Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2857/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: əmək haqqının və digər qanuni ödənişlərin ödənilməsi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 21 aprel 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh1 tərəfindən İddiaçı qənnadı köməkçisi vəzifəsinə 01.04.2014-cü il tarixdən işə götürülmüş, aylıq əmək haqqı 135 manat mələğində müəyyən edilmiş, 05.01.2016-cı il tarixdən aylıq əmək haqqı 190 manat, 01.04.2017-ci il tarixdən aylıq əmək haqqı 220 manat, 01.02.2019-cu il tarixdən isə aylıq əmək haqqı 255 manat təşkil etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «B» bəndinə əsasən 02.12.2019-cu il tarixdən ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat 06 noyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı və digər ödənişlərin ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehdən onunla bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə- məzuniyyət haqqının verilmədiyinə görə 3900 manat, 9 ay verdiyi istirahət günlərinə görə 6240 manat, 3 il maaşının qalxmadığına görə 3600 manat, 3 aylıq əmək haqqının verilmədiyinə görə isə 1950 manat, cəmi 15.690 manat məbləğində borcun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01.04.2014-cü il tarixdə Cavabdeh1 ilə əmək müqaviləsi bağlamışdır. Həmin müqavilənin 4.16-cı bəndinə əsasən işçinin həftədə 40 saatdan çox olmayaraq işləməsi göstərilsə də, o, faktiki olaraq son 3 ildə həftədə 60 saat işləmişdir. Bundan əlavə, artıq işləməsinə görə ona əlavə əmək haqqı da verilməmişdir. Eyni zamanda, ildə bir dəfə məzuniyət günlərini q ısa veriblər və 6 aylıq məzuniyyət pulu ödənilməmişdir. Müqavilədə hər 6 aydan bir maaşının 50 manat qalxması müəyyən olunsa da həmin pulu ala bilməmişdir. Son əmək haqqısı 650 manat olmuşdur. İddiaçıya qarşı edilən bütün qanunsuzluqlara rəğmən susmağa məcbur olmuşdur. Lakin, 16.10.2019-cu il tarixdən onunla əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. Əmək qanunvericiliyinə əsasən işçi heç bir səbəb olmadan işdən çıxarılarsa, əvvəlcədən xəbərdalıq edilir və son üç aylıq əmək haqqı ödənilir. Lakin, cavabdeh onun işlədiyi 15 günlük əmək haqqını da verməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1659/2020 saylı iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh QSC arasında əmək münasibətləri mövcud olmuş və cavabdeh QSC tərəfindən əmək müqaviləsinin müddəalarına tam şəkildə riayət edilmişdir. İddiaçı tərəfindən həmin müqavilənin öhdəliklərinin cavabdeh QSC tərəfindən yerinə yetirilməməsi qeyd olunsa da, işdə olan sübutlarla həmin hallar öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4309/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A,Cəmilova, M.N.Tağızadə, Ü.A.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı işçi olaraq ona münasibətdə işəgötürən olan cavabdeh QSC tərəfindən ona məzuniyyət pullarının və 3 aylıq əmək haqqının ödənilmədiyini, iş vaxtından artıq iş saatlarına görə əmək haqqının ödənilmədiyini bildirsə də, o, tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməm işdir. Əksinə, işdə olan davamiyyət tabellərində əks olunmuş məlumatlara görə iddiaçının aylıq iş saatı və iş günü aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı - 23 iş günü 146 iş saatı; 2018-ci ilin dekabr ayı - 23 iş günü 146 iş saatı; 2019-cu ilin yanvar ayı 23 iş günü 145 iş saatı; 2019-cu ilin fevral ayı - 21 iş günü 133 iş saatı; 2019-cu ilin mart ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin aprel ayı - 13 iş günü 83 iş saatı; 2019-cu ilin may ayı - 23 iş günü 145 iş saatı; 2019-cu ilin iyun ayı - 23 iş günü 125 iş saatı; 2019-cu ilin iyul ayı - 23 iş günü 146 iş saatı; 2019-cu ilin avqust ayı - 23 iş günü 145 iş saatı; 2019cu ilin sentyabr ayı - 21 iş günü 146 iş saatı; 2019-cu ilin oktyabr ayı - 21 iş günü 133 iş saatı. Göründüyü kimi, iddiaçının iş vaxtının müddəti həftə ərzind ə 40 saatdan, gün ərzində isə 7 saatdan artıq olmamışdır. İşdə olan “xxxx” ASC-nin verdiyi iddiaçının adına olan bank hesabı üzrə 01.01.2018-19.11.2019-cu il dövrünü əhatə edən çıxarışdan görünür ki, iddiaçıya əmək müqaviləsinin şərtləri ilə müəyyən edilmiş işlədiyi iş saatlarına uyğun əmək haqqı ödənilmişdir. Eyni zamanda Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin əmrlərindən görünür ki, iddiaçı 2014-cü ilin aprel ayından 2020-ci ilin aprel ayına qədərki iş dövrü üzrə əmək məzuniyyətindən tam şəkildə istifadə etmişdir. Bununla bağlı ödənişlərin edilməsi faktı iş materiallarında olan “xxxx” ASC-nin arayışı ilə də öz təsdiqini tapır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar, yəni işəgötürən tərəfindən əmək müqaviləsinin müddəalarının yerinə yetiri lməməsi ilə bağlı dəlillər iş üzrə öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsi iddianı rədd etməklə bağlı düzgün qənaətə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsinin 9-cu maddəsində qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüqu qları kimi təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərə findən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2857/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2857/2021
21.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver