Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2838/2021 26.05.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilən qətnamədən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin 01.03.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh2 08.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Al i Məhkəməsinə kassasiya şikayəti göndərərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.09.2020-ci il tarixli qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Həmin şikayət vəkil tərəfindən imzalanmamış, vəkil orderi və dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 407.3-cü və 407.4-cü maddələrinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməm işsə kassasiya şikayəti qaytarılır. MPM-nin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı həmin məsələlərə baxılması və müvafiq qərarın çıxarılması üçün şikayət işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayəti...icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/ c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2838/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2838/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver