Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2753/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X8, X3, İddiaçı9, İddiaçı10 və X5 qızının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı9 və onların vəkili Vəkil1, iddiaçı X1, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Ş ahbazov Tural Şamil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, x2 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, X5 qızı, İddiaçı8, X8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı9, İddiaçı10, İddiaçı2 Sübhi oğlu, İddiaçı3, İddiaçı7 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Cavabdeh2 Firması ilə İddiaçı4 arasında bağlanmış 22 mart 2009-cu il tarixli, M-QS 03/09 nömrəli alğı-satqı, investisiya müqaviləsində ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 36,6 kv.metr olan dükanı 1 kv.metr 3.000 ABŞ dolları olmaqla sifarişçi-inşaatçı tərəfind ən investora 109.800 ABŞ dolları məbləğində pul vəsaitinə satmağı, investor isə həmin məbləği müvafiq ticarət sahəsini almaq üçün ödəməyi öz üzərinə götürmüşdür.
2. Mars-M” Firması ilə İddiaçı2 Sübhi oğlu arasında bağlanmış 05 may 2009-cu il tarixli, M-İ-01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilədə müqavilənin predmetinin ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin “Ticarət-Biznes Mərkəzi”nin tikintisinə təxminən 720.000 manat məbləğində pul vəsaitinin İddiaçı2 Sübhi oğlu tərəfindən investiya qoyulmasından ibarət olduğu göstərilir. Tərəflər təsdiq edirlər ki, investor tərəfindən qoyulan 720.000 manat məbləğində pul vəsaiti qarşılığında Cavabdeh2 Firması İddiaçı2 Sübhi oğluna 843,50 kv.metr (yəni birinci mərtəbədə 199,3 kv.metr, ikinci mə rtəbədə 211,9 kv.metr, üçüncü mərtəbədə 217,3 kv.metr, dördüncü mərtəbədə 215 kv.metr) sahəni girov qoyur. Cavabdeh2 Firmasının 28 sentyabr 2009-cu il tarixli arayışlarında göstərilir ki, ünvan 1 ünvanında Cavabdeh2 Firması tərəfindən inşa edilən ticarət mərkəzinin inşaatı üçün onun tərəfindən 900.000 (doqquz yüz min) ABŞ dolları (və yaxud 720.000 (yeddi yüz iyirmi min) manat) məbləğində pul vəsaiti İddiaçı2 Sübhi oğlu tərəfindən tam olaraq ödənilmişdir.
3. Cavabdeh2 Firması ilə İddiaçı5 arasında bağlanmış 08 iyul 2009-cu il tarixli, M/HA 07/09 nömrəli alğı-satqı, investisiya müqaviləsində göstərilir ki, satıcı ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.metr olan 8 nömrəli dükanı alıcıya satmağı, alıcı həmin dükanın dəyəri olan 160.000 m anat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 Firmasının 08 iyul 2009-cu il tarixli, M/HA 07/09 nömrəli alğı-satqı, investisiya müqaviləsinin müvafiq arayışının surətindən görünür ki, İddiaçı5 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.metr sahəsi olan 8 nömrəli dükanın dəyərini (Milli Bankın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) tam ödəmişdir.
4. Cavabdeh2 Firması ilə İddiaçı3 arasında bağlanmış 28 iyul 2009-cu il tarixli müqavilədə satıcı ünvan 2 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 64 kv.metr sahəsi olan mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 128.000 manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüş dür. Cavabdeh2 Firması tərəfindən verilmiş arayışda İddiaçı3 ünvan 2 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 64 kv.metr sahəsi olan 7 nömrəli mağazanın dəyərini tam ödədiyi bildirilir.
5. Cavabdeh2 Firması ilə İddiaçı6 arasında bağlanmış 02 sentyabr 2009-cu il tarixli, M-ZƏ/2-09 nömrəli müqavilədə ünvan 2 ünvanında yerləşən, satıcıya məxsus obyektin 2ci mərtəbəsində inşa edilən 85 kv.metr sahəsi olan 3 nömrəli mağazanın alıcıya satılması, alıcının həmin mağazanın hər bir kvadrat metri üçün 2.500 manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürməsi əksini tapmışdır.
6. Cavabdeh2 Firması ilə İddiaçı7 arasında bağlanmış 26 noyabr 2009-cu il tarixli, MK Z/26-11 nömrəli müqavilədə satıcının ünvan 2 ünvanında yerləşən satıcıya məx sus obyektin 2-ci və 3-cü mərtəbələrində inşa edilən 98,57 kv.metr sahəsi olan mağazanı alıcıya satması, alıcının həmin mağazanın dəyəri olan 246.425 manat məbləğində olan pul vəsaitini satıcıya ödəmək barədə öhdəlik götürməsi əksini tapmışdır.Cavabdeh2 Firmasının 26 dekabr 2009-cu il tarixli, MK Z/26-11 nömrəli arayışında İddiaçı7 mağazanın dəyərindən 107.683 manat məbləğində pulu depozit ödəməsi qeyd olunur. Cavabdeh2 Firması satıcı ilə İddiaçı7-alıcı arasında bağlanmış 26 noyabr 2009-cu il tarixli, MK Z/26-11 nömrəli müqaviləyə 05 may 2013-cü il tarixli əlavədə, ünvan 2 ünvanında yerləşən satıcıya məxsus obyektin 2-ci və 3-cü mərtəbələrində inşa edilən 98,57 kv.metr sahəsi olan mağazanı və 3-cü mərtəbədə inşa edilən 125 kv.metr olan mağazanı alıcıya satmağı öz üzərinə götürmüşdür. Cav abdeh2 Firmasının müvafiq arayışında İddiaçı7 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 75,8 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 212.240 manat məbləğində pulu depozitə ödədiyi qeyd olunur. Cavabdeh2 Firmasının 03 dekabr 2009-cu il tarixli müvafiq arayışının surətindən görünür ki, İddiaçı7 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 98,57 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 40.000 (qırx min) manat (50.000 (əlli min) ABŞ dolları) məbləğində depozit ödəmişdir. Cavabdeh2 Firmasının MK Z/20-11 nömrəli müvafiq arayışının surətindən görünür ki, İddiaçı7 ünvan 1 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 75,8 kv.metr sahəsi ol an 12 nömrəli mağazanın dəyərindən 189.500 (bir yüz səksən doqquz min beş yüz) manat məbləğində depozit ödəmişdir.
7. Cavabdeh2 Firması ilə İddiaçı4 arasında bağlanmış 01 fevral 2010-cu il tarixli, SM/01-02 nömrəli müqavilənin məzmunundan görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən ticarət mərkəzindən 61,2 kv.metr sahəsi olan 9 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.2-ci bəndləri). Cavabdeh2 Firmasının 01 fevral 2010-cu il tarixli, S-M/01-02 nömrəli müqavilənin arayışının surətindən görünür ki, İddiaçı4 ünvan 2 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərt əbəsində inşa edilən 61,2 kv.metr sahəsi olan 9 nömrəli mağazanın dəyərini tam ödəmişdir.
8. Cavabdeh2 Firması ilə İddiaçı4 arasında bağlanmış 01 fevral 2010-cu il tarixli, QSM/01-02 nömrəli müqavilənin məzmunundan görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən satıcıya məxsus obyektin 5-ci mərtəbəsində inşa edilən ticarət mərkəzindən 72,5 kv.metr sahəsi olan 3 nömrəli ofisi alıcıya satmağı, alıcı həmin ofisin dəyəri olan 108.750 (bir yüz səkkiz min yeddi yüz əlli) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.2-ci bəndləri). Cavabdeh2 Firmasının 01 fevral 2010-cu il tarixli, QS-M/01-02 nömrəli müqavilənin arayışının surətindən görünür ki, İddiaçı4 ünvan 2 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 5-ci mərtəbəsində inşa edilən 72,5 k v.metr sahəsi olan 3 nömrəli ofisin dəyərini tam ödəmişdir.
9. Cavabdeh2 Firması ilə İddiaçı4 arasında bağlanmış 05 may 2010-cu il tarixli, M-İ01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmeti ünvan 2 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin “Ticarət-Biznes Mərkəzi”nin tikintisinə təxminən 500.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı4 tərəfindən investiya qoyulmasından ibarətdir. Kapital qoyuluşu həm pul, həm də bu lahiyəyə lazım olan material şəklində ola bilər. İnvestisiyanın müddəti 05 may 2010-cu il tarixdən 30 yanvar 2011-ci il tarixədək olan dövrü əhatə edir.
10. Cavabdeh2 Firması ilə İddiaçı1 arasında bağlanmış 30 aprel 2012-ci il tarixli, ƏE/30/04/12 nömrəli müqavilənin m əzmunundan görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən obyektin 2-ci mərtəbəsində 50 kv.metr olan 3V nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 140.000 manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 Firmasının 30 aprel 2012-ci il tarixli, MƏE/30/04/12 nömrəli müqaviləyə dair arayışın surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən obyektin 2-ci mərtəbəsində 50 kv.metr olan 3V nömrəli ticarət sahəsinin dəyərini tam ödəmişdir.
11. Cavabdeh2 Firması ilə İddiaçı9 arasında bağlanmış 05 iyul 2012- ci il tarixli, M-M A/05-12 nömrəli müqavilənin məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 75 kv.metr sahəsi olan 150 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın hər bir kvadrat metri üçün 3.000 (üç min) manat olmaqla, 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 Firmasının M-M A/05-12 nömrəli müqaviləsinin 19 yanvar 2014-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 75 kv.metr sahəsi olan 150 nömrəli mağazanın dəyəri olan 225.000 manat məbləğində olan pul vəsaitini tam ödəmişdir.
12. Cavabdeh2 Firması ilə İddiaçı10-alıcı arasında bağlanmış 05 iyul 2012- ci il tarixli M-M A/05-12 nömrəli müqavilənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 45 kv.metr sahəsi olan 2 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın hər bir kvadrat metri üçün 3. 000 manat olmaqla, 135.000 manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh2 Firmasının M-M A/05-12 nömrəli müqaviləsinin 31 avqust 2012ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 45 kv.metr sahəsi olan 2 nömrəli mağazanın dəyəri olan 135.000 (bir yüz otuz beş min) manat məbləğində olan pul vəsaitini tam ödəmişdir.
13. Cavabdeh2 Firması ilə İddiaçı8 arasında bağlanmış 08 oktyabr 2012-cu il tarixli müqavilənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində 144 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 432.000 (dörd yüz otuz iki min) manat məbləğində olan pul vəs aitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci, 1.4-cü və 2.2-ci bəndləri). Cavabdeh2 Firmasının müvafiq arayışının surətindən görünür ki, İddiaçı8 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində 144 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri olan 432.000 (dörd yüz otuz iki min) manat məbləğində olan pul vəsaitini tam ödəmişdir.
14. Cavabdeh2 Firması ilə X2 arasında bağlanmış 05 mart 2013-cü il tarixli müqavilənin məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 76 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 342.000 (üç yüz qırx iki min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz ü zərinə götürmüşdür. Firmanın 23 iyul 2013-cü il tarixli arayışının surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 76 kv.metr sahəsi olan mağazanın dəyərini tam ödəmişdir.
15. Cavabdeh2 firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh2 firması ilə "xxxx" ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair "xxxx" ASC-yə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X8, X3, İddiaçı9 Bilal oğlu, İddiaçı10, X5 qızı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 firması arasında bağlanmış 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xah iş etmişlər.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda sadalalan müqavilələr əsasında Cavabdeh2 Firması özünə məxsus ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış binasından müqavilələrdə qeyd olunan qeyri-yaşayış sahələrini almışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında 04 oktyabr 2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 (yeddi milyon) manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 (on dörd milyon) manat məbləğində təşkil etmişdir. 08 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və k reditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh2 Firması 24 oktyabr 2018-ci il tarixədək 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 Firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.metr təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 04 oktyabr 2013-cü il tarixli, sonradan isə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. İddiaçı şəxslər hesab edirlər ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kreditlərin verilməsində pozunt ulara yol vermişdir. Cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında 04 oktyabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması” kimi göstərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 Firmasına 7.000.000 (yeddi milyon) manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən iki ildən də az müddət keçdikdən sonra cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında 08 iyul 2015-ci il tarixdə yeni kredit müqaviləsi bağlanaraq, Cavabdeh2 Firmasına 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə ünvan 2 ünvanında yerləşən “Ya smin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixdə tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən iki ildən az müddət keçdikdən sonra isə həmin kreditdən üç dəfə çox məbləğdə kredit eyni məqsəd ilə Cavabdeh2 Firmasına verilir. Bununla da, həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kobud şəkildə pozulmuşdur. 30 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə Bazarl arına Nəzarət Palatası “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul edib və qaydalar qüvvədən düşmüşdür. Bundan başqa, qaydalara əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 Firmasının maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh2 Firmasının özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıq-aşkar görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmd ar Cəmiyyətinin kredit rəsmiləşdirilən filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, həmçinin biznes plan da mövcud olmamışdır. Təəssüflər olsun ki, hazırki ipoteka müqaviləsi üzrə qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, ünvan 5 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.metr təşkil edən qeyri-yaşayış binasına cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh2 Firması da təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə iddiaçı şəxslər və Cavabdeh2 Firması arasında bağlanan müqavilələr əsasında iddiaçılar onlara məxsus əm laklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti artıq bir neçə ildir ki, fəaliyyət göstərən ofis və mağazaları görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olmasını görüblər, guya Cavabdeh2 Firması cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həmin aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin, onlara məlum olmayan səbəblərdən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti bunu etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin ə vəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, qanunverici bütün hallarda vicdanlı əldə edəni qoruyur. Belə olan halda vicdanlılığın müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən “əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Yəni, onların mübahisə ilə bağlı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin, yuxarıda da qeyd etdikləri kimi həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular onlarda cavabdehlərin vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da eyni mövqe öz əksini tapmışdır. Həmin Qərarda deyilir: Beləliklə, əşya üzərində mülkiyyət,habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiql iyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.” (səhifə 4, 3-cü abzas, sonuncu cümlə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, əldə edən şəxs qeydiyyatın düzgün olmadığını bilmirsə vicdanlı əldə edən hesab edilir. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz Qərarında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vicdanlı əldə edən olmasını təsbit etməmiş, sadəcə qanunvericilik ilə kimlərin vicdanlı əldə edən olduğunu müəyyən etmişdir. İddiaçı şəxslər hesab edirlər, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100,5 kv.metr sahəsi olan qeyriyaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin iddia çılara məxsus olmasını bilmişdir (ən azından bilməli idi). Belə olan halda, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq iddiaçı şəxslər bildirmək istəryirlər ki, 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsızdır.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X4, X1, İddiaçı9, İddiaçı10 və X5 qızının cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasın ın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müvafiq münasibətləri yaradan müqavilənin bir tərəfi "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər tərəfi isə Cavabdeh2 Firması olduqları halda, iddiaçı şəxslərin heç biri müqavilə tərəfi olmadan qeyd edilən müqavilənin mübahisələndirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Halbuki, iddiaçı şəxslər hazırkı iddia tələbi üzrə qeyd edilən müqavilədə tərəf olmadan həmin müqavilənin mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışlar.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı şəxslərin hazırkı iddia tələbləri tam əsassızdır, iddiaçı şəxslər iddia tələblərini əsaslı edən müvafiq sübutlarını mə hkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
21. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ki, "xxxx" Açıq SəhmdarCəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 Firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi” və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017- ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli, 13-2(102)-1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş üzrə 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/2017 nömrəli qərarı, onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2-2(103)-14/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, X3 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X9 və X5 apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Firmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh2 Firması ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 Firması ilə "xxxx" Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh2 Firmasının xeyrinə tutulması tələblərinə dair ilkin iddia təmin edilməmışdir, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 Firmasından 08 iyul 2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 (iki milyon üç yüz səksən səkkiz min doqquz yüz əlli yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğdə kreditdən istifadə yə görə hesablanmış adi faizlər üzrə borc, 26 may 2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 (on bir min bir yüz altmış bir dollar altmış iki sent) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, cəmi 19.400.119,08 (on doqquz milyon dörd yüz min bir yüz on doqquz dollar səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulması, tutmanın 08 iyul 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzər ində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 Firmasından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 Firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyriyaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyo n) manat müəyyən edilməsi, qarşılıqlı iddia 26 may 2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 Firmasından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissədə təmin edilməməsi, üçüncü şəxs Ağa-X12 Cavabdeh2 firması ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs X6 Cavabdeh2 firması ilə "xxxx" Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.metrdən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli x 1 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 Firması və üçüncü şəxs X17 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli X3 nömrəli qət naməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339,340,354-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçılar İddiaçı1, X5 qızı, İddiaçı8, X8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı9, İddiaçı10 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, x2 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı şəxslər tərəfindən iddia tələblərində göstərilən hallar məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş borc məbləğinin ipoteka predmetinə yönəldilməsi və həmin ipoteka predmetinin tələbkar bank tərəfindən açıq hərrac yolu ilə alaraq mülkiyyət hüququnu əldə etməsi gözləntisi olduğu halda müvafiq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçılar İddiaçı1, X5 qızı, X3, X8, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı9 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ümumiyyətlə iddiaçılar barəsində heç bir hüquqi nəticə doğura bilməz. Çünki əmlak iddiaçılara məxsusdur və Cavabdeh2 firmasının əmlaka dair hər hansı sərəncam vermək səlahiyyəti belə yoxdur. Səlahiyyətsiz şəxsin bağladığı əqd isə, bağlandığı andan etibarsızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1-ci maddəsinə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə görə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İddiaçılar isə, nəinki bəyənmiş, heç əmlakın cavabdeh "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsindən məlumatlı belə olmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə isə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bağlandığı andan etibarsız olan 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin iddiaçılar tərəfindən mübahisələndirilməsinə ehtiyac belə yoxdur. Bütün bu arqumentlərə qətnamədə heç bir qiymət verilməmişdir. Qətnamədə sadəcə səthi şəkildə MM-nin əqdin etibarsızlığı əsaslarına toxunulmuş və guya baxılan iş üzrə onların mövcud olmadığı qənaətinə gəlinmişdir. Bu əsnada məsələn, Cavabdeh2 firması tərəfindən şikayətimizdə dəfələrlə vurğulanan Qaydaların müddəalarının MM-nin 739.2-ci maddəsi kontekstində pozulmasına və məhz bunun iddiaçıların hüquq və maraqlarına toxunduğu araşdırılmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, “Məhkəmə kollegiyası apellyasiya şikayətinin kreditin verilməsi zamanı pozuntuya yol verilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, kreditin verilməsi bank və ya digər kredit təşkilatları tərəfindən həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası X11 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Hazırki iş materiallarından isə görünür ki, kredit münasibətləri yaranan zaman hər hansı bir qanunvericilik normasının tələbi pozul mamışdır. Bundan əlavə həmçinin hazırkı iddia tələbində kredit münasibətləri deyil, ancaq kredit münasibətləri əsasında törəmə münasibət olan ipoteka münasibətləri mübahisələndirmişdir. Belə olan halda apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Məhkəmələr cavabdeh "xxxx" ASC-dən kredit dosyesinin təqdim edilməsi barədə vəsatəti rədd etmişdir. Halbuki, cavabdeh "xxxx" ASCnin əqdləri bağlayarkən vicdanlı olub-olmaması məhz bundan asılıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi əqdlərin etibarsızlığı üzrə Mülki Məcəlləsinin müddəalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı9 və onlar ın vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
31. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Şahbazov Tural Şamil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
32. İddiaçı X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər iddiaçılar və Cavabdeh2 firmasının nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü madd əsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə
182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əl də edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə
271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Mü qavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayar aq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1.Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəf ə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən ş əxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə b ilər. 35. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir Maddə
11. İpotekanın dövlət qeydiyyatı 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. S übutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 37. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarı Əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əld ə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Kassasiya baxışının hədləri
38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinin pozulması barədə kassasiya şikayətində göstərilən dəlilləri araşdırmır. Çünki hazırki iddia tələbində kredit müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürülməmişdir.
44. Banka ipotekaya qoyulmuş əmlak əvvəllər iddiaçılara satıldığına görə Cavabdeh2 firmasının bu əmlakı ipotakaya qoymaq səlahiyyəti olmadığı, bankın vicdanlı əldə edən olmadığı və bu əsasla ipoteka müqaviləsinin etibarsız olması barədə kassasiya şikayətinin də lili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında analoji vəziyyətə aydınlıq gətirilərək belə hüquqi mövqe bildirilmişdir ki, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
46. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin a çıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşı nmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
47. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır».
48. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakdan başqa şəxsin istifadə etməsi özlü yündə daşınmaz əmlakın reyestrdə olan qeydiyyatını şübhə altına almağa əsas verən hal deyil. Çünki həmin əmlak başqa şəxsin kirayəsində və ya başqa əsaslarla istifadəsində olması yolveriləndir və ipoteka müqaviləsi bağlanmasını aradan qaldıran hal deyildir.
49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Məhkəmə kollegiyası yuxarı da göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, X5 qızı, İddiaçı8, X8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı9, İddiaçı10, İddiaçı2 Sübhi oğlu, İddiaçı3, İddiaçı7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, x2 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.