Məhkəmə qərarları › İş №2(102)-2731/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2731/2021

02.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2731/2021 02.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti olmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi; sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və vəkili Vəkil Bahadır oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4757/2020 nömrəli iş üzrə 4 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil Bahadır oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı "X3 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 16.01.2019-cu il tarixdən 09.10.2019-cu il tarixədək qəlibçi işində işləmiş, ümumi əmək haqqı məbləği 4277,09 manat təşkil etmişdir.

2. Şirkətdə işlərin kəskin azalması səbəbindən işçilərin sayı və ştatların ixtisarına başlanmış, İddiaçı 09.10.2019-cu il tarixli 276K nömrəli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "X3 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16.01.2019-cu il tarixdən “X3 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qəlibçi vəzifəsində çalışır. İddiaçı həmin şirkətdə hər gün 10 saat olmaqla, səhər saat 08:00-dan axşam 19:00-dək çalışırdı. Lakin buna baxmayaraq, iş saatları müdiriyyət tərəfindən azaldılır və iddiaçının əməyi istismar edilirdi. İddiaçı bu barədə narazılığını bildirəndə, əmək haqqı ödənilirdi. İddiaçı son dəfə iş saatının az olduğunu bildirdikdə və iş saatını tələb etdiyi zaman onu işdən azad etdilər. İddiaçının 16.01.2019-cu il tarixdən 07.10.2019cu il tarixədək olan dövr ərzində 8 saatdan artıq işlədiyi saatları və şənbəbazar günləri işlədiyi günlərin əmək haqqını qanunauyğun olaraq iki qat ödəməli olduqları halda, iddiaçının əmək haqqı cavabdeh şirkət tərəfindən mənimsənilmişdir. İddiaçı bu barədə Əmək Müfəttişliyinə müraciət etsə də, nəticəsi olmamışdır. İddiaçıya 500 manat təzminat verilmişdir. Lakin iddiaçının həftə içi işlədiyi beş günün 8 saatdan artıq olan 720 saat, şənbə və bazar günləri işlədiyi 684 saatdır. Həmin günlərdə şənbə və bazar günləri istirahət günləri olduğu üçün əmək haqqı iki qat ödənilməli idi. Lakin iddiaçıya verilməli olan 3861 manat əmək haqqı, 2 aylıq təzminatı düzgün verilməmişdir. İddiaçı kirayədə yaşayır, ailəlidir, iki azyaşlı uşağı vardır. Gö stərilənlərə əsasən cavabdeh "X3 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialından İddiaçı çatacaq əmək haqqı məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1175/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı 09.10.2019- cu il tarixli, 276K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilmiş, iddiaçı işdən azad edilməmişdən əvvəl qanunvericiliyə uyğun olaraq ona əvvəlcədən (2 təqvim həftəsi) xəbərdarlıq edilmiş, iddiaçı işdən azad edilərkən ona çatan əmək haqqı, istifadə etmə diyi məzuniyyət haqqı, işdənçıxma müavinəti hesablanmış və ödəniş aparılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir.

7. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.2, 99.1, 154.1, 165.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.3, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

8. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1175/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

9. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 avqust 2020-ci il tarixli 2(103)-4757/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1175/2020 saylı 29 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmuş, iddiaçıya ödənilməli olan əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesabla bağlı hər hansı bir ziddiyətli hallar mövcud olmadığına görə ekspertizanın keçirilməsinə lüzum yoxdur. Bundan başqa, iş materiallarında olan sübutlardan görünür ki, məsələ ilə bağlı X1 Xidməti tərəfindən də yoxlama aparılmışdır.

11. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 89.2, 99.1, 154, 70, 71.1, 77.1, 77.3-cü maddələrinə istinad etmişdir.

12. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4757/2020 nömrəli iş üzrə 4 avqust 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddia tələbini obyektiv və h ərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları tədqiq etməmişdir. Belə ki, işəgötürən müvafiq əmək mübahisəsinin həll olunması məqsədilə sübutetmə yükünə uyğun olaraq, mənim iddiamı təsdiq və ya təkzib etmək üçün mütləq surətdə videogörüntüləri, tabel cədvəlini və turniket sistemindən giriş-çıxış vaxtlarının uçot cədvəlini məhkəməyə təqdim etməli olduğu halda etməmiş, məhkəmələr isə bu halın araşdırılmasına səthi yanaşaraq, işin obyektiv həllində maraqlı olmamışdırlar. Kassator kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377, 383, 271.2.9, 167, 77.3, 78.2-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil Bahadır oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 avqust 2020-ci il tarixli 2(103)-4757/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləs i:

17. Maddə 70 “b” bəndi işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

18. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

19. Maddə 89.2 Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

20. Maddə 99.1 İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

21. Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəy yən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

22. Maddə 165.1 İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. Maddə

416. Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§26).

31. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§27).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. İş üzrə İddiaçı və vəkili Vəkil Bahadır oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı 09 oktyabr 2019-cu il tarixli, 276K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məc əlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilmiş, iddiaçı işdən azad edilməmişdən əvvəl qanunvericiliyə uyğun olaraq ona əvvəlcədən (2 təqvim həftəsi) xəbərdarlıq edilmiş, iddiaçı işdən azad edilərkən ona çatası əmək haqqı, istifadə etmədiyi məzuniyyət haqqı, işdənçıxma müavinəti hesablanmış və ödəniş aparılmışdır. Eyni zamanda İddiaçı iş saatlarından artıq işə cəlb edilməmişdir.

36. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi X2 birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, İddiaçı müddətdən artıq işə cəlb edilməsi və əmək haqqının düzgün hesablanmaması barədə müraciəti X1 Xidmətinin 2 say lı Region üzrə X1 tərəfindən araşdırılmış, yoxlama zamanı hər hansı qanun pozuntusu aşkar olunmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Kollegiya həmçinin, qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin ü zərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§23-24). İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

39. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§28).

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4757/2020 nömrəli iş üzrə 4 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar