Məhkəmə qərarları › İş №2(102)-2805/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2805/2019

17.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2805/2019 17 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)11931/2018 saylı qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.S.Kərimov, iş № 2(001)-4640/2018) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və pul tələbinə dair iddiası qismən təmin edilərək dəyəri 5000 manat olan üzük sırğa, boyunbağı, briliyant qaşlı üzük, sırğa və bilərziyin, dəyəri 460 manat olan qızıl üzüyün və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda cavabdehdən iddiaçının xeyrinə 300 manat tutulmuş, qalan hissədə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Binəqədi rayon məhkəməsinin 13 avqust 2018-ci il tarixli qətnaməsi 5000 manat və 460 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə ləğv edilmiş iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər 21 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuşdur. 2017-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək münasibətlərinin pisləşməsi ilə əlaqədar əri ilə birgə yaşadığı mənzildən gedərkən ona məxsus qızıl-zinət əşyalarının orada qalmasını, dəfələrlə tələb etməsinə baxmayaraq qaytarılmamasını, eləcə də cavabdehin təkidi ilə başqasından alıb ona verdiyi 525 manat məbləğində pulun qaytarılmamasını əsas göstərməklə dəyəri 5000 manat təşkil edən üzük, sırğa dəsti, boyunbağı, üzük və qolbağı, dəyəri 460 manat təşkil edən qızıl üzüyün, dəyəri 2300 manat təşkil edən boyunbağı və bilərz iyin və yaxud onların dəyərinin, eləcə də 525 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləy ib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən tələb olunan qızıl-zinət əşyaları cavabdeh tərəfindən nikaha daxil olmaları ilə əlaqədar iddiaçıya hədiyyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın h ər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Tərəflər arasında yaranmış mübahisə həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olub-olmaması ilə bağlıdır. İddiaçıya görə həmin əşyalar cavabdehdə qaldığından iddia təmin olunmalıdır. Cavabdeh isə qızıl-zinət əşyalarının onda olmasını qəti inkar edərək tələbin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi imkanı yalnız tələb olunan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasının sübuta yetirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin qanunsuz istifadəsində olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmiş və bununla da iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar