Məhkəmə qərarları › İş №2(102)-2767/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2767/2024

23.08.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2767/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Masallı rayon Sığdaş bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğvi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-630/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Masallı rayonu Sığdaş bələdiyyəsi (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 15 aprel 2006-cı il tarixli İcarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 0,65 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün 75 il müddətinə cavabdehə icarəyə verilmiş, cavabdeh də bunun müqabilində bələdiyyəyə hər il 40 manat olmaqla icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin torpaq sahəsi ilə bağlı cavabdehin icarə hüququ dövlət qeydiyyatına alınmış və bu barədə ona xx.xx.2016-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

3. İddiaçı Sığdaş bələdiyyəsi xx.xx.2021-ci il tarixlə 20 nömrəli və xx.xx.2021-ci il tarixli 24 nömrəli məktublarla iddiaçıya müraciət edərək icarə müqa viləsi üzrə ödəmə sənədlərini bələdiyəyə təqdim olunmasını xahiş etmiş, əks təqdirdə icarə müqaviləsinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. Masallı rayonu Sığdaş bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış 15 aprel 2006-cı il tarixli torpaq icarəsi müqaviləsinin, icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın ləğv edilməsi və cavabdehdən 945 manat icarə haqqının tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icarəçi öhdəliyinə götürmüş icarə haqqını və vergiləri ödəməmiş, torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Həmçinin torpa q sahəsinin cavabdehə icarəyə verilməsi barədə iddiaçı tərəfindən verilmiş qərarın heç bir sənəddə qeydiyyatı yoxdur. Dəfələrlə bununla bağlı cavabdehə xəbərdarlıqlar edilsə də, o buna məhəl qoymamışdır.

6. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, hər il üzrə cavabdeh tərəfindən icarə haqqı tam ödənilmişdir. Bu barədə xx.xx.2006-cı il tarixdə 160 manat, xx.xx.2010-cu il tarixində 440 manat icarə haqqının ödənilməsi barədə bank qəbzləri məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə heç bir saxtakarlıq yoxdur, qeyd olunan tarixlərə uyğun ödəmələr həyata keçirilmişdir.

7. Məhkəmənin xx.xx.2021-ci il tarixli məktubuna cavab olaraq "xxxx" ASC-nin Masallı filialı (bundan sonra – bank) göstərmişdir ki, iddiaçının bankda adına xx.xx.2010cu ildə hesab açılmışdır. 48 və 23 nömrəl i qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait bələdiyyənin hesabına mədaxil olmamışdır.

8. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizasının 20 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş kassa mədaxil qəbzlərinin üzərilərində olan “KAPİTAL BANK Masallı rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər və kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə yazılmış, imza olunmuş və möhür əkslərinin ştempl boyaları eyni olmuşdur.

9. Masallı Rayon Məhkəməsinin 2(050)-68/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia qismən təmin edilərək iddiaçı ilə cavabdeh arasın da bağlanmış icarə müqaviləsinin və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, 600 manat haqqı icarə pulunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil qəbzləri mötəbər və təkzibolunmaz sübut kimi qiymətləndirilə belə bilməz, belə ki, ekspert rəyinə əsasən hər iki qəbzdəki yazıların eyni qələmlə yazılması və imzalanması, həmçinin möhür əkslərinin ştempl boyalarının eyni olması məntiqə uyğun gəlmir. Bundan başqa həmin qəbzlərdəki möhür əksləri eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər.

11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü tələbləri sübut edə bilmişdir, belə ki, yuxarıda, işi n hallarında 3-cü bənddə qeyd edilən məktubları almasını cavabdehin nümayəndəsi təsdiq etmişdir, lakin cavabdeh bu məktublardan sonra da öhdəliyini icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin təqdim etdiyi kassa mədaxil qəbzləri də mötəbər sübut hesab edilmədiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ və İİ bənd), 29-cu, Mülki Məcəlləsinin 152.1 və 241.2-ci, Torpaq Məcəlləsinin 47, 66, 67, 68 və 73-cü, “Torpaq icarəsi haqqında” Qanunun 11, 15 və 23-cü və Mülki Prosessual Məcəlləsinin 4.1,14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin l əğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayət birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin çıxışının məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlar tam və hərtərəfli araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmiş və digər sübutlarla birgə müqayisələndirilməmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2128/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Əsədov - sədrlik edən və məruzəçi, S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi birinci insta nsiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh tərəfindən icarə haqlarının ödənilməsi ilə bağlı sənədlər iddiaçıya təqdim edilməmiş, bununla da icarə müqaviləsinin şərtləri pozulmuşdur ki, bu da icarə müqaviləsinin ləğv edilməsinə əsas verir.

17. Məhkəmə kollegiyası öz mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi normalara və əlavə olaraq Mülki Məcəllənin 421, 423 və 713-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1243/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Ali Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bankın birinci instansiya məhkəməsinə təqdim etdiyi məktubda iddiaçının adına bankda xx.xx.2010-cu ildə hesab açılması barədə məlumat cavabdehin ödənişləri icarə müqaviləsində göstərilən hesaba yükləməsini göstərən qəbzlərlə təkzib olunur. Həmçinin məhkəmələr cavabdehin təqdim etdiyi qəbzlərdə göstərilən məbləğlərin bələdiyyənin hesabına ödənilməsi bələdiyyənin həmin dövrü əhatə edən hesabdan çıxarış məlumatları əsasında yoxlanılmalı idi.

21. Bank qəbzlərinin mötəbər olmaması barədə gəlinən nəticə həmin qəbzlərin saxtalaşdırılmasını (cinayət xarakterli əməlin törədilməsini) ehtiva edir. Bu halda məhkəmə araşdırmanı davam etdirməli, həmin qəbzlərin kim tərəfindən və harada tərtib olunması, əgər məhkəmə qəbzlərin eyni tarixdə tərtib olunması barədə qənaətə gəlmişsə, məhz hansı tarixdə tərtib olunmasını müəyyən etmək üçün sual-cavab etməli idi. Bunun səbəbi ilk növbədə cavablandırılmalı olan suala, yəni həmin pulların bankın hesabına həqiqətdə ödənib ödənilmədiyini (köçürülməyibsə bank işçisi pulu alıbmı, əgər işçi pulu almayıbsa hansı motivlə bankın möhürü ilə təsdiqlənmiş sənəd verildiyini və s. kimi əhəmiyyətli halları) müəyyən etməli idi.

22. Bundan başqa bankın məhkəməyə ünvanlandığı məktublarda mübahisələndirilən məb ləğin iddiaçının hesabına mədaxil edilmədiyi qeyd olunsa da, bankın kassasına ödənilmədiyindən bəhs olunmayıb. Belə ki, icarə müqaviləsində icarə haqqının iddiaçıya deyil, bank hesabına ödənilməsi qeyd olunması və icarəçi iddiaçının hesabına köçürülməsi üçün bankın kassasina ödədiyi icarə haqqının sonradan bank tərəfindən bələdiyyənin hesabına köçürülməməsi və ya gec köçürülməsinə görə məsuliyyət daşımaması icarə müqaviləsinin ləğvi kimi hüquqi nəticəni aradan qaldırır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-944/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), M.Həsənov və C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 11 avq ust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı nə iddiaçı, nə də bank tərəfindən göstərilən dövrləri əhatə edən hesabdan çıxarış məlumatları məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən banka verilmiş sorğular üzrə zəruri sənədlərin 10 ildən artıq müddətə saxlanılmaması əsası ilə heç bir məlumat əldə edilməsi mümkün olmadığına görə həmin qəbzlərin mötəbərliliyinin şübhə altına alınması yolverilməzdir. Həmçinin qəbzlərdəki rekvizitlərin də qanuni olmaması təsdiq edilmir.

25. Bundan başqa 2006-cı ildə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi əsası ilə müqaviləyə xitam verilməsi barədə iddianın 15 ildən sonra qaldır ılması hal-hazırda sübutun əldə edilməsi imkanlarını da mümkünsüz etmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud deyildir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4442/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məmmədov (məruzəçi), Z.Əliyev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

28. Ali Məhkəmə gəldiyi nəticə ilə bağlı onu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, iş üzrə təyin edilmiş ekspert rəyi onu deməyə əsas verir ki, müxtəlif tarixli iki kassa mədaxil qəbzinin eyni vaxtda doldurulması, imzalanması və möhürlə təsdiq olunması o deməkdir ki, bu iki qəbzdən ən azı biri həqiqi və mötəbər deyil. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma apararaq, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmiş və ziddiyyətli məqamları aradan qaldırmamışdır. ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

29. Şirvan Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(106)-630/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin məhkəmə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.

31. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç b ir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, həm birinci instansiya məhkəməsinin gəldiyi, həm də kassasiya instansiyasının gəldiyi nəticələr, işin faktiki və araşdırılmış halları onu sübut etmişdir ki, cavabdeh irəli sürdüyü dəlilləri sübut edə bilməmiş, lakin iddiaçının tələbləri əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət cavabdehin əvvəlki şikayətləri və məhkəmə iclasındakı izahatlarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, elektron dövriyyə sistemləri olmamış və bütün ödənişlər sadə qaydada və ya nağd şəkildə aparılmışdır. Ona görə də həmin dövrlərdə xeyli problemlər olmuşdur. Həmin problemlərə görə və müqavilə şərtlərini tam şəkildə icra etdiyinə görə müqavilənin ləğv edilməsi qanuna və müqavilə şərtlərinə uyğun deyildir. İcarə müqaviləsinə aid normalara əsasən icarə müqaviləsi üzrə öhdəliklər qəsdən icra olunmadığı halda müqavilə ləğv oluna bilər. Müqavilənin şərtlərini pozmamasına baxmayaraq məhkəmə işi dəqiq araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

34. Cavabdeh şikayətini Mülki Məcəllənin 421, 423 və 713-cü, Torpaq Məcəlləsinin 73-cü, “Torpaq icarəsi haqqında” Qanunun 15 və 23-cü və MPM-in 7, 14, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b)

35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətin ə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə

713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

39. Maddə 73.1. Torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi, torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 i l ərzində ödənilməməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi üçün əsasdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir

41. Maddə

23. İcarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə i carə haqqını, digər tədiyələri vaxtında ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti dəlilləri ilə eyni məzmunludur, bu dəlillər əvvələr bir neçə dəfə apellyasiya və kassasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldə r kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-630/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar