Məhkəmə qərarları › İş №2(102)-2844/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2844/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2844/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(104)690/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 6 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.metr olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. 2. 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.metr olan qeyri-yaşayış binasını oğlu- Cavabdeh2 hədiyyə etmişdir. 3. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.metr olan qeyri-yaşayış binası üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə onun adına 11 iyun 2024-cü il tarixli Çı xarış verilmişdir. 4. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası hazırda "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (31 oktyabr 2022-ci il tarixli, GL5682 saylı kredit müqaviləsi, kredit limitinin məbləği: 10.000.000 manat, kredit limitinin müddəti: xx.xx.2022-xx.xx.2032). 5. 12 may 2024-cü il tarixdə İddiaçı Goranboy rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, oğlu Cavabdeh2 bir neçə müddətdir ki, Goranboy şəhər ərazisində yeni tikilib istifadəyə verilmiş “MMED-life” hospitalda işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmışdır. Bununla bağlı ona iradını bildirdikdə oğlu Cavabdeh2 onu ölümlə hədələmişdir. Bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir.

6. Cavabdeh2 12 may 2024-cü il tarixdə Goranboy rayon PŞ-nın İstintaq Bölməsinə vermiş olduğ u izahatından görünür ki, o, ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı doğma atasıdır. O arvadı və uşaqları ilə birlikdə atasına məxsus Goranboy şəhərində yerləşən evdə yaşayır. Əvvəllər atası Xaliqlə münasibətləri yaxşı olmuşdur. Atası ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Şahid3 arvadıdır. Günay hazırda Goranboy şəhərində yeni istifadəyə verilmiş “MMED Life” hospitalın baş həkimidir. Həmin hospitalda o hüquqşünas vəzifəsidə çalışır. Bununla yanaşı hospitalın idarə olunmasını arvadı ilə birgə həyata keçirir. Bir gün öncə yəni 11 may 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “Mmed Lıfe” hospitalının inzibati binasının qarşısında ekskovator olduğunu görmüşdür. Atasından nə üçün ekskovator gəldiyini soruşduqda atası ona demişdir ki, bir neçə gün əvvəl yağış ya ğması nəticəsində hospitalın içinə su dolduğu üçün həmin suyu təmizlədəcəkdir. O da buna etiraz etməmişdir. 12 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Goranboy şəhərində yerləşən “Mmed Life” hospitala getmişdir. Bir qədər orada olduqdan sonra təxminən saat 13:00 radələrində nahar edib spirtli içki, araq qəbul etmişdir. Sonra isə Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalına getmişdir. Hospitalda olan zaman bacısı telefonla ona zəng edərək atasının onun barəsində DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edib ondan şikayət etdiyini demişdir. O da buna əsəbləşib hospitaldan çıxaraq atası ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə çatanda Goranboy rayon polis şöbəsinin əməkdaşlarının yaşadıqları evin həyətində olduqlarını görmüşdür. Həmin vaxt daha da əsəbləşmiş v ə atası ilə mübahisə etmişdir. O atasına onu öldürəcəyini demişdir. Buna görə də orada olan polis əməkdaşları onu Goranboy rayon polis şöbəsinə gətirmişlər. 7. 12 may 2024-cü ildə İddiaçı Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə oğlu Cavabdeh2lə aralarında münaqişə yarandığı üçün əsəbləşib “102” xidməti zəng mərkəzinə şikayət etmişdir. Lakin sonradan oğlu Nicatla barışmışdır. Ona görə də heç bir şikayəti olmadığını bildirmiş, araşdırmanın dayandırılmasını xahiş etmişdir. 8. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 əməlində cinayət əlamətləri olmadığından, həmçinin sözügedən klinikada oğurluq hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alı nmışdır. 9. 06 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şahid3 ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2211 nömrə ilə qeydiyyata alınmış material üzrə Cavabdeh2 əməlində cinayət tərkibi olmadığı üçün material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Şahid3 RPŞ-yə vermiş olduğu izahatında bidirmişdir ki, Cavabdeh2 onun həyat yoldaşıdır. O, Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalın rəhbəri vəzifəsində işləyir. Hospitalın rəhbəri olduğu üçün hospitalda olan avadanlıqların da ona məxsus olmasını bildirmişdir. 25 sentyabr 2024-cü il tarixdə saat 19:26 radələrində Cavabdeh2 “Mmed Life” hospitala ai d bir ədəd kompüter monitorunu özbaşına hospitaldan götürüb naməlum ünvana aparmasını qeyd etmişdir. O, hospitala gəlib kamera görüntülərinə baxan zaman Nicatın narkotik vasitə qəbul etməsini və narkotikin təsiri altında bu hərəkətləri etməsini ehtimal etmişdir. Buna görə də Nicatın bu özbaşına hərəkətlərinin və narkotik vasitə qəbul edib etməməsinin araşdırılmasını xahiş etmişdir. Həyat yoldaşı Cavabdeh2 hospitaldan apardığı bir ədəd HP markalı kompüter monitorunun qiymətinin təxminən 500 manat olmasını bildirmişdir. 10. 07 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221,186 maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin b aşlanması rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, həmçinin “Mmed Life” hospitalında oğurluq hadisəsi baş vermədiyi üçün göstərilən xüsusatla əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. İddiaçı və Cavabdeh2 münaqişəli ailə kimi profilaktika qeydiyyatına alınması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir.

11. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarı ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə s aat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası İddiaçı uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nın qarşısında ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə tabe olmamaqla törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcələnin 34.3cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 535.1ci maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs edilmişdir.

12. Goranboy rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-ci il tarixli, 15 nömrəli qərarı ilə Cavabdeh 2, Şahid3 və İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunması, Cavabdeh2, Şahid3 və İddiaçı 60 gün olmaqla qısa müddətli mühafizə orderi verilməsi (25 dekabr 2024-cü il tarixdən 24 yanvar 2025-ci il tarixədək), məişət zorakılığı törədən Cavabdeh2, Şahid3 və İddiaçı profilaktiki qeydiyyata götürülmələri və onlarla tərbiyəvi-qabaqlayıcı işlər görülməsi, qərarın surəti icra edilməsi üçün məişət zorakılığına məruz qalmış Cavabdeh2, Şahid3 və İddiaçı ünvanlarına göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh2 (bundan sonra- cavabdeh) qarşı “ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binasını və Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışla tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamaqdan imtina edilməsi və həmin əmlakların ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Notariat Ofisində tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixli, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən tam mülkiyy ət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binası və Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğluna-cavabdehə bağışlamışdır. Lakin, hazırda həmin əmlakları ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina edir. 27 may 2024-cü il tarixli bildirişlə Goranboy rayon Notariat ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, yəni daşınmaz əmlakları oğluna bağışlamaqdan imtina etdiyini bildirmişdir. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsində “MMED Life” hospitalı tikilmiş və yeni istifadəyə verilmişdir. Həmin hospitalın tikintisi üçün Bankdan külli miqdarda sahibkarlıq məqsədi ilə kredit götürülmüş və həmin tikiliyə maya qoyulmuşdur. Məqsəd ailə biznesini qurmaq və birgə gəlir əldə etmək olmuşdur. Lakin, müqavilə tərəfi olan oğlucavabdeh istifadəyə verilmiş klinikada işləri özbaşına aparaqla oranın fəaliyyətini yararsız, pis hala gətirmişdir. Hospitalın işləməsinə, onun fəaliyyətinə və imicinə ciddi zərbə vurmuşdur. Həmin əmlakların cavabdehə bağışlanması ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlu-cavabdehlə ailə münasibətlər pis olduğundan və onun bu hərəkətlərindən əl çəkməsi üçün qeyri-yaşayış binasını və torpaq sahəsini ona bağışlamışdır. O, dəfələrlə əmlakların onun adına keçirilməsini istəmiş, bunun üçün başlar ına oyun açmış və etməyəcəkləri halda ailəyə problemlər yaradacağını bildirmişdir. Bundan sonra ailə üzvləri qeyd edilən əmlakların cavabdehin adına keçirməsi halda düzələcəyini bildirmişlər və bunun nəticəsində xoşagəlməz halların qarşısının alınması məqsədi ilə əmlakların cavabdehə bağışlanmasına razı olmuşdur. Bundan sonra düzələcəyini və onu peşman etməyəcəyini və normal şəkildə ailələrinə məxsus biznesi idarə edəcəyini düşünmüşdür. Lakin, tam tərsi olmuşdur. Cavabdeh bağışlama müqaviləsi bağlanandan sonra ailənin gəlir yeri olan klinikanı satacağını və buradan gedəcəyini bildirmişdir. Cavabdeh ona və ailəsinə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmuşdur. Klinikanın normal fəaliyyətinin olmaması, biznes maraqlarına ziddir. Külli miqdarda kre ditin bağlanması üçün klinika işləməli və gəlir gətirməlidir, lakin cavabdehin hərəkətləri nəticəsində bu mümkün deyil. Hətta iddiaçı cavabdehə istifadəyə verilmiş klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını və ona etdiyi hərəkətlərlə bağlı atası olaraq irad bildirdikdə cavabdeh onu öldürməklə hədələmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və ərizəyə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da buna sübutdur. Sonradan ailə üzvlərinin təkidi ilə cavabdehlə barışdığını ona yazmışdır. Əslində isə cavabdeh onu həqiqətən də hədələmiş və bununla bağlı telefon yazışmaları da mövcuddur. Cavabdeh ailə münasibətlərindən irəli gələn öhdəlikləri kobud şəkildə pozmuş, həmçinin doğma atasına qarşı söyüş və təhqirami z ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq iddiaçını polisə şikayət etmişdir. Oğlunun həyat yoldaşı, yəni gəlini həmin klinikanın baş həkimidir. Oğlu-cavabdeh isə ona da maneələr törədir və işləməsinə mane olur. O, Goranboy rayonu ərazisində ailə dəyərlərinə zidd hərəkətlər edir. Başqa övladları olan dul qadınla münasibətdə olmaqla, ailəsinə əsassız söz-söhbətlər salır. Bağışlama müqaviləsi bağlanandan sonra, əmlakları satıb həmin qadınla başqa yerə gedəcəyini bildirmişdir. Klinikanın normal fəaliyyət göstərməsinə çətinliklər törədir. Ailəsinə, ata və anaya qarşı laqeyd və tərbiyəsiz hərəkətlər etməklə məşğuldur. Cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək ailə-hüquq münasibətlərindən irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq valideynlərinə və ailəsinə qayğı göstə rməkdən və gəlir əldə edərək bölüşdürməkdən imtina edir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları cavabdehə versə də sonuncu ailə-hüquq münasibtlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş, ailəsinə heç bir maddi yardım göstərməmiş və ailə biznesini təhlükə altında qoymuşdur. Hesab edir ki, bağışlama müqaviləsindən tərəfindən imtina edildiyindən hazırda cavabdehin mübahisəli əmlaklar üzərindəki sahibliyi artıq qanunsuzdur. Həmin əmlakları bağışlamaqdan imtina etməsinə əsas verən kifayət qədər hallar mövcuddur.

16. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı, iddia ərizəsində bağışlama müqavilələsindən imtinanın əsası kimi cavabdehin ona və ailə üzvlərinə münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmasını göstərərək, bunu cavabdehin mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını, klinikanın normal fəaliyyətinin olmamasını və cavabdehin hərəkətlərinin biznes maraqlarına zidd olmasını göstərmişdir. İddia ərizəsində göstərilənlər və iddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyi hallar həqiqətə uyğun deyil və iddia tələbi tam əsassızdır. Belə ki, ilk öncə sözügedən bağışlama müqavilənin məzmunundan göründüyü kimi, qeyri-yaşayış sahəsi bağışlanarkən müqavilədə hər hansı şərt müəyyən edilməmiş və cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə olan halda hər hansı vəzifənin pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, bu məsələlərin heç birinin ailə hüquq münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Halbuki, iddaiçının da hüquqi əsas olaraq istinad etdiyi Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bundan əlavə, iddia ərizəsində qeyd olunur ki, cavabdeh iddiaçı barəsində nalayiq ifadələr işlətmişdir. Bunula bağlı məhkəməyə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar”lar və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı təqdim edilmişdir. Bağışlama müqaviləsinin ləğvinin əsası kimi bu qərarlarla istinad edilməsi əsassızdır. Çünki, həmin qərarlardan da görünür ki, istinad olunan hadisə 12 may 2024-c ü il tarixdə, yəni bağışlama müqavilənin bağlanmasından öncə baş vermiş, iddiaçı həmin hadisə ilə bağlı polisə şikayət etmiş, lakin sonradan ərizə yazaraq barışdığını bildirmişdir. Aydındır ki, bağışlama müqaviləsinin bağlanılmasından əvvəl baş verən hadisələr bağışlama müqaviləsinin ləğvinə səbəb ola bilməz. Nəyə görə iddiaçının həmin hadisəyə istinad etməsi də başa düşülən deyil. Digər tərəfdən, əgər cavabdeh ailə hüquq münasibətlərini kobud surətdə pozmuş olsaydı, iddiaçı qeyri-yaşayış sahəsini ona bağışlamazdı. Burada nəzərə alınmalı olan bir vacib məqam da odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bu əmlakı bağışlamış, cavabdeh isə mülkiyyət hüququ əsasında özünə məxsus olan Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyr i-yaşayış binasını iddiaçıya bağışlamışdır. Göründüyü kimi, 12 may 2024-cü il tarixdə ailədaxili mübahisə olsa da, sonradan tərəflər barışmış və bir-birinə yuxarıda qeyd olunan əmlakları bağışlamışlar. Bundan əlavə, iddiaçı məhkəməyə cavabdehin şəxsi həyatı ilə bağlı səsyazıları və “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar təqdim etmişdir. Nə səs yazısı, nə də ki, həmin qərarlar hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 səsyazıları ilə bağlı bildirmişdir ki, cavabdehin səsini yazmaq məqsədi ilə onun xəbəri olmadan öncədən otağa yerləşdirdiyi telefonun vasitəsi ilə onun danışıqlarını qeydə almışdır. Yəni, otaqda tək olan cavabdehin xəbəri olmadan danışıqları qeydə alınmışdır. Ona görə də həmin səsyazılar ının cavabdehə aid olub-olmamasından asılı olmayaraq sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının uydurduğu həqiqətə uyğun olmayan cavabdehin şəxsi həyatı ilə bağlı məsələlərin bağışlama müqaviləsinə heç bir aidiyyatı yoxdur. Hətta olsaydı belə, həmin hallar bağışlama müqaviləsindən imtina üçün əsas ola bilməzdi. Ona görə də səsyazılarının və qərarların sübut olaraq aidliyi və mümkünlüyünə qiymət verməli və sübutlar sırasından çıxarılmalıdır. Bundan əlavə, iş üzrə dinidirilən şahidlərin ifadələri də sübut kimi qəbul edilə bilməz. Çünki, iş materiallarında olan sənədlərlə tam təsdiq olunur ki, həmin şahidlərin cavabdehlə münasibətləri tam pozulmuşdur, həmçinin onların özləri də bu işin nəticəsində maraqlıdırlar. Belə ki, şahidlər ifadələrində g östərirlər ki, onların da həmin əmlakda payı olsa da, cavabdeh onlara paylarını verməkdən imtina edir. İşin nəticəsində maraqlı olan şahidlərin ifadələri mötəbər hesab edilə bilməz. Əlavə olaraq bağışlama müqaviləsinin bağlanılmasından sonra ümumiyyətlə tərəflər arasında heç bir mübahisə olmamış, hətta 2024-cü ilin iyul ayından etibarən o, Bakı şəhərində yaşamışdır. Həmin müddətdə bir neçə dəfə klinikaya gəlsə də, iddiaçı ilə heç bir münasibəti olmamış, sadəcə onun klinikaya girişinə Şahid3 tərəfindən maneçilik törədilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş qaydada bağışlama müqaviləsindən imtina haqqında bildiriş də göndərməmişdir. Göründüyü kimi, iddia tələbənin faktiki və hüquqi əsasıları yoxdur.

17. Goranboy Rayon Məhkəməsinin 2024-cü il 26 dekabr tarixli, 2(045)-1632/2024 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia təmin edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki bağışlama müqaviləsinin məzmunundan görünür ki, müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və cavabdeh bağışlamanın müqabilində üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı isə müqaviləni məhz həmin şərtlərlə bağlaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, cavabdeh isə müqavilənin həmin şərtlərlə bağlanmasını inkar etmişdir. Bu halda sübutetmə qaydalarına görə bağışlamaqdan imtina edən şəxs bunun əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut etmə öhdəliyi daşısa da, bunu sübuta yetirə bilməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, baxıla n işdə iddiaçı tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən edilir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də bağışlamaqdan imtinanın əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.

20. Məhkəmə onu da nəzərə almışdır ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobu dcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. Lakin işin hallarına əsasən, iddiaçının cavabdeh tərəfindən pozulduğunu iddia etdiyi öhdəliklər (bağışlanan əmlakla bağlı əldə edilən gəliri özü də daxil olmaqla ailə üzvləri arasında bölməsi, bağışlanmış əmlakı üçüncü şəxsə satmaması, biznes maraqlarına zidd hərəkət etməsi) qanunvericilikdə də müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının bağışlamaqdan imtinanın əsası kimi istinad etdiyi məsələlər qanundan irəli gələn öhdəliklər də deyildir. Əksinə, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da, belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhərlənməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə etməsi ilə bağlı olmamalıdır. Hazırkı işdə isə iddiaçı hədiyyə edilən əmlakdan əldə edilən gəlirin özü də daxil olmaqla ailə üzvləri arasında bölünməsi şərti ilə qeyri-yaşayış sahəsini cavabdehə bağışladığını iddia edir. Həmçinin, iddiaçı hədiyyə edilən əmlakın cavabdeh tərəfindən satılma ehtimalının olmasını da öhdəliklərin pozulması kimi təqdim edir. Halbuki, qanunvericiliyə əsasən, əmlakı öz istədiyi kimi istifadə etmək və üzərində sərəncam vermək mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. İddia ərizəsində qeyd olunan c avabdehin iddiaçını təhqir etməsi və ona qarşı nalayiq ifadələr işlətməsi barədə dəlilə gəldikdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsi xx.xx.2024-cü il tarixdə baş vermiş, bağışlama müqaviləsi isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Ona görə də bağışlamadan əvvəl tərəflər arasında baş vermiş c avabdehin iddiaçıya qarşı hərəkətləri bağışlamaqdan imtina üçün əsas ola bilməz.

22. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, 12 may 2024-cü il tarixdə tərəflər arasında ailədaxili münaqişə olmuş, iddiaçı cavabdeh tərəfindən təhqir edilməsi və ona qarşı nalayiq ifadələr işlətməsi səbəbi ilə cavabdeh barəsində polisə şikayət etmiş, lakin elə həmin gün iddiaçı ərizə yazaraq əsəbləşərək şikayət etdiyini, oğlu Nicatla barışdığını, ona görə də heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra isə 27 may 2024-cü il tarixdə iddiaçı cavabdehə hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsini, cavabdeh isə özünə məxsus Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. İddia ərizəsində 12 may 2024-cü il tarixdə baş vermiş ailədaxili münaqişə ilə bağlı cavabdehin hərəkətlərini onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobud surətdə pozması kimi təqdim edən iddiaçının elə həmin gün barışması və 15 gün sonra əmlakını cavabdehə bağışlaması onu göstərir ki, iddiaçı cavabdehin həmin hərəkətlərini özünə qarşı kobud pozuntu hesab etməmişdir.

23. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Şahid4 və Şahid3 ifadələrindən görünür ki, onlar işin nəticəsində maraqlıdırlar. Belə ki, cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin qüvvədə qalmasına narazı olmaları, onların da mübahisəli əmlakdan və gəlirdən pay tələb etmələri onların başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir Eyni zamanda məhkəmə nəzərə almışdır ki, şahid ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə də öz təsdiqini tapmamışdır.

24. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin başqa qadınla ailə qurmasını təsdiq edən sübut qismində məhkəməyə təqdim edilmiş səs yazıları və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin başqa qadınla ailə qurmasının, başqa sözlə cavabdehin öz arvadına qarşı ailə hüquq münasibətlərinə aid vəzifəsini pozmasının (əgər pozmuşdursa) hazırkı işə heç bir təsiri yoxdur. Çünki, qanunvericiliyə əsasən, iddiaçının gəlini onun yaxın qohumu sayılmır. Bağışlamaqdan imtinanın əsaslarında isə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasından bəhs edilir.

25. Digər tərəfdən məhkəmə onu qeyd etməyi vacib bilmişdir ki, nikaha daxil olmaq və nikahı pozmaq nikahda olan şəxslərin hüquqlarıdır, çünki Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah könüllü ittifaqdır. Ona görə də bu münasibətlərin mövcudluğu hədiyyə alanın hədiyyə verən qarşısında qanundan irəli gələn öhdəliyinin pozulması və bağışlamaqdan imtinanın əsası kimi qəbul oluna bilməz.

26. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə xüsusi olaraq vurğulamışdır ki, qanunverici öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını bağışlamaqdan imtinanın əsası kimi nəzərdə tutmuşdur. İşin hallarından isə görünür ki, bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin i ddiaçı olan atasına münasibətdə nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamış, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır. Göründüyü kimi, hazırkı mübahisədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsasları kimi nəzərdə tutulan halların heç biri olmamışdır. Yəni ağır cinayət törədilməmiş, ailə hüquq münasibətlərinə aid vəzifə kobudcasına pozulmamış, o cümlədən bağışlama ilə bağlı hər hansı öhdəlik pozulmamış, çünki bağışlama müqaviləsində belə öhdəlik ümumiyyətlə müəyyən edilməmişdir.

27. Məhkəmə həmçinin iddia tələbinin bağışlama müqaviləsi əsasında Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi hissəsinə də qiymət verərək qeyd etmişdir ki, iddia tələbi ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina tələbi hissəsində rədd edildiyindən, bağışlama müqaviləsi əsasında Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən azad edilməsi hissəsində də rədd edilməlidir.

28. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 396.1, 389.1, 405.1, 406.1, 670.1, 673.1-ci, Ailə Məcəlləsinin 2.3, 12.0.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il və “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında yaranan hazırkı mübahisə məhz bağışlamanın öhdəliklə şərtləndirilib-şərtləndirilməsini müəyyən etməklə həllini tapmalıdır. Bağışlamanın isə öhdəliklə şərtləndirildiyi işin faktiki halları, bundan savayı işdə olan təkzibedilməz sübutlar, iddiaçının və iş üzrə şahidlərin verdiyi izahatlar ilə öz təsdiqini tapır. Belə ki, həm iddiaçı, həm də şahidlər müqavilənin şərtlə bağlanmasını göstərmişlər. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və iddiaçının və şahidlərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı, ailə üzvlərinə məxsus qeyri-yaşayış sahəsinin, yəni klinikanın fəaliyyəti nəticəsində əldə edilən gəlirlərin iddiaçıya və onun ailə üzvləri arasında bərabər şəkildə bölüşdürülməsi müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olmuşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin, sonrakı mərhələdə işdəki sənədlərdən də göründüyü kimi hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xələl gətirmişdir. Birinci instan siya məhkəməsi iddiaçının və şahid ifadələrini sübut kimi qəbul etməmiş və digər sübutları da qiymətləndirməmişdir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahatın məzmunundan görünür ki, həmin daşınmaz əmlakları oğlu- cavabdehə bağışlamasının səbəbi ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlu- cavabdeh ona və ailə üzvlərinə qarşı etdiklərinin qarşısının alınması məqsədilə məcburiyyət qarşısında qalaraq əmlakı ona bağışlamasına razılıq vermişdir, bir şərtlə ki, həmin əmlaklardan əldə edilən gəlirlər ailə üzvləri arasında bölünəcək və ailənin saxlanılmasına sərf olunacaq. Çünki, iddiaçı həmin klinikanın tikintisinə dair banklardan külli miqadrda borca pul götürmüş və həmin borcların qaytarılması üçün başqa gəlirlərə sahib deyil. Eyni zamanda, həmin daşınmaz əmlaklar özünün və ailə üzvlərinin birgə təsərrüfatıdır və qazanc yeridir. Həmçinin iddiaçı izahatında göstərmişdir ki, cavabdeh bağışlamadan əvvəl ona bildirirdi ki, həmin klinika bizim ailəmizin biznesidir, oradan gələn gəlirlər bütün ailəyə məxsusdur və 8 nəfər ailənin əmlakıdır. Həmin klinikanın fəaliyyət göstərməsi üçün danışıqlar aparır. Daşınmaz əmlaklar onun adına olmalıdır ki, ona daha çox inansınlar. Həmin əmlakları onun adına keçir və hər şey yaxşi olacaq. Biznesləri inkişaf edəcək və oradan gələn gəlirlər ailənin saxlanmasına sərf olunacaq. Bundan başqa iş üzrə dindirilən şahidlərin izahatları ilə də, müəyyən etmək olar ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verəcəyi məlum olan haldan asılı edilmiş, bir sözlə bağışlama müqaviləsinin bağlanmasında cavabdeh iddiaçının əmlakının idarə e dilməsi və əmlakın istifadəsindən gələn gəlirlərin bölgüsünü və iddiaçını və ailə üzvlərini saxlamaq öhdəliyini öz üzərinə götürmüşdir. Bu halı cavabdehin nümayəndəsi qismində bağışlama müqaviləsinin bağlanmasında notariusda iştirak edən, iş üzrə dindidirlən şahiddə təsdiq etmişdir. Belə ki, məhkəmədə şahidlər izahatlarında göstərdilər ki, oranı iddiaçı tikib və cavabdehin o vaxt heç bir gəliri olmayıb. Ora 8.000.000 manat pul qoyulub. Cavabdeh həmin əmlakları onun adına keçirməsini istəyib. Əvvəllər onlar razı olmasalar da sonradan müəyyən şərtlər altında iddiaçı buna razı olub. Belə ki, şərtlər bundan ibarət olub ki, həmin əmlakları cavabdehin adına keçirirlər, bunun müqabilində o, da həmin əmlaklardan gələn gəlirləri 8 nəfər ailə üzvü arasında paylaşdıracaq. Onları maddi cəhətdən klinik anın gəlirləri hesabına təmin edəcək. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdehlə münasibətləri bağışlama müqaviləsinin bağlanmasından əvvəl və sonra gərgin və soyuq olmuşdur. Belə olduğu halda, yəni həmin klinikanın tikintisinə külli miqdarda vəsaitin qoyulduğu və biznes kreditlərinin iddiaçının adına olduğu halda, həmin əmlakların şərtsiz və öhdəliksiz ona bağışlanması məntiqli görünmür. Belə şəraitdə iddiaçının ona məxsus olan əmlakları əvəzsiz şəkildə oğluna bağışlaması absurddur və cavabdehin göstərdiyi arqumentlər inandırıcı ola bilməz. Bundan başqa məhkəmə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 may 2024-cü il tarixli qərarına və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarına ist inad etməklə, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsinin xx.xx.2024-cü il tarixdə baş verdiyini, bağışlama müqaviləsinin isə xx.xx.2024-cü il tarixdə bağlandığını, yəni bağışlamadan əvvəl tərəflər arasında baş vermiş cavabdehin iddiaçıya qarşı hərəkətlərinin bağışlamaqdan imtina üçün əsas olmadığını göstərmişdir. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Bununla bağlı bildirilməlidir ki, bu hallar onu göstərir ki, cavabdehin iddiaçıya davranışları ilə bağlı iddia ərizəsində göstərilənlər doğrudur. Yəni, iddiaçının bağışlama müqaviləsindən sonra ona qarşı davranışları dəyişməz olaraq qalmışdır. Bunu iş üzrə d indirilən şahidlər təsdiq edir. Eyni, zamanda işdə olan qəsəbə nümayəndəliyindən alınmış arayışda ailənin problemli ailə kimi qediyyatda olması həmin arqumentləri bir daha təsdiq edir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 12 may 2024cü il tarixdə tərəflər arasında ailədaxili münaqişə olmuş, iddiaçı cavabdeh tərəfindən təhqir edilməsi və ona qarşı nalayiq ifadələr işlətməsi səbəbi ilə cavabdeh barəsində polisə şikayət etmiş, lakin elə həmin gün iddiaçı ərizə yazaraq əsəbləşərək şikayət etdiyini, oğlu Nicatla barışdığını, ona görə də heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra 27 may 2024-cü il tarixdə iddiaçı cavabdehə hazırda mübahisələndirilən qeyriyaşayış sahəsini, cavabdeh isə özünə məxsus Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşa yış binasını iddiaçıya bağışlamışdır. İddia ərizəsində 12 may 2024-cü il tarixində baş vermiş ailədaxili münaqişə ilə bağlı cavabdehin hərəkətlərini onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobud surətdə pozması kimi təqdim edən iddiaçının elə həmin gün barışması və 15 gün sonra əmlakını cavabdehə bağışlaması onu göstərir ki, iddiaçı cavabdehin həmin hərəkətlərini özünə qarşı kobud pozuntu hesab etməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən şikayət ərizəsinin geri götürülməsi və tərəflər arasında digər əmlaka dair əmlakın bağışlanma müqaviləsinin bağlanması iddiaçıya qarşı kobud pozuntunun olmaması anlamına gəlmir. Burada iddiaçıya qarşı kobud şəkildə pozuntunun baş veriməsindən söhbət gedir ki, həmin sənədlərlə də müəyyən olunur ki, fa ktiki olaraq iddiaçıya qarşı cavabdehin belə hərəkətləri olmuş və müqavilənin bağlanmasından sonra da davam etdirilmişdir. Qaldı ki, digər bir əmlakın iddiaçıya bağışlanması, həmin əmlakı iddiaçı cavabdehə uşaq olarkən bağışlamış və atası həmin əmlakı geri bu formada qaytarmışdır. Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən öhdəlik götürməsi müqabilində əmlakını ona bağışlamışdır. Bundan başqa, bağışlama müqaviləsi bağlanandan sonra cavabdeh ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə mara qlanır, qeyri-yaşayış və torpaq sahənin satılması üçün müştəri axtarmışdır. İddiaçının, şahidlərin ifadələrindən görünür ki, məqsədi əmlakı sataraq qaçırdığı qadınla ölkəni tərk etmək olmuşdur. Bu halı təsdiq edən hallardan biri kimi əmlak bağışlanandan sonra cavabdehin həmin əmlaklarla maraqlanmaması olmuşdur. Belə ki, onun həmin əmlaklardan istifadə etməsinə dair heç bir maneə olmamışdır. Buna dair maneəllər olmadığı halda məhkəməyə həmin qeyri-yaşayış sahəsindən istifadəyə dair təminat tədbiri barədə ərizə vermiş lakin, buna baxmayaraq da həmin əmlaklarla maraqlanmır və xəbəri belə yoxdur. Bağışlamadan sonra Bakı şəhərinə gedərək, yaxınlıq etdiyi qadınla formal şəkildə yaşamışdır. Yəni, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən belə imtina etdiyinə görə, onunla bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, məhkəmə cavabdeh qismində qeyd etdiyi Goranboy rayon Notariat ofisinin xüsusi notariusunun və Reyestr Xidmətinin nümayəndəsinin məhkəmə baxışlarında iştirak etməsi üçün heç bir tədbir görmədən onların iştirakı olmadan mülki işə baxmağa qərar verməklə kifayətlənməli olmuşdur. Bu doğrudur ki, qeyd olunan notariat hərəkətləri icra olunan zaman iddiaçı hüquqi cəhətdən məlumatsız olmasa idi, notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri izah olunsaydı və həmçinin gələcəkdə hər hansı bir ziyanla üzləşəcəyi izah olunsaydı mülkiyyətində olan daşınmaz əmlakı cavabdehə bağışlamaq haqqında müqavilə bağlayan zaman, müqavilədə onun üzərinə götürmüş olduğu öhdəliyi, yəni əldə ediləcək gəlirlərin ailə üzvləri və onun arasında bərabər şəkildə böləcəyini və iddiaçıya maddi cəhətdən yardım göstərib baxacağı barədə qeydlərini edərdi və həmin qeydlərdə müqavilədə öz təsdiqini tapardı. Bağışlama müqaviləsi bağlanmamışdan öncə cavabdeh razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsi və torpaq sahəsi ailəyə məxsusdur və onun üzərində yerləşən klinikadan gələn gəlirlər ailə üzvləri arasında bölünəcək və biznes idarə olunaraq, götürülmüş kreditlər bağlanacaq. Cavabdeh iddiaçının həmin bu şərtini qəbul etmiş, bu səbəbdən də notariusu gedib qeyd olunan müqaviləni imzalamışdır. Eyni zamanda məhkəmə həmin qətnaməni çıxarmaqla Mülki Məcəllənin 673-cü, habelə 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenu munun qərarında təsbit olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin cavabdehin bağışlama müqaviləsi ilə əlaqədar öz üzərinə hər hansı bir öhdəlik götürməsinin müqavilədə göstərilməməsini əsas götürərək, iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Məhkəmədə iddaçı və şahidlər hərəsi kifayət qədər geniş ifadə versələr də məhkəmə qətnaməsində həmin ifadələr qısa bir cümlə ilə göstərilmişdir. Halbuki, həmin şəxslərin izahatları iş üçün əhəmiyyətli olmuşdur ki, həmin izahatlar qətnaməyə salınmamışdır. Bu barədə protokola qeyd verilərək, həmin izahatların və verilən sual cavabların olduğu kimi qeyd edilməsi məhkəmədən xahiş edilmiş və həmin qeydlər qəbul edilmişdir. Bundan başqa qanunvericiliklə məhkəmə iclasında yaxın qohumların şahid kimi dindirilməsi qadağası yoxdu r. Eyni zamanda yaxın qohumların izahatlarının məhz yaxın qohum olması səbəbindən onların dediklərinin mötəbərliyinin şübhə altına alınmasına dair normada yoxdur. Qeyd edilməlidir ki, şahid bilərəkdən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır və bu barədə iltizama imza edir. Şahid qismində ifadə vermiş şəxslər yalançı şahidlik etməsinə dair məsuliyyətə cəlb edilməmişdir. Şahidlərin düzgün ifadə verməməyə görə xəbərdarlıq edilmiş və məsuliyyət barədə məlumatlandırılmışlar. Onların hər ikisinin verdiyi ifadələrinə görə müqavilənin şərtlə bağlanılması aydın görünür. Bu mənada bu hal işdə olan digər sübutlarla birgə qiymətləndirilməli və yoxlanılmalı idi ki, ümumiyyətlə hakim bu halı nəzərə almamışdır. Halbuki, şahidlərin dedikləri iş materiallaındakı sənədlərlə (məhkəmə qərarı, c inayət işinə dair materiallar, disk və audio yazılar və sair sübutlarla öz təsdiqini tapır.) Bu baxımdan onların verdiyi ifadələr mötəbər hesab edilməlidir.

31. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(104)690/2025 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən, məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1632/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.metr olan qeyri-yaşayış binasının cavabdehə bağışlanmasına dair 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli ba ğışlama müqaviləsindən imtina edilmiş hesab olunması və həmin müqavilə əsasında cavabdehin adına verilmiş 11 iyun 2024-cü il tarixli çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən azad edilərək iddiaçıya təhvil verilməsi qət edilmişdir.

32. Məhkəmə kollegiyası hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlayan tərəfindən ciddi bir əmlak dəyərinin əvəzsiz olaraq hədiyyə kimi verilməsi hədiyyə alan tərəfindən birbaşa əmlak xarakterli öhdəlik ya ratmasa da, mənəvi və əxlaqi tələblərə cavab verən bir vəzifənin yaranmasına səbəb olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamaların kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan inam və ümiddir. Bu nöqteyi-nəzərdən də ailə üzvlərinə edilən ciddi bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlayana qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və yaxınlıq göstərəcəyinə olan inam və etimada əsaslanır. Bağışlayan tərəfindən edilən maddi fədakarlığın kökündə mənəvi əsaslar olduğundan hədiyyə alan baxımından da bağışlayana qarşı mənəvi və əxlaqi bir vəfa borcu yaranır. Bu vəfa borcu özünü ən bariz olaraq ba ğışlayanın ailə üzvü olması halında hədiyyə alanın ona qarşı ailə dəyərlərinə uyğun münasibət bəsləməsi halında göstərir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri pozmasına dair sübutları, yəni cavabdehlə “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmaları, ona aid olan auido-səs yazılarını, habelə bu halı təsdiq edən şahid ifadələrini birinci instansiya məhkəməsinə, həmçinin məhkəmə kollegiyasına təqdim etmişdir.

35. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin razılığı ilə onlar arasında olan “CD” diskdə əks olunmuş audio səs yazıları, habelə şahidlərin (Şahid5 və Şahid3) telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları, eyni zamanda video görüntü tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “audio-səs yazıların”dan görünür ki, cavabdeh iddiaçı, eləcədə ailə üzvlərinin ünvanına dəfələrlə nəlayiq ifadələr işlətmişdir.

36. Göründüyü kimi, iş üzrə təqdim olunmuş səs yazıları, mesajlar və video sübutlar iddia tələbinin əsaslığını sübut edilməsi baxımından dəyərləndirilərək birbaşa ailə münasibətlərinin pozulmasının intensivliyini, bağışlamanın motivinin sıradan çıxmasını və hədiyyə verən valideynə qarşı kobud münasibətin mövcudluğunu tam şəkildə sübut edir. Xüsusilə, 12-30 avqust 2024-cü il tarixlər arasında qeydə alınmış səs yazılarında cavabdehin ifadə etdiyi fikirlər onun ailəsinə, xüsusilə də hədiyyə verən atasına qarşı aşağılayıcı, təhqiramiz, maddi marağa əsaslanan və düşmənçiliklə müşayiət olunan münasibət sərgilədiyini birbaşa sübut edir. Cavabdeh səs yazılarında dəfələr lə atasını təhqiredici ifadələrlə xarakterləndirmiş, ona qarşı fiziki zor tətbiqi, kollektiv qarşısında alçaltma və obyektin qəsdən satılması planları barədə açıq danışmışdır. Həmçinin, “atasına bir qəpik də verməyəcəyini”, “ona görə Günayı qurban verəcəyini”, “onun obyektə gəlməsinə mane olacağını”, “atasını hospitaldan qovacağını” və bu tipli cümlələri dəfələrlə qeyd etmişdir. Qeyd edilən səs yazılarında cavabdeh bağışlama müqaviləsindən dərhal sonra öz davranışlarında ciddi dəyişikliklərə yol vermiş, ailə münasibətlərinə qarşı qərəzli və düşmən mövqe nümayiş etdirmiş, həmçinin əmlakı satmaq niyyəti ilə addımlar atmışdır. Səs yazılarında cavabdehin öz dili ilə atasına qarşı təhqiramiz və alçaldıcı ifadələr işlətməsi, atasının əmlakının balansdan çıxarılması, satışa çıxarılması və ümumiyy ətlə ailə üzvlərinə qarşı açıq nifrət ifadə edən ifadələr işlətməsi, ailə dəyərlərini məhv etməyə yönəlmiş davranışlar, habelə sədaqət pozuntusu ilə müşayiət olunan münasibətlər sübuta yetirilmişdir.

37. Bununla paralel, cavabdeh həmin səs yazılarında əmlakın satılacağını, ailənin ona artıq heç bir əhəmiyyətinin olmadığını, atasına bir qəpik belə verməyəcəyini, obyekti ailədən uzaqlaşdırmaq üçün balansdan çıxarması niyyətində olduğunu açıq şəkildə bəyan edir. Bu isə bağışlama niyyətinin tam şəkildə mənimsənilməsi və ailənin iqtisadi dayaqlarına ziyan vurmaq məqsədilə istifadə olunması deməkdir.

38. Xüsusilə qeyd edilməlidir ki, xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş video görüntülərdə cavabdehin klinikanın qapını zorla sındıraraq ora daxil olması, kassa otağında pul axtarması, kompüter və texniki avadanlıqları sındırması, eləcə də avadanlıqları klinikadan oğurlayaraq çıxarması hərəkətləri, təkcə ailə öhdəliklərinin pozulması deyil, eyni zamanda maddi ziyana və etibara ciddi zərbə vurmaqla, hədiyyə verilmiş əmlaka qarşı məqsədli və dağıdıcı münasibətin olduğunu sübut edir. Bu, artıq sadəcə mənəvi pozuntu və ya yalnız ailədaxili öhdəliyin pozulması deyil, eyni zamanda bağışlanmış əmlaka qəsdən ziyanın vurulması və etibardan sui-istifadədir.

39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflərin razılığı ilə məhkəmə iclasında tədqiq olunmuş “səs yazıların”dakı həmin səslərin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq b ir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

40. Birinci instansiya məhkəməsinin şahidlərin (Günay və Rəna Mustafayevanın) ifadələrini mötəbər sübut qismində qəbul etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, bağışlanan əmlakların əsas funksiyası ailə biznesinin, yəni klinikanın fəaliyyətinin təmin edilməsi, buradan əldə olunan gəlirlərin ailənin səkkiz üzvü arasında bölüşdürülməsi və bunun timsalında ata ilə oğlu arasında münasibətlərin bərpa olunması məqsədi daşımışdır. Qeyd olunan izahatlar, cavabdehin əvvəlki razılıqlara əsasən hərəkət etməli olduğunu və əmlakın hüquqi mülkiyyətçisi olmasına baxmayaraq, onun istifadə forması üzərində müəyyən etik və ailəvi öhdəliklər daşıdığını açıq şəkildə təsdiqləyir. Lakin, cavabdehin biznesi və onun idarə olunmasını şəxsi ehtiraslarına qurban etməsi və klinikanın fəaliyyətsiz qalmasına şərait yaratmaqla biznesi ciddi təhlükə altına salması öz təsdiqini tapmışdır.

41. Göründüyü kimi, bağışlanmadan imtina edilməsinə səbəb cavabdehin başqa qadınla ailə münasibətləri qurması deyil, əksinə digər şəxsə görə bağışlanmanın əsası olan ailə biznesinə iqtisadi ziyanın yetirilməsi olmuşdur.

42. Digər tərəfdən təqdim edilmiş audio-səs yazıları şahidlərin verdikləri ifadələrdə səmimi olduqlarını və həqiqəti bəyan etdiklərini təsdiq etmişdir ki, buna görə də şahid ifadələri məhkəmə kollegiyası tərəfindən “əsaslı şübhələr yaratmayan” mötəbər sübut növü qismində qəbul edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin davranışları yalnız ailə dəyərlərinə, ailədaxili öhdəliklərə və əmlak münasibətlərinə qarşı deyil, birbaşa fiziki və psixoloji təhlükə yaradan təhdidlər, əmlaka qarşı hücum və dağıdıcılıq, eləcə də iddiaçının izahatlarında göstərildiyi kimi öldürməklə hədələmə və söyüş, təhqir, qorxu yaratma halları şəklində təzahür etmişdir. Bu hallar nəticəsində verilmiş mühafizə orderi artıq cavabdehin davranışlarının sırf etik və əxlaqi yox, real təhlükə daşıyan hüquqi pozuntu səviyyəsində olduğunu təsdiq edir. Bu baxımdan, mühafizə ord eri: cavabdehin davranışlarının ailə üzvləri üçün obyektiv təhlükə yaratdığını sübut edir; - Bağışlama münasibətində əsas şərtlərdən olan etimad, qarşılıqlı hörmət və təhlükəsizlik mühitinin pozulduğunu hüquqi baxımdan rəsmiləşdirir; - Hədiyyə verən və onun ailəsi üçün bağışlama nəticəsində yaranmış vəziyyətin hüquqi və sosial cəhətdən dözülməz hal aldığını hüquqi sənədlə təsdiqləyir. Həmçinin, bu fakt ailədaxili münasibətlərin sırf şəxsi və ya mənəvi narazılıq deyil, dövlət müdaxiləsini tələb edən səviyyədə pozulduğunu göstərir. Yəni, artıq söhbət bağışlama müqaviləsinin sadəcə məqsədinin dəyişməsindən deyil, bu müqavilənin mövcudluğunun iddiaçının və onun ailəsinin təhlükəsizliyinə zidd olmasından gedir. Bu halda, Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsi (mülkiyyətin müda fiəsi hüququ) ilə bərabər 27-ci maddəsi (həyat və azadlıq hüququ), 32-ci maddəsi (şəxsi toxunulmazlıq və şəxsi həyat hüququ), və Ailə Məcəlləsinin 1.3-cü maddəsində nəzərdə tutulan qarşılıqlı yardım və məsuliyyət prinsipləri də pozulmuş olur.

44. Beləliklə, mühafizə orderinin verilməsi hədiyyə alan şəxsin ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozduğunu yalnız iddiaçının subyektiv fikri ilə deyil, icra hakimiyyətinin qərarı (qərar bağışlanma müqaviləsindən, yəni 27 may 2024-cü il tarixdən sonra verilmişdir) ilə rəsmən sübut edir və bu hal bağışlamadan imtina üçün nəinki kifayət, eyni zamanda vacib hüquqi əsas sayılmalıdır.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ailəsinin daha yaxşı şəraitdə yaşamasını, cavabdehin də onların ai ləsininin qayğısına qalacağına istəyindən və inamından doğan motiv əsasında bağışlama etdikdən sonra, cavabdehin kobud hərəkətlərinə görə ailə münasibətlərinin pozulması bağışlamanın motivini aradan qaldırmaqla bağışlamadan imtina üçün əsas təşkil edir. Birinci instansiya məhkəməsi isə bu halları yalnız “şəxsi münasibətlər”, “ailədaxili konflikt” və ya bağışlamadan əvvəl baş vermiş hadisələr kimi qiymətləndirmiş, lakin Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında vurğulanan “bağışlama motivinin mənəvi əsasa dayanması və bu motivin sonradan sarsılması halında bağışlamadan imtinanın hüquqi əsasının yaranması” prinsipini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlə və öhdəliklərlə edilə bilər. Tərəfləri n izahatı, notarial iştirakı, şahidlərin ifadəsi və səs yazılarında bağışlamanın konkret məqsədə xidmət etdiyi, yəni ailənin maddi təminatı və ümumi iqtisadi maraqlar göstərilmişdir. Bu öhdəliklərin pozulması, obyektin istifadəsinin dayandırılması və idarəetmənin məqsədli şəkildə sabotaj edilməsi, bağışlamanın hüquqi və mənəvi dayaq nöqtələrini tam sıradan çıxarır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin davranışları – ailə başçısına qarşı açıq düşmənçilik, ailə klinikasını qəsdən dağıtmaq, əmlakı şəxsi münaqişələrə qurban etmək, səs yazılarında təhqiramiz və zorakı niyyət ifadə edən fikirlər səsləndirmək, həmçinin əmlaka qarşı fiziki dağıdıcılıq və oğurluq niyyəti – bütünlükdə bağışlama niyyətinin suistifadə olunduğunu və artıq hüquqi legitimliyini itirdiyini göstəri r.

47. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü və 3-cü maddələrinin ruhuna uyğun olaraq, bağışlama əməli mənəvi motivli, qarşılıqlı hörmət və ailədaxili etimada əsaslanan hərəkət olduğundan, bu etimadın tam şəkildə sarsılması – xüsusilə də ailə başçısına qarşı açıq düşmənçilik, xəyanət, təhqir və iqtisadi sabotaj formaları ilə ifadə olunduqda – artıq hədiyyə vermə niyyətinin hüquqi və əxlaqi dayaqları ortadan qalxmış sayılır. Bağışlama aktının ailə münasibətlərinə əsaslandığı və qarşılıqlı mənəvi öhdəliklər çərçivəsində həyata keçirildiyi nəzərə alındıqda, bu öhdəliklərin kobud şəkildə pozulması və münasibətlərin qəsdən dağıdılması halı Mülki Məcəllənin 673.1.2 və 673.3-cü maddələrinə əsasən bağışlamadan imtina üçün qanuni və əsaslı zəmin yaradır.

48. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 26, 27, 32-ci, Mülki Məcəllənin 404, 405.1, 421.2, 421.3, 422.1, 666.1, 666.2, 668.1, 673.1, 673.3, 673.4-cü, Ailə Məcəlləsinin 1.2, 1.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayə tinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlillər

49. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə çıxarılmışdır. Belə ki, apellyasiya məhkəməsi bağışlanan əmlakın əsas funksiyasının ailə biznesi sayılan klinikasının fəaliyyətinin təmin edilməsi, buradan əldə olunan gəlirlərin ailənin səkkiz üzvü arasında bölüşdürülməsi və bunun timsalında ata ilə oğlu arasında olan münasibətlərin bərpa olunması məqsədi daşıdığını, lakin cavabdehin bu öhdəliklərə əməl etmədiyi qeyd etsə də, nəz ərə almamışdır ki, qeyd olunan məsələlərlə bağlı mübahisələndirilən bağışlama müqaviləsində hər hansı qeyd-şərt göstərilməmiş və cavabdeh bu barədə hər hansı öhdəlik götürməmişdir. Müqavilə şərtsiz bağlanılmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının izahatına və onun tərəfindən çıxış edən, işin nəticəsində maraqlı olan şahidlər – Şahid4 və Şahid3 ifadələri əsasında müqavilənin belə bir şərtlə bağlanılması qənəatinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, müqavilə, tərəflərin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında qarşılıqlı razılığa gəldikləri şərtlərin məcmusudur. Müqavilənin bağlanması üçün təkcə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üç ün həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Tərəf bu müqaviləyə istinad etməklə digər tərəfdən müqavilə şərtinin icra olunmasını, şərtin pozulmamasını tələb edə bilər. Başqa sözlə, tərəf yalnız müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasını tələb etmək hüququna malikdir. Hazırkı işdə isə iddiaçı, tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də apellyasiya instansiyası mə hkəməsinin bağışlamaqdan imtinanın əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad edərək müqaviləni ləğv etməsi qanuni və yol verilən hesab oluna bilməz. Ümumiyyətlə, iddiaçının əsaslandığı bu arqument heç ağlabatan da deyildir. Belə ki, klinikanın fəaliyyətinin təmin edilməsi və buradan əldə olunan gəlirlərin isə ailənin səkkiz üzvü arasında bölüşdürülməsi üçün həmin əmlakın cavabdehə bağışlanılmasına heç bir lüzum yox idi. Əmlak iddiaçının mülkiyyətində saxlanılmaqla da bu təmin edilə bilərdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü bu dəlilin nə dərəcədə ağlabatan olmasına qiymət vermədən iddiaçının dediklərini həqiqət kimi qəbul etmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçının istinad etdiyi şər t heç bağışlama müqaviləsinin mahiyyətinə də uyğun deyil. Belə ki, hazırkı işdə iddiaçı hədiyyə edilən əmlakdan əldə edilən gəlirin özü də daxil olmaqla ailə üzvləri arasında bölünməsi şərti ilə qeyri-yaşayış sahəsini cavabdehə bağışladığını iddia edir. Halbuki, qanunvericiliyə əsasən, bağışlama müqaviləsində hədiyyə verənin özünün bəhərlənməsi ilə bağlı şərtlərin daxil edilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməs inə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Göründüyü kimi, qanunvericilikdə bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da, belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhərlənməsi ilə bağlı olmaması qeyd edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi bunu da nəzərə almamış, əksinə bu göstərişin ziddinə şərtlər müəyyən etmişdir və sair. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

53. Maddə 404.1. Müqavilə şərtlərin i təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

55. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

56. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

57. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

58. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

59. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəb ul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

60. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

61. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.

62. Maddə 673.4. Bağış lamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarı

63. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlar ının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli qərarı

64. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur.

65. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən b iri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

66. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərində n irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

77. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

78. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu də lilləri ilə razılaşmır.

79. Belə ki, işin mübahisə olunmayan hallarına görə ünvan 3 ünvanda yerləşən 0,4896 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 5.177,40 kv.metr olan qeyriyaşayış binası (“MMED Lıfe” hospital) iddiaçının mülkiyyətində olub və sonuncu həmin qeyri yaşayış binasını 27 may 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən oğluna- cavabdehə bağışlayıb. 11 iyun 2024-cü il tarixdə həmin torpaq sahəsi və qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. 02 sentyabr 2024-ci il tarixdə (3 aydan sonra) isə iddiaçı, cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri onun və yaxın qohumları barəsində kobudcasına pozmasını əsas tutub bağışl amaqdan imtina etməsi barədə iddia ilə məhkəməyə müraciət edib.

80. Göründüyü kimi, iddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə istinad edib və həmin normada göstərilir ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

81. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir və ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifad ə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur.

82. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökü ndən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

83. Apellyasiya instansiyası məhkəməsi məhz qeyd olunan dəyərlərdən çıxış edərək və birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, hədiyyə alan- cavabdeh tərəfindən hədiyyə verəniddiaçının özü və onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozması sözügedən bağışlamanın motivini aradan qaldırdığından, bu hal açıq-aşkar iddiaçının hədiyyədən imtina etməsi üçün əsas yaratmışdır.

84. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlayan tərəfindən ciddi bir əmlak dəyərinin əvəzsiz olaraq hədiyyə kimi verilməsi hədiyyə alan tərəfindən birbaş a əmlak xarakterli öhdəlik yaratmasa da, mənəvi və əxlaqi tələblərə cavab verən bir vəzifənin yaranmasına səbəb olur. Bu isə öz növbəsində onu deməyə tam əsas verir ki, hədiyyə edən baxımından çox ciddi iqtisadi dəyər daşıyan bağışlamanın kökündə yatan başlıca motiv: hədiyyə alanın bu yaxınlığa yaraşan hərəkət və rəftar edəcəyinə dair olan inam və ümiddir. Bu nöqteyi-nəzərdən ailə üzvlərinə edilən ciddi bağışlama və hədiyyələr bir növ hədiyyə alanın bağışlayana qarşı aralarındakı yaxınlığa, xüsusilə də ailə bağlarından irəli gələn dəyərlərə uyğun hörmət və yaxınlıq göstərəcəyinə olan inam və etimada əsaslanır. Bağışlayan tərəfindən edilən maddi fədakarlığın kökündə mənəvi əsaslar durduğundan hədiyyə alan baxımından da bağışlayana qarşı mənəvi və əxlaqi bir vəfa borcu yaranır. Bu vəfa borcu özünü ən bariz olaraq bağışlayanın ailə üzvü olması halında hədiyyə alanın ona qarşı ailə dəyərlərinə uyğun münasibət bəsləməsi halında göstərir.

85. Bu baxımdan, iş üzrə toplanmış səs yazıları, mesajlar, video görüntülər, şahid ifadələri və s. sübutlar hazırkı iddia tələbinin əsaslılığının sübut edilməsi baxımından dəyərləndirildikdə ailə münasibətlərinin pozulmasının intensivliyini, bağışlamanın motivinin sıradan çıxdığını, başqa sözlə cavabdehin iddiaçıya və onun ailə üzvlərinə qarşı kobud münasibətin mövcudluğunu tam şəkildə sübut edir.

86. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etiraz ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin davranışları yalnız ailə dəyərlərinə, ailədaxili öhdə liklərə, əmlak münasibətlərinə qarşı deyil, həm də birbaşa fiziki və psixoloji təhlükə yaradan təhdidlər, əmlaka qarşı hücum, söyüş, təhqir, qorxu yaratma və.s hallarda da təzahür etmişdir.

87. Belə ki, bu hallar nəticəsində verilmiş mühafizə orderi (mühafizə orderi bağışlama müqaviləsindən sonra verilib) artıq cavabdehin davranışlarının sırf etik, əxlaqi yox, real təhlükə daşıyan hüquq pozuntusu səviyyəsində olduğunu təsdiq edir. Yəni, mühafizə orderinin verilməsi əslində cavabdehin davranışlarının ailə üzvləri üçün obyektiv təhlükə yaratdığını sübut edir və bütün bunlar isə bağışlama münasibətində əsas şərt olan etimad, qarşılıqlı hörmət və təhlükəsiz mühitin pozulduğunu hüquqi baxımdan rəsmiləşdirir. Hədiyyə verən və onun ailəsi üçün bağışlama nəticəsində yaranmış vəziyyətin hüquqi və sosial cəhətdən dözülməz hal aldığını hüquqi sənədlə təsdiqləyir. Həmçinin, bu fakt ailədaxili münasibətlərin sırf şəxsi və ya mənəvi narazılıq deyil, dövlət müdaxiləsini tələb edən səviyyədə pozulduğunu göstərir. Yəni, artıq söhbət bağışlama müqaviləsinin sadəcə məqsədinin dəyişməsindən deyil, bu müqavilənin mövcudluğunun iddiaçının və onun ailəsinin təhlükəsizliyinə zidd olmasından gedir.

88. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı, ailəsinin daha yaxşı şəraitdə yaşamasını, cavabdehin də onların ailəsininin qayğısına qalacağına istəyindən və inamından doğan motiv əsasında bağışlama etdikdən sonra, cavabdehin kobud hərəkətlərinə görə ailə münasibətlərinin pozulması bağışlamanın motivini aradan qaldırmaqla bağışlamadan imtina üçün əsas təşkil edir. Birinci in stansiya məhkəməsi isə bu halları yalnız “şəxsi münasibətlər”, “ailədaxili konflikt” və ya bağışlamadan əvvəl baş vermiş hadisələr kimi qiymətləndirmiş, lakin Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında vurğulanan “bağışlama motivinin mənəvi əsasa dayanması və bu motivin sonradan sarsılması halında bağışlamadan imtinanın hüquqi əsasının yaranması” prinsipini nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 670.1-ci maddəsində göstərilir ki, bağışlama şərtlə və öhdəliklərlə edilə bilər.

89. Sözügedən normanın, habelə Ailə Məcəlləsinin 1.3 və 3-cü maddələrinin mənasına görə, bağışlamanın motivini qarşılıqlı hörmət, ailədaxili inam, etimad və.s mənəvi dəyərlərə əsaslanan hərəkət təşkil etdiyindən, hədiyyə alanın hərəkətləri, davranışları nəticəsində sonradan bu etim adın tam şəkildə sarsılması, zərər görməsi, xüsusilə onun hədiyyə verənə qarşı açıq hörmətsizlik etməsi, hədiyyə verənin bağışlamaqdan imtina etməsinə əsas verir və hədiyyə vermə niyyətinin hüquqi və əxlaqi dayaqları artıq ortadan qalxmış olur.

90. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsi yalnız hüquqi öhdəliklərin deyil, həm də ailə münasibətlərindən irəli gələn mənəvi, etik və sosial öhdəliklərin də kobud şəkildə pozulmasını nəzərdə tutur.

91. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, madd i və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(104)-690/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar