Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2751/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasına dair ərizəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-895/2023 nömrəli, 31 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəm əsində icraat
1. Füzuli Rayon Məhkəməsinin 2(064)-176/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan qızıl-zinət əşyaları-çəkisi 14 qram, qiyməti 1.372 manat olan 1 ədəd brilyant boyunbağının, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağın, çəkisi 12 qram, qiyməti 1.176 manat olan 1 ədəd tros (qızıl) boyunbağının, çəkisi 2.2 qram, qiyməti 215,60 manat olan bir ədəd uşaq üçün qolbağın, çəkisi 6,4 qram, qiyməti 627,20 olan bir cüt brilyant qaşlı sırğanın, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd üzüyün, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyünün, çəkisi 3.2 qram, qiyməti 313,60 manat olan bir ədəd brilyant qaşlı üzüyün, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan bir ədə d sadə qızıl üzüyün, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan bir ədəd brilyant qaşlı üzüyün, cehiz əşyaları olan mebel əşyaları: qiyməti 371,20 manat olan bir ədəd şifonerin, qiyməti 204,80 manat olan bir ədəd ikinəfərlik taxtın, qiyməti 96 manat olan bir ədəd termonun, qiyməti 358,40 manat olan bir ədəd servantın, qiyməti 179,20 manat olan bir ədəd divankreslonun, qiyməti, 102,40 manat olan bir ədəd beşiyin və qiyməti 35,20 manat olan bir ədəd ütü stolunun, elektrik məişət əşyaları: qiyməti 35,75 manat olan bir ədəd ət çəkənin, qiyməti 24,75 manat olan bir ədəd ütünün, qiyməti 8,25 manat olan bir ədəd qoz çəkənin, qiyməti 8,25 manat olan bir ədəd sacqurudan fenin, taxt döşəyinin, taxt yorğanının, döşəyin, yorğanın, yastığın, döşəkçənin, böyük ədyalın, yay üçün böyük ədyalın, pərdənin, karnizin, kiçik, çay və böyük dəsmallların, iki ədəd yataq dəstinin, 10 ədəd bir ədəd məxmər süfrənin, 6 ədəd adi süfrənin, yastıq üzünün, əl dəsmalının, yataq örtüyünün, bir ədəd yataq dəstinin, əl dəsmalının, bir ədəd kaşmir xalçanın, bir ədəd qayçının, bir ədəd iynə-sap dəstindən ibarət, cəmi qiyməti 1160,96 manat olan yatacaq ləvazimatının naturada, bu mümkün olmaqdıqda isə onların dəyərinin pulla cavabdeh X1 alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-895/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansi ya məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(064)-176/2023 nömrəli qətnaməsi qismən – İddiaçı məxsus olan qızıl-zinət əşyaları – çəkisi 14 qram, qiyməti 1372 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 07 qram, qiyməti 686 manat olan 1 ədəd brilyant qolbağ, çəkisi 12 qram, qiyməti 1176 manat olan 1 ədəd tros (qızıl) boyunbağı, çəkisi 2,2 qram, qiyməti 215,60 manat olan 1 ədəd uşaq üçün qolbağı, çəkisi 6,4 qram, qiyməti 627,20 manat olan 1 cüt brilyant qaşlı sırğa, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 3,2 qram, qiyməti 313,60 manat olan 1 ədəd brilyant qaşlı üzük, çəkisi 2,3 qram, qiyməti 225,40 manat olan 1 ədəd sadə qızıl üzük, çəkisi 4,2 qram, qiyməti 411,60 manat olan 1 ədəd brily ant qaşlı üzüyün naturada, bu mümkün olmadıqda isə onların dəyərinin pulla Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. İddiaçı və onun vəkili Vəkil1 tərəfindən qətnamədən kassasiya şikayəti verilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(106)-895/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş və qanunamüvafiq qaydada elektron imza vasitəsilə imzalanmamışdır.
5. Bundan sonra İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən “Elek tron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(106)895/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti yenidən geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti məzmun baxımında qeyri-mümkündür.
7. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən yenidən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2023-cü il tarixli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmiş, habelə şikayətə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə olunmuşdur.
8. Apellyasiya instansiyası məhkəməsinin 11 mart 2024-cü il ta rixli, 2(106)- 895/2023 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. 9. 12 may 2024-cü il tarixdə İddiaçı, onun nümayəndəsi vəkili Vəkil1 tərəfindən yenidən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-895/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə olunmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-895/2023 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X3 - sədrlik edən və məruzəçi, X2 və X4) kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin b ərpa edilməsinə dair iddiaçının ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ərizəsində istinad etdiyi hallar kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas kimi çıxış edə bilməz. Belə ki, iddiaçı hüquqi savadının olmamasına istinad etsə də, iş materiallarının 140-cı vərəqinə əsli əlavə edilmiş vəkil orderindən görünür ki, İddiaçı ******* nömrəli müqaviləni Vəkil1 ilə 15 iyul 2023-cü ildə bağlamışdır. Göründüyü kimi, iddiaçının vəkili vasitəsilə vaxtında hüquqi yardım almaq imkanı olmuşdur. Bundan başqa, kassasiya şikayətinin geri qaytarılması barədə ona məlumat verilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, kassasiya şikayətinin geri qaytarılm asına dair 28 iyul 2023-cü il tarixli qərardad poçt vasitəsilə iddiaçıya və onun vəkilinə göndərilmiş, bununla bağlı poçt göndərişlərinin reyestri iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, kassasiya şikayətinin elektron kabinet vasitəsilə verilməyəcəyi təqdirdə geri qaytarılacağı ilə bağlı iddiaçının vəkilinə də məlumat verilmişdir. Bütün bunlar iddiaçının qeyd edilən dəlillərinin əsassız olduğunu təsdiq edir. İddiaçı kassasiya şikayətinin qaytarılmasından sonra vəkilə müraciət etdiyini və ona etibarnamə verməklə kassasiya şikayətinin qanunla müəyyən edilmiş formada və qaydada verilməsinə nail olduğunu qeyd etsə də, yuxarıda göstərilən vəkil orderindən də göründüyü kimi, iddiaçı vəkil ilə 15 iyul 2023-cü ildə müqavilə bağlamışdır. Bundan başqa, kassasiya şikayətinə surəti əlavə olu nmuş etibarnamədən də görünür ki, İddiaçı həmin etibarnamə üzrə səlahiyyətləri Vəkil1 01 noyabr 2023- cü ildə vermişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilk kassasiya şikayəti yalnız 30 dekabr 2023-cü ildə verilmişdir. 30 dekabr 2023-cü il tarixində verilmiş kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad 18 yanvar 2024-cü ildə iddiaçının nümayəndəsi Vəkil1 məxsus şəxsi elektron kabinet yerləşdirilmiş olsa da, nöqsanların aradan qaldırılmaqla yeni kassasiya şikayətinin verilməsi bundan 25 gün keçdikdən sonra baş vermişdir.
12. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400, 402, 4 05 və 408-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
16. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
17. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, habelə kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
21. İş materiallarından görünür ki, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti iki dəfə (28 iyul 2023-cü il və 17 yanvar 2024-cü il tarixlərdə) geri qaytarıldıqdan sonra o, yenidən təqdim etdiyi kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi həmin ərizəyə mahiyyəti üzrə baxaraq, onun təmin edilməməsi və kassasiya şikayətinin ge ri qaytarılması haqqında 11 mart 2024-cü il tarixdə qərardad çıxarmışdır.
23. İddiaçı bu qərardaddan deyil, yenidən qətnamədən kassasiya şikayəti verərək ona buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasında dair iddiaçının ərizəsinə artıq baxıldığını nəzərdən qaçıraraq eyniməzmunlu ərizəyə yenidən mahiyyəti üzrə baxmış, əvvəlki apelyasiya kollegiyasının mövqeyini təkrarlamış və ərizəni rədd etməklə şikayəti geri qaytarmışdır.
25. Halbuki, qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə bir dəfə baxılaraq rədd edildikdən sonra həmin tərəf bu məhkəmə aktından narazı qalarsa, MPM-in 402.2-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verə bilər. Bu qaydaya riayət edilmədən mahiyyəti üzrə baxılaraq rədd olunmuş eyni ərizənin yenidən həmin məhkəməyə təqdim olunması və məhkəmə tərəfindən ona bir daha baxılması yolverilməzdir. Əks yanaşma, həll edilmiş ərizəyə təkrar və sonsuz sayda baxılmasının mümkün olması fikrini özündə ehtiva edir. Belə mövqe məhkəmə aktının preyudisiallığı və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmamaqla yanaşı, məhkəmənin lüzumsuz işlərlə yüklənməsinə və işə baxılmasının süni şəkildə uzanmasına səbəb ola bilər.
26. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi bu nəticəyə gəlir ki, 31 may 2024-cü il tarixli qərardadı qəbul edən apelyasiya kollegiyasının iddiaçının eyniməzmunlu ərizəsinə baxması prosessual qanunvericilik baxımından yolverilən olmamışdır.
27. Ona gör ə də həmin qərardad kassatorun dəlilləri əsasında deyil, yuxarıda göstərilən prosessual pozuntuya görə ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-895/2023 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.