Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin ləğvi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-1956/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə 30000 manat kredit verilmişdir. 2. 04 dekabr 2018-ci il tarixli 2018/00441-01İP saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli 2018/00441-01 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 BOKT ASC ilə ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsind ə yerləşən 0.0286 ha torpaq sahəsini və bu torpaq sahəsindəki 193.1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir.
3. Qeyd olunan kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və kreditor borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-104/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 44314 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.0286 ha torpaq sahəsi və üzərindəki 193.1 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh2 BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314 manat məbləğində borc və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin ödənilməsi qət edilmişdir.
4. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6412/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)-628/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Cavabdeh1 ilə 25 aprel 2000-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikah dövründə ailə münasibətləri normal olmuş, son dövrlər cavabdehin maddi vəziyyətində problemlər yaranmış, bununla bağlı müxtəlif şəxslərdən borc almış, habelə Cavabdeh2 BOKT ASC-dən xx.xx.2018-ci il tarixli 2018/00441-01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə illik 36 faiz dərəcəsi ilə 30. 000 manat məbləğində kredit götürmüşdür. Cavabdehlər əlbir olub iddiaçını aldadaraq, onun mülkiyyətində olan, ümumi dəyəri hazırda 250000 manat təşkil edən 0,0286 ha torpaq sahəsi və üzərindəki 193,1 kv.m sahədən ibarət yaşayış evini 110000 manat qiymətləndirməklə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmişlər. Halbuki, həyat yoldaşı iddiaçıya cəmi 3000 manat kredit götürmək barədə məlumat vermiş, hətta bankın əməkdaşları da iddiaçıya kreditin məbləğinin 3000 manat olduğunu demişdilər. İddiaçı hesab edirdi ki, həyat yoldaşı 3000 manatı qısa müddətdə bağlayar, olmasa belə o, evin əmlakını satmaqla həmin borcu bağlayar. Sonradan həyat yoldaşının ona qarşı münasibətinin soyuduğunu müəyyən etmiş və məlum olmuşdur ki, cavabdeh krediti məqsədli şəkildə götürmüşdür və bankla əlb ir olub evini əlindən almaq istəyirlər. Belə ki, iddiaçı təxminən 25 gün əvvəl Cavabdeh1 ondan gizli saxladığı sənədləri gizlətdiyi yerdən təsadüfən tapmış, görmüşdür ki, Cavabdeh1 bankdan 3000 manat əvəzində 30000 manat kredit götürüb. Müqavilənin 1.5-ci bəndinə görə kreditdən istifadəyə görə verilmiş məbləğin illik faizi 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil edir. Bu azmış kimi, müqavilənin 1.9-cu bəndinə görə borcalan borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəyir. Bu məbləğ isə 3300 manat təşkil edir ki, bank faktiki 26700 manat kredit verib və əri ilə qabaqcadan əlbir olub 250000 manatlıq evini 110000 manat qiymət qoymaqla, əlindən almağı planlaşdırmışlar. Belə ki, süni surətdə borc yaratmaqla əvvəlcə 18, sonra isə 25 faiz olm aqla cəmi 40 faiz aşağı qiymətlə hərracdan bank evini əlindən almalı və onu bayıra atmalı imişlər. Bu barədə vaxtında bilməmiş və bu qanunsuzluqlardan vaxtında məlumatlı olmamışdır. Bundan başqa, cavabdehlər onu ipoteka müqaviləsini imzalamaq üçün Bakı şəhəri 14 saylı Notariat kontoruna apararkən, orada onu müqavilə ilə tanış etməmiş və ona ümumiyyətlə hansı sənədi imzaladığını izah etməmişlər. Cəmi bir dəqiqə ərzində üçünün də şəklini çəkməklə sənədləri bankın əməkdaşı və həyat yoldaşına vermiş, onu isə maşına əyləşdirmişlər. Bu halı notariat kontorunda quraşdırılmış kamera görüntüləri də təsdiq edir.
7. Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı iddia tələbi üzrə iddia mü ddətini ötürmüşdür, buna görə də müddətin ötürülməsi əsası ilə iddiadan imtina olunmalıdır. İddiaçının ipoteka müqaviləsini bağlayarkən borc məbləğinin 30000 manat olmasını bilməməsi, əri və bank tərəfindən aldadılması barədə qeyd etdikləri heç bir sübutla öz təsdiqini tapmır. İlk növbədə, iddiaçının kredit məbləği barədə məlumatsız olması qeyri-mümkündür. Belə ki, ipoteka müqaviləsinin predmetini təşkil etdiyi üçün kreditin məbləği, müddəti və faizlər müqavilənin ilk səhifəsində verilmişdir. Kreditin məbləği həm rəqəmlə, həm də hərflə qeyd edilmişdir. Belə olan halda iddiaçının notarial qaydada imzaladığı müqavilənin şərtlərindən və kredit öhdəliyinin həcmindən xəbərsiz olması mümkün deyildir. Həmçinin, iddiaçının iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, bu tələb ə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İpoteka müqaviləsi bağlanarkən iddiaçı müqaviləni hansı şərtlərlə imzaladığını bilirdi və bunu bilməyə borclu idi. Yəni müqavilənin şərtləri iddiaçıya müqavilə bağlanan zaman – xx.xx.2018-ci il tarixində məlum olmuşdur. İddiaçı müqaviləni 1 il ərzində, xx.xx.2019-cu ilədək mübahisələndirməli olduğu halda, bunu etməmiş və nəticədə müddətini ötürmüşdür.
8. Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi yazılı etirazında bildirmişdir ki iddiaçının ipoteka müqaviləsinin ləğv edilməsi tələbini təmin etmək mümkün deyildir. İddiaçı ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etməklə həm də tutmanın ipoteka predmetinə yönəldilməsini mübahisələndirmiş olur. Halbuki, Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən preyudisial əhəmiyyət kəsb edir və tutmanın ipoteka predmetinə yönəldilməsi mübahisələndirilə bilməz. Artıq bir dəfə 04 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsinə məhkəmə tərəfindən hüquqi qiymət yerilmişdir. Bu səbəbdən də ikinci dəfə ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələr mübahisələndirilə bilməz.
9. Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.
10. Bakı şəhəri Xəzər r ayon Məhkəməsinin (E.Məmmədli) 2(003)-1711/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə və üçüncü şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı öz sərbəst iradəsini ifadə etməklə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus fərdi yaşayış evini həyat yoldaşı Cavabdeh1 Cavabdeh2 BOKT ASC-yə olan kredit borcunun təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit borcunun məbləğinə dair yanıldığını bildirsə də, onun bu dəlili ağlabatan olmamaqla yanaşı, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübut təqdim etməmiş, işin tədqiq olunan halları na əsasən də iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd olunan normalardan göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğv edilməsi əsası kimi qanunvericilikdə təsbit olunmamışdır. Məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsinin ləğvi barədə iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. İddianın ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə ipoteka müqaviləsinin ləğvi ilə birbaşa bağlı olduğundan, ipoteka müqaviləsi isə ləğv edilmədiyindən, təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, 337.1, 338, 339, 739.1, 739.2, 421, 422.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində iddia ərizəsində irəli sürülmüş dəlillər təkrarlanmış, həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin maddələrini ardıcıllıqla qətnamədə sadalasa da, iddia tələbi ilə əlaqəsini açıqlamamışdır. Bundan başqa, müqavilə şərtlərinin birtərəfli qaydada bankın xeyrinə tərtib edilməsi, habelə bankın əməkdaşları tərəfindən notariat ofisinə təsdiq edilmək üçün təqdim edilməsi, müqavilənin məzmununun xırda şriftlə çap edilməklə oxunmasının mümkünlüyü, bankın digər cavabdehə verdiyi kr editin qaytarılmasının mümkünsüzlüyü məhkəmə tərəfindən araşdırılmamışdır. Qanuna əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymasını tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi dəyər-dəyməzinə qiymətləndirilməklə bankın mülkiyyətinə keçirilməsi üçün sənədlər saxtalaşdırılmış, ipoteka müqaviləsinin şərtləri tərəflərə izah edilmədən imzalanmış və notariat ofisi tərəfindən təsdiq edilmiş, kredit təşkilatının mənafeyinə uyğun hərəkətlər edilməklə, mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdu. İddiaçı tələbinin əsaslılığı barədə s übut təqdim etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ən əsas sübut isə, kredit müqaviləsi üzrə borcalanın borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəməsi, kreditdən istifadəyə görə verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil etməsi, dəyəri azı 250000 manat olan ipoteka predmetinin 110000 manat qiymətləndirilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə mübahisələndirilən müqaviləni təsdiq edən notariat ofisini cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş, həmin təşkilatın nümayəndəsini dinləməmiş və notariat ofisindən müvafiq sənədləri tələb etmədən birtərəfli qaydada iddianı rədd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMCnin xx.xx.20 22-ci il tarixli mütəxəssis rəyini və təqdim etdiyi bütün sübutları araşdırmamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev ibarət tərkibdə) 2(103)- 1956/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə razı olmadığını qeyd etsə də, onun sözügedən qətnamədən apellyasiya şikayəti verdiyi iş materialları ilə müəyyən olunmur.
17. İddiaçının hazırkı tələbində yanılma nəticəsində ipoteka müqaviləsinin bağlandığını id dia edərək müqavilənin ləğvini və ona məxsus əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etsə, iddia etdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 421, 423-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 1, 4, 10 və 48-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri Mülki Məcəllənin maddələrini ardıcıllıqla qətnamədə sadalasa da, iddia tələ bi ilə əlaqəsini açıqlamamışdır. Bundan başqa, müqavilə şərtlərinin birtərəfli qaydada bankın xeyrinə tərtib edilməsi, habelə bankın əməkdaşları tərəfindən notariat ofisinə təsdiq edilmək üçün təqdim edilməsi, müqavilənin məzmununun xırda şriftlə çap edilməklə oxunmasının mümkünlüyü, bankın digər cavabdehə verdiyi kreditin qaytarılmasının mümkünsüzlüyü məhkəmə tərəfindən araşdırılmamış, yekunda isə iddiaçının mülkiyyət hüquqlarının əlindən qanunsuz alınmasına yönəlik addımlar atılmışdır. Kredit müqaviləsi üzrə borcalanın borcverənə müqavilə məbləğinin 11 faizi həcmində birdəfəlik komissiyon haqq ödəməsi, kreditdən istifadəyə görə verilmiş məbləğin illik 36 faiz, müqavilə üzrə illik faiz dərəcəsi isə 45,66% təşkil etməsi, dəyəri azı 250000 manat olan ipoteka predmetinin 110.000 manat qiymət lən-dirilməsi birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini və təqdim etdiyimiz bütün sübutları araşdırmamış, birtərəfli qaydada işə baxaraq qərəzli və ədalətsiz qətnamə qəbul etmişlər. Məhkəmələr mübahisələndirilən müqaviləni təsdiq edən notariat ofisini cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməmiş, həmin təşkilatın nümayəndəsini məhkəmə instansiyalarında dinləməmiş və notariat ofisindən müvafiq sənədləri tələb etmədən birtərəfli qaydada işə baxmışlar.
21. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 16, 152, 157, 228-ci maddələrinə, Ailə Məcəlləsinin 32 və 36-cı ma ddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 8-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 421.2. Tərəflə rdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqavilən i əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
28. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
29. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cava b almadıqda irəli sürə bilər.
30. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
31. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Qanun
32. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəm ə xərclərinin və digər xərclərin ödənilməsi.
33. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
34. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
35. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gə ldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar bu qərarın 1-4-cü paraqraflarında əksini tapmışdır.
46. İddiaçı Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasını təmin etmək üçün bağladığı 04 dekabr 2018ci il tarixli 2018/00441-01İP saylı ipoteka müqaviləsinin ləğvini tələb edir.
47. İpoteka müqaviləsinin ləğv edilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir.
48. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü də nəzərdə tutur.
49. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
50. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
51. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.
52. Hazırki iddia üzrə məhkəmələr tərəfindən müqavilənin ləğv olunmasına səbəb olan hüquqi əsaslar müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbinin faktiki əsası kimi qeyd etdiyi müqavilə bağlananda aldadılması, müqavilənin ləğvi üçün deyil, etibarsız sayılması barədə tələb irəli sürüldüyü halda əhəmiyyətli hal kimi təhlil oluna bilər.
53. İddianın “ipoteka predmetinin yüklülükdən azad edilməsi” hissəsi də əsassız olmuşdur. Qeyd olunmalıdır ki, qanunvericilikdə hərfən “ipoteka predmetinin yüklülükdən azad edilməsi” anlayışından istifadə olunmur və iddia ərizəsində də bu tələbin hüquqi əsası konkret olaraq qeyd olunmamışdır. Buna görə də məhkəmə haqlı olaraq tələbin bu hissəsini müqavilənin ləğv olunması tələbindən törəmə tələb kimi qəbul etmiş və birinci tələb təmin olunmadığına görə həmin tələbi də rədd etmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara a ldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1956/2023 nömrəli, 6 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.