Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2749/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 24 aprel 2019-cu il iş № 2(102)-2749/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, vəkili X3, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qə tnaməsi ilə (sədrlik edən R.S.Şirinov, iş 2(037)–855/2018) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 27 iyul 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 180 ( bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq 04 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi və Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 noyabr 2018-ci il tarixli, 2(107)-2723/2018 saylı qətnaməsi ilə (M.A.Əsədli (sədrlik edən və məruzəçi), hakimlər Ə.T.Məcidov və İ.F.Quliyev) İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tаrixli, 2(037)–855/2018 saylı qətnaməsinin dəyişdirilməsi və 04 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 mаnаt olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 xeyrinə verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan 04 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa ayda 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X6 özlərinin kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin e dilməsi və qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil özlərinin kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -76.2-ci maddəsinə əsasən alimentin miqda rı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. -78.1-ci maddəsinə görə aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. -78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişi klik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 04 noyabr 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin rəsmi nikah münasibətlərində olduqları müddətdə 04 oktyabr 2014-cü il tarixdə X4 və 14 dekabr 2016-cı il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğu üçün müəyyən müddətdir ki, faktiki olaraq ayrılmışlar. İddiaçı ayrı yaşadıqları müddətdə Bakı şəhərində sürücü işləyən cavabdehin uşaqların saxlanm ası üçün köməklik etmədiyini bildirərək 04 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına catanadək saxlanılması üçün cavabdehdən hər uşağa ayda 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsini, cavabdehin əmək qabiliyyətli olmasını, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab etmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tаrixli, 2(037)–855/2018 saylı qətnaməsi dəyişdirilməli, 04 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 mаnаt olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment t utulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər validey ndən tutulmasına əsas verir. Digər tərəfdən qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Cavabdehin işləyibişləməməsi gəlirinin az və ya çox olması onu aliment öhdəliyindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2749/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2749/2019
24.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver