Məhkəmə qərarları › İş №2(102)-274/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-274/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və vəkili xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)408/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh və İddiaçı birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxx xxx2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 103 manat məbləğində alimentin tutulub iddiaçı xxx qızına verilməsi qət edilmişdir. Yetkinlik yaşına çatmayan X3 “uşaq autizmi (Kanner sindromu)” xəstəliyindən əziyyət çəkir və əlildir. Cavabdeh “xxxx” QSC-də avadanlıqların istismarı və təmiri üzrə texnik vəzifəsində işləyir və aylıq əmək haqqısı 500 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2012-ci il təvəllüdlü X1 üçün, uşaq 18 yaşına çatana qədər cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin, xx xxxx 2012-ci il təvəllüdlü X2 xəstəliyinin müalicəsi üçün əlavə xərclərdə iştirakı ilə əlaqədar uşaq 18 yaşına çatana qədər hər ay ödənilməli olan 200 manat sabit məbləğin və sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq etdiyinə görə iddiaçının xeyrinə uşaq 18 yaşına çatana qədər hər ay ödənilməli olan 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qə bul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. İddiaçı uşağın sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar olaraq işləyə bilmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh xxxxnda (AZAL) mühəndis vəzifəsində çalışır və kifayət qədər gəliri var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)3548/2019 nömrəli qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(004)-2468/ 2014 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən hər ay xx xxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin və müalicə xərcləri üçün hər ay 140 manat alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi uşağın və iddiaçının mənafelərini, onların əvvəlki təminat səviyyəsini, cavabdehin müntəzəm gəlirini, Respublikada 2019-cu illərdə müəyyən olunmuş yaşayış minimumunu, habelə uşağın düçar olduğu xəstəlikdən mütəmadi müalicə olunması zərurətini, onun əlilliyini müstəsna hallar kimi nəzərə aldığını qeyd etmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17, 75.1, 75.4, 76.1.1, 78.1, 81.1, 81.2 və 112.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-3548/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında yeni qətnamə (aylıq 160 manat aliment, 40 manat əlavə xərclər olmaqla 200 manat məbləğində sabit pul şəklində aliment məbləğinin artırılması barədə) qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)408/2020 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinın sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Eyvazovdan ibarət tərkibdə) cavabdehin apelyasiya şikay əti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-3548/2019 nömrəli qətnaməsi müalicə xərcləri hissəsində dəyişdirilmiş və müalicə xərclərinin 100 manat müəyyən edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müalicə xərcləri hissəsində tənasübsüz və əsassız olaraq səhv nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-408/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında yeni qərar (aylıq 16 0 manat aliment, 40-50 manat əlavə xərclər olmaqla 200 manat məbləğində sabit pul şəklində aliment məbləğinin artırılması barədə) qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının aylıq əmək haqqısı vergilər çıxıldıqdan sonra 480 manat təşkil edir, başqa gəliri yoxdur. Hər ay o, 130 manat banka olan kredit borcunu ödəyir. Məhkəmə tərəfindən müəyyən məbləğdə aliment tutulacağı halda, o, yaşayış minimumdan məhrum olunur. İddiaçı özü alimentdən əlavə hər ay 200 manat dövlət tərəfindən verilən yardımı alır, uşağın müalicəsi və dərmanları dövlətin hesabına təmin olunur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə yazılı etiraz verərək göstərmiş dir ki, cavabdehin gəlirinin az olması onu öhdəliklərindən azad etmir. İddiaçı isə xəstə uşağa baxmaq məcburiyyətində olduğu üçün işləyə bilmir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətini cavabdeh vermiş və qətnaməni yalnız əlavə x ərclər hissəsində mübahisələndirmişdir. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayəti qismən təmin edilsə də, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən yenidən əlavə xərclər hissəsində mübahisələndirdiyindən (kasasiya şikayətinin nəticə hissəsində alimentin 160 manat saxlanılması, əlavə xərclərin isə 40-50 manat həddində tutulması xahiş olunur), hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü mad dəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, e ləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbl əğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərc lərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış mi nimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın va lideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti mübahisələndirilən hissədə əsaslı hesab edir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin uşağının əlil olması və daimi müalicəyə ehtiyacının olması mübahisəsiz haldır. Belə olan halda, işin faktiki hallarını araşdıran məhkəmələr düzgün olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad etməklə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb olunması qərarına gəlmişlər. Qeyd olunan xərclər üçün cavabdehdən tutulması qət olunan məbləğlə bağlı kasasiya məhkəməsi hesab edir ki, apelyasiya məhkəməsi işin hallarını, uşağın səhhətini onun mənafelərini, habelə həm iddiaçının, həm də cavabdehin maddi və ailə vəziyyətini nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin gəlirinin aşağı olması və tutulan məbləğlə onun maddi vəziyyətinin ağırlaşması işin faktiki halları ilə bağlıdır ki, kasasiya baxışının predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)408/2020 nömrəli qətnaməsi mübahsələndirilən, yəni uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərin tutulmas ı hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar