1 ədəd - 90 manat,

79. Toster (Kenwood) 1 ədəd 110 manat,

80. Tikiş maşını (Zinger) - 1 ədəd-325 manat,

81. Elektrik çaydanı - 1 ədəd - 65 manat,

82. Elektrik samovar - l ədəd (Rusiya) - 100 manat,

83. Elektrik aş qazan - 1 ədəd (Türkiyə) -110 manat,

84. Qazan 4-lü - 1 dost - 140 manat,

85. Tava 3-lü -1 dəst110 manat,

86. Çaydan (Korkmaz) - 1 ədəd-65 manat,

87. Dəm çaydanı - 3 ədəd - 45 manat,

88. Stolüstü bıçaq dəsti 6 -lı (Almaniy a istehsalı) - 155 manat,

89. Ədviyyat qabları - 50 manat,

90. Çay dəsgahı - 1 dəst - 170 manat,

91. Mücrü - 1 ədəd -120 manat,

92. Ümumi mətbəx əşyaları - 300 manat,

93. Əl işi Monaliza-çərçivədə şəkil olmaqla qızılzinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyaların Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nikah pozulduqdan sonra Cavabdeh Məhəmməd oğlu tərəfindən İddiaçı məxsus olan qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyalar sonuncuya qaytarılmamışdır. İddiaçı hesab etmişdir ki, siyahısı iddia ərizəsinə əlavə olunmuş qızıl-zinət, cehiz və iddiaçıya hədiyyə olunmuş əşyalar cavabdehdən məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə eti raz ərizəsi təqdim edərək iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 27 oktyabr 2001-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladları doğulub. Böyük oğullarının hazırda 21 yaşı var və onun maliyyə dəstəyi ilə Türkiyə Respublikasında təhsil alır. İkinci övladları X2 hazırda 19 yaşı vardır. Kiçik uşaqları X8 22 avqust 2011-ci il tarixdə doğulmuşdur. Nikahlarının ilk vaxtlarında qısa müddət ərzində onun valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 30, 22 saylı, 3 otaqlı mənzilində yaşamışlar, (hazırda da o, iddiaçı və övladları orada qeydiyyatdadırlar). İddiaçının cehiz əşyaları da məhz o vaxt bu mənzilə gətirilib. Sonra iddiaçının valideyinləriylə birgə yaşayış münasibətləri alınmadığı üçün onlar kirayə evə köçmüşlər. 2005-ci ildə ünvan 1 ünvanında 3 otaqlı ev alaraq ora köçmüşlər. Hansı əşyanın 2005-ci ildən bu günə qədər qırıldığı hansının salamat qalmasını o bilir. 2013-cü ildə ünvan 2 ünvanında 4 otaqlı mənzil almışlar və iddiaçının cehiz və digər birgə aldıqları əşyalar köhnə ünvanda qalmışdır. Yeni evə hər şey təzə alınıbdır. İddiaçı yaşadıqları mənzili 1 yanvar 2022-ci il tarixində könüllü olaraq tərk edərək getmişdir. O, gedən zaman qızından və kiçik oğlundan anaları ilə getmək istədiklərini soruşduqda onlar müvəqqəti olaraq gedərək sonra qayıdacaqlarını bildirirdilər. İddiaçı qızıl-zinət əşyalarını da aparmaq istədiyini bildirdikdə o, heç bir etiraz etməyib. Bu zaman balaca oğlu öz otağında idi. Qızı ola bilsin ki, onların danış ıqlarını eşidirdi. Çünki artıq anasının getmək istədiyini bilirdi. Beləliklə o, qızıl-zinət əşyalarını götürərək göstərdiyi uşaqlarıyla evdən gediblər. Belə ki, sonrakı vaxtlarda qızı evə tez-tez gələrək özünün, qardaşının və anasının geyim və digər, o cümlədən yorğan döşəklərini onun avtomobiliylə birgə aparırdı. Apardığı əşyaları ya əlində ya da onun istəyi ilə rahat olsun deyə qablaşdırıb ona verirdi. İddiaçı gedən gündən hazırkı vaxta kimi o həmin qızılzinət əşyalarını mənzildə görməmişdir. Qızı evə tez-tez gəlirdi. Lakin iddiaçının və qızının hər hansı bir qızıl əşyasının evdə qalması barədə ona heç vaxt bildirməmişdir. Halbukı iddiaçı təqdim etdiyi qızıl-zinət əşyalarının Siyahısının 24, 25, 26-cı sırasında göstərilən qızılların qızı Ulduza məxsus olması göstərilir. Bununla əlaqədar əgər qızı da qızıl-zinət əşyalarını aparmayıbsa niyə ona bildirməyib və məhkəmədə iddia qaldırmayıb. Nikahları 28 aprel 2022-cü il tarixdə pozulmuşdur. Həmin iş üzrə o, ilkin iddiaçı olmuşdur və iddiaçı məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia ərizəsində onun tərəfindən yalnız ilkin iddianı qəbul edib və yetkinlik yaşına çatmamış uşaqları X9 üçün aliment tələbi qoyulmuşdur. Bu iddia ərizəsində iddiaçı qızıl-zinət və cehiz əşyalarını tələb etməmişdir. Qətnamədən də görünür ki, bir-birlərinə olan iddianı hər ikisi qeyd şərtsiz qəbul etmişlər. Bundan əlavə əmlak bölgüsü barəsində Bakı 6 saylı Mediasiya Təşkilatında 22 sentyabr 2022-ci il tarixli Barışıq sazişi bağlamışlar. Həmin mediasiyanın aparılması üçün yenə də iddiaçı müraciət etmişdir. Barışıq sazişinə əsasən ümumi mülk iyyətdə olan daşınmaz və daşınar əşyalar bölünmüşdür. Həmin barışıq sazişinə baxsalar, indiyə kimi heç bir qazancı olmayan iddiaçı ilə bütün əmlakları bərabər bölünmüşdür. Həmin müraciətdə mübahisə predmeti əmlak tələbi olmuşdur. Lakin iddiaçı bu mediasiya tətbiqi barədə müraciətində də hazırda tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbini qoymamışdır. Avqust 2022-ci il tarixindən o, yenidən nikaha daxil olmuşdur. Nikaha daxil olmamışdan əvvəl Türkiyə Respublikasında təhsil alan oğluyla və qızıyla məsləhətləşmişdir. Çünki onların hər ikisi yetkinlik yaşına çatıblar və özlərinin də ailə qurmaq vaxtlarıdır. Yeni nikaha girmək barədə hərəkətlərini oğlu tam təqdir etmişdir. Lakin qızı onun çox tələsdiyini deyərək nikaha girməsinə etirazını bildirmişdir. O, yeni nikaha g irdikdən bir müddət sonra qızı onun telefonunu bloka qoyub hansı ki, iddiaçı ilə 2022-ci ilin əvvəlindən ünsiyyətləri kəsildiyi üçün azyaşlı oğluyla ünsiyyət, onunla görüşləri, aparıb gəzdirməkləri üçün qızıyla telelonla əlaqə saxlayırdı. Artıq bundan da məhrum olmuşdur. Uşağını da görə bilmir. Bunların ardınca da iddiaçı gedərkən özü ilə apardığı qızıl-zinət və 22 il bundan əvvəl gətirdiyi məişətdə işlənən cehiz əşyalarını tələb etməyə başlamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatında mənzillərin bölgüsü ilə əlaqədar bağladıqları barışıq müqaviləsinə əsasən iddiaçı onların əvvəlki ünvan 1 ünvanındakı mənzili götürübdür. Onun cehizləri də o vaxt, yəni 2005-ci ildə valideyinlərinin mənzilindən həmin mənzilə gətirilib. Onda qalan mənzilə həmin cehizdən heç nə gətirilməyibdir. İddiaçı məhkəməy ə üzərində qızıl-zinət əşyaları olan müxtəlif şəkillər təqdim etməklə həmin qızılların sahibi olmasını təsdiq edir. Bu da əsassızdır. Çünki o, o qızılların çoxunu tanımır. Belə ki, bəzən o toya və digər şadlıq tədbirlərinə gedərkən qohumlarının da qızıllarını üzərinə taxırdı. Buna görə də həmin qızılların hamısının ona məxsus olması demək deyildir. Digər bir halda həmin şəkillərin təqdim edilməsi qızılların onda qalması demək deyildir. Əgər həqiqətən də iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarını aparmayıbsa nə üçün məhkəmədə qarşılıqlı iddia qaldırarkən və birgə əmlaklarını bölərkən onları tələb etməmişdir. Halbukı, məhkəmə praktikasında da ən çox yayılmış hal iddiaçının birinci ona məxsus olan əşyaları, nəinki birgə əmlakın bölünməsini tələb edir. Əgər birgə əmlakı uzun müddət bir vax t aparan məhkəmə prosesləri ilə yox, bir günlük keçirilən mediasiya ilə bütün qazandığı daşınmaz və daşınar əmlakı heç bir qazancı olmayan iddiaçı ilə bölməyə razı olursa nə üçün ona məxsus qızıl-zinət əşyalarını ona verməyə razı olmamışdır. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların tələb edilməsi üçün ən azı iki şərtə əməl etməlidir: Birincisi, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların ona məxsus olmasını (hansılarının cehiz, hansılarının ata evindən hədiyyələr kimi ona verilməsini) və siyahıda və şəkildə göstərilən zinət əşyalarının ona məxsus olmasını; İkincisi, həmin əşyaların onda qalmasını sübut etməlidir. Siyahının 78-ci sırasında göstərilən Zinger tikiş maşını 2014-cü il tarixdə tərəfindən alınıb. Belə olan halda hansı əsasla o cehiz əşyaları sırasına aid edi lir. Bununla yanaşı iddiaçının və qızının öz qızıl-zinət əşyalarını götürmək imkanı olduğu halda bunu etməmələri heç bir məntiqlə inandırıcı görünmür. Hazırkı halda, iddiaçının və qızının mübahisəli qızıl-zinət əşyalarını özü ilə aparmadığını və həmin əşyaların onda qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Özgəsinin sahibliyindən əmlak geri tələb edilərkən əmlakın həmin şəxsdə olması sübuta yetirilməlidir. Bu hal isə iddia ərizəsində sübuta yetirilməmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, tərəflərin qızıdır. Hər şey babasının xəstələnməsi və anasının babasıgilə getməsi ilə başladı. Sonra babasının vəziyyəti ağırlaşdı və anası babasıgildə qalası oldu. 31 dekabr anası bayram yeməyi təşkil etdi. Birlikdə yığışıb bayram keçirdikdən sonra yanva r ayının 1-də anası ilə atası arasında mübahisə başladı. O, hadisəyə müdaxilə etməli oldu. Ondan sonra otaqdan paltarlarını çamadana qoydu və anası da 1-2 paltarını götürdü. Evdən çıxmaq istəyəndə atası ona anası ilə gedəcəyini və ya evdə qalacağını soruşdu. O isə anası ilə gedəcəyini bildirdi və ondan sonra qardaşı da onlarla gedəcəyini söylədi. Bundan sonra atası daha da hiddətləndi və evdən çıxanda evin və avtomobilin açarlarını onlardan aldı. Nəhayət anası, qardaşı və o, axşam üstü evdən çıxıb taksi ilə xalasıgilə gəldilər. Daha sonra 15 aprel atasını yığıb, evə gəlib paltarlarını götürəcəyini söylədi. Atası da nə vaxt istəsə gəlib götürə biləcəyini bildirdi. O, evə gedib paltarlarını götürdü və çıxanda atasından qızılları nə vaxt verəcəyini soruşdu. Atası da bildirdi ki, o, anasının q ızıllarını verib. O isə elə bir şey olmadığını söylədi. Evdən çıxanda götürdüklərindən 1 çamadan, 2 bel sumkası və 2 ədəd sellofan olub. Qızılların sayını dəqiq bilmir. Onun 1 kəpənək boyunbağı, 1 sırğa və 1 ədəd fil klonu olub. Qızıllar seyfdə olurdu. Seyf də valideynlərinin otağında olurdu. Evdən gedəndən sonra cəmi evə 1 dəfə gedib. 1 dəfə də atası özü 2 karobka əşya göndərmişdi. Onun da içində qızıllar yox idi.

8. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirmişdir ki, o, iddiaçının bibisidir. O, iddiaçıya cehizlərin verilməsinin şahidi olmuşdur. İddiaçı evləndiyi zaman ona qızıllar alınmışdır. Eyni zamanda uşaqlar doğulduğu zaman, onların ad günlərində həm qız tərəf, həm də oğlan tərəf hədiyyə olaraq, qızıl zinət əşyaları almışdırlar. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu və cavabdehin onları evdən qovduğunu eşitmişdir. Bundan başqa onların evdən özləri ilə heç nə gətirə bilmədiklərini də eşitmişdir. Cavabdeh evin açarını da onlardan alıb, sonradan onların evə gedib, hər hansı əşyaları özləri ilə gətirmələri mümkün deyildir. Bütün əşyalar evdə qalmışdır. O, mübahisənin olduğu zaman orada olmamışdır. Sadəcə aralarında mübahisə olduğunu eşitmişdir. Uşaqlar doğulduqdan sonra iddiaçının qayınatası ona qızıllar hədiyyə etmişdir. İddiaçının həm oğlu, həm də qızı doğulan zaman ona qızıllar hədiyyə edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, o, iddiaçının əmisinin arvadıdır. İddiaçı gəlin köçdüyü zaman onun evinin bəzədilməsində o da iştirak etmişdir. İddiaçı tərəfindən ev üçün lazım olan bütün cehiz əşyalarının aparıldığının şahidi olm uşdur. İddiaçı ilə cavabdeh arasında mübahisə olduğunu eşitmişdir. Cavabdeh onları evdən qovmuşdur. Hətta onları evdən qovarkən, açarlarını da əllərindən almışdır. O, iddiaçı ilə cavabdehin arasında olan mübahisənin səbəbini bilmir. Onlar mübahisə edən zaman evdə uşaqları Elmir və Ulduz olmuşdur. Cavabdehin onları evdən qovduğunu görməmişdir, sadəcə olaraq onların evdən qovulduğunu eşitmişdir.

10. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçının atası komaya düşmüşdü və 27 gün xəstəxanada yatmışdır. Yanvar ayının 1-i axşam saatlarında Elvida ona zəng edərək, evin qarşısında olduğunu və onların qarşısına çıxmağını bildirdi. O da onları qarşılamağa getdiyi zaman üzlərinin ağlamaqdan şişdiyini görüb, lakin bu barədə onlara heç bir sual verməyib. Onl arı götürərək, öz evinə gətirib. Elvida onun evinə taksi ilə gəlmişdir. Onlar gəldikləri zaman əllərində yüngül sumkalar və qara çamadan var idi. Həmin sumkalarda məktəb ləvazimatları, kitablar, məktəb geyimləri və gündəlik geyimlər var idi. Əşyalardan müəyyən edilirdi ki, onlar təsadüfi və təcili şəkildə yığılmışdır. Həmin əşyaların içərisində qızıl-zinət əşyaları olmamışdır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8433 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri 67693 manat müəyyən edilmişdir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onları n keyfiyyətini, sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-145/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi (hakim-Nərgiz Tağıyeva) ilə iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2001-ci il tarixində rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 3 övladları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə tərəflər mediasiya prosesində barışıq sazişi bağlayaraq, birgə nikah dövründə əldə edilmiş əml akları bölmüşlər. Hazırda iddiaçı nikah pozulduqdan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının ona qaytarılmadığını əsas gətirərək, həmin əşyaların və ya onların dəyərinin məhkəmə qaydasında cavabdehdən alınmasını xahiş edir. Cavabdeh isə iddia ərizəsində göstərilən əşyaların onda olmadığını bildirərək iddiaya etiraz edir

14. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı qızılların vaxtilə onun istifadəsində olduğunu göstərən fotoşəkillər təqdim etmişdir. Eyni zamanda həmin əşyaların siyahısı məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş və zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri 67693 manat müəyyən edilmişdir. Əşyalar məhkəməyə və ekspertizaya təqdim edilmədiyindən onların dəyərinin yalnız nəzəri müəyyənləşdirilməsi mümkün olmuşdur.

15. Lakin qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavədə 31 adda qızıl-zinət əşyları sadalansa da, onların hamısının fotoşəkilləri, mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə sadalanan əşyaların siyahısının şişirdildiyini, mövcud olan qızılları isə iddiaçının özü ilə apardığını bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, “iddiaçı 01 yanvar 2022-ci il tarixində evi tərk edərək qızıl-zinət əşyalarını da aparmaq istədiyini bildirdikdə o, heç bir etiraz etməyib. Sonrakı vaxtlarda qızı evə gələrək özünün, qardaşının və anasının geyim və digər əşyalarını, o cümlədən yorğan döşəklərini onun avtomobiliylə birgə aparırdı. Apardığı əşyaları ya əlində ya da onun istəyi ilə rahat olsun deyə qablaşdırıb ona verirdi. İddiaçı gedən gündən hazırki vaxta kimi o həmin qızıl-zinət əşyalarını mənzildə görməmişdir. Qızı evə arada gəlirdi, lakin iddiaçının və qızının hər hansı bir qızıl əşyasının evdə qalması barədə ona heç vaxt bildirməmişdir”. İddiaçı isə qızılları seyfdə saxladığını, seyfin şifrəsini bildiyini, lakin mənzili tərk edərkən heç bir qızılzinət əşyası götürmədiyini, hətta avtomobilinin açarını da cavabdehin ondan aldığını bildirmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı evi mübahisə zəminində tərk etmişdir. Gedərkən uşaqlar da onunla birlikdə evdən çıxmış və bir qisim əşyalarını özü ilə götürmüşlər. Maşının açarını cavabdehin ondan alması işin mübahisələndirilməyən halıdır. Qızıl-zinət əşyalarını götürməsi ilə bağlı isə hər iki tərəf fə rqli mövqe nümayiş etdirir. Məhkəmə hər iki tərəfin izahatında səmimi ifadələr olmadığını nəzərə alır. Lakin bununla yanaşı qeyd edir ki, hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların əvvəllər onun mülkiyyətində olduğunu, hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar hal-hazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehə keçir.

17. Hazırkı işd ə isə qeyd olunduğu kimi, əşyaların hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh iddia ərizəsinə əlavədə göstərilən qızılların hamısının mövcudluğunu qəbul etmir, iddiaçının bəzən bijuteriyalardan, bəzən isə qohumlarına məxsus qızıllardan istifadə etdiyini bildirir. Bu zaman məhkəmə xüsusilə nəzərə alır ki, tərəflər arasında nikah pozulduqdan sonra mediasiya sessiyasında barışıq sazişi bağlanmış və tərəflər daşınar və daşınmaz əmlakların bölünməsi, onların dəyərinin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Altmış min manata yaxın dəyərdə olan qızıl-zinət əşyalarının cavabdehdə qalmasına baxmayaraq, barışıq sazişində həmin əşyalarla bağlı hər hansı müddəanın nəzərdə tutulmaması əşyaların cavabdehdə qaldığına əsaslı şübhə yaradır. Halbuki həmin barışıq sazişində hətta 11000 manat dəyərində olan avtomobilin bölünməsi və onun dəyərinin yarısı olan 5500 manatın iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Buna baxmayaraq, tərəflərin izahatından aydın olur ki, xarici ölkədə təhsil alan uşağın təhsil haqqının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandıqdan sonra müvafiq iddia tələbi irəli sürülmüşdür. Həmçinin məhkəmə nəzərə alır ki, iddiaçı evi kəskin münaqişə şəraitində tərk etməmiş, yəni özünəməxsus müəyyən əşyaları götürmək imkanına malik olmuşdur. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir.

18. Hazırkı halda, qızıl-zinə t əşyalarının mövcudluğunu, onları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun.

19. Hazırki iş üzrə iddiaçının öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, şahidlər tərəflərlə yaxın qohumluq münasibətlərində olduğundan, hadisənin bilavasitə şahidi olmadıqlarından onların ifadələri təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz.

20. Həmçinin qızıl-zinət əşyalarının qiymətləndirilməsi məqsədilə məhkəmə tərəfindən tə yin edilmiş ekspert rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində fotoşəkli mövcud olmayan qızıl-zinət əşyaları da qiymətləndirilmiş, qiymətləndirmə isə yalnız iddiaçının təqdim etdiyi məlumatlar (əyar, çəki və s.) əsasında aparılmışdır.

21. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.

23. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər 2001-ci ildə nikaha girmiş və həmin ildə iddiaçı cehi z əşyalarını cavabdehlərin valideynləri ilə birgə yaşadıqları evə gətirmişdir. 2005-ci ildə Xətai rayonu, Xudu Məmmədov küçəsində aldıqları evə köçmüşlər və cehiz əşyalarını həmin evə aparmışlar. 2013-cü ildə isə yeni ev alaraq, həmin evə köçmüşlər. Göstərilənlər işin mübahisələndirilməyən halıdır. Cavabdehin bildirdiyinə görə, yeni evə hər hansı bir köhnə əşya aparılmamış, bütün əşyalar yeni alınmışdır, köhnə əşyalar isə hazırda barışıq sazişi ilə iddiaçıya verdiyi mənzildə qalmışdır. Tərəflərin izahatından göründüyü kimi, iddiaçı uşaqları ilə birlikdə nikah pozulduqdan sonra Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən mənzilə yaşamağa köçmüşlər. İddiaçı isə məhkəməyə verdiyi izahatında həmin mənzildə müəyyən əşyalar olsa da hər şeyin köhnə olduğunu, cehiz əşyalarının yeni köçdükləri m ənzildə olduğunu bildirmişdir. Məhkəmə nikahın bağlanmasından uzun müddət (23 il) keçdiyini, həmin əşyaların uzun müddət istifadə edildiyini, tərəflərin evləndikdən sonra 3-4 mənzil dəyişdiklərini, məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, cehiz əşyalarının siyahıya alınması ilə bağlı müvəqqəti təminat tədbiri ilə müraciət etmək istəməmələrini, cehiz əşyaları ilə bağlı cavabdehin izahatlarının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir.

24. Məhkəmə xüsusilə qeyd etmişdir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Nə zərə alınmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hazırki işdə isə iddianın təmin edilməsi üçün sadalanan sübutlar mövcud deyildir. Beləliklə, iddiaçı iddianın əsasını təsdiq edən süb utları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir.

25. İddiaçı tərəfindən təqdim edilmiş səs yazıları ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin səs yazılarında iddia tələbini təsdiq edəcək hər hansı ifadələr aşkar olunmamışdır. Eyni zamanda həmin səs yazıları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxs lə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir.

26. Hazırki iş üzrə isə təqdim edilmiş səs yazısından göründüyü kimi, cavabdeh qarşı tərəfə “qardaş” deyə müraciət edir, iddiaçının vəkili isə həmin danışıqların dəqiq olaraq kiminlə aparılması barədə məlumatı olmadığını bildirmişdir. Bu baxımdan birbaşa tərəflər arasında aparılmayan danışıqların sübut kimi istifadə edilməsi mülki prosessual qanunvericiliyin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Məcəllənin 157.2, 225.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 88, 106.1, 217.3. 217.4-ci istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə iddiaçıya məxsus qızılzinət və cehiz əşyalarının mövcudluğu və onların məhz cavabdehdə qaldığını təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 157.2-ci maddəsini iddiaçının tələblərinə münasibətdə əsassız olaraq tətbiq etməmişdir. Məhkəmə qızıl-zinət əşyalarına münasibətdə qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hi ssədə rədd edilməlidir.” Belə mövqedən çıxış edən məhkəmə nədənsə, iş üzrə cavabdehin qızıl-zinət əşyalarının mövcud olması və həmin əşyaların iddiaçı tərətindən aparılması barədə izahatlarını diqqətdən kənarda qoymuşdur. Məhkəmə qətnaməsinin 5-ci səhifəsinə nəzər yetirdikdə, görünür ki, Cavabdeh öz izahatlarında,“keçmiş həyat yoldaşı ilə mübahisə etdikdən sonra.... onun özlərinə aid əşyaların bir qismini yığdıqlarını, əşyaları yığan zaman keçmiş həyat yoldaşının qızılları da aparmaq istədiyini bildirməsini (burada cavabdeh mövcud qızıl-zinət əşyalarının iddiaçıya məxsus olduğunu açıq etiraf edir) və gedib qızılları götürdüyünü” göstərir. Qəribədir, cavabdeh qızılların mövcudluğunu və həmin qızılların iddiaçı tərəfindən aparıldığını aşkar etiraf etsə də, məhkəmə əsassız olaraq qızılların m övcudluğunun təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Digər tərəfdən, qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalması hissəsinə gəlincə, məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrini mötəbər hesab etməmiş və hesab etmişdir ki, şahidlər iddiaçının qohumlarıdır və onlar (iddiaçı evdən çıxarılmasının) hadisənin şahidləri olmamışlar. Lakin, nədənsə (səbəbi bizə bəlli deyil) məhkəmə, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış və hadisənin bilavasitə şahidi olmuş övladları X6 ifadələrinə heç bir mqnasibət bildirməmişdir. Ulduz Yaqubzadə öz ifadələrində göstərmişdir ki, "Hər şey babasının xəstələnməsi və anasının babasıgilə getməsi ilə başladı. Sonra babasının vəziyyəti ağırlaşdı və anası babasıgildə qalası oldu. 31 dekabr anası bayram yeməyi təşkil etdi. Birlik də yığışıb bayram keçirdikdən sonra yanvar ayının 1-də anası ilə atası arasında mübahisə başladı. O, hadisəyə müdaxilə etməli oldu. Ondan sonra otaqdan paltarlarını çamadana qoydu və anası da 1-2 paltarını götürdü. Evdən çıxmaq istəyəndə atası ona anası ilə gedəcəyini və ya evdə qalacağını soruşdu. O isə anası ilə gedəcəyini bildirdi və ondan sonra qardaşı da onlarla gedəcəyini söylədi. Bundan sonra atası daha da hiddətləndi və evdən çıxanda evin və avtomobilin açarlarını onlardan aldı. Nəhayət anası, qardaşı və o, axşam üstü evdən çıxıb taksi ilə xalasıgilə gəldilər. Daha sonra 15 aprel atasını yığıb, evə gəlib paltarlarını götürəcəyini söylədi. Atası da nə vaxt istəsə gəlib götürə biləcəyini bildirdi. O, evə gedib paltarlarını götürdü və çıxanda atasından qızılları nə vaxt verəcəyini s oruşdu. Atası da bildirdi ki, o, anasının qızıllarını verib. O isə elə bir şey olmadığını söylədi.....Qızıllar seyfdə olurdu. Seyf də valideynlərinin otağında olurdu. Evdən gedəndən sonra cəmi evə 1 dəfə gedib. 1 dəfə də atası özü 2 karobka əşya göndərmişdi. Onun da içində qızıllar yox idi.” İddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcudluğunu və evdən münaqişə baş verməsi ilə əlaqədar anası ilə çıxarkən qızıl-zinət əşyalarının məhz cavabdehdə qaldığını göstərən X6 ifadələrinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi cehiz əşyalarla bağlı hissədə ümumiyyətlə heç bir araşdırma aparmamış, sadəcə qətnamədə qeyd etmişdir ki, “məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, cehiz əşyalarının siyahıya alınması ilə bağlı müvəqqəti təminat tədbiri ilə müraciət etmək istəməmələrini, cehiz əşyaları ilə bağlı cavabdehin izahatlarının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir." Bu mövqedən çıxış edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “cehiz əşyalarının siyahıya alınması”, başqa sözlə “siyahıya alınma” müvəqqəti təminat tədbiri kimi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, müvəqqəti təminat tədbirinin tətbiqininin, iddianın təmin edilməsi üçün əsas hesab edilməsi də absurd xarakter daşıyır. Tərəflərindən cehiz əşyalarının məhz cavabdehdə qalmasını təsdiq edən kifayət qədər sübutlar, xüsusən cavabdehin özünün məhkəməyə təqdim edilən audio yazısı məhkəmə tərəfindən qiymətləndirilməmişdir. İddianın bu hissəsi ilə bağlı “cavabdehin izahatlarının da ha səmimi olduğunu” bildirən hakimin, bu səmimiyyəti hansı kriteriyalar əsasında müəyyən etdiyini, iş üzrə qızıl-zinət və cehiz əşyalarının iddiaçı tərəfindən aparılması barədə heç bir sübut təqdim etməyən cavabdehin izahatlarının səmimiliyini hakimin necə anladığını qətnamədə aşkar etməyə müvəffəq olmamışıq. Beləliklə, birinci instansiya məhkəməsi işə birtərəfli və subyektiv yanaşmış, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə, iş üzrə cavabdehin qızıl-zinət əşyalarının mövcud olması və həmin əşyaların iddiaçı tərəfindən aparılması barədə izahatlarını diqqətdən kənarda qoymuşdur. Cavabdeh qızılların mövcudluğunu və həmin qızılların iddiaçı tərəfindən aparıldığını aşkar etiraf etsə də, məhkəmə əsassız olaraq qızılları n mövcudluğunun təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Digər tərəfdən, qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalması hissəsinə gəlincə, məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrini mötəbər hesab etmir və hesab edir ki, şahidlər iddiaçının qohumlarıdır və onlar (iddiaçı evdən çıxarılmasının) hadisənin şahidləri olmamışlar. Lakin, nədənsə (səbəbi onlara bəlli deyil) məhkəmə, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış və hadisənin bilavasitə şahidi olmuş övladları X6 ifadələrinə heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi cehiz əşyalarla bağlı hissədə ümumiyyətlə heç bir araşdırma aparmamış və bu hissədə “cavabdehin izahatlarının daha səmimi olduğunu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmi ş sənədlərə, şahid ifadələrinə, cavabdehin etiraflarına, işdə olan audio yazıya lazımi qiymət verməməsi, iş üzrə səhv nəticəyə gəlməsini tam təsdiq edir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3111/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- Fuad Talışinski (sədrlik edən və məruzəçi) Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya istansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əşyaların cavabdehdə olmasına və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (şahidlər dinlənilib, ekspertiza təyin edilsə də) görülsə də, birmənalı təkzibedilməz nəticə hasil olmamış, dayanıqlı sübutların olmaması və barışıq sazişi zama nı tələbdə qeyd edilən əşyaların müzakirə edilməməsi iddianın təmin edilməsini istisna etmişdir. Qeyd edilməlidir ki, istinad edilən səs yazısı subyekt və mahiyyət baxımından iddia edilən əşyaların nəzərdə tutulmasını müəyyən etmir, iddiaçı evdən çıxan və tanışları (qohumları) yanına gələn zaman müəyyən əşyaları götürdüyünü özü və şahidlər qeyd etmişdir, deməli qızıl – zinət əşyalarını da götürmək imkanına malik olmuşdur. Onun qızıl-zinət əşyaları üzərində sahiblik hüquqlarının pozulmasına yönəlik şərait müəyyən edilmədiyindən öz əşyaları üzərində sahiblikdən irəli gələn mülki məsuliyyət onun özünə mənsubdur. Bu hallar cehiz əşyalara da şamil edilir. Həmçinin, bu əşyaların birgə nikah dövründə 22 il ərzində olan çeşidinin dəyişməz qalması da özü-özlüyündə sual doğurur.

32. Qeyd edilənlər m üstəvisində xüsusi olaraq diqqətə çatdırılmalıdır ki, əmlak bölgüsü ilə bağlı sazişin bağlanılması zamanı hazırda mübahisələndirilən əşyalar barəsində iddiaçının susması onun bu əşyaların gələcək taleyi ilə razılaşdığını ifadə edir və ümumiyyətlə qeyd-şərtsiz bağlanmış sazişin mövcudluğu birgə nikah dövründə əmlak hüquqlarının, bununla da sazişdə qeyd edilməyən əmlakın ümumiliyini və ya şəxsi olmasını (mübahisəni) istisna edilir. Təsadüfi deyil ki, sazişin şərtlərinə görə sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə bağlı bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişinin bağlandığı ana kimi yar anmış, məlum olan və ya olmayan, bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər (saziş 4-5-ci bənd).

33. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qan uni və əsaslı hesab etsə də, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini görməzdən gəlmişdir. Məhkəmə nədənsə, işdə iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyalarının mövcudluğu və onların məhz cavabdehdə qaldığını təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, maddi hüquq norması kimi Azərbaycan RespublikasıMülki Məcəllənin 157.2-ci maddəsini iddiaçının tələblərinə münasibətdə əsassız olaraq tətbiq etməmişdir.

36. Belə mövqedən çıxış edən məhkəmə, nədənsə, iş üzrə cavabdehin qızıl-zinət əşyalarının mövcud olması barədə şəxsən vermiş olduğu izahatlarını diqqətdən kənarda qoymuşdur.

37. Qəribədir, cavabdeh qızılların mövcudluğunu və həmin qızılların iddiaçı tərəfindən aparıldığını aşkar etiraf etsə də, məhkəmə əsassız olaraq qızılların mövcudluğunun təsdiq edilmədiyi qənaətin ə gəlmişdir. Digər tərəfdən, qızılzinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalması hissəsinə gəlincə, məhkəmə iş üzrə dindirilmiş şahid ifadələrini mötəbər və dayanıqlı hesab etmir və qeyd edir ki, şahidlər iddiaçının qohumlarıdır və onlar (iddiaçı evdən çıxarılmasının) hadisənin şahidləri olmamışlar. Lakin, nədənsə (səbəbi bizə bəlli deyil) məhkəmə, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmış və hadisənin bilavasitə şahidi olmuş övladları X6 ifadələrinə heç bir münasibət bildirməmişdir.

38. İddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcudluğunu və evdən münaqişə baş verməsi ilə əlaqədar anası ilə çıxarkən qızıl-zinət əşyalarının məhz cavabdehdə qaldığını göstərən X6 ifadələrinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Beləliklə, apellyasiya instan siyasıməhkəməsi yuxarıda qeyd edilən sübutlara heç bir münasibət bildirmədən, kifayət qədər əsaslar olmasına baxmayaraq, AR Mülki Məcəlləsinin 157.2-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməmişdir.

39. Apellyasiya instansiyasıməhkəməsi mübahisəli əşyalarla bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş və qətnamədə (13-cü bənd) bu məsələyə “orijinal” münasibət bildirərək, qeyd etmişdir ki, “.....xüsusi olaraq diqqətə çatdırılmalıdır ki, əmlak bölgüsü ilə bağlı sazişin bağlanılması zamanı hazırda mübahisələndirilən əşyalar barəsində iddiaçının susması onun bu əşyaların gələcək taleyi ilə razılaşdığını ifadə edir və ümumiyyətlə qeydşərtsiz bağlanmış sazişin mövcudluğu birgə nikah dövründə əmlak hüquqlarının, bununla da sazişdə q eyd edilməyən əmlakın ümumiliyini və ya şəxsi olmasını(mübahisəni) istisna edilir. Təsadüfi deyil ki, sazişin şərtlərinə görə sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir.” Ümid edirik ki, apellyasiya məhkəməsinin qətnaməsinin 13-cü bəndi kassasiya instansiyasıməhkəməsinin hakimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcəkdir. Həmin bənddə, qeyd edilir ki, əmlak bölgüsü ilə bağlı sazişin bağlanılması zamanı hazırda mübahisələndirilən əşyalar barəsində iddiaçı susmuşdur. İddiaçının “susması” kimi prosessual hərəkətin mövcudluğu ilə ilk dəfə rastlaşdığımızdan, bu proseduru prosessual hüquq elmində yenilik hesab etmək olar. Əvvəla bildirməliyik ki, tərəflər arasında daşınmaz əmlaklarla bağlı imzalanmış barışıq sa zişində hazırda mübahisə predmeti olan əşyalar nəzərdə tutulmamışdır. Digər tərəfdən isə, apellyasiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində iddiaçının “susması”nın mübahisəli əşyaların cavabdehdə qalması, başqa sözlə əşyaların gələcək taleyi ilə razılaşdığını ifadə etməsi barədə qeyd edilənlər son dərəcə maraqlı hesab edilməlidir. Belə ki, apellyasiya instansiyasıməhkəməsinin mövqeyinə görə, mübahisəli əşyalara aidiyyəti olmayan və onları nəzərdə tutmayan, başqa əmlaklara dair saziş bağlanılan zaman iddiaçı susduğundan, sonuncu mübahisəli əmlakların gələcək taleyi ilə, yəni cavabdehdə qalması ilə razılaşmışdır. Tərəfimizdən mübahisəli əşyaların məhz cavabdehdə qalmasını təsdiq edən kifayət qədər digər sübutlar, xüsusən cavabdehin özünün məhkəməyə təqdim edilən audio yazısıməhkəmə tərəfi ndən düzgün qiymətləndirilməmişdir.

40. Qətnamənin əsaslandırıcı hissəsində bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini izah etməli olan apellyasiya instansiyası məhkəməsi, tərəflərindən təqdim edilmiş sübutlara, xüsusən tərəflərin övladı və iş üzrə obyektiv ifadə verən yetkinlik yaşına çatmış şahid X6 ifadələrinə, işdə olan cavabdehin audio yazısına, habelə cavabdehin özünün etirafedici izahatlarına (qətnamədə əks olunmuşdur) ümumiyyətlə heç bir münasibət bildirməmişdir.

41. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikasınin Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

46. Maddə 152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.

47. Maddə 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanmas ı yükünü daşıyır.

48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

49. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

50. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

51. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

52. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

53. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

54. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

55. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

56. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

57. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi isti fadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)3111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar