Məhkəmə qərarları › İş №2(102)-2743/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2743/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2743/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2743/21 (Açar sözlər: alimentin miqdarının azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X4, Cavabdeh:Cavabdeh nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2002-ci il tarixli, 2(103)7478/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, alimentin miqdarının azaldılması və almentin təqaüdünün 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim L.X.Rəhimli) iddia qismən təmin edilərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması və 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay sabit pul məbləğində 300 manat alimentin tutulub Cavabdeh verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh və İddiaçı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, E.C.Kazımov və İ.S.Şirinov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi qismən- İddiaçı hər ay 300 manat sabit pul şəkilində alimentin tutulması hissəsində dəyişdirilərək, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi və sonuncunun apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh Mədinə Nulullayeva iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov) kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Apely asiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və E.Ə.Mehdiyev) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub Cavabdeh verilməsi, qalan hissədə iddianın rədd olunması və Cavabdeh apelyasiya şikayətinin təmin e dilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hazırda İddiaçı müstəqil gəlir mənbəyinin (sahibkarlıq fəaliyyəti və digər fəaliyyətlə bağlı) olması, mülkiyyətində gəlir gətirə biləcək daşınar və daşınmaz əşyaların (avtomobil, qeyri-yaşayış sahəsi və digər) olması barədə heç bir sübut yoxdur. O, “qazanc əldə etmək qabiliyyətinə malik olan, lakin buna təşəbbüs göstərməyən şəxs” hesab edilə bilməz, çünki hərəkət edə bilməsi üçün kənar şəxsin köməyinə ehtiyacı var. Həmçinin, o, sağlamlıq problemi ilə bağlı tibbi xərcləri ödəməlidir. Belə vəziyyətdə alimentin sabit formada tutulması Ailə Məcələsinin 78-ci maddəsinin tələblərinə uyğun deyil. Sabit forma ən azı 3 məsələyə münasibətdə əsaslandırma tələb edir: birinci, tərəflərin maddi v əziyyəti; ikinci, tərəflərin ailə vəziyyəti; uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılması. Bu, qeyd edilənlər belə əsaslandırmanı mümkünsüz edir. Bundan fərqli olaraq nisbi forma belə əsaslandırma tələb etmir, mövcud olan və ya gələcəkdə ola biləcək qazancın və başqa gəlirlərin qanunda müəyyən edilmiş hissəsi kimi tutulur. Alimentin nisbi formada tutulması əks tərəfin mənafeyini pozmur. Ona görə də aliment 1/3 hissə kimi tutulmalıdır. Çünki Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi alimenti 1 uşağa görə 1/4 hissə kimi müəyyən etsə də, həmin Məcəllənin 76.2-ci maddəsi məhkəməyə bu miqdarı artırmaq səlahiyyəti verib. Hazırda İddiaçı özü iddia ərizəsində alimentin 1/3 hissə kimi müəyyən edilməsini tələb edib. Bu zaman o, əlilliyi ilə bağlı verilən müavinətin 1/3 hissəsini nəzərdə t utub. Lakin aliment qazancın və başqa gəlirlərin 1/3 hissəsi kimi tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 76.1, 76.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının təl əblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Saleh Nurullayev və vəkili Elvin Səlimov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı nümayəndəsi Elxan Mirzəyev məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Ailə Məcəlləsinin 76.1-76.1.2-ci maddələrinin tələblərinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi; 2 uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan va lideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə sazi ş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mü lki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı onun kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, maddi hüquq normalarının təfsirində səhvə yol verib. Belə k i, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 16 sentyabr 2006-cı il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 09 avqust 2008-ci il tarixdə Nuray adlı uşaqları doğulub. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə 28 mart 2014-cü il tarixdən başlayaraq İddiaçı 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 500 manat alimentin tutulub Cavabdeh verilməsi qərara alınıb. Hazırda, İddiaçı 26 fevral 2015-ci il tarixdə başqa qadınla, yəni Leyla Nuriyeva ilə ailə qurduğunu, sonuncu ilə birgə nikahından 15 avqust 2017-ci il tarixdə Günay adlı uşaqlarının doğulduğunu, həmin vaxt işlədiyi üçün Ali Məhkəmə nin sözügedən qərarı ilə hər ay ondan 500 manat aliment tutulduğunu, 2017-ci ilin mart ayında diz oynağından əməliyyat olunduğunu, İ qrup əlil olmaqla işləyə bilmədiyini, əlilliyə görə hər ay 250 manat təqaüd aldığını göstərib, ondan hər ay tutulan alimentin miqdarının azaldılaraq, qızı Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay aldığı təqaüdün 1/3 hissəsi miqdarında alimentin tutulmasını iddia edir. Cavabdeh isə keçmiş əri İddiaçı iş yerində aldığı xəsarətə görə Norveç dövlətindən hər ay böyük miqdarda müavinət aldığını, həmin müavinətin Norveç dövlətinin banklarından birində onun adına açılmış bank hesabına köçürüldüyünü, lakin bu barədə heç bir sübut təqdim edə bilmədiyini, İddiaçı maddi vəziyyətində hər hansı ağırlaşmanın baş vermədiyini, sonuncu nun ödənilməmiş 14.500 manat aliment borcunun olduğunu və beləliklə də İddiaçı övladı Nuraya aliment ödəməkdən boyun qaçırdığını göstərib, iddiaya etiraz edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasına görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. Əvvəla, işdən görünür ki, alimentin miqdarı müəyyən edildikdən sonra İddiaçı sağlamlıq problemləri yaranıb, ona 1-ci qrup müddətsiz əlillik təyin edilib və əlilliyə görə hər ay o, 250 manat təqaüd alır. Digər tərəfdən, İddiaçı ikinci dəfə, yəni 26 fevral 2015-ci il tarixdə Leyla Nuriyeva ilə ailə qurub və onların birgə nikahından 15 avqust 2017-ci il tarixdə Günay adlı uşaqları doğulub. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişi kliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə- onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi, Ali Məhkəmənin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə alimenti n miqdarı müəyyən olunduqdan sonra İddiaçı ailə və maddi vəziyyətində baş vermiş yuxarıda göstərilən dəyişiklikləri əsas tutub, sonuncunun tələbi ilə alimentin müəyyən olunmuş miqdarını azaltmaqla düzgün nəticəyə gəlib. Lakin, tutulacaq alimenti İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən etməklə, əslində 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın diqqətəlayiq mənafeyini, habelə onun əvvəlki yaşayış və maddi təminatının səviyyəsini nəzərə almayıb. Halbuki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin mənasına görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. İşdən görünür ki, İddiaçı ü mumiyyətlə işləmir və onun qazancı, başqa gəlirləri barədə işdə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, iddia ərizəsindən görünür ki, İddiaçı İ qrup əlil olmaqla hər ay 250 manat təqaüd alır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin mənasına görə, aliment ödəməyə borclu olan valideynin qazancının qeyri-müntəzəm və yaxud dəyişkən olması; valideynin qazancının (gəlirinin) hamısını və ya bir hissəsini naturada və ya xarici valyutada alması; valideynin qazancının və ya sair gəlirinin olmaması; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması; habelə tərəflərdən birinin marağının önəmli dərəcədə pozulduğu başqa hallar da məhkəmənin alimenti sabit pul məbləği formasında tutması üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, a limentin sabit pul məbləğində tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxsə aiddir. Bu məsələ başqa valideynin, yəni aliment ödəyən valideynin ərizəsi və yaxud məhkəmənin öz təşəbbüsü ilə həll edilə bilməz. Aliment ödəməyə borclu olan valideynin qazancından (gəlirindən) alimentin müəyyən hissə kimi tutulmasının mümkünlüyü xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının pisləşməsinə səbəb olmamalıdır. Yəni alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş qadada tutulan alimentin miqdarından az olarsa və bu, uşağın təminatına pis təsir edərsə, buna, bir qayda olaraq yol verilmir. Alimentin miqdarının azaldılması barədə aliment ö dəyən valideynin iddiası təmin edildikdə, onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulan alimentin miqdarı sabit pul məbləğində tutulan alimentin miqdarından uşağın təminatına mənfi təsir göstərməmək şərti ilə azaldıla bilər. Hazırki halda isə 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 hissədə müəyyən edilmiş alimentin miqdarı açıq-aşkar Nurayın mənafeyinə uyğun deyil. Eyni zamanda, İddiaçı rəsmi qaydada işləmədiyi və onun başqa qazancı, gəliri barədə işdə heç bir məlumat olmadığı halda, sabit pul məbləği formasında tutulun alimentin məhz onun tələbinə əsasən nisbi formada, yəni qazancın (başqa gəlirlərin) müəyyən hissəsi kimi tutulması sadalanan maddi hüquq normalarının tələblərin ə görə yolverilməzdir. Bu baxımdan, kasasiya instansiyası məhkəməsi hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasın ın qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsin də göstərilir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi Cavabdeh kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb, tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə alıb, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, 2020-ci il üçün yaşayış minimumun ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsini əsas tutub hesab edir, tərəflərin birgə nikahından doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı 170 manat müəyyən edilməlidir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməni ləğv edib, iddianı qismən təmin e tsə də, İddiaçı Cavabdeh xeyrinə alimentin nə vaxtdan tutulmalı olmasını qətnamədə göstərməyib. Halbuki, sözügedən Plenum Qərarının 26-cı bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 417.1.2-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə iddianın təmin olunan hissəsində dəyişiklik edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, Ali Məhkəmənin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimentin miqdarına dəyişiklik edilərək, qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı 170 manat sabit pul məbləğində aliment tutulub Ca vabdeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2(103)-7478/2020 saylı qətnaməsinə iddianın təmin olunan hissəsində dəyişiklik edilsin, həmin hissədə iddia qismən təmin olunsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimentin miqdarına dəyişiklik edilsin, qərar qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı 170 manat sabit pul məbləğ ində aliment tutulub Cavabdeh verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar