Məhkəmə qərarları › İş №2(102)-281/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-281/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-281/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərbi quluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7091/2021 nöm rəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Hərbi biletin surətindən görünür ki, İddiaçı 23.10.2000-ci il tarixdən 20.01.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşdiyi qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi: hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillikdir. Diaqnoz: Baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla s ınığı, hərbi xidmət zamanı sağ baldır sümüklərinin aşağı 1/3-nin, sol baldır sümüklərinin orta 1/3 yerinidəyişən açıq-sınıqları, sağ topuğun çıxığı. Oynağın ankilozu, sağ aşıq-baldır oynağının postravmatik ankilozu. Paraplegiya və tetraplegiya, hər iki aşağı ətrafın paraplegiyası, əzələlərin atrofiyası, dayaq-hərəkət funksiyasının ciddi pozulması, qamış sinirinin baldır səviyyəsində travması, sol incik və sağ qamış sinirlərinin postravmatik nevriti. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 944 №-li, 23.05.2017-ci il tarixli Qərarının surətindən görünür ki, İddiaçı Xocalı RHK tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən 29.09.2001-ci ildə aldığı və 29.09.2001-ci 12 10.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalic ə olunduğu travma - diaqnoz: “Sağ baldırın küt travması. Sağ qamış və incik sümüklərinin yerim açıq sınığı. Travmatik şok İİ dərəcə” və 02.10.2001-ci ildən 20.12.2001-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Sağ baldır sümüklərinin aşağı 1/3-nin yerinidəyişən açıq sınığı, sağ topuğun yarımçıxığı. Sağ baldır nənnin İlizarov aparatı ilə osteosintezi (12.10.2001)” (Azərbaycan Respublikası SHXÇDXnin Xocalı rayon bölməsinin 07.02.2017-ci il tarixli 3 nömrəli göndərişi, 31.01.2017-ci il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş 02.10.2001-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş 20.12.2001-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 23.09.2020-cİ il tarixli, 07-07-420 saylı məktubundan görünür ki, cavabdeh iddia müddətinin keçməsini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.10.2000-ci il tarixdən 20.01.2002-ci ilədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 29.09.2001-02.10.2001ci ilə qədər hərbi xidməti dövründə vəzifəsini yerinə yetirərkən hərbi travma almış və 91 saylı Hərbi Hissədə müayinə və müalicə olunmuşdur. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2017-ci il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi "Hərbi travmadır, hərbi xidməti vəzifəsini yerinə yetirərkən" ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər o, 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmiş, məktubla imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən, cavabdehdən onun xeyrinə İİ qrup müharibə əlili kimi 6600 (altı min altı yüz) manat məbləğində icbari sığorta haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia t ələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi xidmət dövründə xəstələnməsinə görə həqiqi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təy in olunduqda, İ qrup əlilliyə görə – 80 faiz; İİ qrup əlilliyə görə – 60 faiz;qrup əlilliyə görə – 40 faiz məbləğində sığorta ödənişi verilir. Beləliklə, işdə olan sənədlərə əsasən iddiaçı əlillik istefaya buraxıldığı 3 il müddətindən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Beləliklə İddiaçı əlillik təxris olunduğu gündən 3 il müddətindən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsi ilə (hakim-Ramin Xəlilov) iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Məhkəmə “Hərbi qulluqç uların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını əsas götürərək 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat İddiaçı ödənilməsi barədə iddianı təmin etmişdir. Məhkəmə qətnaməsini Məhkəmə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, heç bir üzrlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən iyirmi ilə yaxın zaman sonra, yəni 2020-ci ildə müraciət etmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verməsi tarixindən artıq iyirmi ilə yaxın müddət keçmiş və sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq hərbi qulluqçuların həyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.02.1992-ci il tarixli, 99- 6 və 04.08.1992-ci il tarixli, 426-20 saylı qərarları ilə icbari sığortalanmış və həmin qərarlar 22.06.1998-ci il tarixdən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.06.1998-ci il tarixli 140 saylı qərarı əsasında) qüvvədən düşmüşdür. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçü n hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Beləliklə, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən bu Qanunun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hadisələrinə və 10.08.1997-ci il tarixdən əvvəl hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilə bilməz. Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” Haqqında Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirilməsi ilə əlaqədar olaraq xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əl illik təyin olunduqda sığorta məbləğinin faizlə sığorta ödənişləri verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci (Mülki qanunvericiliyin zamana görə qüvvəsi) maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə görə mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulan istisna fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçının tələbi isə onun hüquqi vəziyyətinin yaxşılaşdırılması və hüquq məsuliyyətinin aradan qaldırılması ilə əlaqədar deyil, sığorta ödənişinə dair maddi tələbdən ibarətdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci bəndinə əsasən, ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat”la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluq çuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya) komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir. Həmin Əsasnamənin 3-cii bəndinin ikinci hissəsinə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Beləliklə, qanunvericiliy ə müvafiq olaraq, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çığırılarkən hərbi hissənin siyahısına qeyd olunandan, hərbi hissənin siyahısından çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari sığorta olunurlar. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci (sığorta ödənişinin verilməsindən imtinanın əsasları) maddəsinə görə müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsində olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsin dəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Ziya Şirinov) 25 avqust 2021-ci il tarixli 2(103)-7091/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(006)-1168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sı ğorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Hərbi qulluqçuların statu su haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun sığorta hadisələri və ödənişləri h aqqında 5-ci maddəsinin “ç” bəndinin birinci abzasına əsasən iddiaçı X1 ümumi sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xidmət dövrundə alması və məhz bunun nəticəsində əlililk dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. Həmin normanın məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığı müəyyən olunur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunsuzdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, yeni baxışa göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, İddiaçı 20.01.2002-ci ildə ordudan tərxis edilmişdir, əlillik dərəcəsi isə ona 24.08.2017-ci il tarixində təyin edilmişdir. Yəni, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra xəstəliklə əlaqədar olan 3 illik müddəti ötürmüş, əlillik şəxsə 3 il müddət keçdikdən sonra təyin edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni baxışa qaytarılmasını xahiş etdilər. İddiaçı vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci madd əsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 38-ci maddə: İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Maddə

5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta m əbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməs inə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərin in alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəmə sinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ver mir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən v ə apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. - 3-cü maddəsinin tələbinə görə hərbi qull uqçuların sığortaçısı dövlət sığorta orqanıdır; - 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; - 5-ci maddəsinin «c» bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz sığorta ödənişi ödənilir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı 20.01.2002-ci ildə hərbi xidmətdən tərxis edilmişdir, Hərbi xidmət keçərkən 29.09.2011-ci ildə travma almış və 02.10.2001-20.12.2001-ci il tarixlərdə hərbi hissədə müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı 23.05.2017-ci il tarixdə, 2-ci dərəcə əlillik isə 24.08.2017-ci il tarixdə müəyyən edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunanın əlilliyi müəyyən olunduqda sığorta ödənişi verilməlidir. İddiaçı isə 20.01.2002-ci ildə travma alsa da, həmin tarixdən qanunda nəzərdə tutulduğu kimi 3 il deyil, 14 il sonra şəhadətləndirilmiş, ondan da bir il sonra əlillik dərəcəsi almışdır. Bu halda istinad edilən qanunun tələbi baxımından Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən imtinası əsassız olmamışdır. Apellyasiya məhkəməsi tərəfindən isə qanunun bu tələbi baxımından mübahisəyə düzgün qiymət verilməmiş, alınan travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi üçün müraciətin hansı üzrlü səbəblərdən vaxtında edilməməsi, 2002-ci il tarixdən 2017-ci il tarixədək şəxsin hərəkətsizlik göstərməsinin səbəbləri araşdırılmamış və iş üzrə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Apellyasiya i nstansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7091/2020 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar