Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2752/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və aliment dən azad edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli 2(107)2540/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, 27 fevral 2000-ci il təvəllüdlü X1, 04 dekabr 2002-ci il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ödənilməli olan alimentdən azad edilməsi və Cavabdeh ödəməli olduğu 2500 manat aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 10 aprel 2018-ci il tarixli 2(075)806/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 27 fevral 2000-ci il təvəllüdlü X1, 04 dekabr 2002-ci il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ödənilməli olan alimentdən azad edilməsi və Cavabdeh ödəməli olduğu 2500 manat aliment borcunun silinməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilmişdir. Şəki Apellya siya Məhkəməsi Mülki Kollegiyasının (hakim Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 18.10.2018-ci il tarixli 2(107)-2540/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli 2(107)-2540/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir yerdə işləməyən, heç bir yerdən gəlir əldə edə bilməyən, tənha yaşayan şəxsin üzərinə yüksək miqdarda al iment yüklənməsi əsassızdır və bir sıra normalara münasibətdə tərəflər arasında ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, valideynlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir və bu vəzifəni yerinə yetirilməsində tərəflər bərabərdir. İş materiallarından göründüyü kimi iddiaçı İ qrup əlildir, əmək qabiliyyəti yoxdur, tənha yaşayır, ona yardım edən kimsəsi yoxdur. İddiaçıya İ qrup əlil kimi müalicə və dərman xərcləri üçün dövlət tərəfindən müavinət ayrılıb. Həmin müavinət onun müalicə xərclərini belə ödəmir. Onsuzda maddi vəziyyəti, yaşadığı şərait, kommunal xərclər üçün yığılmış qalıq borc içində acınacaqlı vəziyyətdə yaşayan iddiaçının iddiasının təmin olunmaması gələcəkdə onun vəziyyətini daha da ağırlaşdıracaqdır. Cavabdeh isə iddiaçının vəziyyətini bildiyi halda, onun bu vəziyyətindən dolayısı ilə intiqam alırmış kimi hüquqdan sui-istifadə edərək iddiaçını əlverişsiz vəziyyətə salmaqla onu ölümə məhkum edir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Cavabdeh ilə nikahlarını 21 noyabr 1998-ci ildə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan onların 27 fevral 2000-ci il tarixdə X, 04 dekabr 2002-ci il tarixdə X1 və 15 iyul 2010-cu il tarixdə Səməd adlı uşaqları anadan olmuşdur. Aralarında olan nikah Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2008-ci il tarixli, 2(075)-1238/2016 nömrəli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən 27 fevral 2000-ci il təvəllüdlü X1, 04 dekabr 2002-ci il təvəllüdlü X2 və 15 iyul 2010-cu il təvəllüdlü X3 anaları Cavabdeh himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün sabit pul məbləğində 50 manat alimentin alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 05 fevral 2018-ci il ta rixli, 3026/5 nömrəli məktuba əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan və Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2008-ci il tarixli 2(075)-1238/2016 nömrəli icra sənədi üzrə İddiaçı 13 sentyabr 2017-ci il tarixə 2350 manat, 25 yanvar 2018-ci il tarixə isə 2550 manat aliment borcu vardır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iş üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3 və 217.4-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli, qətnaməsi qəbul edilərkən də iddiaçının iddiasını əsaslandırdığı hallar mövcud olmuş və qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Həmin vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədi. Əksinə əvvəlki illərə münasibətdə 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün artaraq 154 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişd iriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır... aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kassasiya kollegiyası hesab edir ki, iddiaçının maddi imkanın zəif olması, 1-ci qrup əlil olması, tək yaşaması və kənardan ona maddi yardım edilməməsi onu uşaqlarının yetkinlik yaşına çatanadək saxlamaq öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyin i və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. İddiaçının şikayətinin dəlilləri (1-ci qrup əlil olması, əmək qabiliyyətsiz olması, əlilliyə görə aldığı təqaüddən başqa heç bir qazancının, gəlirinin olmaması və s kimi) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi hallar övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdəliyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edil mədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2018-ci il tarixli 2(107)2540/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2752/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2752/2019
29.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver