Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1nə qarşı “birgə nikah dövründə əldə olunmuş pul vəsaitinin yarısının, habelə nikah dövründə alınmış avtomobilin satışından əldə olunmuş pul vəsaitinin yarısının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, ümumi əmlakın dəyərinin bölünməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)5010/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh3 və İddiaçı 05 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından üç uşaqları anadan olmuşlar.
2. Tərəflərin ailə münasibətləri 2021-ci ilin mart ayından etibarən pozulmuş, onlar həmin dövrdən birlikdə yaşamır, azyaşlı uşaqlar analarının himayəsindədirlər. 3. 21 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə 13.000 manat müqabilində Cavabdeh3 adına “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəql iyyat vasitəsi alınmışdır.
4. Cavabdeh3 həmin avtomobili 13 iyul 2021-ci il tarixli müqavilə ilə 8.000 manata X4, avtomobil sonuncunun adına rəsmiləşdirilmiş, eyni tarixdə Elçin İbrahimov tərəfindən Cavabdeh3 nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən və 27 aprel 2030-cu il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir.
5. X9 “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 22 may 2023-cü il tarixli müqavilə ilə 18.000 manata X5.
6. Cavabdeh4 Cavabdeh3 anasıdır. 7. 10 mart 2021-ci il tarixli, CY1-010/21 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 3308 nömrəli mənzili Cavabdeh4 təqdim etməyi, Cavabdeh4 isə razılaşdırılmış qrafik üzrə 125.226,08 manatı MTK-ya ödəməyi öhdəl ərinə götürmüşlər. 8. 05 aprel 2021-ci il tarixli, CY1-035/21 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 5408 nömrəli mənzili Cavabdeh2 Abdulla oğluna təqdim etməyi, Cavabdeh2 isə razılaşdırılmış qrafik üzrə 274.698,14 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər. 9. 05 aprel 2021-ci il tarixli, CY1-036/21 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 5409 nömrəli mənzili Cavabdeh2 Abdulla oğluna təqdim etməyi, Cavabdeh2 isə razılaşdırılmış qrafik üzrə 159.227,62 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
10. İddiaçı cavabdeh X11 qarşı (Cavabdeh1 MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “birgə nikah dövründə əl də olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə əvvəllər məhkəməyə müraciət edərək, Nobel (8 Noyabr) prospekti 151, "xxxx" MTK-dakı 3 ədəd mənzilin - CY1 binasında yerləşən 3308 saylı mənzilin, CY1 binasında yerləşən 5408 saylı mənzilin, CY1 binasında yerləşən 5409 saylı mənzilin 3/5 hissəsinə iddiaçının, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 3/5 hissəsinə iddiaçının, 2/5 hissəsinə cavabdehin pay hüququnun tanınması, "xxxx" ASC-də müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, "xxxx" ASC-də müxtəlif hesablara qoyulmuş pul vəsaitinin, xx xxxxxxxx 1963-cü il təvəllüdlü Cavabdeh4 saxlanılmaq üçün verilmiş 50.000 ABŞ dolları məbləğində pul vəsaitinin 3/5 hissəsinə iddiaçının, 2/5 hissəsinə cavabdehi n pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülk kollegiyasının 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh3, X7, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh3 "xxxx" MTK-ya ödənilmiş, birgə nikah dövründə əldə etdikləri 53.759,35 manat pul vəsaitinin ½ hissəsinə payı tanınmaqla, yəni 26.879,675 manatın və “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə payı tanınmaqla, 10.000 manatın, habelə 201 manat dövlət rüsumunun, yəni cəmi 37.080,675 manatın tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia belə əsaslandırılmışdır ki, tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi üzrə araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, "xxxx" yaşayış kompleksində Cavabdeh3 aid heç bir mənzil mövcud deyildir. Lakin, 000183 və 000184 nömrəli qəbzlər üzrə müvafiq olaraq 5409 və 5408 nömrəli mənzillər üçün, 000250 və 000082 nömrəli qəbzlər üzrə ödənişlər isə 3308 nömrəli mənzil üçün ödənişlər edilmişdir. 3 308 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış CY1-010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilənin, 5408 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-035/21 nömrəli 05 aprel 2021-ci il tarixli müqavilənin, 5409 nömrəli mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış CY1-036/21 nömrəli 05 aprel 2021-ci il tarixli müqavilənin predmetidir. Cavabdeh3 iddiaçını aldatmış, birgə nikah dövründə əldə etdikləri pul vəsaitini mənzillər almaq adı ilə MTK-ya ödəmiş, həmin ödəniş qəbzlərini ona verərək onu inandırmış və əvvəldən məqsədli şəkildə mənzillərin birini anası Cavabdeh4 digər ikisini də yaxın dostu olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Eyni zamanda birgə nikah dövründə əldə etdikləri “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişan lı avtomobil cavabdehin mülkiyyətində olmadığından, onun bölünməsi mümkün olmamışdır. Lakin sonradan vəkili tərəfindən sorğu verilmiş və müəyyən edilmişdir ki, həmin avtomobil Cavabdeh3 tərəfindən 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında yaxın dostu X6 adına rəsmiləşdirilmişdir. Avtomobili alqı-satqı müqaviləsi əsasında X6 adına keçirsə də, elə həmin tarixdə də mübahisəli avtomobillə bağlı ondan etibarnamə almışdır. Yəni, avtomobili formal olaraq dostunun adına keçirtmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(008)846/2024 nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia qismən təmin edilmiş, X8 "xxxx" MTK-ya ödənilmiş pul məbləğinin ½ hissəsi olan 26.879,675 manatın, “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobi lin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 9000 manatın, yəni cəmi 36.080,675 manatın və 198,24 manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, "xxxx" MTK-dakı CY1 binasında yerləşən 3308 nömrəli mənzilə dair CY1-010/21 nömrəli 10 mart 2021-ci il tarixli müqavilə bağlanması görünsə də, "xxxx" Bakunun 000082 və 000250 nömrəli ödəniş qəbzindən görünür ki, X13 01 mart 2021-ci il tarixdə 3308 nömrəli mənzilə dair CY1010/21 nömrəli müqavilə əsasında 2504,52 manat, 11 mart 2021-ci il tarixdə isə 42.576,87 manat ödənişlər etmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-dakı CY1 binasında yerləşən 5408 nömrəli mənzilə dair CY1-035/21 nömrəli müqavilə 05 aprel 2021-ci il tarixdə bağlanmış və "xxxx" Bakunun 000184 nömrəli ödəniş qəbzindən görünür ki, X13 05 mart 2021-ci il tarixdə, yəni müqavilə bağlanmazdan 1 ay öncə 5408 nömrəli mənzilə dair CY1-035/21 nömrəli müqavilə əsasında 5.493,96 manat ödəniş etmişdir. Eynilə Cavabdeh1 MTK ilə Cavabdeh2 Abdulla oğlu arasında Bakı şəhəri, Nobel (8 Noyabr) prospekti, K-Residence MTK-dakı CY1 binasında yerləşən 5408 nömrəli mənzilə dair CY 1-036/21 nömrəli müqavilə 05 aprel 2021-ci il tarixdə bağlanmış və “K Residence” Bakunun 000183 nömrəli ödəniş qəbzindən görünür ki, X13 1 ay öncə - 05 mart 2021-ci il tarixdə 5409 nömrəli mənzilə dair CY1-036/21 nömrəli müqavilə əsasınd a 3184,54 manat ödəniş etmişdir. Bütün bunlar bir daha təsdiq etmişdir ki, Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında ilkin müqavilələr mövcud olmuş, daha sonra iddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan, "Knightsbridge Ağ Şəhər” MTK-nın köməyi vasitəsilə yeni müqavilələr hazırlanmışdır.
15. MTK-ya bütün ödənişlər 2021-ci ilin mart ayında, yəni iddiaçı ilə birgə nikah dövründə edildiyindən, məhkəmə hesab etmişdir ki, bu ödənişlər tərəflərin birgə nikah dövründə qazanılmış vəsait hesab olunmalıdır.
16. Həmçinin, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh3 21 iyul 2020-ci il tarixdə tərəflərin birgə nikah dövründə əldə edilmiş “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan 13 iyul 2021-ci il tarixdə alqı-sa tqı müqaviləsinə əsasən X2. 22 may 2023-cü il tarixdə X9 “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18.000 manata X5. Göründüyü kimi nəqliyyat vasitəsi hazırda vicdanlı alıcı olan 3-cü şəxsin mülkiyyətində olduğundan, iddiaçı tərəfindən həmin əmlakın alqı-satqısı əsasında əldə olunan məbləğin tələb edilməsini məhkəmə qanuni hesab etmişdir.
17. Məhkəmə “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin satışından əldə olunmuş pul məbləğinə münasibət bildirərək, nəqliyyat vasitəsinin 13 iyul 2021-ci ildə 8.000 manata satılmasını inandırıcı hesab etməmiş və ondan iki il sonra 22 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qiyməti olan 18.000 manatı ədalətli və ağlabatan hesab etmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhə ri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsində “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı, iddiaçının həmin avtomobilin cavabdehin mülkiyyətində olmasına, həmin avtomobilin birgə nikah dövründə və birgə qazanc hesabına əldə edilməsinə dair hər hansı sübut təqdim edilməməsinə əsaslanmışdır. Hazırkı halda isə qeyd olunan nəqliyyat vasitəsinin əldə olunması ilə bağlı məhkəmə tərəfindən sorğu əsasında Azərbaycan Respublikası DİN cavab məktubuna qoşma edilmiş alqı-satqı müqavilələrindən məlum olmuşdur ki, “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən 21 iyul 2020-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alqı-satqı vasitəsi ilə əldə edilmiş və 13 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1. Hazırkı halda nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edildiyindən məhkəmə bu sübutu araşdırmalı və buna münasibət bildirməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 225.1-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5010/2024 nömrəli qətnaməsi ilə (hakim E.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və M.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi olan 9000 manatın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmiş, “Hyundai Sonata” markalı **SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul məbləğinin ½ hissəsi qismində 4000 manatın Cavabdeh3 alınıb İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatora aid olunması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə nikahda olduğu d övrdə Asəf Baxşıyev, Cavabdeh1 MTK və anası, habelə digər üçüncü şəxs arasında bağlanmış müqavilələr üzrə anasının və həmin üçüncü şəxsin xeyrinə adı çəkilən MTK-ya ümumilikdə 53.759,89 manat ödəniş həyata keçirmişdir. Asəf Baxşıyev mübahisəsi gedən həmin pul vəsaitinə dair mövcud olan qanuni prezumpsiyanın həqiqi olmadığını təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən, həmin vəsait tərəflərin birgə əmlakı olmuş və iddiaçının müvafiq tələbinə bu kontekstdə qiymət verən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, sözügedən ödənişlərin “birgə nikah dovründə əldə edilmiş vəsait hesabına deyil, ayrı-ayrı şəxslərin sifarişləri ilə onların öz hesabına edilmiş odənişlər olduğu”nu sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşm üş və apellyasiya şikayətində irəli sürülənin əksinə olaraq, qanuni qüvvəsini almış məhkəmə aktları ilə belə bir hal müəyyən olunmamışdır.
23. Apellyasiya kollegiyası iddiaçının “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə payının tanınması tələbi üzrə gəlinən nəticəni qismən əsaslı hesab etmişdir.
24. Belə ki, həmin avtomobilin tərəflərin (iddiaçı ilə Asəf Baxşıyevin) nikahda olduqları dövrdə əvəzli əqd əsasında alındığı, ailə münasibətlərinin pozulmasından sonra Asəf Baxşıyev tərəfindən satıldığı və avtomobili alan şəxs tərəfindən yenidən Asəf Baxşıyevin istifadəsinə verildiyi məlum olur; belə olan halda, satışdan əldə olunan vəsaitin (əgər əldə olunmuşdursa) ailə ehtiyaclarına xərcləndiyini sübut etmək yükü məhz ca vabdehin üzərinə düşməlidir.
25. Bu cür yanaşma ilk növbədə ondan irəli gəlmişdir ki, müvafiq alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verdiyi müəyyən olunmayan iddiaçı ilə həmin müqaviləni bağlamış cavabdeh əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malikdirlər. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində əmlakı satmış tərəf bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına, yaxud ailənin kredit borcunun ödənilməsinə sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Əmlakın satılmasına razılıq verdiyi müəyyən (sübut) olunmayan tərəfin isə bu imkanı məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənaf elərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlmiş və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almışdır.
26. Apellyasiya instansiyası məhkəməsi cavabdeh müvafiq halı sübuta yetirə bilmədiyindən “Hyundai Sonata” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə payının tanınması tələbi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni hesab etmişdir.
27. Bununla belə, apellyasiya kollegiyasının qənaətinə görə, məhkəmə müvafiq satış məbləğini 18000 manat kimi qəbul etməklə səhvə yol vermişdir. Belə ki, iddiaçının mübahisələndirmədiyi (faktiki olaraq bəyəndiyi) alqı-satqı müqaviləsində avtomobilin satış dəyəri 8000 manat göstərilmiş, digər tərəfdən isə iddiaçı, avtomobilin real dəyərinin həmin dövrdə daha yüksək olduğuna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.5, 222.3, 225.1, 404, 431.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli qərarına, MPM-in 14.2, 77.1, 81, 82.3, 88, 106.3, 217.3, 233.3, 384.0.2, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5010/2024 nömrəli qətnaməsinin mübahisəli avtomobilin dəyərin in ½ hissəsi qismində 4000 manatın Cavabdeh3 alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 213.2, 225.1, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.1-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçı “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsini tələb etsə də, iddiası təmin edilməmişdir. Cavabdeh nəqliyyat vasitəsini 13 iyul 2021-ci ildə 8000 manata satmışdır. Bundan sonra, yəni iki il sonra 22 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobil 18000 manata satılmışdır. Avtomobil in iki il sonra təqribən üç dəfə baha qiymətə satılması cavabdeh tərəfindən bilərəkdən avtomobilin dəyərinin 8000 manat qeyd etməsini bir daha sübut etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq 18000 manatı daha ağlabatan və ədalətli hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə qətnaməni dəyişdirməklə iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.
31. Həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 225.1, 329.1, 337-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 218-ci maddələrinin tələbləri pozulmuşdur.
33. Belə ki, məhkəmələrin cavabdeh tərəfindən ödənilməsi ehtimal olunan pulun ½ hissəsi olan 26.879,675 manat vəsaiti birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Qeyd edilən ödəniş qəbzlərinə Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qanuni qüvvəsini almış və preyudisial xarakter daşıyan qətnaməsində də qeyd olunmuşdur. Bundan başqa, “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş məbləğin ½ hissəsinə iddiaçının payının tanınması hissəsində də hakim heç bir araşdırma aparmadan və yuxarı instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarını heçə sayaraq formal mülahizələr əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3236/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsində qeyd edilən əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilməsə də, hazırkı iş üzrə onun satışından əldə edilmiş pul vəsaiti bölünmüşdür. Halbuki, həmin əmlak birgə nikah dövründə əldə edilsə də, birgə nikah dövründə satılmış və birgə təsərrüfatın idarə olunmasına sərf edilmişdir.
34. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi q əbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq iddianın təmin olunan və təmin olunmayan hissələrində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətn amənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsas ən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyə ti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vər əsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edil ir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhk əməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanu nla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası ilk olaraq iddianın pul tələbinə dair hissəsinə qiymət verməklə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisə bu hissədə həll edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
44. Belə ki, tərəflərin birgə nikahları dövründə cavabdehin Cavabdeh1 MTK-ya ümumilikdə 53.759,89 manat ödəniş həyata keçirməsi işin sübutları əsasında məhkəmələr tərəfindən müəyyən olunan halıdır. Həmin vəsaitin tərəflərin ümumi mülkiyyətində olması prezumpsiyası qüvvədədir və apellyasiya məhkəməsi əsaslı olaraq izah etmişdir ki, həmin prezumpsiyanı təkzib edilməsinin sübutetmə yükü cavabdehin üzərinə düşür. 45. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.6-3.9 və 3.11-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, ə vəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə,... prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etm ək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.... Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.
46. Cavabdeh bölünməsi tələb olunan pul vəsaitinin tərəflərin birgə mülkiyyətində olması prezumpsiyasını təkzib edən, yəni onun şəxsi və ya üçüncü şəxslərin mülkiyyəti olmasını, ya da ki, həmin vəsaitin xərclənməsinə iddiaçının razılığının olmasını təsdiq edən mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etmədiyindən, apellyasiya məhkəməsinin qiymətləndirilməsi bu hissədə əsaslı olmuşdur.
47. Tərəflərin mülkiyyətində olmuş avtomobi lin dəyərinin bölünməsi tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin kassasiya şikayətinin dəlili ilə də razılaşmaq mümkün deyil.
48. Belə ki, avtomobilin tərəflərin birgə mülkiyyətlərində olması və iddiaçının razılığı olmadan cavabdeh tərəfindən özgəninkiləşdirilməsi işin mübahisəsiz hallarıdır və faktiki olaraq cavabdeh bu halı kassasiya şikayətində də, həmin əmlakın birgə nikah dövründə satılmasına və birgə təsərrüfatın idarə edilməsinə xərclənməsinə istinad edilməklə, etiraf etmişdir. Lakin, cavabdeh bu dəlillə bağlı da hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
49. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə, avtomobil hazırda üçüncü şəxsin mülkiyyətində olduğundan iddiaçının onun dəyərini tələb etməkdə haqlı ol muşdur.
50. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi avtomobilin dəyərinin 8000 manat məbləğində qəbul etməklə, bu məbləğin ½ hissəsinin iddiaçının xeyrinə tutmaqda haqlı olmamışdır.
51. Belə ki, yuxarıda qeyd olunduğu kimi apellyasiya məhkəməsi mövqeyini 2 halla əsaslandırmışdır: 1. iddiaçı avtomobilin satılmasına dair müqaviləni faktiki bəyənmiş, 2. iddiaçı avtomobilin dəyəri barədə sübutları təqdim etməmişdir.
52. Məhkəmə kollegiyası həmin dəlillərin hər ikisi ilə razılaşmır.
53. Bu səbəbdən ki, apellyasiya məhkəməsi iddiaçının avtomobilin 8000 manata satılmasına dair müqaviləni bəyənməsinə dair mövqeyini əsaslandırmamışdır. Əksinə, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə X9 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli müqa vilənin etibarsızlığı tələbini bu icraatda irəli sürmüş, sonradan isə avtomobilin üçüncü şəxsin mülkiyyətinə keçməsi müəyyən edildiyindən, həmin avtomobilin geri qaytarılmasının mümkünsüz olmasını qeyd etməklə, avtomobilin dəyərinin bölünməsini tələb etmişdir. (c. 1, i.v. 173)
54. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, avtomobil cavabdeh tərəfindən 13 iyul 2021-ci il tarixli müqavilə ilə 8.000 manata X3 da, eyni tarixdə sonuncu tərəfindən iddiaçıya nəqliyyat vasitəsindən istifadə hüququnu ehtiva edən və 27 aprel 2030-cu il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir.
55. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarının 7.20-ci bəndinə izah olunmuşdur ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin m üqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır.
56. Lakin, apellyasiya məhkəməsi cavabdehlə X9 arasında olan alqı-satqı müqaviləsinin etibarlılığını, bundan irəli gələrək, həmin müqavilədə qeyd olunan avtomobilin dəyərinin həqiqi olub-olmamasını, həmin dəyərin faktiki olaraq cavabdehə ödənilməsini, habelə müqavilə etibarlı hesab olsa da belə, müqavilənin bağlanması nəticəsində iddiaçıya zərərin vurulub-vurulmamasını araşdırmadan, iddianı yalnız müqavilədə qeyd olunmuş məbləğə uyğun təmin etmişdir.
57. İddiaçının avtomobilin dəyəri barədə sübutların təqdim etməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi həmçinin əsaslı hesab oluna bilməz. Azı ona görə ki, qeyd olunan avtomobilin 22 may 2023-cü il tarixdə 18.000 manata satılmasına dair ikinci müqavilə iş materiallarında mövcuddur.
58. Beləliklə, apellyasiya instansiyası məhkəməsi avtomobilin dəyər ini yalnız 13 iyul 2021-ci il tarixli müqaviləyə əsasən müəyyən edilməklə sübutların mümkünlüyü və qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuşdur.
59. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikay əti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
61. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qismən - “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin tərəflər arasında bölünməsi hissəsində ləğv edilərək, yeni apellyasiya baxışına qaytarılmalı, mübahisələndirilən qalan hissələrdə isə maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilmədiyindən dəyişiklik edilmədən saxlanıl malıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)5010/2024 nömrəli qətnaməsi qismən, “Hyundai Sonata” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin tərəflər arasında bölünməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.