Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Umudov Ruslan Fazir oğlu, cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tar ixli, 2(006)-1955/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Xəlilov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, 2(103)-10589/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(006)1955/2019 saylı qətnaməsi iddiaçı x1na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər ləğv prosesində olan x2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və x3 qarşı Nizami rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «hərracın yekunlarına dair protokolun və əmlakın alq ı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə müvafiq qeydlərin aparılması» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Umudov Ruslan Fazir oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəl məməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdır ma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 09.08.2012-ci il tarixli, 2(103)-3350/2012 saylı icra vərəqəsinə əsasən, x4 ilə x2 arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli 120 saylı kredit müqaviləsi üzrə 48300 (qırx səkkiz min üç yüz) manat əsas borc, 34384 (otuz dörd min üç yüz səksən dörd) manat faiz borcu, 28 (iyirmi səkkiz) manat dəbbə pulu borcu, ümumilikdə 82712 (səksən iki min yeddi yüz on iki) manat məbləğində və 23 yanvar 2008- ci il tarixli 139 saylı kredit müqaviləsi üzrə 18500 (on səkkiz min beş yüz) manat əsas, 14064 (on dörd min altmış dörd) manat faiz və 10 (on) manat dəbbə pulu borcu, ümumilikdə 32574 (otuz iki min beş yüz yetmiş dörd) manat məbləğində - cəmi hər iki kredit müqaviləs i üzrə 115286 (yüz on beş min iki yüz səksən altı) manat borc pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin x4-dən tutularaq x2- nin hesabına ödənilməsi, x4 ilə x2 arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli 120 saylı kredit müqaviləsi üzrə hesablanmış ümumi 82712 (səksən iki min yeddi yüz on iki) manat borc məbləğinin tutulmasının 27 dekabr 2007-ci il tarixli 120 saylı ipoteka müqaviləsi üzrə yüklü edilmişünvan 1 mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışa çıxarılması və mənzilin satışından əldə edilmiş pul vəsaitindən 82712 (səksən iki min yeddi yüz on iki) manat borc məbləğinin x2-yə tam ödənildikdən sonra qalan məbləğin cavabdehx1na qaytarılması, ipoteka predmeti olan ünvan 1mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər x1, x5, x6 və x7 həmin mənzili ən gec bir ay ərzində tərk etmədikləri təqdirdə mənzildən məcburi çıxarılmaları qət edilmişdir. x3 tələbkar x2-yə və borclular x4 və x1na ünvanladığı açıq hərracın keçirilməsinə dair 07.09.2013- cü il tarixli, 1730 №-li bildirişdən görünür ki, ünvan 1 əmlakın ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 07 oktyabr 2013-cü il tarixə təyin edilmişdir. x3tələbkar x2-yə və borclu x4 MMC və x1na ünvanladığı açıq hərracın keçirilməsinə dair 12.10.2013- cü il tarixli, 2066 №-li bildirişdən görünür ki, ünvan 1 əmlakın ilkin satış qiyməti 34000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 08 noyabr 2013-cü il tarixə təyin edilmişdir. x3tələbkar x2-yə ünvanladığı 11 noyabr 2013 -cü il tarixli, 2267 saylı bildirişdən görünür ki, ünvan 1 əmlakın 13.12.2013-cü il tarixədək alınmayacağı təqdirdə işin icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdarlıq edilmişdir. x8-nin x3-yə ünvanlanmış 29 noyabr 2013-cü il tarixli, 02-1/8073-13 saylı məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilin əldə edilməsinə dair təklif bank tərəfindən qəbul edilmişdir. «Hərracın yekunları barədə» 11 dekabr 2013-cü il tarixli, Y370 №-li protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilədən görünür ki, hərracın təşkilatçısı – x3ilə alıcı x8 ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilin 25500 manata alınması barədə razılığa gələrək həmin protokolu və müqaviləni imzalamışlar. Nizami Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında x3 tərəfi ndən ünvan 1-də yerləşən 51saylı mənzilin açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac 07.10.2013-cü il tarixində, təkrar hərrac isə 08.11.2013-cü il tarixində keçirilmiş, lakin hərraclar baş tutmamış (mənzil əldə edilməmiş), «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə x8-yə təklif olunmuş və bank tərəfindən 29 noyabr 2013cü il tarixdəx3-yə məktub ünvanlanaraq, mənzilin əldə edilməsinə dair təklifin qəbul edildiyi bildirilmiş, 11 dekabr 2013-cü il tarixdə isə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmış və ipoteka predmeti əldə edilmişdir. Məhkəmə bu faktı da vurğulamışdır ki, tələbkar bank tərəfindən aksept məktubu təkrar hərrac keçirildikdən (08.11.2013-cü il) sonra 30 gün ərzində (29.11.2013-cü il) hərrac mərkəzinə ünvanlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməyi iradə ifadəsi kimi ortaya qoymuşdur. hərracın keçirilməsini həyata keçirən x3 tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş (bu barədə kütləvi informasiya vasitələrində məlumat yerləşdirilmiş), ipoteka saxlayan x8 də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Məhkəmə onu da vurğulamağı qənaətbəxş hesab edir ki, qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını alınmağıdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxır edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın (08.11.2013) keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmeti əldə etmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsindən xəbərdar olmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsas ən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nət icələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İk inci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-274/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-274/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver