Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2826/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2826/2022 Açar sözlər: özbaşına tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X3 Cavabdeh qarşı torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin digər şəxsin qanunsuz sahibliyindən alınması və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1042/2022 nömrəli iş üzrə 17 yanvar 2022-c i il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2-2622/2002 nömrəli iş üzrə xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı X5 Bakı şəhəri, Elşən İsmayılov (1-ci qəsəbə) küçəsindəki 1 saylı evə və həmin evin ətrafında olan torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və onun adına texniki pasportun verilməsi vəzifəsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra, həmin iş üzrə cavabdeh X3 müraciətinə əsasən xx.xx.2015-ci il tarixli qərardadla qiyabi qətnamə ləğv edilmiş, itirilmiş icraat b ərpa olunmuş və iş üzrə icraat təzələnmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı evə və torpaq sahəsinə sahiblik hüququnun müəyyən edilməsi və texniki pasportun verilməsi tələbinə dair iddiası rədd olunmuşdur.
3. X8 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. 4. ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin xx.xx.2017-ci il tarixli Texniki X1 adına tərtib olunmuşdur.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-80/2019 nömrəli iş üzrə 08 fev ral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X6, X9, X10 və X11 tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsində özbaşına tikintilərin aparılması qadağan edilmiş və aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, X2 cavabdeh X4 qarşı Bakı şəhəri, E.Süleymanov küçəsi, 1 saylı evin və evin ətrafında olan torpaq sahəsinin 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin istifadəsində olması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
6. Həmin qətnaməyə əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 17039 saylı ekspert rəyi ilə, ünvan 1 ünvanda yerləşən, İddiaçı adına tərtib olunmuş xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan torpaq sahəsində bir mərtəbəli, 3 otaqlı, «A» literli, bir mərtəbəli, 2 otaqlı «B» literli yaşayış evlərinin, «İV» literli təsərrüfat tikilisinin mövcud olduğu, texniki pasport üzrə «Q» və «D» literli yardımçı (köməkçi) tikililərin söküldüyü, həyətyanı sahədə, texniki pasportda öz əksini tapmamış, yarımçıq vəziyyətdə və tikintisi tam başa çatmış fərdi yaşayış evlərinin inşa olunduğu, eləcə də evin həyətyanı sahəsinin faktiki olaraq qeyri-bərabər hissələrə bölündüyü və bölünmüş sahələrin oradakı evlərlə birlikdə müxtəlif şəxslərin istifadəsində olduğu, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin əksər hissəsinin müxtəlif şəxslərin istifadəsində olduğunu və həmin hissələrə daxil olub baxış keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, texniki pasportda öz əksini tapmayan tikililərin təyinatının, ölçüsünün, tikinti norma və qaydalarına uyğun inşa olunub-olunmamasının, eləcə də həmin tikililərin, texniki pasportda qeyd olunan tikililərə zərər vurmadan, sökülməsinin mümkün olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması, İddiaçı adına tərtib edilmiş 13,06.2017-ci il tarixli texniki pasportun göstəriciləri ilə X7 adına 1992-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun göstəriciləri müqayisə olunarkən, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçülərinin, yerləşməsinin bir-birinə uyğun olduğu, lakin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, İddiaçı adına 1992-ci ili aprel ayında tərtib edilmiş texniki pasportun göstəricilərinin X7 adına 1992-ci ilin ap rel ayında tərtib edilmiş texniki pasportun göstəricilərindən fərqli olduğu, evin torpaq sahəsinin planında əks olunan tikililərin, o cümlədən yaşayış və yardımçı (köməkçi) sahələrinin planda ölçüləri, yerləşməsi və digər texniki parametrlərinin bir-birinə uyğun olmadığı müəyyən edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6156/2019 nömrəli iş üzrə 31 may 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmamış, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7671/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilk iddia tələbi ilə bağl ı hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3706/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının verdiyi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia tələbləri rədd edilmiş, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı X3 iddia ərizəsində göstərdiyi ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikin ti işləri və tikililər əslində cavabdehlər tərəfindən deyil, üçüncü şəxs Cavabdeh tərəfindən aparılmışdır. Bu halı üçüncü şəxs Cavabdeh birinci instansiya məhkəməsində də bildirməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, bu hala qiymət verməmişdir. Həmin tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikililərin sökülməsinin birbaşa Cavabdeh hüquqlarına toxunmasına baxmayaraq, eləcə də Cavabdeh ilk iddia tələblərinə cavab verməli şəxs olmasına baxmayaraq iddiaçı Cavabdeh iddia ərizəsində cavabdeh kimi cəlb etməmiş, birinci instansiya məhkəməsi isə cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini iddiaçıya təklif etmədən Cavabdeh üçüncü şəxs kimi cəlb etməklə kifayətlənmiş, onu əsl cavabdeh qismində işin baxılmasına cəlb edilməsi üçün tədbirlər görmədən işə mahiyy əti üzrə baxmaqla pozuntuya yol vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3263/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Elşən Süleymanov küçəsində yerləşən 0,24548 ha ölçüdə torpaq sahəsi Əhmədli bələdiyyəsinin mülkiyyətindədir.
13. İddiaçının adına Bakı şəhərində qeydiyyatda olan daşınmaz əmlak mövcud deyildir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı (bundan sonra – iddiaçı) C avabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Elşən Süleymanov, küçəsi 1 saylı evə dair iddiaçının adına verilmiş 11/458 inventar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən iddiaçıya yaşadılmış mənəvi iztirabların qarşılığı kimi cavabdehdən 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən 0,2455 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahələri iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış sahələri babasından atasına, atasından isə ona miras qalmışdır.
16. X6 xx.xx.2002-ci il tarixli qiyabi qətnaməsindən və bu qətnamə əsasında verilmiş texniki pasportdan sui-istifadə edərək ona məxsus torpaq sahəsini cavabdehə satmış, sonuncu isə onun iradəsinə zidd olaraq və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla ona məxsus torpaq sahəsində özbaşına tikililər aparmışdır. Cavabdeh tərəfindən sözügedən ünvanda aparılmış özbaşına tikililər onun hüquqlarını pozur. Belə ki, məhz bu səbəbdən o, özünə məxsus əmlakdan lazımı qaydada istifadə edə bilmir. Digər tərəfdən, orda aparılmış özbaşına tiki lilər heç bir tikinti normasına cavab vermir. Ona görə də həmin tikililərin gələcəkdə onun və digər şəxslərin həyatlarını təhlükədə qoymayacağına dair heç kim zəmanət verə bilməz. Bu səbəbdən də, onun adına tərtib edilmiş 11/458 invertar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən bütün özbaşına tikililər sökülməlidir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5871/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində olan, iddiaçıya məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və to rpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və onun üzərində iş üzrə tərəflərin istifadə və sahiblik hüququnun yaranmasına əsas verən müvafiq icra hakimiyyəti orqanının qərarı olmamışdır. Torpaq və yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport isə hüquqmüəyyənedici sənəd deyil, əmlakın texniki göstəricilərini (yaşayış və torpaq sahəsinin cizgilərini-sərhədlərini) müəyyən edən sənəd olduğundan tərəflərə həmin torpaq sahəsi üzərində hər hansı hüququn yaranmasına əsas vermir. Özbaşına tikintidə yaşayan və qeydiyyatda olan şəxslərin həmin tikiliyə istifadə hüququnun əldə edilməsi i stisna edilir. Belə ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin texniki pasportunun iddiaçının adına tərtib olunması, iddiaçının özbaşına tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüququnun olduğuna təsdiq edir. Özbaşına tikililərin inşa edilməsi ilə iddiaçının hüquqları pozulmuşdur. Odur ki, texniki pasportda göstərilməyən qanunsuz tikililər cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyət bərpa edilməli və torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya t əhvil verilməlidir.
20. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya yaşadılmış mənəvi iztirabların qarşılığı kimi cavabdehdən 5000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləs inin (bundan sonra – Mülki Məcəllə) 146.1, 158.1.2, 158.4, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 48, 55, 66-cı maddələrinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçının keçmi ş arvadı torpaq sahəsinin 140 kv.m mübahisəli sahəsini ona 22.000 manata satmışdır, həmin pul vəsaiti tam ödənilmişdir. Həmin vaxt onun iddiaçı ilə arvadı arasında torpaq mübahisəsinin olmasından məlumatı yox idi. Torpaq sahəsini aldıqdan sonra yaşayış evi tikməyə başlamış, xeyli hissəsi inşa olunmuşdur. Mübahisəli torpaq sahəsinə iddiaçının sahiblik, istifadə və sərəncam hüququ qeydə alınmamışdır. Texniki pasport hüquq müəyyənedici sənəd deyildir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1042/2022 nömrəli iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, torpaq sahəsinə (içərisindəki tikililərlə birlikdə) dair iddiaçının adına xx.xx.1992-ci il tarixli texniki pasport Xətai rayon Mənzil Birliyinin xx.xx.1982-ci il tarixli 103 nömrəli məktubu əsasında tərtib olunmuşdur.
25. Həmçinin, işdə olan iddiaçının adına təkrar tərtib olunmuş xx.xx.2017-ci il tarixli texniki pasporta əsasən, torpaq sahəsinin içərisindəki tikililər 1970-1999-cu illərdə inşa edilmişdir.
26. Qeyd olunan hallar onu göstərir ki, mübahisəli torpaq sahəsi və üzərindəki tikililər (ilkin vəziyyətdə) hələ ötən əsrin 70-ci illərindən iddiaçının istifadəsindədir və bu istifadənin qanunsuz olub-olmaması yalnız torpağa mülkiyyət hüq uqu olan şəxs (bələdiyyə və ya dövlət) tərəfindən mübahisələndirilə bilər. Nə qədər ki, iddiaçının istifadə hüququ mübahisələndirilmir, onun torpağa və üzərində özü tərəfindən inşa olunmuş tikililərə onun hüquqları əmlak hüquqlarını təşkil edir və bu hüquqlar istənilən şəxsdən müdafiə olunmalıdır.
27. İddiaçının hazırkı tələbi qanuni və əsaslı olmuşdur, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.8, 158.1.2, 158.2, 158.4, 180.1, 180.2, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 48, 55, 66-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya ş ikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçı tərəfindən hüquqi əsasla əldə edilməmiş, bununla da Torpaq Məcəlləsinin 48-ci maddəsinin tələbi pozulmuşdur. Torpaq Məcəlləsinin 55-ci maddəsi mübahisəli hala düzgün tətbiq edilməmişdir. Çünki iddiaçı mübahisəli torpaq sahəsini həmin normada göstərilən hüquqi əsasların heç biri ilə əldə etməmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin qərarı, tərəflər arasında bağlanmış müqavilə yoxdur. Torpaq üzərində iddiaçının hüququ qeydə alınmamışdır. Torpaq sah əsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi barədə notarial qaydada təsdiq edilmiş müqavilə yoxdur. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamış, iddiaçı hazırkı iddia ərizəsini vermək hüququ olan nə müvafiq icra hakimiyyəti, nə də maraqlı şəxs deyildir. İddiaçının mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququ olmadığından əmlak hüququ da olmamışdır. Həmçinin, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
32. Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçmə si isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir.
33. Mülki Məcəllə Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satm aq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
34. Mü lki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1042/2022 nömrəli iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.