Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2758/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-221/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək cavabdeh tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmışdır.
2. İddiaçı həmin evə zərər dəydiyini bildirərək sığorta ödənişinin verilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh bundan imtina etdiyi üçün iddiaçı aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «əmlaka dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş ziyanı ödəmədiyi, qanundan və müqavilədən irəli gələn öhdəlikləri könüll ü olaraq yerinə yetirmədiyi üçün cavabdehdən iddiaçının xeyrinə 15.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, evin divarında qalın çatlar əmələ gəlmiş və nəticədə evə ciddi maddi ziyan dəymişdir. Uzun illərdir evini sığorta etdirmiş, bu barədə fərdi yaşayış evinin icbari qaydada sığortalanması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialı ilə “Daşınmaz əmlakın icbari sığortası” haqqında müqavilələr bağlamışdır. Sığorta haqqı olaraq hər il pul ödəmişdir. Hazırda evdə olan çatlar son vaxtlar yağan yağışların təsirindən daha da böyüməkdədir və ev uçmaq təhlükəsindədir. Beləliklə də əmlaka 15.000 manatdan artıq zi yan dəymişdir. Bu barədə o dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialına müraciətlər etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Halbuki, evinə dəyən maddi ziyan məhz cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Lakin cavabdeh qanundan və müqavilədən irəli gələn öhdəliklərini bugünədək yerinə yetirməmiş və sığortalı olaraq ona vurulmuş maddi ziyanın əvəzini hesablayıb ödəməmişdir.
5. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1124/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkətinin vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkətinə qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8622/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2140/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olduqdan sonra iddia ərizəsinə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi hesab olunan hallar göstərilmişdir. İddiaçının evində olan zədələr həmin evin çökməsi ilə bağlıdır və bu hal sığorta hadisəsi hesab olunmur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 24913 saylı ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir. Lakin məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh hər hansı üzür lü səbəb təqdim etmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişir. Məhkəmə, cavabdeh tərəfin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, ekspert rəyinə əsasən iddiaçının istifadə və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında üfüqi və şaquli formada 5/15 mm ölçüdə daxildən və xarici tərəfdən çatların olduğu müəyyən edilir, Gədəbəy RİH Başçısının Gərgər kənd İƏD nümayəndəliyinin Gərgər kənd X3 tərəfindən 20 avqust 2018- ci il tarixdə tərtib olunmuş akta və baxış zamanı əldə olunmuş məlumatlara əsasən həmin ev qəzalı vəziyyətdədir. Qəzalı vəziyy ətdə olduğu üçün yenidən inşa edilməlidir. Tədqiq olunan yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 15.300 manat məbləğindədir. Eyni zamanda, rəyin təsviri hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin arayışına istinadən evin yerləşdiyi ərazidə çökmə-oturma prosesinin (5x7m, dərinliyi 3-6 sm) baş verdiyi, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilmədiyi göstərilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 11 sentyabr 2020-ci il tarixli, 2(001)-148/2020 nömrəli qətnaməsi ilə (hakim Fuad Abdiyev) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Ş irkətindən İddiaçı xeyrinə 14.850 manat pul tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21.1, 883.1. 898.2, 922.1. 922.2, 922.3, 933.1, 935.1.8, “İcbari siğortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 6.7, 35.1, 38, 39.3, 41.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya instansiyası məhkəməsinin Mülki Kolleg iyasının 2(106)-5615/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərdadı ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Anar Tanrıverdiyev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020- ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı Azərbaycan Respublikaının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan də görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 69 ünvanıdır. Belə ki, hazırkı mülki işə aidiyyət qaydalarına uyğun olaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Binəqədi Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır. c) Birinci instansiya məhkəməsində ikinci icraat
14. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, leysan yağışlar qəfil başlaması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətliliyi ilə fərqlənir, adətən çox da böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Əsasən topa yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməsinə baxmayaraq, lap az miqdarda da yağıntı verə bilir. Leysan yağ ış zamanı 1 saat ərzində yağışın miqdarı stansiyanın yerləşdiyi rayon üçün müəyyən edilmiş təhlükəlilik dərəcəsindən çox və ya ona bərabər olarsa bu yağış həmin rayon üçün təhlükəli hesab edilir. Dağlıq, sel və leysan təhlükəsi olan rayonlarda 12 saat və ondan az vaxt ərzində miqdarı 30-50 mm olan güclü yağış təbii fəlakət törədə bilən hidrometeoroloji hadisə hesab edilir. 2015-ci ilin müşahidə məlumatlarına əsasən bildirir ki, dekabr ayının 29-da yağıntı müşahidə edilməmiş, ayın 30-da 1,1 mm, 31-də 17,8 mm yağıntı qeydə alınmışdır. 2016, 2017, 2018-ci illərdə müşahidə edilmiş yağıntıların miqdarı isə cədvəllərdə verilmişdir.
15. Cavabdeh hadisənin səbəblərinin araşdırılması, o cümlədən iddiaçıya məxsus evdə çatların yaranmasının sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi məqsədi i lə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmiş və sonuncu tərəfindən həmin ərazidə aparılmış mühəndisigeoloji araşdırmaların nəticələrinə dair tərtib edilmiş arayışda iddiaçıya məxsus olan fərdi yaşayış sahəsinin mailliyi 20-25 dərəcə olan dağətəyi ərazidə yerləşdiyi, qeyd olunan sahədə 2017-2018-ci illər ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilçələr və qumçalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə-oturma prosesinin (5x7m, dərinliyi 3- 6 sm) baş verdiyi, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilmədiyi göstərilmişdir. Cavabdeh də bu halı, yəni çökmə halının “İcbari sığortalar haqqında” Azərbaycan Res publikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulmamasını əsas gətirib, sığorta ödənişinin verilməsindən imtina etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-337/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 14.850 manat pul tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh çökmə halının sığorta hadisəsi olmamasını qeyd etsə də, çökmənin ekzogen prosesi olmaqla təbii amillər və ya texnogen amillər səbəbindən baş verməsini nəzərə almamışdır. Həm ekspert rəyindən, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışından göründüyü kimi çökmə düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş çöküntülər su ilə doyması nəticəsində baş vermişdir.
18. Həmçinin məhkəmə, ekspert rəyini mötəbər sübut kimi qiymətləndərək, habelə iddiaçının tələbini və sığorta məbləğini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərərin məbləği müəyyən edilərək, bu zərər məbləğindən 150 manat azad olma məbləği çıxılıb (15.000-150=14.850), qalan 14.850 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21.1, 88 3.1. 898.2, 922.1. 922.2, 922.3, 933.1, 935.1.8, “İcbari siğortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 6.7, 35.1, 38, 39.3, 41.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində qeyd etmişdir ki, iddia olunan hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sübut qismində yalnız Milli Geoloji Kəşfiyyat Xidmətinin 2017-2018-ci illərlə bağlı apardığı araşdırma və Gərg ər kənd Fövqəladə Hallar Komissiyasının xx.xx.2018-ci il tarixli aktı göstərilmişdir. Lakin sadalananların heç birində çatların müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsi qeyd edilməmiş, yaxud hansısa mütəxəssis rəyi ilə təsdiq edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası ETSN yanında Milli Hidrometeorologiya Xidmetinə sığorta hadisəsinin baş verdiyi iddia olunan müddət intervalında daşınmaz əmlakın yerləşdiyi əraziyə düşən yağıntıların miqdarı ilə əlaqədar sorğu verilmişdir. Sorğuya verilmiş cavab maktubunda qeyd olunmuşdur ki, dağlıq, sel və leysan təhlükəsi olan rayonlarda 12 saat və ondan az vaxt ərzində miqdarı 30-50 mm olan güclü yağış təbii fəlakət törədə bilən hidrometeoroloji hadisə hesab edilir. Lakin cavab məktubunda qeyd olu nan cədvəllərdə nəzərdə tutulan rəqəmlər hansı qrafikə və ya qaydaya uyğun müəyyən edilməsi haqda hansısa qeyd nəzərdə tutulmamış, beləliklə, həmin göstəricilərin 30-50 mm intervalina aid edilib-edilməməsi məsələsi həll edilməmişdir. Həmçinin, Şirkət tərəfindən Azərbaycan Respublikası ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinə ekzogen geoloji prosesler olan sürüşmə və çökmə proseslerinin mahiyyətinin aydınlaşdırılması məqsədilə sorğu verilmiş, sorğuya verilmiş cavab məktubunda çökmə və sürüşməyə ayrı-ayrılıqda anlayışlar verilmişdir. Nəticə etibarilə, bir-birindən tamamilə fərqlənən anlayışlar olması sübut olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması natamam olmuş, taktərəfli və qeyri-mötəbər sübutlar əsasında qatnamə ç ıxarılmışdır.
22. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 10/5453 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı istifadəsində və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2015-2016-ci illərdə sürüşmə və çökmə prosesinin baş verməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə məlumat daxil olmamışdır. Bu səbəbdən də İddiaçı istifadəsində və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2015-2016-cı illərdə sürüşmə və ya çökmə prosesinin baş verib-vermədiyini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyi nə əsasən, geoloji baxımdan sürüşmə və çökmə hadisələri arasında mahiyyət fərqi olduğu müəyyən edilmişdir. Belə ki, torpaq sürüşməsi ekzogen geoloji proseslərin çox geniş yayılmış növüdür və torpaq kütlələrinin dağ yamaclanı, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahələri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Torpaq çökməsi isə su eroziyası nəticəsində baş verir. Belə ki, atmosfer çöküntülərinin normadan artıq olması, yağış sularının və digər mənşəli suların (bulaqların, su arxlarının və s.) düzgün idarə olunmaması torpaq qatının alt hissəsinin yuyulmasına, nəticədə isə çökməsinə səbəb olur. Mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Gədəbəy rayonu Qarıkənd kəndində iddiaçı X4 tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dəymiş ziyan torpa q çökməsi nəticəsində baş verə bilər.
23. Daha sonra apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/7699 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan (1 cild, s.242-245) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeoroloji Xidmətinin Gədəbəy hidrometeoroloji stansiyasında müşahidə edilmiş yağınti barədə arayışına əsasən baş vermiş leysan xarakterli yağışlarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyan arasında səbəbli əlaqəsi olduğu müəyyən olunur. Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində o lan fərdi yaşayış evində faktiki mövcud çatları və qüsurları, Gədəbəy RİH Başçısının Gərgər kənd İƏD üzrə nümayəndəliyinin Gərgər kənd X1 tərəfindən 20 avqust 2018-ci il tarixdə tərtib olunmuş Akta əsasən həmin ev qəzalı vəziyyətini olduğunu nəzərə alaraq, İddiaçı fərdi yaşayış evi sökülərək yenidən inşa olunmalıdır. Ekspert tərəfindən qeyd olunur ki, yaşayış evində yaranmış çatların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilər bilər. Aparılmış hesablamalarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyər i 19150,0 manat məbləğində müəyyən olunur.
24. Bakı Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(103)-221/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Günay Axundova) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/106 saylı arayışından görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Gədəbəy rayon unda müxtəlif vaxtlarda məhz leysan yağışları yağmışdır ki, bu hal da sığorta hadisəsi hesab edilir. Digər tərəfədən yuxarıda qeyd olunduğu kimi leysan çökmə hadisəsinin (bərkiməmiş çöküntülərin su ilə doyması) baş verməsi ilə birbaşa bağlıdır. Həmin ekspert rəyində qeyd olunan arayışa əsasən baş vermiş leysan xarakterli yağışlarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyan arasında səbəbli əlaqəsi olduğu qeyd olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, evin xarici divarlarında iri çatlar ə mələ gəlmişdir və evin qəzalı vəziyyətə düşməsinə səbəb məhz həmin iri çatlardır. Həmin çatların leysanın təsirindən deyil, ərazidə baş vermiş çökmə geoloji prosesi nəticəsində əmələ gəlməsi isə iş materiallarında olan arayışla təsdiq olunmuşdur. Ərazidə baş vermiş leysan özlüyündə siğortalanmış predmetə hansı zərər vurmamış, sığorta predmetinə ərazidə baş vermiş çökmə prosesi nəticəsində zərər dəymişdir. Bu səbəbdən, işə baxmış apellyasiya instansiyası məhkəməsinin ərazidə baş vermiş leysanın sığorta predmetinə bilavasitə zərər vurması ilə sığorta hadisəsinin baş verməsi qənaətinə gəlməklə hesab edirik ki, qeyridəqiq mövqedən çıxış etmişdir. Ekspert isə iş materiallarındakı istinad olunan sübutlara diqqət yetirmədən leysanla sığortalı əmlakın hazırkı vəziyyəti arasında səbəbli əlaqə olduğ unu hesab etmişdir. Bu səbəbdən hesab edirik ki, ekspert rəyi kifayət qədər əsaslandırılmamışdır. Bundan fərqli olaraq, apellyasiya məhkəməsi tərəfindən keçirilmiş ilkin məhkəmə-tikinti texniki ekspertizası üzrə ekspert qarşısında konkret sual qoyulmuşdur ki, fərdi yaşayış evi aşağıdakılardan hansının (sürüşmə, çökmə, leysan) təsirindən əmələ gələ bilər? xx.xx.2022-ci il tarixli, 10/5453 Ekspert rəyində isə bu barədə dəqiq rəy verilməklə hadisənin çökmə nəticəsində baş verməsi bildirilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə həll edilməsində sözügedən ekspert rəyini əsas götürməmiş, əsassız olaraq əlavə ekspertiza təyin etməklə və məhkəmə baxışının lüzumsuz yerə uzadılmasına səbəb olmaqla, eyni zamanda kifayət qədər əsaslandırılmamış ekspert rəyinə istinad etməklə verdiyi qərar işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunanlara əsaslanaraq, hesab edirik ki, sığorta predmetinə dəymiş zərər sığorta hadisəsi hesab edilməyən halın – çökmənin təsirindən baş verdiyindən, evə zərər dəyməsi halı siğorta hadisəsi hesb edilmir.
18. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmamış, tətbiq edilməli olan maddi hüquq normaları yanlış təhlil edərək, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istinad maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması halları apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
22. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqav iləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır
23. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır
24. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
25. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
26. Maddə 933.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığ orta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir
27. Maddə 935.1.8. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu
28. Maddə 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
29. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
30. Maddə
38. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
31. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqı n, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
32. Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir.
33. Maddə 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Mülki Prosessual Məcəllə:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işdəki məlumat və sübutları, o cümlədən ekspertiza rəyini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının evinə sığorta hadisəsi nəticəsində zərər dəymişdir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki süb utlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürə bilməz. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-221/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.