Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2820/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-3790/2019, hakim C.C.Musayeva) İddiaçı cavabdehlər LPO QSC "xxxx" KB, LPO QSC "xxxx" KB-nin ləğvedicisi XXX, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəs i və "X1 Mərkəzi" MMC-yə qarşı (Nəsimi rayon icra və probasiya şöbəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iddiası qismən, cavabdehlər LPO QSC "xxxx" KB, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və "X1 Mərkəzi" MMC-yə münasibətdə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 saylı evin 66 saylı mənzilinə dair ipotekaya xitam verillməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 saylı evin 66 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində müvafiq qeydlər aparılması qət edilmiş, iddia cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi XXXna münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14125/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) XXXnun apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə X2 xx xxxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə cəmi 45543 manat məbləğində pulun alınaraq QSC “Bank Standart” KB-yə ödənilməsi, borcun İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 saylı evin 66 saylımənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 82.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, qalan məbləğin İddiaçı verilməsi, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində tərk edilmədikdə İddiaçı, X3 və X4 mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, Nəsimi rayon İcra və Probasiya Şöbəsi xx.xx.2017-ci il tarixdə maraqlı tərəflərə məktub ünvanlayaraq mənzilin hərracda satışının təşkili üçün “X1 Mərkəzi” MMC-nə sifariş vermiş, adı çəkilən MMC tərəfindən “Birja Yenilikləri” qəzetinin 17-xx xxxx 2017-ci il və 31 mart-xx xxxxx 2017-ci il tarixli tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 saylı evin 66 saylı mənzilinin ilkin satış qiyməti 82000 manat müəyyən edilməkləxx xxxxx 2017-ci il tarixdə açıq hərracının keçiriləcəyi barədə elan verilmiş, həmin qəzetin 26 may-xx xxxx 2017-ci il tarixli buraxılışında təkrar hərracın xx xxx 2017-ci il tarixində keçiriləcəyi haqqında elan yerləşdirilmiş, mənzil təkrar hərracda da satılmadığından əmlakı alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka xx.xx.2017-ci il tarixdə təklif məktubu göndərilmişdir. xx xxx 2019-cu il tarixdə İddiaçı ləğv prosesində olan QSC “xxxx” ASC-nin ləğvedicisi XXX, X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 54 saylı evin 66 saylı mənzilinə dair QSC "xxxx" KB-nin ipotekasına xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, ipoteka saxlayanın ipoteka predmetini “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş qaydada 30 gün ərzində əldə etməsi üçün təkrar hərracın baş tutmaması barədə KİV-də elanın dərc edilməsi kifayətdir, 30 günlük müddətin axımı məhz həmin elanın dərc edilməsi ilə başlamış olur və bunun üçün hərrac təşkilatının ipoteka saxlayana hər hansı bir bildiriş və ya təklif gön dərməsinə ümumiyyətlə ehtiyac yoxdur. Hazırki işdə isə, təkrar hərracın baş tutmamasından 44 gün sonra hərracın yekunları barədə protokol tərtib edilmiş, mənzil 52.275 manat banka satılmış, lakin əmlakın satış qiymətinin tələb həcmindən artıq olan hissəsini ipoteka qoyana qaytarmamışdır. Bu halda, bank həmin əmlakın tam dəyərini qanunvericilikdə nəzərdə tutulmuş 7 günlük müddətdə ödəməməklə, həmin müddəti də ötürmüşdür. Apellyasiya məhkəməsi isə sadalanan xüsusatlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelly asiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı QSC "xxxx" KB-nin ipoteka saxlayan kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində ipoteka predmetini əldə etmədiyinə istinad edərək, ipotekaya xitam verilməsini tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində i poteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, hərracın təşkilatçısı olan “X1 Mərkəzi” MMC xx.xx.2017-ci il tarixdə Banka təklif məktubu göndərmiş, əmlakı xx.xx.2017-ci il tarixinə qədər almayacağı təqdirdə icra sənədinin geri qaytarılacağını bildirmiş, bankın ləğvedicisi bu təklifi qəbul etmiş və xx.xx.2017-ci il tarixdə müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, MMC-nin təklif məktubunun banka hansı tarixdə çatdırılmış olduğu barədə heç bir sübut olmadığından, bankın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, hər hansı müddətin, o cümləd ən ipoteka predmetini əldə etmə müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “İpoteka haqqında” Qanunda göstərilən həmin müddətin başlanması üçün satıcı təklifini (ofertasını) alıcıya çatdırılmalıdır, çünki Mülki Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; həmin Məcəllənin 409.4-cü maddəsinə görə isə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı q ayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Apellyasiya məhkəməsi iddiaçının bundan əvvəl mənzillə bağlı keçirilmiş hərracın nəticələrini mübahisələndirdiyini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edildiyini də nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırda əmlak üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Qeyd edilən qətnamə ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələlərə qiymət verilməsə də, hərracın qanuni ke çirildiyi təsbit olunmuş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2820/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2820/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver