Məhkəmə qərarları › İş №2(102)-2808/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2808/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmlakda payların bərabər bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-172/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tə rəflər xx.xx.2018-ci ildə nikaha girmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-738/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

2. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(060)-419/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2690/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 aprel 2021-ci il tarixli, 2(060)419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(102)-964/2 022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2690/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. 5. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubuna əsasən İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 5 aprel 2017-ci il tarixli ********* saylı payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Sumqayıt şəhəri, 9-cu mkr, 23 nömrəli məktəbin yanında tikilməkdə olan 5-ci bina, 5-ci mərtəbə, 37 nömrəli, 2 otaqlı, sahəsi 39.6 kv.m. təşkil edən mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(060)1774/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində iddiaçı Cavabdeh payı 33/100 hissədə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6191/2022 saylı mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2022-ci il tarixli, 2(105)-1206/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 4 may 2023-cü il tarixli məktubuna əsasən respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 dekabr 2022-ci il tarixli, 000362 nömrəli Protokoldan çıxarışına, 23 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzil üzərində 06 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tər əflərin birgə nikahı dövründə "xxxx" ASC-dən götürülmüş və "xxxx" MTK-ya ödənilmiş 18.910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 manat məbləğində pulun və ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 5 aprel 2017-ci il tarixli müqaviləyə əsasən mənzilin ümumi qiyməti 51750 manat müəyyən edilmiş, onun 15000 manatı ilkin ödəniş kimi ödənilmiş, yerdə qalan hissə isə 60 ay müddətinə aylıq 612,50 manat məbləğində MTK-ya ödənilməli idi. İddiaçı 2017-ci ilin may-dekabr ayları ərzində hər ay 615 manat olmaqla, ümumilikdə 4920 manat ödəniş etmişdir. Beləliklə 2017-ci il ərzində onun ödənişləri ilkin ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) təşkil etmişdir. 2018-ci il üzrə iddiaçı tərəfindən yanvar-dekabr ayları ərzində hər dəfəsində 615 manat olmaqla, ümumilikdə 7380 manat aylıq ödəniş ödənilmişdir. 2019-cu il üzrə isə iddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Ümumilikdə 2017-2019-cu illər ərzində iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən ilkin ödəniş də daxil olmaqla 29145 manat məbləğində pul ödənilmişdir. İddiaçı 2019-cu ilin aprel ayında MTKya müraciət edərək aylıq ödənişləri ödəməyə imkanının çatmadığını, bu səbəbdən də yeni qrafik açaraq müqavilənin müddətini uzatmağı və aylıq ödənişin məbləğinin aşağı salınmasını xahiş etmişdir. İddiaçının mü raciəti nəzərə alınaraq qarşılıqlı razılıq əsasında mənzil geri alınmadan əvvəlki müqavilə ləğv olunaraq onunla 1 aprel 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış, müqaviləyə əsasən həmin mənzil yenidən pay şəklində onun mülkiyyətinə verilmiş, müqaviləyə əsasən mənzilin dəyəri 40738 manat təşkil etmiş, həmin məbləğin 21828 manatı iddiaçının əvvəlki müqavilə üzrə ödədiyi ilkin ödəniş və aylıq ödəmələr əsasında əvəzləşdirilmiş, qalan 18910 manatı isə üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən MTK-ya ödənilmiş, iddiaçıya 10 il müddətinə aylıq ödənişi 249,89 manat təşkil edən yeni qrafik açılmışdır. Hazırda həmin aylıq ödənişlər iddiaçı tərəfindən banka ödənilir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 1 aprel 2019-cu il tarixli, ********* saylı p ayçı müqaviləsi üzrə ödənilmiş 21828 manat məbləğində pula onun bundan əvvəlki 5 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi üzrə ödədiyi 15000 manat məbləğində ilkin ödəniş və aylıq kredit ödənişlərinin bir hissəsi, yəni 6828 manat aiddir. İddiaçının 2017-2019-cu illər ərzində MTK ilə arasında bağlanmış 5 aprel 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən iddiaçı tərəfindən 29145 manat məbləğində pul ödənilmişdir. Daxili kredit banka keçirilən zaman həmin məbləğin 21828 AZN-i ilkin ödəniş, yerdə qalan 7317 AZN isə payçının ərizəsinə əsasən mənzilində təmir işlərinin görülməsinə yönləndirilmişdir. MTK-nın 14 iyul 2022-ci il tarixli, 3190 saylı məktubunda qeyd olunduğu kimi İddiaçı 2017-ci il ərzində daxili kredit müqaviləsinə əsasən MTK-ya ödənişlərinin ilki n ödəniş də daxil olmaqla 19305 manat (15000+4920=19920) olmasını və 2018-ci ildə cəmi 7380 manat aylıq ödəniş etməsini və tərəflərin rəsmi nikaha daxil olma tarixlərini nəzərə aldıqda buradan belə nəticə hasil olmuşdur ki, iddiaçı cavabdeh ilə nikaha daxil olanadək artıq 23610 manat məbləğində (buraya həm 15 min ilkin ödəniş, həm 2017-ci il üzrə kredit ödənişləri, və 2018-ci il üzrə ödədiyi ümumi məbləğin – 7380 manatın yarısı - yəni nikaha daxil olanadək ödənilən məbləğlər aiddir) pul ödənilmişdir. 2018-ci ilin iyul-dekabr ayları, yəni 6 ay ərzində "xxxx" MTK-ya 3690 (615 manat x 6 ay) manat ödəniş edilmişdir. 2019-cu il üzrə isə iddiaçı yalnız yanvar, fevral və mart aylarında hər ay üçün 615 manat ödəniş etməklə, 1845 manat məbləğində pul ödəmişdir. Beləliklə, 1 aprel 2019-cu il tarixə, yəni 1 aprel 2019- cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlananadək tərəflərin birgə nikahda olduqları müddətdə mənzil üçün "xxxx" MTK-ya ödənilmiş məbləğ 5535 (3690 manat + 1845 manat) manat təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra isə mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTKya ödənilmişdir. Göründüyü kimi tərəflərin birgə nikahda olduqları müddətdə "xxxx" MTKya ödənilmiş məbləğ 24445 (5535 manat + 18910 manat) manatdır. Payçı müqaviləsinə əsasən mənzilin dəyərinin 40738 manat olduğu nəzərə alınmaqla, buna mütənasib olaraq mənzildə iddiaçının payı 33/100 (40738 manat: 12222,50 manat ) hissə təşkil etmişdir. Kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəf olaraq tərəflərin birgə nikah dövründə payçı müqaviləsi bağlananadək "xxxx" MTK-ya ödənilmiş məbləğin 5535 (3690 manat + 1845 manat) manat təşkil etməsi barədə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmışdır. Lakin payçı müqaviləsi bağlandıqdan sonra mənzilin dəyərinin qalan 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən "xxxx" MTKya ödənilməsi faktına məhkəmənin verdiyi qiyməti hüquqi və əsaslı qiymət hesab oluna bilməz. Çünki həmin məbləğ kreditə götürülmüş məbləğdir və cavabdeh faizləri ilə birlikdə həmin məbləği banka qaytarmalıdır. Apellyasiya və kassasiya instansiyası məhkəməsi kredit müqaviləsi bağladıqdan və 18910 manatı üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəf indən "xxxx" MTK-ya ödənilməsindən sonra tərəflərin ailə birliyinin hansı müddətdə davam etdiyini və bu müddət ərzində banka nə qədər kredit ödənildiyini hesablayaraq iddiaçının payını həm banka həm də MTK-ya tərəflərin ailə birliyi dövründə hansı məbləğdə pul vəsaitinin ödənildiyini müəyyən etməklə əldə olunan məbləğ hesabına pay təyin etməli olduğu halda, kredit götürülmüş məbləği ərarvadın ümumi birgə mülkiyyəti hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinə göstəriş verilmişdir ki, mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaitlərinin hüquqi statusu düzgün müəyyən edilməli, əgər həmin ödəniş (və ya onun bir hissəsi) tərəflərin ailə birliyi çərçivəsində əldə olunmuş ümumi əmlak hesabına aparılmışdırsa, yaşayış sahəsi üzərində tərəflərin pay nisbətləri də buna uyğun qaydada müəyy ən olunmaqla, ümumi mülkiyyət hüququnun tanınmasına dair iddia həll edilməlidir.

11. Cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Cavabdehin evin alınması üçün götürülmüş kreditdən xəbəri olmamış, həmin kreditlə bağlı heç yerə də imza atmamışdır. Evin aylıq ödənişlərini etmək üçün həmin evi kirayəyə vermişdirlər. Tərəflər evin kirayəsindən 250 manat məbləğində ödəniş almışlar. Qalan 400 manat məbləğində pulu idə iddiaçı ailə büdcəsindən götürürmüş. Onlar ipoteka məsələsini məhkəmədə öyrənmişdirlər. Məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddiaçı evi tam hissədə öz adına keçirmək üçün xx.xx.2023-cü il tarixində çıxarış almışdır. Hazırda onlar borcun bölünməsinə razı deyildirlər. Tərəflər 2020ci ilin iyun ayında boşanmış və ca vabdeh borcun bölünməsinə etiraz etmişdir. Cavabdeh hələ də məhkəmə qətnaməsi əsasında tanınmış payına çıxarış ala bilməmişdir.

12. İddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, tərəflər arasında mənzilə dair məhkəmə çəkişmələri olmuşdur. Mənzil nikahdan əvvəl daxili ipoteka ilə yolu ilə iddiaçı tərəfindən alınmışdır. Belə olanda aylıq ödənişlərin məbləği daha çox olmuşdur. Alıcı ödəniş edə bilməyəndə yenidən bank kreditinə salınmışdır. Beləliklə, müddət uzanmış, aylıq ödənişlər alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cavabdehin mübahisəli mənzilə 33/100 hissədə payı müəyyən edilmişdir. Həmin qərardan tərəflərindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin mövqeyinə əsasən kreditlə alınan əmlak tərəflərin ümum i mülkiyyəti hesab olunmuşdur. Belə olan halda kreditlə alınan əmlak ümumi mülkiyyətdirsə, kredit də ümumi mülkiyyətdir. Evə pay müəyyən edilmişdirsə, kredit də mütləq ödənilməlidir. Onu da qeyd etmişdir ki, Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermişdirlər, həmin qərarı mübahisələndirilsə də lakin şikayət hələ icraata götürülməmişdir. Hazırda kredit məbləğinin yarısının cavabdehdən alınmasını istəyirlər. Kredit 10 il müddətinə götürülmüş, müəyyən ödənişlər edilmiş və artıq 6 il qalmışdır. Aylıq kredit ödənişlərini iddiaçı edir, müqavilə üzrə öhdəliklər davam etməkdədir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3292/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 9455 manat məbləğində pul və 115 manat ödənilmiş dövlət rüs umu və mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim G.Tanrıverdiyeva)

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə bankdan kredit götürülmüş, həmin kredit ailə ehtiyaclarının (mənzil alınması) təmin edilməsi üçün xərclənmiş, götürülmüş kredit Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin alınmasına sərf edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Bankdan götürülmüş kredit məbləğinə (18910 manat) cavabdehin ½ hissədə hüququ tanınmaqla və birgə nikah dövründə edilmiş ödənişlər nəzərə alınmaqla onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzi l üzərində 33/100 hissədə payı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzillə əlaqədar götürülmüş 18910 manat borcun ailə ehtiyaclarına – mənzil alınmasına sərf edildiyi öz təsdiqini tapdığından sözügedən borcun yarısı olan 9455 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 34-cü maddələri, Mülki Məcəlləsinin 213, 225.1, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 37.2-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 1 19.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər ailəli olduqları vaxt, yəni birgə nikah dövründə bankdan kredit götürülmüş, həmin kredit ailə ehtiyaclarının (mənzil alınması) təmin edilməsi üçün xərclənmiş, götürülmüş kredit Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin alınmasına sərf edilmişdir. Bankdan götürülmüş kredit məbləğinə (18910 manat) cavabdehin ½ hissədə hüququ tanınmaqla və birgə nikah dövründə edilmiş ödənişlər nəzərə a lınmaqla onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzil üzərində 33/100 hissədə payı müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması ilə razı deyildir, belə ki, işin müəyyən olunmuş hallarına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 5, 37 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə payçı İddiaçı ilə "xxxx" MTK arasında ********* saylı payçı müqaviləsi, eyni zamanda xx.xx.2019-cu il tarixdə "xxxx"nın Sumqayıt filialı ilə təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ona 18910 manat kredit ayrılmışdır. İddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, 18910 manat üç tərəfli ipoteka və kredit müqavilə əsasında "xxxx" ASC tərəfindən MTK-ya ödənilmiş, ona 10 il müddətinə aylıq ödənişi 249,89 manat təşkil edən yeni qrafik açılmışdır. Hazırda həmin aylıq ödənişlər onun tərəfindən banka ödənilir. Hazırkı iddia üzrə mübahisə predmeti olan 18910 manat İddiaçı tərəfindən "xxxx" ASC-yə tam şəkildə ödənilməmiş və iddiaçının qeyd olunan kredit müqaviləsi üzrə bank qarısında götürdüyü öhdəlik davam edir. Belə olan halda hesab etmişdir ki, cavabdehin hazırkı iddia predmeti üzrə öhdəliyi iddiaçı qarşısında deyil, "xxxx" ASC qarşısında daşıyır. Mübahisə predmeti olan 18910 manat kredit borcu iddiaçı ilə cavabdehin birgə nikahda olduqları vaxt, yəni 1 aprel 2019cu il tarixdə götürülmüş və onların nikahlarının rəsmi pozulduğu 4 iyun 2020-ci il tarixədək həmin borcdan "xxxx" ASC-yə müəyyən məbləğdə ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən tərəflərin birgə nikah dövründə, yəni bi rgə təsərrüfat apardıqları dövrdə qeyd olunan borc məbləğinin müəyyən hissəsinin ödənilməsini nəzərə almamış, işin bu xüsusatı ilə bağlı ümumiyyətlə heç bir araşdrıma aparmamışdır.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/541 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı hesabda çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 5609,99 manat məbləğində faiz borcdan və 4897,0 manat məbləöində əsas borcdan olmaqla ümumilikdə 10507 manat məbləğində kredit ödənilmişdir. Bundan başqa, İddiaçı hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən son ra 1500,00 manat məbləğində kredit ödənmişdir ki, Bank tərəfindən həmin məbləğin 650,78 manatı faiz borcdan və 849,22 manatı əsas borcdan silinmişdir. Hazırkı təqdiqatla xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilən məbləğlər xx.xx.2023-cü il tarixədək hesablandığından xx.xx.2023-cü il tarixdən sonra ödənilən 1500,00 manat ödəniş hal-hazırkı hesablamada nəzərə alınmamışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-172/2024 nömrəli mülki iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 9165,03 manat alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan – cavabdehdən 115 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci nin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov)

20. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyindən, həmçinin, mülki iş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünmüşdür ki, iddiaçı birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçı tərəflər arasında münasibətlər pozulduğu tarixdən ödənilmiş pul vəsaitinin yarısını iddiaçıdan tələb etməyə haqlıdır. Lakin apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil1 öz izahatında bildirmişdir ki, hazırda iddiaçı kredit müqaviləsi üzrə yalnız əsas borcu tələb edir. İddiaçı yalnız ödənilmiş əsas borcu tələb etdiyindən, kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə (4897,01+849,22+12143,11+145,69+146,91+148,13=18330,07 manat) banka ödənilmiş əsas borcun yarısı, yəni 9165,03 manat məbləğində pul vəsaiti tutulmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 9165,03 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

22. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36.1, 36.3, 37.1-ci, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-c ü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 119.1, 217.3, 217.4, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlayaraq tərəflərin birgə nikah dövründə, yəni birgə təsərrüfüt ap ardıqları dövrdə qeyd olunan borc məbləğinin müəyyən hissəsinin ödənilməsini nəzərə almamış, işin bu xüsusatı ilə bağlı ümumiyyətlə heç bir araşdrıma aparmamışdır. Bundan başqa birgə nikah dövründə əldə olunmuş əmlak üzərində Cavabdeh payının 33/100 hissədə müəyyən edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu hissədə də birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu təkrarlamış, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərini pozaraq tərəflərin ümumi borcunu onların payına uyğun müəyyən etməmiş, nəticədə cavabdehin üzərinə kredit borcunun qaytarılması ilə bağlı üzərinə düşəndən daha artıq öhdəlik qoyulmuşdur.

25. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

28. Maddə

32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabil iyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansısair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

29. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habel ə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

31. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

32. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qər arı 33. 6.18. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesa b edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1, 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən pell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən birgə nikah dövründə bankdan götürülmüş və mənzilin alınmasına sərf edilmiş 18330,07 manat pul vəsaitinin tərəflər arasında bölünməsi barədə gəlinən nəticə əsaslı olsa da payların müəyyən edilməsi hissəsində maddi hüquq normalarının tətbiqində sə hvə yol verilmişdir.

48. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, 18330,07 manat kredit borunun birgə nikah dövründə alınmasıı və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin əldə edilməsinə sərf olunması, tərəflərin onlara paylarının olması mübahisələndirilmir. Mübahisəli məsələ cavabdehin payının həcmidir.

49. İddiaçı "xxxx" ASC-dən götürülmüş və "xxxx" MTK-ya ödənilmiş 18.910 manat kredit borcunun tərəflər arasında bərabər bölünməsi və həmin məbləğin yarı hissəsi olan 9455 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

50. İşə baxan apelyasiya instansiyası məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə q anunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarın 6.39-cu bəndinə istinad etməklə belə qənaətə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə banka ödənilmiş əsas borcun yarısı, yəni 9165,03 manat məbləğində pul vəsaiti tutulmalıdır.

51. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

52. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində Cavabdeh payı 33/100 hissədə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

53. Azərbaycane Respubldikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının b ölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

54. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 55. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərarının 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakı nın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.

56. İşə baxana apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 9-cu mikrorayon, 5-ci binanın 5-ci blokunda yerləşən 37 saylı mənzilin üzərində Cavabdeh payının 33/100 hissədə müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilmiş faktları nəzərə almamış, mənzilin alınmasına sərf edilmiş 18330,07 manat pul vəsaitinin həmin paya mütənasib bölməli olduğu halda bunu etməmiş, nəticədə Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbini pozmuşdur.

57. Belə olan halda, tərəflərin ümumi mülkiyyətlərinə alınmış mənzilin əldə olunması üçün bankdan kredit götürülərək ödənilmiş vəsaitin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi nəzərə alınmaqla, tərəflərin həmin mənzilə olan paylarına uyğun müəyyən edilməsi üçün apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, 6110 manat pul Cavabdeh (mənzilə olan 33/100 payına uyğun) tutularaq iddiaçı İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-172/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehdən 9165,03 manatın alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 6110 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan h issədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar