Məhkəmə qərarları › İş №2(102)-2884/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2884/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2884/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi – hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 və vəkili Bayramov Anar Şakir oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (h akim N.Tağıyeva) xx.xx.2019-cu il tarixli, 2(006)-3794/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, Cavabdeh2 MMCyə və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 39 nömrəli hərracın yekunları barədə protokolun və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin etibar sız hesab edilməsi, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan1-də yerləşən fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və həmin əmlakların ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Mehdiyev Feyzulla Abit oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Xətai rayon İcra Şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan1-də yerləşən fərdi yaşayış evi açıq hərraca çıxarılmış, Cavabdeh2 MMC tərəfindən birinci hərrac xx.xx.2019-cu il tarixdə, ikinci hərrac isə xx.xx. 2019-cu il tarixdə keçirilmiş, həmin hərracda da əmlak satılmadığından “xxxxx” Qəzetinin xx.xx.2019-cu il tarixli nəşrində elan verilmişdir. Qeyd olunanlardan sonra növbəti hərəkət olaraq hərrac təşkilatı xx.xx.2019-cu il tarixli məktubla hərracda satılmayan əmlak tələbkar Mərkəzi Banka təklif etmişdir. Buna baxmayaraq, tələbkar və ipoteka saxlayan olaraq Azərbaycan Respublikasının Mərkəzi həmin əmlakı qanunla müəyyən edilmiş 30 günlük müddətdə almamışdır. Buna baxmayaraq, hər iki instansiya məhkəməsi iddianı təmin etməmişlər. Məhkəmələr qəbul etdikləri qətnaməni əsaslandırarkən hərracın baş tutmaması barədə bildirişin cavabdeh Mərkəzi Banka xx.xx.2019-cu il tarixdə göndərilməsini, həmin bildirişin Mərkəzi Banka xx.xx.2019-cu il tarixdə çatmasına və Mərkəzi Bankın bu məktubla xx.xx.2019-cu il tarixdə cavab verməklə əmlakın qəbul edilməsinə razı olduqlarına istinad edərək cavabdeh Mərkəzi Bankın qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməməsini əsaslandırmağa çalışmışlar. Lakin hər iki instansiya məhkəməsi unutmuşdur ki, “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsinin və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da birmənalı şəkildə qeyd edilmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilir. “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsinin və “İpoteka Haqqında” Azərbaycan Respub likası Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında təklif məktubunun və ya hərracın baş tutması haqqında bildirişin tələbkara çatdığı tarixdən 30 gün müddəti ərzində qəbul edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Beləliklə hər iki instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini yalnız şərh etməklə düzgün olmayan nəticəyə gəlmişlər. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilmişlər. Lakin İddiaçı, vəkili Mehdiyev Feyzulla Abit oğlu Cavabdeh2 MMC-nin və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 və vəkili Bayramov Anar Şakir oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin iddiaların rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qənaətini onunla əsaslandırmışdır ki,işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı mülkiyyətində olan Xətai rayonu, ünvan1-də yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti ******* manat, xx.xx.2019-cu il tarixdə təkrar hərracda 15 % endirimlə ******* manata açıq hərraca çıxarılsa da alıcı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı Kaspi qəzetində və "****" say tında xx.xx.2019-cu il tarixində elan dərc edilmişdir. Hərracın baş tutmaması haqqında bildiriş xx xxxx 2019-cu il tarixdə Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş və 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibətlərini bildirmələri xahiş olunmuşdur. Qeyd olunan bildiriş banka xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı xx xxxxx 2019-cu il tarixdə Cavabdeh2 MMC-yə məktub göndərərək İddiaçı mülkiyyətində olan Xətai rayonu, ünvan1-də yerləşən fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə, yəni 892.500 manata alınmasına razı olduqlarını bildirmiş və müvafiq qaydada rəsmiləşdirmə işlərinin həyata keçirilməsini xahiş etmişlər. Cavabdeh2 MMC tərəfindən sənədlər hazırlanmış və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hərracın keçirilməsi xərcləri kimi 1000 manat məbləğin pul ödənilmişdir. xx.xx.2019-cu il tarixdə Hərracın yekunları barədə protokol imzalanmış və alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin qeyd edilməlidir ki, iddia tələbinin əsassız olması qanuni qüvvəyə minmiş Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-xxxx saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-xxxx saylı icra vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2008-ci il tarixli 1062180-08 saylı kredit müqaviləsi üzrə və xx xxxxx 2008-ci il tarixli 1078-180-08 saylı kredit müqaviləsi üzrə ümumilikdə 930000 manat məbləğində əsas borc, 122833,33 manat məbləğində faiz borcu ipoteka predmeti və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan1-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, ünvan1-də yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən xx xxxxxx 2008-ci il tarixli 1062-18008 saylı kredit müqaviləsi üzrə və xx xxxxx 2008-ci il tarixli 1078-180-08 saylı kredit müqavilələri üzrə ümumilikdə 930000 manat məbləğində əsas borc, 122833,33 manat məbləğində faiz borcunun AR Mərkəzi Bankına ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı AR Mərkəzi Bankına qarşı ipotekaya xitam verilməsi və dövlət reyestrində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının tə min edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(103)-xxxx saylı qətnaməsi ilə Xətai rayon Məhkəməsininxx xxxxxx 2017-ci il tarixli 2(011)-xxxx saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(102)-xxxx saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(103)-xxxx saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlm işdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsini haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 48.1.1-48.1.5-ci maddələrinə əsasən, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhd əliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında yoxlama aparılarkən həqiqətən apelyasiya kollegiyasının müəyyən etdiyi hərracın keçirilməsi qaydalarının pozuntusunun ol ması müəyyən edilməmişdir. İddia tələbinin əsassız olması həmçinin qanuni qüvvəyə minmiş Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-xxxx saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Odur ki, kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərini formal dəlil kimi müəyyən edir və hesab edir ki, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (h akim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edil mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar