Məhkəmə qərarları › İş №2(102)-2842/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2842/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2842/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Qasımova (Yusifova) Könül Melağa qızına qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, borc müqaviləsi üzrə faizlər,əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qasımova (Yusifova) Könül Melağa qızına qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-403/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən cava bdeh Könül Qasımova (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X4 izahatında göstərmişdir ki, o, ərizə və izahatın Uğur Media rəhbəri tərəflndən təhqirlərə, təzyiqlərə və şantajlara məruz qalmışdır, Tərlan onu dələduzluqda ittiham edərək şəkillərini sosial mediada yayımlayacağı ilə şantaj etmişdir. İddiaçı 2021-ci ilin iyun ayında faizlə 1.000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul götürmüş, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xırdalan şəhərində yerləşən notariusda 1.500 manat faizlə pul almış, ümumilikdə 13.700 manat əsas, 2.230 manat isə 1 aylıq faiz borcu yaranmışdır. Ümumi olaraq onun 15.930 manat borcu olmuşdur. O, heç kəsi ölümlə hədələməmişdir, Tərlan adlı şəxsi təhqir edib-etməməsini xatırlamır. O, oktyabr ayından etibarən 15.930 manat pul borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Qasımova (Yusifova) Könül Melağa qızına (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 16.000 manat maddi, 14.000 manat mənəvi olmaqla, ümumilikdə 30.000 manat pulun cavabdehdən dərhal alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmı şdır ki, o, xx.xx.2021-ci il tarixdə ilk dəfə cavabdehə 3.000 manat, sonuncu dəfə isə Xırdalan şəhərində yerləşən notariusun içərisində 1.500 manat olmaqla ümumilikdə 23.000 manat pul vermiş, həmin pulları Şamaxinka adlanan ərazidə yerləşən lombarddan özünə məxsus zinət əşyalarını qoyaraq götürmüş, bu səbəbdən Könül adlı şəxsdən borca vermiş puldan iyun ayından dekabr ayınadək hər ay 600-800 manat pul alaraq həmin lombarda ödəmişdir. Könülün sonradan pulu ödəməməsi səbəbindən “Unibank”da depozitdə olan özünə məxsus 6.000 manat pulunu bankla müqaviləsini pozaraq götürüb lombarda olan borcuna ödəmişdir. Belə ki, məsələ ilə bağlı “X7 və Yayım Agentliyi”nə, ona yardım etməsi, borcunun cavabdehdən alıb ona verməsində və hadisənin ictimailəşdirilməsi üçün, 2022-ci il 7 aprel tarixində kömək istə mişdir. Belə ki, 7 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “X7 və X3”nin təsisçisi, baş redaktoru X1 onun cavabdeh tərəfindən 23.000 manat pulunun dələduzluq ilə, ələ keçirilməsi, eləcə də, hədə qorxu gəlinməsi və ölümlə hədələnməsi ilə bağlı müraciəti əsasında toplanmiş material Bakı şəhəri, Nəsimi RPİ-dən, Abşeron RPİ-nə daxil olmuşdur. Lakin cavab olaraq, “X7 və X3”nin təsisçisi, baş redaktoru X2, Abşeron RPİ-dən, cinayət işi başlanmasının rədd edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərar daxil olmuşdur və məsələnin mülki xarakter daşıması qeyd olunmuş və bunun üçün də, pul tələbi ilə bağlı məhkəməyə müraciət olunması qeyd olunmuşdur. Cavabdeh RPİ-də verdiyi izahatında ondan 2021-ci ilin iyun ayında faizla 1.000 manat, sonrada müxtəlif vaxtlarda yenə faizlə pul gö türdüyünü, sonuncu dəfə 2021-ci ilin dekabr ayında Xırdalan şəhərində yerləşən notariusda 1.500 manat faizlə pul aldığını ümumilikdə 13.700 manat əsas, 2.230 manat isə bir aylıq faiz borcu yarandığını, ümumi olaraq 15.930 manat borcu olduğunu etiraf etmişdir. Beləliklə, cavabdehin ona borcu var və həmin pulu heç bir yol ilə cavabdehdən ala bilmir.

4. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o, iddiaçını faizə pul verməklə məşğul olan şəxs kimi tanımışdır. Lakin o, iş qurmaq adıyla iddaçıdan pul almamışdır. 2018-ci ildən Masazırda onun uşaq bağçası fəaliyyət göstərmiş və iddiaçıdan ümumilikdə 13.700 manat pul götürmüşdür. Lakin o, 2 ayın faizini ödəmədiyi üçün iddiaçıya ümumilikdə 15.373 manat pulu qaytarmağı razılaşmışlar. Bağçası bağlandığına görə həmçinin sağlamlığıyla əlaq ədar əməliyyat olunduğu üçün son dövrlər faizi ödəyə bilməmişdir. Lakin o, 2021-ci ilin iyun ayından dekabr ayına kimi faizləri ödəmişdir. Bununla bağlı çeklər də vardır. O, uşaq bağçasının ikinci filialını açmaq üçün yenidən iddiaçıdan faizə pul götürmüş və iddiaçı ona 1.500 manat pul vermişdir. Odur ki, o, 13.700 əsas borcu qəbul etmiş, faiz borcunu isə qəbul etməmişdir. Bu səbəbdən o, iddiaçıya hissə-hissə ödəməklə 13.700 manat pulu qaytarmağa razıdır. Lakin o, kirayədə qalır, 2 azyaşlı uşağı var, yoldaşı isə taksi fəaliyyətiylə məşğuldur. Bu səbəbdən pulu aybaay ödəməklə qaytara bilər.

5. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-2095/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, cavab dehdən 13.700 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı 2021-ci ilin iyun ayından başlayaraq ayrı-ayrı vaxtlarda cavabdehə borca pul vermiş, cavabdeh məhkəmə iclasında iddiaçıya 13.700 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəmə iclasında cavabdehin ona 16.000 manat borcu olduğunu və 14.000 manat məbləğində mənəvi zərəri vurduğunu bildirsə də, lakin həmin borc məbləği və 14.000 manat məbləğində mənəvi zərəri təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə cavabdehin qəbul etdiyi miqdarda iddianın təmin edil məsi nəticəsinə gəlmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Çünki 2021-ci ildə 13.700 manat pulu iddiaçıdan almışdır. Birinci instansiya məhkəməsinə sübut təqdim etməsinə baxmayaraq iddianı qismən təmin etmiş və onun ödədiyi 7.000 manatı borcdan silməyərək əsassız qətnamə qəbul etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-403/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu qəbildən olan iddialarda iddiaçı cavabdehə verdiyi pulu sübut etdiyi təqdirdə pulun qaytarılmasının sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh hüquq mühafizə orqanında verdiyi izahatında, eləcə də apellyasiya şikayətinin dəlillərində 13.700 ma nat məbləğində pul aldığını etiraf etmişdir və beləliklə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən, yəni sübut olunan həcmdə təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 7.000 manat məbləğində pulu qaytardığını bildirsə də buna dair sübutu nə birinci instansiyada nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişdir.

12. Məhkəmə kollegiyası iş materiallarında olan bank hesabından çıxarışın surətinə münasibət bildirərək qeyd etmişdir ki, həmin çıxarış 2021-ci ilin aylarını əhatə etdiyindən, cavabdeh isə bu dövrdən sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 10 sentyabr 2022-ci il tarixdə iddiaçıya 13.700 manat əsas borcun qaldığını etiraf etdiyindən, həmin çıxarış hazırkı mübahisə predmeti olan pulun qaytarılmasına dair sübut kimi qiymə tləndirilə bilməz.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

14. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

15. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2, 14.2.7, 157.2, 385.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

16. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hər hansı müqavilə olmamışdır. İddiaçı qeyri-rəsmi bank fəaliyyəti ilə məşğul olmuş, yəni faizə pul vermişdir. Lakin müqavilə ilə rəsmiləşdirilməmişdir. Maddənin tələbinə əsasən borc alan aldığı həcmdə məbləğ qaytarmalıdır. Lakin cavabdeh tərəfindən ödənilmiş 7.000 manat məhkəmə tərəfindən nəzə rə alınmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş heç bir sübuta əsaslanmadan, iddiaçının əsassız və yalan xarakterli məlumatlarına istinad etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, nəticədə Mülki Prosessual Məcəllənin tələblərini kobud pozmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. İş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehlərin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin q anunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

25. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləs i yazılı formada bağlanmalıdır.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokolun a yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. A pellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətna mənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər o lduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hall ar işin materiallarına uyğun olsun.

50. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

51. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilm əli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-403/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar