Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2880/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: baba və nənədən aliment tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1910/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) övladı - X5 ilə 02 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 2 uşaq - 02 iyun 2006-cı il tarixdə X6 və 03 dekabr 2008-ci il tarixdə X4 anadan olmuşdur. X5 vəfat etmişdir. Onun vəfatından sonra uşaqlarına ailə başçısını itirməyə görə 230 manat pensiya təyin edilmişdir. X1 adına Şəki rayonu, Orta Zeyzid kəndində yerləşən 0,4000 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh2 hər ay 1114,04 manat məbləğində pensiya alır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək övladları - 02.06.2006-cı il təvəllüdlü xxxxxxvə 03.12.2008-ci il təvəllüdlü xxxxxxx yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə aylıq 200 manat olmaqla, ümumilikdə 400 manat alimentin uşaqların nənə və babası olan cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ailəli olduğu müddətdə ərinin valideynləri ilə birlikdə yaşamışlar. Bir müddət sonra ərinin düz bağırsağın xərçəngi xəstəliyinə tutulduğu məlum olmuşdur. Xəstəliyi ağırlaşdıqda ərinin doğulub böyüdüyü Şəki şəhərinə getmişlər və bir müddət orada yaşamışar. Əri vəfat etdikdən sonra onlar geri qayıtmamış və təxminən 2 il orada yaşamışlar. Bundan sonra Bakıda yerləşən evə qayıtmışlar və orada bir müddət yaşadıqdan sonra ailədə narazılıq lar başlamışdır. Həmin evdə ondan və yoldaşının valideynlərindən başqa kiçik qaynının ailəsi də yaşayıb. Vaxt keçdikcə bir neçə ailənin bir evdə yaşamağı mümkünsüz hala çevrilmiş və evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda iki övladı ilə birlikdə Masazır qəsəbəsində kirayədə qalır. Heç bir yerdən gəliri olmadığı üçün kirayədə qalmaq hər gün çətinləşir. Bir neçə dəfə cavabdehlərdən övladlarının saxlanılmasında ona köməklik etmələrini xahiş etsə də, faydası olmamışdır. Yoldaşı vəfat etdiyi üçün nənə-baba olaraq cavabdehlər uşaqların saxlanılmasında ona maddi cəhətdən köməklik göstərməlidirlər. Cavabdeh2 xidməti vəzifəsinə görə yüksək pensiya alır. Cavabdeh1 adına isə Şəki şəhərində bir neçə daşınmaz əmlak mövcuddur. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahələrini (market və salon ) aylıq icarəyə verir. X3 Şəki şəhəri, Orta Zəyzid kəndində yerləşən mülkiyyətində olan 0,4000 ha torpaq sahəsini də əkin üçün icarəyə vermiş, orada aparılan kənd təsərrüfat xarakterli əkin-biçin işlərindən yüksək gəlir əldə edir və vergi ödəyir. Cavabdehlərlə birlikdə yaşayan oğlanları xxxxxxxx polis işçisidir, Şəki şəhər Polis İdarəsində işləyir və aylıq yüksək maaş alır. Cavabdehlərin aylıq gəlirləri tələb olunan alimenti ödəməyə kifayət edir. Övladlarının nənə-babasının aldıqları aylıq pensiya təminatı tələb etdiyi alimentin məbləğinə uyğundur. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-699/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsa slandırmışdır ki, iddiaçı uşaqlarının maddi ehtiyacının olması və valideynindən maddi yardım ala bilməmələri ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin sübutlardan biri özünün işləməməsi, maddi vəsaitə malik olmaması barədə sənəddir ki, belə bir sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, iddiaçı baba və nənənin aliment verilməsi üçün zəruri vəsaitə malik olmasını babanın yüksək pensiya alması və nənənin mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi ilə əsaslandırsa da, cavabdehin torpaq sahəsindən qazanc əldə etməsini sübuta yetirə bilməmişdir. Babanın pensiya alması isə onun şəxsi tələbatlarını, zəruri xərclərini ödəmək üçün dövlət tərəfindən ona verilən pul təminatıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (b undan sonra – Ailə Məcəlləsi) 89-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda övladları ilə ailəsinin himayəsinə sığınmışdır. Cavabdehlər övladları rəhmətə getdikdən sonra ona bildirmişdilər ki, daim onlara baş çəkəcəklər, atmayacaqlar, nəvələrinin oxuması və atalarının ruhunun şad olması üçün əllərindən gələn hər dəstəyi göstərəcəklər. Cavahdehlər onu aldadaraq atasının evinə yola salmış, vaxt keçdikdən sonra onu unutmuş, nəvələrinə baş çəkməmişlər. Uşaqlara maddi yardıma görə cavabdehlərə müraciət edən zaman min cür bə hanə gətirərək bundan boyun qaçırmışlar. İki azyaşlı uşaq təkcə onun valideynlərinin deyil, cavahdehlərin də nəvələridir, cavabdehlər də bu uşaqların saxlanılmasında ona kömək etməlidirlər. Övladlarının məktəbi və təhsili ilə maraqlandığı üçün işləmək imkanı yoxdur. Bir övladını səhər aparıb, digərini günorta evə gətirir, uşaqların oxumağı, qidalanması və sağlamlıqlarının qorunması onun öhdəsində olduğu üçün işləyə bilmir, köməksiz vəziyyətdə olduğu, öz valideyinlərindən utandığı üçün məhkəməyə iddia ilə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1910/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) iddiaçının apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ailə başçısını itirməyə görə 230 manat pensiya alır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı işləməsə də, uşaqları saxlamaq onun valideynlik borcudur. Bundan başqa, iddiaçı Cavabdeh1 adına Şəki şəhərində bir neçə daşınmaz əmlak mövcud olmasını, mülkiyyətində olan qeyri-yaşayış sahələrini (market və salon) aylıq icarəyə verməsini göstərsə də, bu barədə hər hansı sübutu nə iddia ərizəsinə əlavə etməmiş, nə də birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Məhkə mə qeyd etmişdir ki, müvafiq Qanuna əsasən, pensiyaçılar üçün yaşayış minimumu 157 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən yüksək pensiya alır, Cavabdeh1 gəlirləri barədə isə iş materiallarında hər hansı sənəd yoxdur. Cavabdehlərin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olmaları iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır və iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 89, 93.1, 93.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uş aq hüquqları haqqında” Qanun) 13, 19-cu, MPM-in 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassator göstəmişdir ki, Cavabdeh1 adına Şəki şəhərində torpaq sahəsinin olması barədə arayışı, həmçinin onun 03.07.2007-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınması barədə sənəd təqdim etmişdir. Məhkəmə qeyd olunan sənədləri cavabdehlərin maddi vəziyyətinin yüksək səviyyədə olmasını təsdiq edən sənəd kimi qəbul etməmiş, lakin onun 230 manat pensiya almasını əsas göstərməklə iddianı rədd etmişdir. Bundan başqa, o, işsiz olması barədə məhkəməyə arayış da təqdim etmişdir. Məhkəmə özü qəbul etdiyi qətnamədə Cavabdeh2 yaşayış minimumundan yüksək (1114 manat) pensiya almasını qeyd etmiş, lakin bu hala heç bir münasibət bildirməmişdir. Kassasiya şikayətinə görə, məhkəmə Ailə Məcəlləsinin 89-cu maddəsini düzgün təfsir etməmiş, MPM-in 81, 88-ci maddələrinin tələblərinə cavab verməyən formal qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında cavabdehlər göstərmişlər ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanu ni və ədalətlidir. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi üçün hər hansı sübuta istinad olunmamış, hansı maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində bir-birinə zidd, həqiqətə uyğun olmayan dəlillər irəli sürmüşdür. İddiaçı ali təhsilli şəxsdir, ixtisasca jurnalistdir. O özü işləmək istəmir. Belə ki, onun və valideynlərinin maddi imkanı yaxşıdır. Hazırki iddianı qaldırmaqla əsassız varlamaq istəyir. Onun kirayədə yaşaması və övladlarına baxa bilməməsi absurddur. Cavabdeh2 5 ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Daim müalicə və müayinə olunur. Bu da kifayət qədər yüksək məsrəf tələb edir. Cavabdehlərin mülkiyyətində heç bir qeyri-yaşayış sahəsi yoxdur, bu barədə qeyd olunanlar hə qiqətə uyğun deyil. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qi ymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17). Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər (maddə 8 9). Bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir (maddələr 93.1 və 93.2). “Uşaq hüquqları haqqında” Qanun Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19). “Uşaq hüquqları haqqında” Konvensiya Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi h üququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar (maddə 27). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə ba ğlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1910/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №2(102)-2880/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2880/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver