Məhkəmə qərarları › İş №2(102)-275/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-275/2022

18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-275/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər XXXna və XXX2na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-275/22 (Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 18 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər XXXna və XXX2na qarşı maddi və mənəvi ziyan tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1986/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər XXX və XXX2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22 mart 2019-cu il tarixdə saat təxminən 16 radələrində Kürdəmir rayon Xırdapay kənd sakini XXX2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi və atası XXXna məxsus VAZ-2115 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə olarkən Kürdəmir rayon Məhkəməsinin yaxınlığındakı yolu keçən azyaşlı oğlu Elmurad Əmirovu vuraraq ona xəsarət yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən sonra zərərçəkmiş yetkinlik yaşına çatmayan X3 ayağı amputasiya olunmuşdur. Kürdəmir rayon Məhkəməsinin 24.07.2019-cu il tarixli hökmü ilə XXX2 Azərbaycan Respublikası CM-nin 263.1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “X7” MMC-nin 13.10.2020-ci il tarixli, 29/2020 nömrəli məktubundan görünür ki, 07.07.2009-cu il təvəllüdlü X4 “German Hospital”da həkim və laborator müayinələrdən keçmiş və 09.04.2019-cu il tarixdə “Sol aşağı ətrafda qanqrena” diaqnozu ilə “Diz oynağından amputasiya (sol ayaq)” əməliyyatı olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər XXX və XXX2ndan yol nəqliyyat hadisəsi nəticəsində vurulan maddi ziyana görə 9000 manat və mənəvi zərərə görə 15000 manatın nəfinə tutulmasını xahiş etmişdir.

3. İddiaçı sonra tələbini dəqiqləşdirmiş, cavabdehlər XXX və XXX2nd an müştərək qaydada oğlu X2 pozmaqla vurulmuş zərərin əvəzinin 10.000 manat və Elmuradın 18 yaşı tamam olana qədər 200 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 mart 2019-cu il tarixdə saat 16 radələrində Kürdəmir rayon Xırdapay kənd sakini XXX2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi və atası XXXna məxsus VAZ-2115 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə olarkən Kürdəmir rayon Məhkəməsinin yaxınlığındakı yolu keçən azyaşlı oğlu Elmurad Əmirovu vuraraq hadisə yerindən qaçmışdır. Kürdəmir rayon Məhkəməsinin hökmü ilə XXX2 Azərbaycan Respublikası CMnin 263.1.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum e dilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisə baş verən günü polis əməkdaşlarının bütün səylərinə baxmayaraq insident nəticəsində hadisə yerindən qaçmış Ramil Heydarovu tapmaq mümkün olmamışdır. Hadisəni vizual görən şahidlər danışdırılmış, təhlükəsizlik kamera görüntüləri araşdırılmışdır. Azyaşlı oğlu müxtəlif ağır bədən xəsarətləri alması nəticəsində koma vəziyyətinə düşdüyündən Kürdəmir RMX-da onun sınmış sol ayağına gips qoyularaq ona oğlunu təcilli Bakı şəhərinə çatdırılması tövsiyyə edilmişdir. O, uşağı dərhal götürüb Bakıdakı Musa Nağıyev adına xəstəxanaya aparmış və ertəsi gün DİN-nin 102 xidmətinə rəsmi məlumat vermişdir. Həmin gün gecə saatlarında bir nəfər tanımadığı şəxs mobil telefonuna zəng vuraraq hadisəni törədənin atası Elxan Heydarov olduğun u bildirmiş və bütün müalicə xərclərini öz üzərinə götürəcəyini vəd etmişdir. Bir həftə sonra həkimlər uşağın German Hospitala keçirilməsini məsləhət görmüşlər. Sözü gedən qospitalda qanqrena faktoru təsdiqləndikdən sonra uşağın sol ayağı diz hissəsindən aşağı amputasiya olunmuşdur. Bütün xərcləri borc-xərc edərək özü çəkmişdir. İbtidai istintaq dövründə həyata keçirilən amputasiya barədə hansı naməlum səbəbdənsə nə istintaq materiallarında, nə də hökmdə heç bir xatırlatma olmamışdır. Cinayət işi üzrə məhkəmə ərəfəsində cavabdeh Elxan Heydarov onu aldadaraq uşağın bütün müalicə xərclərini kompensasiya edəcəyinə əmin etmiş və cavabdehlə birlikdə Kürdəmir rayon Notariat ofisinə gedərək 08.10.2019-cu il tarixdə oğlunun müalicəsinə sərf etdiyi xərcləri kompensasiya edəcəyinə dair rəsmi ərizə vermişdir. Məhkəmə prosesi cavabdehin arzuladığı həddə başa çatdıqdan sonra o, verdiyi rəsmi vəddən yayınmağa, daha sonra isə qəti imtina etməyə start vermişdir. Bir ailə başçısı kimi cavabdeh tərəfindən şərəf və ləyaqəti aşağılanmış, işgüzar nüfuzu ləkələnmişdir.

5. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər XXX və XXX2ndan müştərək qaydada X1 pozmaqla vurulmuş zərərin əvəzi 6583 manat məbləğində pul və X4 18 yaşı tamam olana qədər hər ay 200 manat kompensasiya alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1115-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər XXX və XXX2 apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) cavabdehlər XXX və XXX2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(041)-51/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər XXX və XXX2 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehlər XXX və XXX2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasının yeri v ə vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənb əyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmələr müəyyən etmişlər ki, 22 mart 2019-cu il tarixdə saat 16 radələrində Kürdəmir rayon Xırdapay kənd sakini XXX2 sürücülük vəsiqəsi olmadan idarə etdiyi və atası XXXna məxsus VAZ-2115 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə olarkən Kürdəmir rayon Məhkəməsinin yaxınlığındakı yolu keçən azyaşlı Elmurad Əmirovu vuraraq ona xəsarət yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsartədən sonra zərərçəkmiş yetkinlik yaşına çatmayan X3 ayağı amputasiya olunmuşdur. Kürdəmir rayon Məhkəməsinin 24.07.2019cu il tarixli hökmü ilə XXX2 Azərbaycan Respublikası CM-nin 263.1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqldan məhrum etmə cəzası təyin edilmişdir. 07.07.2009-cu il təvəllüdlü X4 “German Hospital”da həkim və laborator müayinələrdən keçmiş və 09.04.2019-cu il tarixdə “Sol aşağı ətrafda qanqrena” diaqnozu ilə “Diz oynağından amputasiya (sol ayaq)” əməliyyatı olunmuşdur. Klinikada müayinə və əməliyyat olunan X4 xərclədiyi məbləğ 3417 manat təşkil etmişdir. Kürdəmir rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən imzası təsdiq olunmuş, XXXnun 08.10.2019-cu il tarixli ərizəsindən görünür ki, hə min ərizədə, o, X3 ayağına dəymiş ziyana görə onun müalicə xərclərinə köməklik göstərəcəyini bildirmişdir.

28. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin əməli nəticəsində yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Həmçinin qeyd edilməlidir ki, Əmirov Elmurad “German Hospital”da müalicə olunarkən Cavabdeh1 tərəfindən onun müalicəsinə ilkin olaraq 3417 manat məbləğində pul xərclənmişdir. Ona görə məhkəmə həmin xərci də nəzərə almış, Əmirov Elmuradın tələb etdiyi müalicə xərclərini ağlabatan miqdarda – 6583 manat məbləğində müəyyən etmişdir.

29. Bundan başqa, kollegiya ziyanın ödənilməsi, eləcə də yetkinlik yaşına çatmayan Əmirov Elmuradın amputasiya olunmuş ayağının gələcək müalicəsi üçün (protezləşmə və s.), sonuncu 18 yaş ına çatanacan ayda 200 manat kompensasiya müəyyən edilməsi hissədə məhkəmənin mövqeyini əsaslı sayır. X6 07.07.2009-cu il təvəllüdlüdür. Tutulan məbləğ zərərçəkənin mütəmadi müalicəsi, uşağın bir ayağının amputasiya olunması ilə bağlı lazım olan protezlər və digər xərclərin ödənilməsi üçündür.

30. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qərar çıxarır. Ona görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona g örə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.

32. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər XXX və XXX2nun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1986/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar