Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2885/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Korporativinə və Cavabdeh2 və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Korporativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi iclas protokolunun, ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və mənzildən istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10744/2021 nömrəli iş üz rə 20 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk İddiaçı və hər bir iddia üzrə Cavabdeh1 MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv ed ilmiş hesab olunması və xx.xx.2020-ci il tarixli maliyyə arayışı və protokoldan çıxarışın etibarsız hesab olunması, cavabdehin yaratdığı maneənin aradal qaldırılmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MTK-ya və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1 MTK-ya, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, mad di və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK, İddiaçı və Cavabdeh2 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən 3 otaqlı, 59 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Tbilisi prospekti 100, M14, mənzil 4) istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması, maddi zərərin əvəzi kimi 5000 manatın, mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “maliyyə arayışı və pay haqqının taınnması barədə iclas protokolundan çıxarışın etibarsız hesab olunması” tələbi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müra ciət edərək, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının xx.xx.2020-ci il tarixli, 85 saylı prokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçı Cavabdeh2 adına alqı-satqı edil miş 16 fevral 2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə "xxxx" MTK üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokol və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən inşa olunmuş və Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən A gi rişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sahəsi satıldığından onunla razılaşmış və 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində onun adına rəsmiləşdirilmişdir. Bu rəsmiləşmə zamanı keçmiş payçı Cavabdeh2 razılığı alınmış və adına müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 öz paylarından onun xeyrinə imtina etməsini rəsmən bəyan etmişdir. Tərəf həmin müqavilənin rəsmiləşdirilməsindən bir il keçdikdən sonra hansısa özünə bəlli olan uydurma əsaslarla mənzilə dair müqaviləni əldə etmişdir. Tikinti şirkətinə edilmiş müraciətdə isə bildirilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində ona satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmiləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur.” Lakin bu şəxs yaramaz davranaraq arad an keçən müddətdən istifadə edib ona sataraq adına rəsmiləşdirdiyi mənzili özgəninkiləşdirmək fikrinə düşmüşdür. Şəxsin bu əməli sırf dələduzluq cinayətinin tərkib əlamətlərini özündə daşıyır və Cavabdeh2 onun əmlakına gizlincə yiyələnməyə çalışaraq qanunsuzluq etmişdir. Faktiki olaraq mənzilin ona satılmasını aşkar bilən həmin şəxs qanunsuz, saxta yollarla mənzilin əvvəlki müqaviləsini əldə etməyə nail olmuşdur. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK ilə aralarında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən o, kooperativ tərəfindən tikilməkdə olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi pr. 44C ünvanında yerləşən binanın 3-otaqlı, ümumi sahəsi 131,43 kv. m-dən ibarət 5 9 nömrəli mənzilinə 49480 ABŞ dolları məbləğində pay haqqı dəyərini tam ödəmiş, bu barədə ona maliyyə arayışı təqdim olunmuş və qeyd olunan mənzil onun istifadə və sahibliyinə verilmişdir. Eləcə də, xx.xx.2006-cı ildə və xx.xx.2011-ci il tarixli müqavilələrə uyğun olaraq binanın zirzəmi hissəsində yerləşən 17,2 kv. m-dən ibarət 2 ədəd yeraltı qarajların da pay dəyərini ödəyərək, onları MTK-dən almışdır. Qeyd edilən mənzili təmir edərək anası, birinci nikahdan olan uşaqları və 2018ci ildən faktiki ailə münasibətlərində olduğu X3 adlı şəxslə bir müddət bu mənzildə yaşamışlar. Ramil Musazadə qısa müddət ərzində düşünülmüş hərəkətləri ilə onun və ailə üzvlərininin etimad və etibarını qazanmış, ailənin və onlara məxsus əmlakların idarə olunmasında bir ailə başçısı kimi ona inanmış, bu əmlakları n satılması və sənədləşdirilməsi ilə bağlı bütün danışıqların və razılaşmaların aparılmasını ailə üzvü kimi ona həvalə etmişlər. Daha şəraitli mənzil almaq üçün yuxarıda qeyd edilən mənzili onunla məsləhətləşərək satmaq qərarına gəlmiş və bu məqsədlə müştəri tapılması və müəyyən razılaşmaların aparılması yaxın adam kimi ona tapşırılmışdır. 2019cu ilin may ayında R.Musazadə sözügedən mənzili satacağına köməklik göstərəcəyini bildirmiş alıcı tapıldığını və hətta onunla behləşdiyi barədə barədə ona məlumat vermiş, lakin bir müddət keçdikdən sonra alıcının pulu ödəmək imkanı olmadığından, alqı-satqının baş tutmadığını bildirmişdir. Bundan sonra o, Ramil Musazadənin köməkliyi və iştirakı ilə mənzilə dair adına olan hüquqi sənədlər əsasında bu mənzili özəlləşdirmiş və xx.xx.2020-ci il tarixli, * ********* qeydiyyat nömrəli Çıxarış almış və xx.xx.2020-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzili Ramil Musazadənin vasitəsi ilə Maraqlı şəxs satmışdır. Mübahisəli mənzilə dair müqavilə və maliyyə arayışının guya onunla razılaşdırılmış alqı-satqı qaydasında İddiaçı adlı şəxsin adına dəyişdirilməsi onun hazırki iddia tələbi ilə məhkəməyə müraciətindən sonra ona bəlli olmuşdur. O, İddiaçı adlı şəxsi tanımır və mənzilə olan pay haqqından onun xeyrinə imtina məzmunlu hər hansı razılıq verməmiş və belə məzmunlu sənədi imzalamamışdır. Digər tərəfdən, bu mənzilin müqaviləsi onun razılığı əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə dəyişdirildiyini hesab etsələr, bu mənzili üçüncü şəxs Maraqlı şəxs satanadək, dəfələrlə onunla bu mənzildə ailə üzvləri ilə birlikd ə görüşmüşdür. Belə olan halda əgər İddiaçı mənzili qanuni şəkildə almışsa, ötən bir il müddət ərzində nə üçün mənzilə sahiblik etməmiş və ya onun ailə üzvləri ilə birlikdə çıxarılmağına dair məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Eləcə də, əgər o, İddiaçı xeyrinə pay haqqından imtina etmişsə, onda onun kooperativ üzvlüyünə xitam verilməli və onun pay dəyəri kooperativ tərəfindən ona rəsmi məxaric sənədi əsasında ödənilməli idi. Üzvlüyünə xitam verilməsi MTK-nın ümumi yığıncağın qərarı, pay haqqının ona ödənilməsi barədə kassa məxaric sənədi, eləcə də İddiaçı adlı şəxs tərəfindən ona hər hansı məbləğdə pul ödənilməsini təsdiq edən bu və ya digər yazılı sübutlar iş materiallarında mövcud deyildir. Gülnarə mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında onun adından çıxarıla raq öz adına keçirdiyini iddia edir. Əvvəla, daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə etibarlı hesab edilə bilər, digər tərəfdən bu müqavilənin məzmununa görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə öhdəsinə götürür. Yuxarıda şərh edilənlərdən göründüyü kimi Gülnarə nə mənzili ondan qəbul etmiş, nə də ki müəyyənləşdirilmiş pul məbləğini ona ödəmişdir. Göründüyü kimi, mənzilin o dövrdəki satış qiyməti 130000 manat məbləğində müəyyənləşdirilmişdir. Bu məbləğdə pulun ona qəbz və ya digər hər hansı sənədlə verilməsini təsdiq edən işdə hər hansı sübut yoxdurş Eləcə də, bu məbləğdə pulun sənədsiz qaydada kiməsə verilməsi ağlabatan olmamaqla, mənzil alqı-satqısı bazarında da formalaşmı ş işgüzar adətlərində də rast gəlinməyən bir haldır. Onun mülkiyyətində olan mənzilə dair X4 və X5 adlı şəxslər arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsindən də heç bir xəbəri olmamış, bu müqavilədə beh alan qismində iştirak etmiş Vaqif Səmidova isə bu mənzilin alqı-satqı ilə bağlı ona tərəfindən hər hansı səlahiyyət verilməmişdir. Saxta beh müqaviləsi üzrə tərəflər X4 və X5 ailə üzvü kimi inandıqları X3 və "xxxx" MTK ilə əlbir olaraq ona məxsus mənzili İddiaçı adına keçirmələri istisna deyildir. Faktiki ailə münasibətlərində olduğu X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqdirləndirilməsinə dair cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatındadır. Hazırda istintaq orqanında bir neçə epizod üzrə, həmçinin on un mülkiyyətində olan mənzilin alqı-satqısına dair epizod üzrə dələduzluq cinayət tərkibinin olub-olmamasına dair müvafiq araşdırmalar aparılır. Müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzili (yeni qaydalarla: AZ1102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) 19 may 2020-ci il tarixli daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsi əsasında və əvəzi ödənilməklə, mənzilin mülkiyyətçisi Cavabdeh2 Azərbaycan Respublikası qanunvericiliyinin bütün tələblərinə riayət etməklə satın almışdır. Bundan sonra mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin mülkiyyətçi si olmağına baxmayaraq, hazırda mənzilindən istifadə edə bilmir. Çünki cavabdehlər tərəfindən mənzildən istifadə hüququna süni maneələr yaradılmaqdadır. Belə ki, 2020-ci ilin noyabr ayında onun mənzilinə qanunsuz müdaxilə olunmuş və mənzilin qapısı sındırılmağa cəhd edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçı onun mülkiyyətində olan mənzillə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda məcbur qalıb ailə üzvləri ilə birlikdə mənzildən çıxıb digər bir ünvanda kirayə yaşamağa məcbur qalmış və cavabdehlərin ucbatından kirayə haqqı ödəyir. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzildən (yeni qaydalarla: AZİ 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələr ar adan qaldırılmalı, o cümlədən ona vurulmuş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olm asının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən şəxsin iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin dəyərini Cavabdeh2 ödəyərək həmin əmlakı mülkiyyətinə qəbul etmişdir. Cavabdeh2 Cavabdeh1 MTK-ya ünvanladığı xx.xx.2019-cu il tarixli təsdiq olunmuş ərizəsinə əsasən o, N əsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında inşa edilmş yüksəkmərtəbəli yaşayış binasında ona məxsus A bloku, Xİİİ mərtəbə. 131,43 kv.m., 3 otaqlı, 59 saylı mənzilə ödənilmiş 49.480 ABŞ dolları, yəni bütövlükdə onun pay haqqını İddiaçı adına keçirilməsini və onun pay haqqından könüllü olaraq azad edilməsini xahiş etmiş və bununla əlaqədar gələcəkdə yeni qəbul olunmuş payçıya və MTK-nın rəhbərliyinə qarşı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh2 X1 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan "xxxx" MTK-nın məktubundan və həmin MTK-nın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından g örünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006-cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarışa görə Cavabdeh2 həmin tarixdə mübahisəli mənzilin payçısı olması təsdiq edilmiş və onun adına eyni tarixli maliyyə arayışı verilmişdir. Həmin sənədlər əsasında Cavabdeh2 mübahisəli mənzilə dair öz adına mülkiyyət hüququ haqqında çıxarış almış və qısa müddət ərzində həmin mənzili Maraqlı şəxs satmışdır. Göstərilən sənədlərə nəzər yetirdikdə görünür ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstə rilmişdir. Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, xx.xx.2020-ci il tarixdə və hal-hazırda isə sədr A.P.Musayevdir. Qeyd olunan halları MTK-nın nümayəndəsi B.İskəndərov da məhkəmə iclasında bildirərək, göstərmişdir ki, həmin sənədlər ("xxxx" MTK-nin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı) əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilkin iddia tələbi əsaslı olmaqla təmin olunmalıdı r. Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsində yuxarıda göstərilən müqavilənin etibarsız hesab olunmasını tələb etməsinə baxmayaraq, etibarsızlığın heç bir tutarlı əsasını göstərməmişdir. Onun qarşılıqlı iddia tələbi həm də yuxarıda qeyd olunan hallara görə əsassız hesab olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri, Nəsi mi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs öz iddia tələbində cavabdehlər kimi göstərdiyi şəxslər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçilik yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hər-hansı maddi ziya nın vurulduğunu sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.1, 152.5, 157.2, 157.4, 337, 359.1, 390.1, 560.1, 560.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddiaçı Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilməsi, ilk iddianın rədd edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) 20 dekabr 2021-ci il tarixli, 2(103)-10744/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsinin ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilmə məsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilə dair "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2006cı il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, k ooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti. 44 C ünvanında yerləşmiş MTK "xxxx"ın tikilməkdə olan binasında 59 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 06 may 2006-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 85 nömrəli protokolundan çı xarışdan görünür ki, vətəndaş Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında A girişi, Xİİİ mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, 59 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-sına məxsusdur. Bu binanın blok A, mərtəbə Xİİİ, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşı nmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, mən.4) Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan notariat qaydasında 19 may 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1 00, M14, m4) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarında olan AR-İ seriyalı 778154 №-li, 25 may 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 X1 50 il müddətinə onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşın maz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 8, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, mən 4) Maraqlı şəxs adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətləri ndə podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Bu zaman 752.2-ci maddədə “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir” ifadəsi düzgün başa düşülməlidir. Belə ki, maddədə “alqı-satqı müqaviləsi” deyil, “alqı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alqı-satqı qaydaları tətbiq edilir, ayrıca alqı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verilməsi podrat müqaviləsinin tənzimetmə predmetidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan hal lara əsaslanaraq qeyd edir ki, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4), həmin ünvanda yerləşən sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 mülkiyyətində olmuş, sonradan onun tərəfindən Maraqlı şəxs satılmışdır. Həmin mənzilin Maraqlı şəxs satılmamışdan öncə İddiaçı satılmasını təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı həmin əmlakların əvəzində Cavabdeh2 ümumilikdə 135000 manat pulun verildiyini iddia etsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin məbləğin kifayət qədər yüksək olduğu nəzərə alındıqda, həmin məbləğdə pulun verilməsini və alınmasını təsdiq edən hər hansı qəbzin, iltizamın və s. olmaması, ilk iddianın bu hissəsinin də əsassız olduğunu qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində olan mənzilə dair X4 və X5 adlı şəxslər arasında bağlanmış xx.xx.2019-cu il tarixli beh müqaviləsi də əsaslı hesab edilə bilməz. Belə ki, sözgüdən mənzilin satılmasında iştirak edən V.Səmidov həmin mənzilin mülkiyyətçisi olmamış, həmçinin mülkiyyətçi Cavabdeh2 tərəfindən ona mənzilin satılmasının etibar edilməsi ilə bağlı hər hansı etibarnamə mövcud deyildir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1 MTK-nın üzvlüyünə xitam verilməsini təsdiq edən hər hansı dəlil iş materiallarında mövcud deyildir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqavilədən görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44 C ünvanında "xxxx" MTK-nın tikilməkdə olan binasında 59 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 27 may 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın blok A, mərtəbə XİV, ümumi sahəsi 131,43 kv.m olan 3 otaqlı, 59 saylı mənzilin ümumi pay dəyəri 49480 ABŞ dolları payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 xx.xx.2020-ci il tari xli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasında 16 fevral 2006cı il tarixində A girişi, XİV mərtəbə, ümumi sahəsi 131,43 kv.m, 3 (üç) otaqlı, ümumi dəyəri 49.480 ABŞ dolları, 59 saylı mənzil və 2 ədəd yeraltı qaraj, yəni, 28 fevral 2006-cı il tarixində ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 9.000 ABŞ dolları və 30 iyun 2011-ci il tarixdə ümumi sahəsi 17,2 kv.m., ümumi dəyəri 10.000 manat Cavabdeh2 tərəflərindən satılmışdır. O, pay dəyərini tam ödədiyi üçün göstərilən mənzili və yeraltı qarajın birini xx.xx.2019-cu il tarixində İddiaçı satmışdır. Tərəflərindən Cavabdeh2 59 saylı mənzilə qeydiyyata alınması üçün heç bir hüquqi sənəd verilməmişdir. Ona məxsus olan 1 ədəd qarajın rəsmi ləşdirilməsi üçün müvafiq sənəd təqdim olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan daşınmaz əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə və məzmununa aid edilən şərtlər pozulmuşdur. Çünki, Cavabdeh1 MTK özünə məxsus olmayan əşya (mənzil) barəsində sərəncam vermişdir. Ona görə də, həmin əqd Mülki Məcəllənin 337.1, 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq qe yd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs öz iddia tələbində cavabdehlər kimi göstərdiyi şəxslər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçilik yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hərhansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası bir çox sayda prosessual pozuntular et məklə, maddi hüquq normalarının düzgün tətbiqindən yayınmış, kəsici iddia müddətinin keçmiş olmasını, əqdin etibarsızlığının əsaslarının tamamilə başqa meyarlarla müəyyən edilməli olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının onunla bağlanmış 2705.2019-cu il tarixli müqaviləni etibarsız hesab etməsi əsasları çox yanlışdır. İlk növbədə ona görə ki, 2006-cı il tarixdə ilkin olaraq payçı qismində tanınan Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin bağlanmasından öncə öz iradəsi ilə ərizə verməklə həmin payından imtina etmiş, sonradan saxtakarlıq edərək satılmış mənzilə və qaraja münasibətdə 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabd eh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının əldə olunmasına baş vurmuşdur. Maraqlıdır, əgər Cavabdeh2 ilkin alıcı kimi xx.xx.2006-cı il tarixli müqavilənin əsasında verilmiş protokolu və maliyyə arayışı qüvvədə idisə, yenidən 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışına nə ehtiyac var idi..? Tərəf aşkar saxtalaşdırma etmiş və faktiki payçısı olmadığı əmlaka yenidən sənəd düzəltməklə qeydiyyat orqanına təqdim etmiş, mənizli özəlləşdirmiş və satmışdır. Məhkəmə sübutlara birtərəfli qiymət verərək yalnış nəticəyə gəlmiş və qətnaməni əsalandırmaq və mövqeyini qanuni göstərmək üçün qeyd edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4), həmin ünvanda yerləşən sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 mülkiyyətində olmuş, sonradan onun tərəfindən Maraqlı şəxs satılmışdır. Həmin mənzilin Maraqlı şəxs satılmamışdan öncə İddiaçı satılmasını təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı həmin əmlakların əvəzində Cavabdeh2 ümumilikdə 135000 manat pulun verildiyini iddia etsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin məbləğin kifayət qədər yüksək olduğu nəzərə alındıqda, həmin məbləğdə pulun verilməsini və alınmasını təsdiq edən hər hansı qəbzin, iltizamın və s. olmaması, ilk iddianın bu hissəsinin də əsassız olduğunu qəna ətinə gəlməyə əsas verir. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində olan mənzilə dair X4 və X5 adlı şəxslər arasında bağlanmış xx.xx.2019- cu il tarixli beh müqaviləsi də əsaslı hesab edilə bilməz. Belə ki, sözgüdən mənzilin satılmasında iştirak edən V.Səmidov həmin mənzilin mülkiyyətçisi olmamış, həmçinin mülkiyyətçi Cavabdeh2 tərəfindən ona mənzilin satılmasının etibar edilməsi ilə bağlı hər hansı etibarnamə mövcud deyildir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1 MTK-nın üzvlüyünə xitam verilməsini təsdiq edən hər hansı dəlil iş materiallarında mövcud deyildir.” Çox yalnış mövqedir. İddiaçı ilə MTK arasında bağlanmış əqdin əsası ondan ibarət olmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan mənzilə dair pay hüququndan imtina ərizəsi yazmışdır. Məhkəmədə də xanım həmin ərizənin onun tərəfindən yazılaraq i mzalandığını inkar etməmişdir. Özünün isə iddia tələbi cavabdehlə üçüncü şəxs arasında bağlanmış alqı-satqının mübahisələndirilməsi olmamış, özəlləşmə ilə bağlı tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası qətnaməsində “reyestrin məzmununun məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasından”, “alqı-satqıdan” və hansısa “podrat münasibətlərindən” bəhs etmişdir. Halbuki, ilkin iddia protokol və maliyyə arayışının saxta yolla hazırlanması və faktiki mənzilə dair bir il öncə hüquqlarına xitam verilmiş şəxsin sonradan qanunsuz yollarla adına sənəd olması faktının mübahisələndirməsindən gedir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsind ə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Birinci instansiya məhkəməsində maddi hüquq normaları düzgün tətbiq edilsə də, apelyasiya məhkəməsində bu müəyyən olunmur və qətnaməni yalnış olaraq özəlləşmə, qeydiyyatın tamlığı və alqı- satqının müddəalarını müəyyən edən normalara istinad olunur. Apelyasiya instansiyası məhkəməsi tələbin mahiyyətinə varmadan, onun xüsusiyyətini dəqdiqləşdirmədən qətnamə qəbul edərək onun ağır maddi vəziyyətə salınmasına səbəb olan müstəvi formalaşdırmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işgüzar adətlərə söykənən davranışlar əsasında əmlak bazarında təşəkkül tapan qaydalar üzrə pay haqqından imtina edərək əmlakının özgəninkiləşdirilməsi prosesini könüllü həyata keçirən, sonradan özünə bəlli olan əsaslarla öz adına yeni protokol və maliyyət arayışı tərtib edərək mənzilin dövlət qeydiyyatından keçrilməsinə nail olan tərəfin yolverilməz mövqeyinin mübahisələndirilməsinə başqa prizmadan yanaşaraq ədalətsizlik etmişdir. Hər bir iddia üzrə Cavabdeh1 MTK (vəkili Vəkil5 Ağlar oğlu) ka sasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə prosesə cəlb olunmamaları və dinlənilməmələri anlaşılan deyildir. Məhkəmənin tikinti kooperativinin paydan imtina etmiş və əmlakı geri qaytarmış ilk payçının mövqeyini nəzərə alaraq ikinci alıcı ilə müqavilə bağlaması, ona maliyyə arayışı verməsi və iclas protokolundan çıxarış təqdim etməsini qəbul etməməsi mülki hüquq münasibətlərində təşəkkül tapmış işgüzar adətlərə və qanunun yolverənliyinə etdiyi əsassız müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında ba ğlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbinə müsbət yanaşan məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. İlk növbədə ona görə ki, 2006-cı ildən payçı hesab olunan V.Əlieva özü könüllü olara MTK-ya müraciət etmiş və Cavabdeh1 tərəfindən inşa olunmuş və Bakı şəhər Nəsimi rayon 3007-ci məhəllə Tibilisi prospekti 44C ünvanında yerləşən A girişi, Xİİİ mərtəbəsindəki binanın ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı, 59 saylı mənzili və ümumi sahəsi 17.2 kv.m-dan ibarət qaraj sahəsindən pay haqqından imtina etmiş, müavilələrini MTK-ya təqdim etmiş, ailə tərkibi haqqında arayış təqdim etmiş, sabiq həyat yoldaşının da razılıq ərizəsini təqdim etmişdir. Yeni payçı olan İddiaçı payçılığa qəbul olunması barədə protok ol tərtib olunmuşdur. Bir il keçəndən sonra Cavabdeh2 özünə bəlli olan səbəblərdən və mənbədən əldə etdiyi saxta sənədlərlə yeni tarixə, yəni, 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolu və ondan çıxarışı, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışını istifadə edərək daşınmaz əmlakın dövlət reyestri idarəsinə təqdim etmiş, əmlakı özəlləşdirmiş və tələm-tələsik sataraq əmlakı aradan çıxarmış və müddət keçdikdən sonra qarşılıqlı iddia verərək özünün də xəbəri və razılığı ilə tərtib olunmuş müqaviləni mübahisələndirmişdir. İşə baxan Məhkəmə Kollegiyası bir çox sayda prosessual pozuntular etməklə, maddi hüquq normalarının düzgün tətbiqindən yayınmış, kəsici iddia müddətinin keçmiş olmasını, əqdin etibarsızlığının əsaslarının tamamilə başqa meyarlarla müəyyən edilmə li olduğunu nəzərə almamışdır. Qarşılıqlı iddiaları təmin edən məhkəmə kollegiyası öz qətnaməsində qeyd edir ki, Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan daşınmaz əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır..” Bu yanaşma çox yanlışdır. İlk növbədə ona görə ki, 2006-cı il tarixdə ilkin olaraq payçı qismində tanınan Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə vətəndaş İddiaçı arasında bağlanmış "Kooperativ binada mənzil tikintisi haqqında" xx.xx.2019-cu il tarixli müqavilənin bağlanmasından öncə öz iradəsi ilə ərizə verməklə həmin payından imtina etmiş, sonradan saxtakarlıq edərək satılmış mənzilə və qaraja münasibətdə 28 aprel 2020-ci il tarixli, 85 saylı p rotokolunun və ondan çıxarışın, Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının əldə olunmasına baş vurmuşdur. Əvvəla, MTKnın həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamağa subyektiv hüququ olmuşdur. Belə ki, qarşılıqlı iddiaçı həmin mənzillə bağlı payından həqiqətən də imtina etmiş və pay MTK-ya qaytarılmışdır. Cavabdeh2 pay haqqından imtina etməsi barədə ərizəsi buna əsaslı sübutdur. MTKnın bağlamış olduğu müqavilənin qanunliyi özü tərəfindən inşa olunan, hələ müvafiq quruma təhvil verilməyən və payçıların iradəsinə uyğun davranmağı mümkün hesab edən obyektin özgəninkiləşdirilməsi ilə əlaqəsi yoxdur. Həmin əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış əqddir. MTK həmin müqaviləni bağlamaqla tərəflər (Vüsalə və Gülnarə) arasında baş tutmuş alq ı-satqı müqaviləsini rəsmiləşdirmək istəmişdir. Ona görə tərəflər arasındakı münasibətlərə alqı-satqı münasibətlərini nizama salan normalar tətbiq olunmalıdır. İşə baxan hakimlər qətnamədə maddi hüquq norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 146.1-ci və 146.2-ci maddələrinə istinad edərək həmin məcəllənin 178.1-ci maddəsini əsas götürmüş, əqdin etibarsızlığı ilə bağlı yalnış istiqamət götürməklə işin əhəmiyyətli halarını araşdırmaqdan bilərəkdən yayınmışdır. İddiaçı ilə MTK arasında bağlanmış əqdin əsası ondan ibarət olmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan mənzilə dair pay hüququndan imtina ərizəsi yazmışdır. Məhkəmədə də xanım həmin ərizənin onun tərəfindən yazılaraq imzalandığını inkar etməmişdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin m übahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi işgüzar adətlərə söykənən davranışlar əsasında əmlak bazarında təşəkkül tapan qaydalar üzrə pay haqqından imtina edərək əmlakının özgəninkiləşdirilməsi prosesini könüllü həyata keçirən, sonradan özünə bəlli olan əsaslarla öz adına yeni protokol və maliyyət arayışı tərtib edərək mənzilin dövlət qeydiyyatından keçrilməsinə nail olan tərəfin yolverilməz mövqeyinin mübahisələndirilməsinə başqa prizmadan yanaşaraq ədalətsizlik etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Müstəqil tələb irəli sürən 3-cü şəxs Maraqlı şəxs məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iş materiallarından görünür ki, daşınmaz əmlakın dövlət reyestrində mülk iyyətçi kimi qeydə alınmış Cavabdeh2 o, mənzilin dəyərini ödəməklə əldə etmiş və mülkiyyət hüququ yaranmışdır. Vüsalə mənzilin hər yerini ona göstərmiş, mənzil barədə məlumat vermişdir. Ona görə də mənzilin mülkiyyətçisinin Vüsalə olduğuna dair problem olmadığı müəyyən edilmişdir. O, mənzili aldıqdan sonra əri ilə dəfələrlə mənzilə getmiş MTK işçiləri mənzilin yeni sahibi olduqlarını görmüşlər. Bundan başqa, MTK-ya xidmət haqqı bir neçə dəfə onun əri tərəfindən ödənilmişdir. Hazırki kasasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. Ona görə də o, kasasiya şikayətlərinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyində n MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə ilk və qarşılıqlı iddia hissələrində müba hisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilməli və mülki iş həmin hissələrdə yenidən baxılması ü çün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası mənzilin Maraqlı şəxs satılmamışdan öncə İddiaçı satılmasını təsdiq edən hər hansı mötəbər dəlilin məhkəməyə təqdim edilməməsinə, həmin əmlakların əvəzində Cavabdeh2 pulun verildiyinə dair sübutu məhkəməyə təqdim edə bilməməsinə, Cavabdeh2 Cavabdeh1 MTK-nın üzvlüyünə xitam verilməsini təsdiq edən hər hansı dəlilin mövcud olmamasına, Cavabdeh1 MTK-nın faktiki olaraq mülkiyyətində olmayan daşınmaz əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla İddiaçı ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamıasına istinad edib ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etmiş olsa da, iş materiallarında olan və Cavabdeh2 tərəfindən imzalanmış pay hüququndan imtina barədə ərizəsinə, onun sabiq əri tərəfindən də buna etiraz edilməməsi barədə ərizəsinə hər hansı münasibət bildirməmişdir. Halbuki, Cavabdeh2 həmin ərizənin onun tərəfindən imzalanmasını etiraf etmişdir. Belə olan halda o, mübahisəli mənzilə dair pay hüququnun xitam veriləcəyinə bələd olmuş, lakin hazırki ilk iddiaçı məhkəməyə yuxarıda qeyd edilmiş tələblə müraciət etdikdən sonra İddiaçı qarşı MTK ilə Gülnarə arasında bağlanmış müqaviləni mübahisələndirmişdir. Əgər Cavabdeh2 həmin mənzilə dair pay hüququndan könüllü imtina etmək niyyətində deyildisə, ərizəni könüllü olaraq imzalamamışdısa, nəticəsi özünə bəlli olan göstərilən halları və Gülnarə ilə bağlanmış müqaviləni daha əvvəl mübahisəl əndirmək imkanında idi ki, o, bu imkandan istifadə etməmiş və həmin niyyətini nümayiş etdirməmişdir. Apelyasiya kollegiyası bu hala da münasibət bildirməmiş və əhəmiyyət verməmiş, qarşılıqlı iddiaçının iddia tələbinə münasibətdə kəsici iddia müddətinin tətbiq edilmə imkanını və xüsusiyyətlərini də araşdırmamış və hər hansı münasibət bildirməmişdir. Bundan əlavə, ilkin iddiaçının kasasiya şikayətində göstərdiyi kimi apelyasiya kollegiyası nəzərə almamışdır ki, əgər Cavabdeh2 ilkin alıcı kimi xx.xx.2006-cı il tarixli müqavilənin əsasında verilmiş protokolu və maliyyə arayışı qüvvədə idisə, yenidən 28 aprel 2020-ci il tarixdə 85 saylı protokol və ondan çıxarış, maliyyə arayışı verilməsinin nə əhəmiyyəti var idi və hansı əsasla mövcud olmuş fakt və sənədlər nəzərə alınmadan yenidən göstərilən sənədlər tərtib edilməli idi. Bundan başqa kasasiya yoxlaması nəticəsində aşkar edilmişdir ki, Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolunda MTK-nın sədri Ş.R.Hüseynov göstərildiyi halda, Cavabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışında MTK-nın sədri R.Ş.Abdullayev göstərilmişdir. Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən isə, R.Ş.Abdullayev MTK-nın əvvəlki sədri (2016-cı ilə kimi) olmuş, xx.xx.2020-ci il tarixdə və hal-hazırda isə sədr A.P.Musayevdir. Qeyd olunan halları MTK-nın nümayəndəsi B.İskəndərov da birinci instansiya məhkəməsində məhkəmə iclasında bildirərək göstərmişdir ki, həmin sənədlər ("xxxx" MTK-nin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolundan çıxarış və C avabdeh2 adına verilmiş eyni tarixli maliyyə arayışı) əsl həqiqətdə MTK tərəfindən verilməmiş və MTK-ya aidiyyəti olmayan şəxslər tərəfindən saxtalaşdırılmışdır. Həmin hal müvafiq cinayət işinin istintaqı zamanı da araşdırmanın predmeti olmuşdur. Apelyasiya kollegiyası bu hala da əhəmiyyət verməmiş və bu istiqamətdə də hər hansı hüquqi mövqe nümayiş etdirməmişdir. Halbuki, tərəflərin izahatları da digər sübutlarla yanaşı, dəyərləndirilməli və hüquqi qiymət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında və düzgün həyata keçirməmiş, işi n hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. K asasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilməli və iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk İddiaçı və hər bir iddia üzrə Cavabdeh1 MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kasasi ya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10744/2021 nömrəli qətnaməsi qismən – ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi hissələrində ləğv edilərək mülki iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2885/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2885/2022
07.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver