Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2806/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, əmlakda payların bərabər bölünməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bölünməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2372/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 27 dekabr 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikah dövründə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzili əldə etmişlər. Həmin mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir və onun mülkiyyətindədir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2960/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə olunan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilə İddiaçı ikidə bir hissədə pay hüququnun tanınması qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. 3. "xxxx" MMC tərəfindəni verilmiş 10 may 2023-cü il tarixli arayışına görə hazırkı mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin orta bazar qiymət 280000-300000 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə ikidə bir hissədə pay hüququ tanınmışdır. Bu qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə” Arayışda mübahisəli mənzili orta bazar dəyəri xx.xx.2023-cü il tarixə əsasən, 280000-300000 manat arası təşkil edir. Birgə nikah dövründə əldə olunmuş əmlakın açıq hərracda satılaraq müəyyən olunmuş paylara uyğun olaraq vəsaitlərin götürülməsi tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin qarşı tərəf mediasiyada tərəf iştirak etməmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim A.Novruzova) ilə iddia təmin edilmiş, mübahisəli mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq (iddiaçıya ikidə bir hissədə, cavabdehə ikidə bir hissədə) bölünməsi, mübahisəli mənzilin ilkin satış qiyməti 300000 manat məbləğində müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməzdən əvvəl ilk növbədə onun naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Bu mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının kompensasiyasının ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlara əsasən, əmlakın naturada bölgüsünün mümkünsüzdür. Belə bölgünün mümkün olmaması işin mübahisəsiz halı olduğundan məhkəmə prosessual qənaət prinsipinə uyğun olaraq bu halın təkrar müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurətin olmadığı qənaətinə gəlmi şdir. Həmçinin cavabdeh iddiaçıya kompensasiya ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
9. Məhkəmə əmlakın hərracdan satış qiymətinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında əmlakın bazar dəyəri barədə hesabat mövcuddur. Məhkəmə iclasında iddiaçı tərəf əmlakın hesabatda qeyd edilən 300000 manat dəyərinin ilkin hərracdan satış qiyməti kimi müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəf bu hesabatda qeyd edilən məbləğə etirazını bildirməmişdir. Bu səbəbdən də məhkəmə hesab edib ki, mübahisəli əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri əsasında 300000 manat müəyyən edilməlidir.
10. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1, 213.2, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6 və 221-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh (vəkili Vəkil2) apellyasiya şikayətini verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd orlunmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli əmlakın cavabehin mülkiyyətində olmasını göstərərkən, bu mənzil alınması üçün sərf olunan vəsaitin kim tərəfindən maliyyələşdirilməsi araşdırılmamışdır. Həmçinin mübahisəli əmlakın birgə vəsait hesabına əldə edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Mənzilin alınması üçün vəsait cavabdehin atası tərəfindən verilmişdir. Həmçinin mübahisəli mənzil hazırda cavabdehin mülkiyyətində olduğundan iddiaçının belə bir tələb irəli sürməsi düzgün olmamışdır. Belə ki, iddiaçının həmin evə dair hər hansı payı mövcud deyil. Bundan başqa birinci instansiya məhkəməsinin baxışı zamanı cavabdehin iştirakı təmin edilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) cavabdehin apellyasiya şikayəti qismən tə min olunmuş, birinci instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsindən “hərracda mənzilin ilkin satış dəyəri 300000 manat müəyyən edilməsinin” xaric olunması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin mübahisəli mənzilin alınmasında cavabdehin atasının köməyi olması, iddiaçının o evin alınmasında heç bir rolu olmaması barədə dəlili üzrə qeyd etmişdir ki, həmin dəlil aşkar əsassızdır. Belə ki, birincisi, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. İkinci isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin üzərində iddiaçının ikidə bir hissədə payının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üzərində ikidə bir hissədə payı müəyyən edilən əmlakların naturada bölünməsini, naturada bölgü mümkün olmadığı təqdirdə isə əmlakların açıq hərraca çıxarılmasını və əldə edilən gəlirin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüququ vardır.
15. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbində əmlakın ilkin satış dəyərinin müəyyən edilməsi tələb edilməmişdir. Yalnız iddiaçının vəkili məhkəmə iclasında əmlakın 300000 manata hərracdan satılmasını və bu məbləğin tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir ki, həmin tələb qeyd edildiyi kimi iddia ərizəsində və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz əksini tapmamışdır.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.5 və 220.6-cı, MPM-in 88, 218.3, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7 və 384.0.3-cü maddələrinə, “Mül ki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tаrixli Qərаrına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil birgə vəsaitlə alınmadığından və atası həmin mənzili cavabdehə hədiyyə etdiyinə görə iddiaçının mənzil üzərində heç bir vicdanlı haqqı yoxdur. İddiaçının mənzildən məhrum edilməsinə gəldikdə isə birgə nikah dövründə iddiaçı ona dəfələrlə fiziki şiddət göstərmiş, öz təhlükəs izliyi baxımından 102 Xidmətinə müraciət etmiş, hüquq mühafizə orqanları vətəndaşın təhlükəsizliyini düşünərək iddiaçını həmin mənzildən uzaqlaşdırmışlar. Beləliklə, iddiaçının keçmiş ailəsi ilə eyni mənzildə yaşamaları üçün şərait yaratmaq düzgün və ədalətli qərar olmaz. Həmçinin cavabdehin iştirakı təmin olunmamış, bu səbədən zəruri sübutları təqdim edilməsi mümkün olmamışdır.
19. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı həmin mənzil üzərində heç bir pay hüququna malik deyildir. Əgər iddiaçı mənzilin əldə edilməsi üçün pul vermişdirsə, mənzili öz adına ala və ya müqavilədə onunla yanaşı birgə alıcı kimi qeyd edilməsini tələb edə bilərdi. Öncəki məhkəmə proseslərində iddiaçı mənzilin nəyə görə cavabdehin adına əldə edilməsinin ağlabatan səbəbini izah edə bilməmişdir.
20. Cavabdeh öz mö vqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 37.1 və 152.1-ci, Mənzil Məcəlləsinin 29.1-ci, MPM-in 9, 14.1, 14.3, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtlə ri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi mübahisənin predmeti olan ümumi (paylı) mülkiyyətdəki mənzilin hərracda satılmasının ““hərracda mənzilin ilkin satış dəyəri 300000 manat müəyyən edilməsinin” rayon məhkəməsinin qətnaməsindən xaric olunması” his səsi istisna olmaqla, qalan hissədə maddi hüquq normaları düzgün tətbiq olunması, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarının müəyyən edilməməsi ilə qəbul olunmuşdur. Bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsinin paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Göstərilən hissə üzrə Cavabdeh kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılanda və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası mübahisənin predmeti olan ümumi mülkiyyətdəki “mənzilin hərracda ilkin satış dəyəri 300000 manat müəyyən edilməsinin” rayon məhkəməsinin qətnaməsindən xaric olunması hissəsi istisna olmaqla, qətnamənin qalan hissəsinə aid kassasiya şikayətlərinin dəlil lərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri göstərilən hissədə qətnamənin ləğvinə əsas vermir.
42. Mübahisənin predmeti olan mənzilin “hərracda ilkin satış dəyəri 300000 manat müəyyən edilməsinin” birinci instansiya məhkəməsinin qətnaməsindən xaric olunması hissədə apellyasiya məhkəməsinin qənaətinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin həllində apellyasiya məhkəməsi səhvə yol vermişdir.
43. Belə ki, iş üzrə İddiaçı iddiası Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan mənzilin fiziki bölgüsü, bu mümükün olmadıqda isə açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq bölünməsi yolu ilə mənzil üzərində ümumi paylı mülkiyyət hüququna xitam verilməsindən ibarətdir (Mülki Məcəllənin 221-ci maddəsi).
44. Mülki Məcəllənin 221-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması barədə qətnamə qəbul edilərkən əmlakın ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, qanunvercilikdə bununla bağlı qadağanedici norma da yoxdur. Hərracda satış zamanı əşyanın ilkin satış qiy məti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin suiistifadə hallarının qarşısının alınması məqsədilə paylı mülkiyyətdə olan əşyanın hərracdan satışı üçün onun ilkin satış qiymətinin qətnamədə göstərilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğundur, məsələnin məhz bu cür həlli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli 02/202 nömrəli Qərardadında da öz əksini tapmışdır.
45. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindəni verilmiş 10 may 2023-cü il tarixli arayışına görə hazırkı mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 s aylı mənzilin orta bazar qiymət 280000-300000 manatdır
46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsi
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2372/2024 nömrəli nömrəli iş üzrə 23 aprel 2024-cü il qətnaməsi qismən qismən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən “mübahisəli mənzilin hərracda ilkin satış dəyəri 300000 manat müəyyən olunmasının” xaric olunması hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.