Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2741/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh (Ləğv Prosesində olan) Pakistan Milli Bankının Bakı Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilməmiş əmək haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialına qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-385/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassa siya şikayətlərinə 28 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh Pakistan Milli Bankının Bakı Filialı arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı İnsan Resursları və Administrasiya üzrə müdir müavini vəzifəsinə qəbul edilmiş və müqavilənin 4.1-ci maddəsinə əsasən işçinin illik əmək haqqının məbləği 11100 ABŞ dolları olmuşdur. Həmin bənddə eyni zamanda qeyd edilmişdir ki, əmək haqqı və əmək münasibətlərindən irəli gələn digər ödənişlər Azərbaycan manatına, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək manatla ödəniləcək. Müqavilə 31 oktyabr 2008-ci ildən qüvvəyə minmiş və Azərbaycan Respublikasının Əmək M əcəllənin 45-ci maddəsinə əsasən müddətsiz bağlanmışdır.
2. Cavabdehin 19 mart 2010-cu il tarixli, 22 saylı əmri ilə İddiaçı aylıq əmək haqqı məbləği 1 mart 2010-cu il tarixdən 125 ABŞ dolları, 25 sentyabr 2012-ci il tarixli, 130 saylı əmri ilə daha 63,67 ABŞ dolları artırılaraq aylıq əmək haqqı 1146,06 ABŞ dolları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialından 123373,36 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsində əmək haqqının ABŞ dolları ilə müəyyən olunmuş məbləğlərə bərabər tutulan məb ləğlərin ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsinə çevrilərək manatla ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 2015-ci ilin fevral ayında baş vermiş devalvasiyalar sonra manatın ABŞ dollarına olan məzənnəsi kəskin aşağı düşməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişlər müqavilədə nəzərdə tutulan qaydada deyil, sadəcə 1 ABŞ dolları = 1 manat kimi hesablanmaqla ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli əmək müqaviləsinə əsasən, o, İnsan Resursları və Administrasiya üzrə Müdir müavini vəzifəsinə qəbul edilmiş, illik əmək haqqı 11100 ABŞ dolları (aylıq 925 dollar) müəyyən edilmişdir. Cavabdehin 19 mart 2010-cu il tarixli, 22 saylı əmri ilə İddiaçı aylıq əmək haqqı məbləği 1 mart 2010-cu il tarixdən 125 ABŞ dolları, 25 sentyabr 2012-ci il tarixli, 1 30 saylı əmri ilə daha 63,67 ABŞ dolları artırılaraq aylıq əmək haqqı 1146,06 ABŞ dolları müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/1430 saylı ekspert rəyi ilə müəyyən olmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı əmək haqqı bank kart hesabına 25 fevral 2015-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək ümumilikdə 85025,25 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Tədqiqatla 21 fevral 2015 – 21 yanvar 2022-ci il tarixədək olan dövr üzrə (məzənnə fərqi və əmrlər nəzərə alınmaqla) İddiaçı ödənilməli olan əmək haqqı fərqi 69943,38 manat məbləğində müəyyən olunmuşdur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022ci i l tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından əmək haqqı kimi 12147,25 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh Pakistan Milli Bankının Bakı Filialından 126,44 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pulun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə verilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 10 iyun 2011-ci il tarixli 51 saylı əmrə əsasən iddiaçıya ödənilən əmək haqqının manatla olan dəyərinin 850 manat məbləğində müəyyən edilmişdir. Daha sonra 12 sentyabr 2012-ci il tarixli məktuba əsasən isə iddiaçının əmək haqqının artması ilə bağlı yəni 1082,39 ABŞ dollarından 1146,06 ABŞ dolları olması səbəbi ilə 900 manat həddində olması qeyd edilmişdir. İstinad edilən sənədlərdən bəlli olur ki, tərəflər dollarla ödənilməli olan əmək haqqının Azərbaycan manatına nisbətdə necə hesablanmalı olması ilə bağlı razılığa gəlmişlər və Mərkəzi bankın rəsmi səhifəsinə uyğun olaraq istinad edilən dövr üzrə 1 ABŞ dollarının 1 manata olan məzənnəsinə dair hesablama aparılmışdır. Cavabdeh tərəf istinad edilən əmrin iddiaçı tərəfindən də imzalanmasını əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı razılıq kimi qəbul edilməli olunmasına istinad etmiş və həmin sənədin əmək müqaviləsinə əlavə kimi qəbul edilməli olmasını qeyd etmişdir.
8. Cavabdeh tərəfin mövqeyinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə dəyiş ikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Beləliklə, tərəflər arasında iddiaçıya məxsus əmək haqqının 900 manat müəyyən edilməsinə dair əmək müqaviləsinə hər hansı dəyişikliklər nəzərdə tutan razılaşma mövcud olmamışdır. Sözügedən razılaşma mövcud olsaydı belə, bu qanunvericiliyin tələblərinə zidd olardı. Belə ki, bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən müqavilənin və sazişin şərtləri etibarsızdır.
9. Məhkəmə iddia müddətinin tətbiq i ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab etmişdir ki, ərizə əsaslıdır. Hazırkı iş üzrə iddiaçının 2012-ci ildə əmək haqqı artırılaraq 1146,06 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin pulun manatla məzənnəsi isə 900 manat həddində olmuşdur. Ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən məzənnə fərqinin yaranmasına baxmayaraq, iddiaçı həmin dövrdən 2022-ci ilədək hər hansı iddia tələbi irəli sürməmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə 19 yanvar 2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən bütün istinad etdiyi dövrü əhatə edən tələb etmə müddəti ötürüldüyündən, iddia tələbi qismən təmin edilməli və yanvar 2021-ci il tarixdən iddia əriz əsi ilə məhkəməyə müraciət etdiyi yanvar 2022-ci il tarixədək olan son bir illik müddətə aid olan əmək haqqı üzrə tam şəkildə ödənilməyən məbləğ iddiaçıya geri qaytarılmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35ci maddəsinə, Əmək Məcəlləsinin 46.1, 154, 158.1, 172.1, 296.2 və 296.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunmasını, əmək haqqı fərqi olan 69943,38 manat məbləğində pulun və apellyasiya şikayəti verilən zaman ödənilmiş dövlət rüsumun un cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tamamilə rədd olunmasına dair qətnamə çıxarılimasını xahiş etmişdir
14. İddiaçı tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılmışdır və şəxsin hüquqlarını məhdudlaşdırıcı yöndə qət edilmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozul duğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Lakin, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”nda qeyd edilir ki, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X4 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. İddiaçı bu məsələ ilə bağlı iradlarını rəhbərliyə bildirsə də, ona hər dəfəsində bu pulların ödənəcəyi deyilmiş və şəxs bu məvacibdən məhrum qala biləcəyini düşünməmişdir. İddiaçı bu halı 2020-ci ildə aşkar etmiş və 2021-ci ilin yanvar ayında bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu dövr ərzində mediasiya qaydasında məsələni həll etməyə çalışmış, lakin qarşı tərəf buna şərait yaratmamışdır. Odur ki, iddiaçı tərəfin vəsatəti əsasında iddiaçıya ödənilməli olan əmək haqqının miqdarının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materia llarında olan ekspert rəyindən məlum olmuşdur ki, İddiaçı əmək haqqı bank kart hesabına 25 fevral 2015-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək ümumilikdə 85025,25 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Tədqiqatla 21 fevral 2015-21 yanvar 2022-ci il tarixədək olan dövr üzrə (məzənnə fərqi və əmrlər nəzərə alınmaqla) İddiaçı ödənilməli olan əmək haqqı fərqi 69943,38 manat məbləğində müəyyən olunmuşdur. Müəyyən olunmuş 69943,38 manat məbləğin hamısı iddiaçıya ödənilməsi üçün cavabdehdən tutulmalı idi. Məhkəmə iddia müddətini tədbiq etməklə son ilin deyil, əmək haqqının ödənilməmiş hissəsini bir bütün alacaq olaraq qəbul etməli və yuxarıda qeyd edilən rəqəmin iddiaçıya ödənilməsi üçün cavabdeh tərəfdən tutulmasına dair qətnamə çıxarmalı idi. Məhkəmə əsassız və qanunsuz bir qətn amə çıxarmışdır. "xxxx" MMC-nin 28 aprel 2017-ci il tarixli hesabatında bu hal göz önünə çıxmış, bununla bağlı şirkət rəhbərliyinə hətta tövsiyə xarakterli məlumat verilmişdir. Lakin bu hal iddiaçı tərəfindən sonradan bilinmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. İddiaçı ödənilməli əmək haqqı fərqi olan 69943,38 manat məbləğində pul iddiaçının sahib olduğu, artıq əldə etdiyi hüququdur və bu hüququ cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə qətnamə çıxararkən bu amili də nəzərə almayaraq qanuna zidd, qərəzli və tərəfli mövqe ilə yanaşaraq zəif şəxs olan işçinin hüquqlarını, qazanılmış haqlarını heçə sayaraq qətnamə çıxarmışdır və bu qətnamənin ləğv edilməsi zərurəti vardır.
15. Cavabd eh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 4-cü bəndlərinin hər ikisinə istinad etmiş, nəticə etibarı ilə 4-cü bəndi tətbiq etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin normanın tətbiq edilməsi iddiaçının iddia tələbinin hüquqi əsası üzrə “pozuntunun” hansı tarixdən yarandığını düzgün müəyyən edə bilməmişdir. Bununla bağlı qətnamədə qeyd edilir: “hazırkı iş üzrə iddiaçının 2012-ci ildə əmək haqqı artırılaraq 1146,06 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin pulun manatla məzənnəsi isə 900 manat həddində olmuşdur. Ölkədə baş vermiş devalvasiyadan sonra 21 fevral 2015-ci il tarixdən məzənnə fərqinin yaranmasına baxmayaraq, iddiaçı həmin dövrdən 2022-ci ilədək hər hansı iddia tələbi i rəli sürməmişdir. O, hazırkı iddia tələbi ilə məhkəməyə 19 yanvar 2022-ci il tarixdə müraciət edərək, bir illik iddia müddətini ötürmüşdür”. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı işdə iddiaçının irəli sürdüyü tələblər və bu tələblərinin əsaslandığı fakt hələ 2012-ci ildən ona məlum olmuşdur və bu, işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı Pakistan Milli Bankının Bakı Filialında 31 oktyabr 2008-ci il tarixdən İnsan resursları və Administrasiya üzrə müdir müavini vəzifəsində işləmişdir. Pakistan Milli Bankının Bakı Filialı üzrə xx.xx.2011-ci il tarixli 51 saylı əmrlə Filialın yerli işçi heyətinin əmək haqları manatla, həmin əmrdə göstərilən cədvəldə qeyd edilən məbləğdə müəyyən edilmişdir. Həmin əmrlə iddiaçı da tanış olmuş və beləliklə əmrlə razılaşaraq imzalamışdır. Bundan əlavə, 12 sentyabr 2012-ci ildə Pakistan Milli Bankının Regional Ofisi tərəfindən Filialın işçilərinin əmək haqqı məbləğlərinin artırılması barədə əmr daxil olmuş və hər bir işçinin ayrıayrılıqda əmək haqqı məbləği Azərbaycan manatı ilə göstərilmişdir. Həmin əmrin icrası ilə bağlı Filialın Baş meneceri tərəfindən hazırkı iş üzrə iddiaçıya dərkənar qoyulmaqla əmr verilməsinə dair tapşırıq verilmiş və onun tərəfindən də icra edilmişdir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan əmək haqqının manatla ödənilməsi hələ 2012-ci ildən müəyyən edilmiş, onun özünün nəinki bundan xəbəri olmuş, hətta bununla razılaşaraq, manatla müəyyən olunmuş əmək haqqını almış və buna qarşı heç bir tələb irəli sürməmişdir. Başqa sözlə iddia etdiyi “ pozuntu” ona 2012-ci ildən məlumdur. Məhkəmə isə iddianın hüquqi əsasını təşkil edə biləcək həmin “pozuntu” tarixini bir kənara qoyaraq, 2015-ci ildə baş vermiş devalvasiya ilə əlaqələndirmişdir. “Əmək haqqı” məbləğinin 6 sent və 39 sent dəqiqliyi ilə müəyyən edilməsinin ağlabatan olmaması, yəni manatla müəyyən edilmiş normal məbləğlərin (850 və 900 manat) guya “1082,39 ABŞ dolları” və “1146,06 ABŞ dolları” əmək haqqı məbləğinin ekvivalenti kimi göstərilməsinə dair dəlillərin qeyri-ciddi olduğu aşkardır. Göründüyü kimi, iddiaçı onun əmək haqqı məbləğinin 10 iyun 2011-ci il tarixli 51 saylı əmrə əsasən 850 manat müəyyən edildiyini bilmiş və bunu öz imzası ilə təsdiq etmiş, 25 sentyabr 2012-ci il tarixli 130 saylı əmrə əsasən isə əmək haqqı 50 manat artırılaraq 900 manat olmuşdur. Digər tərə fdən məhkəmə qətnaməsində qeyd edilən “....dollarla ödənilməli olan əmək haqqının Azərbaycan manatına nisbətdə necə hesablanmalı olması ilə bağlı razılığa gəlmişlər..” ifadəsinin təsdiqi həmin əmrlərdə və ya digər sənədlərdə öz əksini tapmır. Əksinə, qeyd edilən sənədlərdən birmənalı görünür ki, həmin tarixlərdən başlayaraq əmək haqqı manatla (müvafiq olaraq 850 manat və 900 manat) müəyyən edilir. Belə olan halda, iddiaçının iddia tələbinin əsasını manatın və ya dolların dəyər itirməsi və ya bahalanması deyil, əmək haqqı məbləğinin manatla müəyyən edilməsi ola bilərdi ki, bu “pozuntunu” mübahisələndirməyə dair iddia müddəti də həmin əmrlə tanış olub onu imzaladığı gündən hesablanmalıdır. Hazırkı işdə iddiaçının iddia etdiyi “pozuntu”nun əslində mövcud olmadığı, həmin “pozuntu”nun iddiaçıya 10 ildən də artıq müddət əvvəl məlum olduğuna dair kifayət qədər sübut olsa da, məhkəmə, cavabdehin buna dair dəlillərinə əhəmiyyət verməmiş, tutulmasını qət etdiyi məbləğin manatın devalvasiyasına aidiyyatının olmadığını, əksinə iddiaçının əmək haqqının manatla verilməsinə dair əmrin mövcudluğu və bu əmrlə onun tanış olmasına dair sübutları, həmçinin mühasiblə birlikdə əmək haqqı cədvəllərinə iddiaçının da imza etməsi kimi faktiki halları aydınlaşdırmamışdır.
16. İddiaçı məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq qeyd etmişdir ki, hər ay əmək haqqı almış, lakin azaldılmış formada almışdır. Onlara 51 saylı əmrin əmək haqqının dəyişilməsi barədə olduğu bildirilməmiş, hüquqşünas olmadığına görə də qanun pozuntusu olduğunu bilməmişdir. Əmək haqqı barədə İnsan Resursları şöbəsinə heç b ir məlumat daxil olmamışdır. O, sonradan anlamışdır ki, 2015-ci ildən pozuntular var. 51 saylı əmrdə qəpiklərin yuvarlaşdırılmasını göstərilmiş, ona görə həmin əmri imza etmişdir. Əmək müqaviləsini idarənin hüquqşünası öz imzası ilə təsdiq etmişdir.
17. Cavabdeh Pakistan Milli Bankının Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 əlavə olaraq qeyd etmişdir ki, 2008-ci ildə bağlanmış müqavilədən sonrakı olan dəyişiklik Pakistan Milli Bankının Baş ofisi tərəfindən müəyyən edilmişdir. Dəyişiklikləri bütün işçilər qəbul edib imzalamışlar. İşçilərin əmək haqları əmrlə müəyyən edilmişdir. İddiaçı razı deyildisə əmri imzalamazdı. Qəpiklərin yuvarlaşdırılması barədə əmr olmamışdır. İddiaçı tərəfindən təqdim edilən sənədlər saxtadır. Həmin əmri əqd kimi baş düşmək olar.
18. Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 2(103)-385/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi), X2 və X5) kassasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1560/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid olunmuşdur.
19. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 31 oktyabr 2008-ci il tarixli müqavilənin 4.1-ci maddəsində qeyd edilir ki, işçinin illlik əmək haqqının məbləği 11100 ABŞ dollarına bərabər olur. Həmin bənddə eyni zamanda qeyd edilir ki, əmək haqqı və əmək münasibətlərindən irəli gələn digər ödənişlə r Azərbaycan manatına, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək AZN ilə ödəniləcək. Göründüyü kimi, tərəflər arasında müqavilə imzalanan zaman işçiyə ödənilən əmək haqqının ABŞ dolları ilə müəyyən edilməsi və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan rəsmi məzənnəsinə çevrilərək manatla ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və bu müqavilədə öz əksini tapmışdır.
20. Apellyasiya məhkəməsi cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək və həmçinin Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə istinad edərək qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya əmək haqqının ödənilməsi qaydası müəyyən edilir. Pakistan Milli Bankının Bakı Filialının 10 iyun 2011-ci il tarixli 51 saylı əmri və 12 sentyabr 2012-ci il tarixli əmrlə əmək haqqının manatla ekvivalentinin göstərilməsi əmək haqqının ödənilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklik və ya bu dəyişikliyi özündə əks etdirən Razılaşma kimi qiymətləndirilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 46-cı maddəsinin tələbinə əsasən əmək müqaviləsinə edilən hər hansı dəyişiklik əmək müqaviləsinə daxil edilir və daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Bu səbəbdən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əsaslı olaraq iddia tələbi ilə məhkəməyə müraciət etməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası həmçinin cavabdehdən tutulmalı olan pul məbləğinin miqdarı ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan mübahisə əməyin ödənilməsi ilə bağlı fərdi əmək mübahisəsidir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının pul tələbi ilə bağlı mübahisəsini həll edərkən düzgün olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə istinad etmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı ona ödənilməyən əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin bununla bağlı 1 illik iddia müddətini ötürdüyü üçün ona iddia ilə məhkəməyə müraciət etdiyi 19 yanvar 2022-ci il tarixdən əvvəlki 1 il üçün ödənilməyən pul məbləği ödənilm əlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Vİ bənd), Əmək Məcəlləsinin 43 (ə və 4-cü bəndi), 46 (5 və 6-cı bəndi), 154 (1-ci), 158, 288 və 296-cı (3-cü bəndi) maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil3) və cavabdeh (Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-385/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
25. Kassasiya əsaslandırılmışdır. şikayətləri apellyasiya şikayətlərinin dəlillərinə uyğun b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İ ddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz etmişdir.
27. Etiraz apellyasiya şikayətinə iddiaçı tərəfindən edilmiş etiraza uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitutsiyası
28. Maddi 35 (Vİ bəndi). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsi
29. Maddə 43 (“ə” bəndi). İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir.
30. Maddə 43 (4-cü bənd) Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
31. Maddə 46 (5-ci bənd). Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
32. Maddə 46 (6-cı bənd). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmı ş dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
33. Maddə 154 (1-ci bənd). Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
34. Maddə 154 (2-ci bənd). Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara d övlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
35. Maddə
158. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdır ıla bilməz.
36. Maddə
288. Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə tənzimlənir.
37. Maddə 296 (3-cü bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Maddə 296 (4-cü bənd). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətlərində iddiaçı iddianın təmin olunmayan hissəsini, cavabdeh isə iddianın rədd olunması hissəinin mübahisələndirdiklərindən məhkəmə a ktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçı və cavabdeh (LPO) Pakistan Milli Bankı Bakı Filialı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri onların apellyasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunludu r, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə dəyərləndirməyə görmür.
51. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh (LPO) Pakistan Milli Bankının Bakı Filialı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-38 5/2023 nömrəli iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.