Məhkəmə qərarları › İş №2(102)-276/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-276/2021

15.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X9 və Bakı şəhəri 53 saylı notariat ofisi işə cəlb edilməklə) Cavabdeh qarşı “aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil3, cavab dehin vəkili Vəkil2, 3-cü şəxs X5 vəkili Əbdülov Məhyəddin Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5829/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxx 2018-ci il tarixli, 2V-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri övladları İddiaçı və Cavabdeh miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən x 1ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. xx xxxx 2018-ci il tarixli, 2V-25 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017 tarixdə ölmüş X3 vərəsələri övladları İddiaçı, Cavabdeh miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan x ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan x1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2003-ci il tarixdə X4 verilmiş 30/8438 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan c ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, 4Ə-735 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı x2ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət ü zrə ona məxsus 1/2 hissəni Cavabdeh bağışlamışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli, 4Ə-474 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 6 ünvanında ümumi sahəsi 69,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissə, 34.95 kv.mi Cavabdeh bağışlamışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx xxx 2018-ci il tarixli, 4Ə-475 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissəni Cavabdeh bağışlamışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmi ş xx xxx 2018-ci il tarixli, 4Ə-473 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı X1 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus 1/2 hissə, 0.015 ha-nı Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********74 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh X5 saylı sahəni 197054Ə0004 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, x 1tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2018-ci il tarixl i çıxarışdan görünür ki, X3saylı ev xüsusi mülkiyyət hüququ ilə x 1oğlunun adına, həmin ünvan üzrə olan 0.06 ha torpaq sahəsi isə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, X1, 3-cü yaşayış massivində 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan x ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və x2ünvanında yerləş ən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin onun adına 1/2 hissəsini hədiyyə olaraq aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçının doğma bacısıdır. Atası x 1oğlu xx xxxxxx 2014-cü il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmiş, anası isə xx xxxxxxxx 2017-ci il tarixdə digər formalı beyin infarktından vəfat etmişdir. Hər iki valideyninin hüzur mərasimini iddiaçı bir oğul kimi yola vermişdir. Valideynləri vəfat etdikdən sonra onlara məxsus xeyli mülkləri, əmlakları qalmışdır. Bacısı iddiaçını aldadaraq ondan xahiş etmişdir ki, iddiaçı özünə məxsus X1 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan x1 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan x2 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və x2ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 1/2 hissəsini bağışlama yolu ilə onun adına keçirsin və bacısı da sonra eyni bağışlama yolu X1, 3-cü yaşayış massivindəki yaşayış evini və neçə ildir ki, iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan x3 ünvanı onun adına 1/2 hissəsini hədiyyə olaraq ona bağışlanması barədə müqavilə bağlayacaqdır. Cavabdeh iddiaçının bacısı olduğundan ona inanmışdır. Lakin iddiaçı cavabdehin adına daşınmaz əmlakın bağışlanması müqaviləsini icra etdikdən sonra, cavabdehə dəfələrlə onun da adına iki ədəd mülki keçirilməsini xahiş etsə də, cavabdeh bunu etməmişdir. Eyni zamanda cavabdeh ona hədə qorxu gələrək, yaşadığı evi də onun əlindən alacağını bildirmişdir. Bundan əlavə bildirir ki, anası rəhmətə gedəndə, o, onun yanında olmuşdur və anasının yatdığı yastığın altından 55.000 ABŞ dolları və külli miqdarda qızıl, brilyantlar çıxmışdır. O, anasına məxsus bütün qızıl-zinət əşyalarını bacısına vermiş, pulu isə yarı hissəyə o, və bacının arasında böldü. Bütün bunlara baxmayaraq, cavabdeh acgözlüyündən valideynlərindən qalan əmlakların hamısını ələ keçirtmək istəyir. O, cavabdehin bu hərəkətləri nəticəsində özünə qəsd etmək istəmiş, lakin ailəsini, uşağını gözünün qabağına gətirib, bunu etməmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan bağışlama müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, X1ndə yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair xx xxx 2018-ci il tarixdə 53 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin; Msaylı evə dair xx xxx 2018-ci il tarixdə 53 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin; x2saylı evə dair xx xxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin; x2ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx xxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında mərhum valideynlərindən miras qalmış 1/2 paylı mülkiyyət hüququna malik olduqları aşağıdakı daşınmaz əmlaklar mövcuddur: X1ndə 0.03 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ümumi sahəsi 72,3 kv.m. olan 11 saylı ev; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində ümumi sahəsi 69,9 kv.m. olan 10 saylı yaşayış evi; x2ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; X1, 3-cü yaşayış massivindəki yaşayış evi; x1, X12 küçəsi, M. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış göstərilən daşınmaz əmlaklara cavabdehlə o, hər biri 1/2 paylı mülkiyyət hüququna malik olmuşlar. Həmin əmlaklarda olan payları üzrə ayrıayrı mülkiyyət sənədi almaq qərarına gəlmişlər. O, cavabdeh olan bacısı Günellə razılığa gəldi ki, cavabdeh onun ailəsi ilə yaşadığı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evini və x1, X12 küçəsindəki x4-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünva nda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır. Bu danışıq və razılaşmaları barədə danışıq diski məhkəməyə təqdim olunmuş və dinlənilmişdir. Cavabdeh doğma bacısı olduğundan, ona olan inam və etibara əsaslanaraq, dörd ünvanda olan daşınmaz əmlaklarda 1/2 payını notarius vasitəsilə cavabdehə bağışladı. Sonra iddiaçının istifadəsində olan iki ünvanda olan 1/2 pay hüququnu cavabdeh ona bağışlamaqdan imtina etdi və bildirdi ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. O zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh olan bacısı onu aldatmışdır. Hesab edir ki, cavabdeh onu aldatmaqla daşınmaz əmlaklara olan onun 1/2 mülkiyyət payını bağışlama yolu ilə ələ keçirməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337, 339.2, 339.3-cü maddələrinin tələblərinə ziddir. Cavabde h iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı könüllü olaraq heç bir şərt qoymadan əmlakları bacısına bağışlamışdır. Bağışlama müqavilələri xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə bağlanmışdır, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlanmış əmlakları qəbul etmiş və öz adına həmin əmlaklara dair çıxarışlar almışdır. Həmin müqavilənin bağlanmasından 1 il 8 ay müddət keçmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əqdin etibarsız hesab edilməsi üçün iddia müddəti keçmişdir. Bununla bağlı məhkəməyə onun tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İdd iaçı iddiasına görə onun tərəfindən yuxarıda qeyd olunan bağışlama müqavilələri Cavabdeh ünvan x ünvanında yerləşən mənzilin 1/2 hissəsini və X1ndə yerləşən fərdi yaşayış evini İddiaçı bağışlaması şərti ilə bağlanmışdır. Ümumiyyətlə bağışlama müqaviləsində belə bir öhdəlik qoyulması yolverilməzdir. Çünki Konstitusiya Məhkəməsinin “AR Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, MM-nin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul edilməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asıl ı edilə bilər. Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, hədiyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşdirilməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarına əsasən İddiaçı bəhrələnməsi ilə bağlı öhdəlik Cavabdeh üzərinə qoyula bilməzdi. Lakin iddia tələbindən görünür ki, iddiaçı bağışlama müqaviləsinin etibarsız sayılması üçün səbəb olaraq bacısı ünvan x3 ünvanında yerləşən mənzilin 1/2 hissəsini və X1ndə yerləşən fərdi yaşay ış evini ona bağışlamadığı üçün müqavilələrin etibarsız sayılmasını tələb edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs bildirmişdir ki, x2ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində X9 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. x8 həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. İddia tələbi x6 məxsus torpaq sahəsinə aid hissədə təmin olunduqda belə, həmin daşınmaz əmlak x7 alına bilməz. Belə ki, mülki qanunvericiliyin tələbinə görə hədiyyə alan ancaq onun mülkiyyətində olan hədiyyəni q aytarmağa borcludur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış aşağıdakı müqavilələr: xx xxx 2018-ci il tarixli X1ndə yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsi; xx xxx 2018-ci il tarixli x1 saylı evin bağışlanma müqaviləsi; xx xxx 2018-ci il tarixli x5 saylı evin bağışlanma müqaviləsi; xx xxxx 2018ci il tarixli x2ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında dinlənilən tərəflər arasındakı WHATSAP danışıqlarından da müəyyən olunmuşdur ki, mübahisələndirilə n müqavilələrin bağlanmasının təşəbbüskarı cavabdeh olmuş, həmin danışıqlarda cavabdeh iddiaçının ona bağışlayacağı 4 mülkün qarşılığında iki mülkün, X1, x yaşayış massivindəki yaşayış evinin və x1, X12 küçəsi, M ünvanında olan mənzilin özünə düşən payını qardaşına bağışlayacağı vədini vermiş, lakin bağışlama müqavilələri baş tutandan sonra cavabdeh kəskin olaraq öz vədini yerinə yetirməyəcəyini bildirmişdir. Cavabdeh iddiaçının özünə məxsus əmlakları ona bağışlayacağı təqdirdə sonradan digər iki əmlak üzrə ona düşən paydan iddiaçının xeyrinə imtina edəcəyi barədə vədlər versə də, həmin vədi yerinə yetirməmişdir, qeyd olunan hal isə mübahisələndirilən bağışlama müqavilələrinin etibarsızlığı üçün əsasdır. Məhkəmə əqdlərin aldatma yolu ilə bağlandığını nəzərə alaraq hesab etmişdir ki, həmin əqdlər etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2, 354.1, Ailə Məcəlləsinin 1.3, 6-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5829/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı “aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək, ləğv olunması” tələbinə dair iddiasının rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-475 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-473 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-47 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-735 № ilə reyestrdə qeydə alınmış bağışlama müqavilələrindən görünür ki, həmin müqavilələr mülki qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanmış və həmin müqavilələrdə hər hansı bir şərt nəzərdə tutulmamışdır. Bağışlama müqavilələrindən görünür ki, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu, bağışlama müqaviləsinin bütün şərtləri ilə əlaqədar hüquq vəzifələri, həmçinin müqavilələrin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah olunmuşdur. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən Mülki Məcəllənin 673-cü maddəsinə istinadı səhv olmuşdur. Belə ki, həmin normada bağışlamadan imtinanın hüquqi əsa slarını müəyyənləşdirir və bu əsas müqavilənin ləğvini nəzərdə tutur. Lakin iddia tələbi bağışlamadan imtinanın, bağışlamanın ləğv ilə bağlı deyil, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinadını əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqdlərin etibarsızlığı Mülki Məcəllənin XİV Fəslində nəzərdə tutulmuş maddi hüquq normaları ilə tənzimləndiyi halda birinci instansiya məhkəməsi mübahisənləndirilən müqavilələri etibarsız sayarkən Mülki Məcəllənin qeyd edilən fəsli ilə müəyyən edilmiş hər hansı bir maddi hüquq normasına istinad etməmiş və müqavilələrin etibarsızlığı ilə bağlı gəldiyi nəticələri həmin fəsildə göstərilən normalarla əsaslan dırmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “Wahtsapp” audio səs yazısının qanunvericiliyə uyğun əldə olunması barədə sübut olmadığından, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilələr qanunvericiliyin tələblərinə uyğun bağlandığından, etibarlı əqdlərdir və həmin əqdlərin etibarsızlığı üçün faktiki və hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək qeyd etmişdir birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmiş və maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673, 666, 670, 421, 423, 424-ci maddələrinə istinad etməklə əsaslandırmı şdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5829/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədə, əsasən bağışlama ilə bağlı maddi hüquq normalarını qeyd edilmiş, bu kateqoriyadan olan müqavilələrin bağlanması, onların nəticələri, bu müqavilələrin etibarsızlığı və ləğv edilməsi qaydalarına diqqət yetirmişdir. Bunlarla bərabər mübahisələndirilən müqavilələrin bağlanılmasının təşəbbüskarının Cavabdeh o lması, aramızda danışıqların olması da məhkəmə kollegiyası tərəfindən də qəbul edilmişdir. Sadəcə yekunda heç bir əsas olmadan, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin hər hansı bir maddi hüquq normasına istinad etməməsini önə çəkməyə çalışmışdır. Bununla da məhkəmə kollegiyası tərəfindən öz qətnaməsində ziddiyyətlər yaratmışdır. Belə ki, digər halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən müvafiq maddi hüquq normalarına istinadını səhv kimi qiymətləndirmişdir. Hesab edir ki, məhkəmə kollegiyası bağışlama müqavilələrinin tənzimlənməsi üzrə Mülki Məcəllənin 673-cü maddəsinin tələblərini hazırkı mülki mübahisə hallarına düzgün tətbiq etməmişdir. İddiaçı apellyasiya məhkəməsi instansiyasında məhkəməyə sədrlik edən hakimin adına ünvanladığı e tiraz ərizəsində bu məsələyə xüsusi toxunmuş, açıqlama verərək iddia tələbinin mahiyyətini tam açıqlamışdır, bu hal məhkəmə kollegiyası tərəfindən nəzərə alınmalı idi. Daha bir halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəfimdən təqdim edilən “Watsapp” audio səs yazısını sübut kimi qəbul edilməsini əsassız hesab etmişdir. Hesab edir ki, məhkəmə kollegiyasının bu qənaəti tam əsassızdır. Belə ki, “Watsapp” audio səs yazısı, telefon danışıqları yazısı, telefon ismarıcları, telefon görüntüləri kimi texniki vasitə qeydləri məhkəmə təcrübəsində qeyd-şərtsiz sübut kimi qəbul olunurlar. Belə ki, həmin qeydlərin əldə olunmasına heç bir məhdudiyyət qoyulmamışdır. Məhkəmə kollegiyası da bu səs yazısını sübut növü kimi qəbul etməli və iddia tələbinin təmin edilməsində israrlı olmalı i di. Məhkəmə kollegiyası məhkəməyə ünvanladığı etiraz ərizəsində Günel-Günay adlarına münasibət bildirməli olduğu halda bu prosessual hərəkəti nəzərdən qaçırmışdır. Belə ki, etiraz ərizəsində qeyd edilmiş bu xüsusat iş üzrə birinci instansiya məhkəməsindəki məhkəmə baxışından sonra əldə etdiyini bildirib yeni sübut kimi təqdim etmişdir. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, apelyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş ünvan x ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayən dəsi Nümayəndə və vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehin vəkili Vəkil2 və 3-cü şəxs X5 vəkili Əbdülov Məhyəddin Məhəmmədəli oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat ver ərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutla rı qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkə mənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri MPM-in 4 07.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahis ə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə ə sasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin et ibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qəna ət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Apelyasiya məhkəməsi hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin əqdlərin etibarsızlığı barədə tələbə baxarkən Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad etməməsini irad tutsa da, özü də iddianı rədd edərkən gəldiyi nəticəni həmin normalara istinad etməklə əsaslandırmamışdır. Bununla da, məhkəmənin qətnaməsi Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi iddi a tələbinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilələr notariat orqanında qanunvericiliyin tələblərinə uyğun bağlandığından, həmin əqdlərin etibarsızlığı üçün faktiki və hüquqi əsas mövcud deyidir. Halbuki müqavilələri tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi ümumiyyətlə mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbi məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülmüşdür. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli əmlaklara dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirə n iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Apel lyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilələrin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçıya məlum olması məsələsini də müəyyən etməlidir. Göstərilənlərə əsasən qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5829/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar