Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2786/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Əhməd Abbas oğlu, İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2649/2020 saylı qətnaməsindən Cavabdeh və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrı-ayrılıqda verdikləri kasasiya şikayətlərinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİM: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Heydər qızının Cavabdeh qarşı “normadan artıq işə görə əmək haqqı və sair” tələbinə dair iddiası qismən təmin edilib. Cavabdeh qətnamədən apelyasi ya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Təhsil Nazirliyi ayrı-ayrılıqda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kasasiya şikayətləri veriblər. Mülki iş materiallarını öyrənib, kasasiya şikayətlərini nəzərdə keçirib hesab edirəm ki, aşağıdakılara görə kasasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.1, 407.1.3-cü maddəsinə əsasən, kasasiya şikayətində məhkəmə aktının qəbul edildiyi tarix...göstərilməlidir. Həmin Məc əllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kasasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. İşdən, məhkəmə iclas protokolundan, qətnamədən görünür ki, hazırki mülki işə apelyasiya icraatı mərhələsində xx xxxxxx 2020-ci il tarixdə baxılıb və iş üzrə yekun məhkəmə aktı xx xxxxxx 2020-ci il tarixdə qəbul edilib. Lakin cavabdehlərin qətnamədən ayrı-ayrılıqda verdikləri kasasiya şikayətlərinin giriş, təsviri və nəticə hissələrində iş üzrə məhkəmə aktının qəbul edildiyi tarix xx xxxxxx 2020-ci il göstərilib. Halbuki, iş üzrə xx xxxxxx 2020-ci il tarixdə belə bir akt qəbul edilməyib. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, kasasiya şikayətlərini mülki işlə birlikdə baxılması üçün kasasiya instansiyası məhkəməsinə göndərib. Ona görə də hesab edirəm ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrı-ayrılıqda verdikləri kasasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina ed ilməli və kasasiya şikayətləri mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 411-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin ayrı-ayrılıqda verdikləri kasasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilsin və kasasiya şikayətləri mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2786/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2786/2021
30.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver