Məhkəmə qərarları › İş №2(102)-2773/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2773/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2773/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aliment və əlavə xərcin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu(məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-2012/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs və 27 fevral 2009-cu il təvəllüdlü Orucov İnal llham oğlu anadan olmuşdur.

2. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(005)-525/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 27 fevral 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi olaraq qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) 27 noyabr 2019-cu il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində alime nt qarşılıqlı iddia üzrə İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9790/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Tibbi-Sosial Ekspert Komissiyasının portalından çıxarışa əsasən, Maraqlı şəxs İ qrup əlildir. Xəstəlik diaqnozu “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllılıq, autizm əlamətləri ilə nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqlarından ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il təvə llüdlü əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış Maraqlı şəxs saxlanması üçün hər ay 1500 manat aliment və əlavə xərc tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, yetkinlik yaşına çatmış Maraqlı şəxs doğuşdan etibarən ağır autizm, ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitqin və digər davranış pozğunluqları olan ağır xəstədir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsizdir. Birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. Maraqlı şəxs danışa, ona verilmiş tapşırıqlara adekvat reaksiya göstərə bilmir və daima baxıma xüsusi qulluğa ehtiyacı vardır. Belə ki, həmişə həyatı üçün təhlükəli əşyalara toxunma riski böyük olduğu üçün Maraqlı şəxs bir dəqiqə belə olsun diqqətdən kənarda qoymaq mümkün deyildir, daimi psixoloq və xüsusi pedaqoqlar tərəfindən nəzarət lazım olur və Maraqlı şəxs da istisnasız, mütəmadi olaraq psixoloq və xüsusi pedaqoqlar tərəfində nəzarət altında saxlanılır. Həmçinin, iddiaçı Azərbaycan dili müəlliməsidir və təkcə psixoloq və xüsusi pedaqoq dəstəyi üçün aylıq təxmini 1000-1500 manat civarında (zamana görə dəyişir) vəsait lazım olur, övladı üçün hərşeyi eləməyə çalışır. Fəridi bir an gözdən qoymaq olmur, yaşadıqları 4 mərtəbəli binanın pəncərəsindən baxmağa meyillidir, bu da böyük təhlükə yaradır. Buna görə də, ana məktəbdə olarkən Fərid üçün individual baxıcı nəzarət edir ki, ona da aylıq 500 manat ödənilir. Bun dan başqa, Fərid daima paltarlarını və corablarını əlləri ilə didərək cırıb tökür və mübaliğəsiz qeyd olunmalıdır ki, hər həftə ona yeni paltarlar alınması mütləqdir. Həmçinin xüsusi yeməklərlə qidalanır, şəxsi gigiyenası başqası tərəfindən həyata keçirilir. Evdə üzünün qırxılmasına imkan vermədiyi üçün ay ərzində azı 8 dəfə bərbərxanaya aparılır. Eyni zamanda, Fəridin sağlamlıq durumu ilə bağlı onu mütəmadi açıq havaya, parklara aparmaq lazım olur. Bu isə təbii ki, müəyyən izafi xərclərə yol açır. Maraqlı şəxs yaşı artdıqca bu xərclər və çəkilən əziyyət, çətinlik də düz mütənasib olaraq artır. Böyük maddi vəsaitdən başqa ondan heç də geri qalmayan mənəvi ağırlıq da ananın üzərindədir. Yəni hər iki valideyin uşağın üzərində məsuliyyəti olduğu halda, bütün maddi və mənəvi yük sadəcə iddia çı tərəfindən həyata keçirilir və hazırda iddiaçı lazım olan bütün xərcləri qarşılaya bilmir. “Holcim” şirkətində rəhbər vəzifədə çalışan Cavabdeh bu vəsaitləri ödəmək üçün lazım olduğundan qat-qat artıq maddi imkanı və qazancı vardır.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

8. Məhkəmə iclasında şahid qismində cəlb olunmuş X3 bildirmişdir ki, yetkinlik yaşına çatmış Maraqlı şəxs həqiqətən də xüsusi baxıma ehtiyacı vardır. Neçə illərdir ki, həmin uşağın sosial adaptasiyası ilə məşğul olur. Əvvəllər ödənişli xidmət göstərsə də, hazırda həftədə bir ya iki dəfə Fəridin yanında olur, bunun üçün hər hansı ödəniş almır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-4353/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim: A.Novruzova) ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən aliment və əlavə xərc olaraq qeyd etdiyi tələbin göstərilən həcmdə (1500 manat) artmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir.

11. Həmçinin, məhkəmə hesab etmişdir ki, iş materiallarından göründüyü kimi, uşağın saxlanılması ilə bağlı əlavə xərclərdə iştiraka valideyn lərin cəlb olunması onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu səbəblə, tərəflər arasındakı mübahisənin həllində Ailə Məcəlləsinin 81-ci maddəsinin müddəaları tətbiq oluna bilməz.

12. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır. İş materiallarına görə isə, cavabdehdən hazırda 200 manat alimentin tutulması barədə iddia təmin olunmuşdur ki, bu da uşağın əvvəlki təminatının saxlanılması üçün kifayətdir. Cavabdehin əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğu müəyyən edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məc əlləsinin 78.1, 78.2, 81-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 124.1, 217.4-cü maddələrinə və "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsasla ndırmışdır ki, iş materialında olan rəyin məzmunundan da göründüyü kimi, Maraqlı şəxs sözügedən xəstəliyin xarakteri ondan ibarətdir ki, ona daim xərc tələb edən qulluq və müalicənin həyata keçirilməsi zəruridir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi Maraqlı şəxs bütün müalicə və ona qulluq xərclərinin iddiaçının üzərinə qoyulmasıyla nəticələnəcəkdir ki, belə olan halda 1-ci qrup əlil olan Maraqlı şəxs müayinə və müalicəsinin lazimi şəkildə təşkil olunmasının qarşısı alınmış olacaqdır. Bu isə Maraqlı şəxs Konstitusiya ilə təsbit olunmuş əsas hüquqlarından olan layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət etmiş olmur. Birinci instansiya məhkəməsi hansı səbəbdən 200 manat aliment ödənişinin fəaliyyət qabiliyyəti olmayan birinci qrup əlil olan şəxsin saxlanmasına kifayət etməsi nəticəsinə işin hansı müəyyən olunmuş halına görə gəlməsini əsaslandırmamış və beləliklə işin faktiki halları barədə yanlış nəticəyə gəlməklə iddia tələbini əsassız olaraq təmin etməmişdir. Məhkəmə valideynlərin yaranmış və gələcəkdə yarana biləcək əlavə xərclərdə iştirakını onların vəzifəsi deyil, hüququ kimi qiymətləndirmiş və həmin əsasla hazırki işə Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiqini istisna etmişdir.

16. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qanunvericiliyə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi hər iki valideyinə aiddir. Cavabdeh isə Ailə Məcəlləsinin 80.1.-ci maddəsi ilə üzərinə qoyulan vəzifələrini müntəzəm olaraq yerinə yetirir. Nərimanov Ray on Məhkəməsinin 2(005)-2791/2021 saylı qətnaməsi üzrə iddianın predmeti və əsası hazırki iş üzrə iddianın predmeti və əsası ilə eynilik təşkil edir. Bununla yanaşı, Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiqi valideynlərin övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə mümkündür. Lakin, cavabdeh övladı Maraqlı şəxs olğlunun saxlanması üçün xərcllərdə könüllü iştirak edir

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 12 aprel 2023-cü il tarixli, 2(103)-2012/2023 nömrəli qətnaməsi ilə (hakimlər: A.İmanov (sədrlik edən və məruzəçi), İ.Şirinov vəF.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Məhkəmə kollegiyasının mö vqeyinə görə, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində göstərilən aliment və əlavə xərc olaraq qeyd etdiyi tələbin göstərilən həcmdə (1500 manat) artmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir.

19. Eyni zamanda qeyd olunmalıdır ki, əlavə xərclərə cəlb olunduğu zaman uşaq yanında saxlanılmayan valideynin maddi vəziyyəti də nəzərə alınmalıdır; işin materiallarına görə isə, cavabdehdən hazırda 200 manat alimentin tutulması barədə iddia təmin olunmuşdur ki, bu da uşağın əvvəlki təminatının saxlanılması üçün kifayətdir. Cavabdehin əlavə xərclərə cəlb olunmasına imkan verəcək maddi vəziyyətə sahib olduğ u müəyyən edilməmişdir.

20. Hazırkı işin halları baxımından həmçinin müəyyən edilir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2791/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 27 fevral 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi olaraq qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi və sağlamlıq imkanları məhdud (İ qrup əlil) xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs saxlanması üçün hər ay 200 manat miqdarında sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə İddiaçı ödənilir. Həmçinin xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs ümumi xəstəlik üzrə 1-ci qrup əlillik dərəcəsinə görə 220 manat və əlavə olaraq 130 manat pensiya alır.

21. Göründüyü kimi, hazırkı halda xx xxxxxx 2002-ci il təvəllüdlü Maraqlı şəxs saxlanılmasında c avabdeh iştirak etməklə yanaşı, dövlət təminatı ilə də əhatə olunmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1, 78.2, 81-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslnadırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən 200 manat aliment ödənişinin fəaliyyət qabiliyyəti olmayan birinci qrup əlil olan şəxsin saxlanmasına kifa yət etməsi nəticəsinə gəlməsini əsaslandırmamış və beləliklə işin faktiki halları barədə yanlış nəticəyə gəlməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin, hazırki işdə məhkəmə iddianı əlavə xərclərə aid hissədə rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” qərarındakı hüquqi mövqeyinə uyğun olmayan nəticəyə gəlmiş və əlavə xərclərdə iştirakın qaydasını və məbləğini müəyyən etməli olduğu halda hər hansı əsaslandırma olmadan əlavə xərclərdə digər valideynin iştirakını istisna etmişdir. Eyni zamanda, məhkəmə Maraqlı şəxs xəstəliyi ilə əlaqədar zəruri xərclərinin yaranmasına, həmin halın Tibbi-Sosial Ekspert Komissiyasının portalından çıxarışın məzmunundan aydın olmasına və şahid qismində dindiri lmiş X2 həmin halları təsdiq edən izahat verməsinə baxmayaraq, həmin hallara heç bir əhəmiyyət vermədən işə hərtərəfli tam və obyektiv qiymət verməmişdir

25. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80, 81-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övlada hansı konkret tibbi xidmətin və ya müalicə ilə əlaqədar tibbi xidmətlərin və eləcə də göstərilməsi zəruri olan hansı əlavə xidmətlərin göstərilməli olduğunu və bunlara çəkilən (çəkilməli olan) xərcləri əsa slandırmalı və müvafiq sənədlərlə təsdiq edilməlidir. Lakin, iddiaçı bunların heç birini əsaslandırmamışdır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq:

29. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

30. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

31. Maddə

81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödəni lməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə belə qənaətə gəlmişdir ki, daha artıq alimentin alınmasına dair yeni əsasların yaranmasına, habelə əlavə xərclərin təsdiq olunmasına dair sübutlar iddiaçı tərəfindən təq dim olunmamışdır.

39. Bundan əlavə Maraqlı şəxs saxlanılması üçün tutulan aliment məbləğindən əlavə, ona dövlət tərəfindən də müvafiq ödənişlər edilir. Belə olan halda apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-2012/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar