Məhkəmə qərarları › İş №2(102)-2886/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2886/2023

03.08.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2886/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Ağayev Orucəli Beyti oğluna (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ağayev Orucəli Beyti oğluna (X1 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödəniulməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)1012/2023 n ömrəli qətnaməsindən İddiaçı və cavabdeh Ağayev Orucəli Beyti oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ağayev Orucəli Beyti oğlu ilə "xxxx" MTK arasında mənzil tikintisi barədə 16 iyun 2008-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsini tikib Orucəli Ağayevə təhvil verməyi, sonuncu isə qeyri-yaşayış sahəsinin dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Orucəli Ağayev tərəfindən müqavilədə nəzərdə tutulan 44000 manat MTKya ödənilmiş, bu barədə ona maliyyə ar ayışı verilmişdir.

2. Bundan sonra yəni, xx.xx.21013-cü il tarixdə Cavabdeh1 MTK ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış, MTK qeyd olunan qeyri-yaşayış sahəsini tikib Xaləddin Bağırova təhvil verməyi, sonuncu isə qeyri-yaşayış sahəsinin dəyəri olaraq 32000 manat pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə Cavabdeh1 MTK-nin adından İddiaçı özü imza etmişdir.

3. İddiaçı Ağayev Orucəli Beyti oğlu cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyri-yaşayış sahəsindən Xaləddin Baxışovun çıxarılması, İddiaçı həmin sahə üzrə verilmiş müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı da Ağayev Orucəli Beyti oğluna və "xxxx" MTKya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Ağayev Orucəli Beyti oğlu ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2008ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin "xxxx" MTK İddiaçı qarşı qarşılıqlı iddia verərək, MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia və "xxxx" MTK-nın qarşılıqlı iddiası təmin edilərək, "xxxx" MTK ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və İddiaçı verilmiş 15 dekabr 2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 40 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması, İddiaçı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Həmin iş üzrə İddiaçı apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2659/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə və Ağayev Orucəli Beyti oğluna (bundan sonra – cavabdehlər) qarşı hazırki iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə alğı-satqı müqaviləsi bağlayaraq MTKya məxsus ünvan 1 ünvanda 40 kv.metr ölçüdə 2-ci mərtəbədə qeyri-yaşayış sahəsini alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinin və maliyyə arayışının etibarlı sayılması və ya müqavilə etibarsız sayıldığı halda ümumilikdə həmin qeyri-yaşayış sah əsinin hazırki bazar dəyərinin Cavabdeh1 MMC-dən (MTK) alınaraq (qeyri-yaşayış sahəsinin bazar dəyərini 75000 manatın) ona ödənilməsinin və həmin sahənin qaytarılmasının pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi şərtilə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, hazırda Cavabdeh1 MTK-nın varisi olan Cavabdeh1 MMC-nin həbsdə olan sədri C.Alışov onunla bağlanmış 12 yanvar 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilərək 2008-ci il tarixli müqavilə əsasında yaxın qohumu Orucəliyə satılmasına əsaslanaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən qətnamə əldə etmişdir. Hazırda həmin qətnamədən kassasiya şikayəti verilmişdir və iş Ali Məhkəmənin icraatındadır. Belə ki, o, həmin sahəni 3000 0 manat nağd pul vəsaiti ödəməklə MTK-dan almış, 11000 manata yaxın təmir-quraşdırma xərcləri çəkmişdir. O, MTK-nın sədri olduğu vaxtda fiziki şəxs statusunda Cavabdeh1 MTK ilə alğı-satqı müqaviləsi bağlamışdır, vicdanlı alıcıdır. Sözügedən qeyri-yaşayış (ofis) sahəsi onun tərəfindən şəxsi vəsaiti hesabına təmir edilmişdir və hazırda onun sahibliyindədir. Odur ki, məhkəmə qaydasında müqavilənin etibarlı sayılması və yaxud araşdırma nəticəsində məhkəmə bu əqdi etibarsız saydığı halda ona qeyri-yaşayış sahəsinin alınması və təmiri üçün MTK-ya ödədiyi xərclər, həmin qeyri-yaşayış sahəsinin bu günki bazar dəyəri məbləğində zərər hesablanaraq cavabdehdən tutulmalıdır.

8. Məhkəmə tərəfindən kompleks məhkəmə tikinti-texniki və qiymətləndirilmə ekspertizası təyin edilmiş və "xxxx" MMC-si tərəfində n verilmiş 16 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 56000 manat müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3148 nömrəli 30 dekabr 2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 9633.0 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2935 nömrəli 10 avqust 2022-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin ümumi dəyəri təqribən 10332 manat məbləğində müəyyən edilmişdir.

11. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbində qeyri-yaşayış sahəsi üçün hesablanmış 56000 manat məbləğin azaldılaraq, müqavilədə və ödəniş qəbzində əksini tapan 32000 manat məbləğin Cavabdeh1 MMC-dən, ekspert tərəfindən verilmiş rəyə istinad edilməklə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m qeyri-yaşayış sahəsi üzrə onun tərəfindən yerinə yetirilmiş təmir-tikinti işləri üçün cavabdeh Ağayev Orucəli Beyti oğlundan 10332 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-1399/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim: İ.Abbasova) ilə iddia təmin edilərək, Cavabdeh1 MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alınmasına görə iddiaçı tərəfindən 15 dekabr 2013-cü il tarixli müqavilə əsasında ödəni lmiş 32000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, cavabdeh Ağayev Orucəli Beyti oğlundan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 10332 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, 50 manat ekspertiza xərci cavabdeh Ağayev Orucəli Beyti oğluna aid edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahə si 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh1 MTK arasında 15 dekabr 2013-cü il tarixdə müqavilə bağlanmış, 32000 manat məbləğində pul vəsaiti maliyyə arayışına əsasən İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin həmin qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə Ağayev Orucəli Beyti oğlunun cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qeyri-yaşayış sahəsindən çıxarma və müqavilənin, maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş və tərəflər arasında olan 15 dekabr 2013-cü il tarixli müqavilə etibarsız sayılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2935 nömrəli 10 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən Cavabdeh 1 MTK-ya məxsus 1 giriş 2-ci mərtəbə, 40 kv.metr qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 10332 manat məbləğində müəyyən edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında 15 dekabr 2013-cü il tarixdə bağlanmış müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, iddia tələbi Cavabdeh1 MMC-dən 32000 manatın tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir.

15. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmir xərclərinin cavabdeh Ağayev Orucəli Beyti oğlundan tutulması hissəsində də əsaslı olduğundan təmin edilməli, ekspert rəyi ilə təsdiq edilmiş qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işləri üçün sərf edilmiş 10332 manat məbləğində pul vəsaiti Ağayev Orucəli Beyti oğlundan tutularaq iddiaçıya ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.5, 157.7, 157.8, 337.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh Ağayev Orucəli Beyti oğlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın cavabdeh Ağayev Orucəli Beyti oğlundan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 10.332 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulma sı hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin hallarına uyğun deyil, faktlar nöqteyi nəzərindən əsassızdır. Belə ki, məhkəmə Mülki Məcəllənin 157.5 və 337.5-ci maddələrini yanlış tətbiq etmişdir. Hazırki iş üzrə iddiaçı nə mülkiyətçi, nə də vicdanlı alıcı olmamışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyə uyğun olaraq hüquq əldə etməmişdir və uydurma əqd düzəltməklə əmlak üzərində hüquq əldə etməyə çalışmışdır ki, bu halda vicdanlı sahib hesab edilə bilməz. Belə ki, bu müqavilə görünüş üçün bağlandığı üçün etibarsız hesab edilmiş, heç bir ödəniş edilməməsi müəyyən edilmiş və maliyyə arayışının da uydurma olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə qətnamələri ilə iddiaçının həm MTK-n ın adından həmdə alıcı olaraq öz adından imza atmaqla mübahisəli sahəyə dair xx.xx.2013-cü il tarixli müqavilə bağlamış, müqavilədə və maliyyə arayışında olan möhür əksləri birbaşa vurulmayıb, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə köçürülməsi halı sübut olunmuşdur. Göründüyü kimi, iddiaçı həmin sahəyə hər hansı bir hüquq əldə etməmişdir. Saxta müqavilələr imzalamaqla sahəyə qanunsuz daxil olmuş və orda təmir tikinti işləri aparmışdır.

19. Qətnamədən narazı qalan digər Cavabdeh1 MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın Cavabdeh1 MMCdən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən Cavabdeh1 MTK tərəfindən tikilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləş ən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin alınmasına görə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli müqavilə əsasında ödənilmiş 32.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı real hüquq münasibətlərində olmamış, saxta və uydurma əqd hazırlamış və bununla da əmlak əldə etmək istəmişdir. Həmin əqd etibarsız hesab edilmiş, müqavilə və maliyyə arayışının saxta, görünüş üçün hazırlanması və hər hansı bir ödənişin ödənilməməsi müəyyən edilmişdir. Belə olan halda, əqd uydurmadırsa (etibarsızdırsa) onun nəticələri də etibarsızdır. İddiaçının hazırlamış olduğu saxta əqdin hansı əsasla etibarsız hesab edilməsi hallarına məhkəmə diqqət yetirməmiş və saxta və uydurma müqavilədə qeyd edilmiş məbləğin qaytarılmasını qərarlaşdırmışdır.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı etiraz edərək bildirmişdir ki, o, Cahangir Alışovla şərik olmuş, onlar vaxtında razılaşmışlar ki, o C.Alışova öz ofisini verir, özü də hazırda təmir etdiyi ofisə köçmüşdür. Təxminən 2013-cü ildə təmirə başlamışdır. Orada yalnız sütunlar var idi. O, lazımi və zəruri təmir işlərini etdirərək, oranı istifadə edilə biləcək vəziyyətə gətirmiş, bunun üçün hətta qətnamə ilə tutulan məbləğdən də artıq vəsait xərcləmiş, 2014-cü ildə həmin ofisə keçmişdir, lakin sonradan C.Alışovla münasibətləri pozulmuş, o, arxa tarixə öz qohumunun adına saxta müqavilə tərtib etmiş, ona qarşı əsassız iddia qaldıraraq müqavilənin etibarsız hesab edilməsinə nail olmuşd ur. Düzdür, bununla bağlı qətnamələr hazırda qüvvədədir, amma bu yanlışdır, saxta müqavilələr əsasında onun əmlakını əlindən almışlar, o, həmin sahəni təmir edərkən oranın tam qanuni sahibi olmuş, oranı öz əmlakı hesab edərək təmir işləri aparmışdır.

22. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1012/2023 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh1 MMC-dən pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin onun şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişd irilmədən saxlanılması, cavabdeh Ağayev Orucəli Beyti oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, digər qətnamələrlə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiallığı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, qeyd edilən və hazırda qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh1 MTK ilə iddiaçı arasındakı xx.xx.2013-cü il tarixli müqavilənin görüntü məqsədilə tərtib edilmiş uydurma əqd olduğu müəyyən edildiyindən, məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.

24. Bundan başqa, məhkəmə kollegiyas ı cavabdeh Ağayev Orucəli Beyti oğlunun apellyasiya şikayətinə münasibətdə hesab etmişdir ki, iddiaçının həmin qeyri-yaşayış sahəsində apardığı təmir işləri qaçılmaz və zəruri xərclər olduğundan, məhkəmə ekspert rəyinə uyğun olaraq təmir xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 386.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.2, 385.1, 385.2-ci istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətlərinin dəlilləri

26. İdd iaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin "xxxx" MMC-yə aid hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam dəyəri ödənilməklə əldə edilmişdir. Məhz birinci instansiya məhkəməsi bunu nəzərə alaraq həmin sahənin cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən əvvəlki məhkəmə qətnamələrinə istinad etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, məhkəmə qərarı i lə əqd etibarsız hesab olunduğu təqdirdə, "xxxx" MMC iddiaçının ödədiyi pulu qaytarmalı idi. Bu hal məhkəmə prosesində həm verdiyi izahatlarla, həm də təqdim etdiyi sənədlərlə cavabdehin həqiqətən də iddiaçıya borclu olduğu sübuta yetirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi işin bu halı ilə bağlı əslində düzgün nəticəyə gəlmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu maddə üzrə pozuntuya yol vermişdir.

28. İddiaçı kassasiya şikayətini Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5, 1092.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh Ağayev Orucəli Beyti oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ona qarçı hissədə ləğv edilməsi, mülki işin hə min hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istinad etdiyi maddələrin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Mülki Məcəllənin 21-ci maddəsi bir qayda olaraq zərərin əvəzinin zərərvurandan tələb edilməsini ehtiva edir. Hazırki iş üzrə cavabdeh O.Ağayev tərəfindən isə iddiaçıya zərər vurulmadığı üçün bu münasibətə həmin maddənin tətbiq edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən qanunun hansı tələbinin konkret pozulması halı mövcud deyil və cavabdeh heç bir mülki hüquq pozuntusu törətmədiyi halda mülki məsuliyyət daşıya bilməz.

31. Həmçinin, hazırki iş üzrə iddiaçı nə mülkiyətçi, nə də vicdanlı al ıcı olmamışdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarına əsasən sözügedən müqavilə görünüş üçün bağlandığına görə etibarsız hesab edilmiş, heç bir ödəniş edilməməsi və maliyyə arayışının da uydurma olması müəyyən edilmişdir. Mütləq nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahəni zəbt etmək üçün iki istiqamətdə hərəkət etmişdir. İlk növbədə, saxtakarlıq edərək, uydurma müqavilə və maliyyə arayışı hazırlamaqla güya həmin sahəyə hüquq əldə etməsi görünüşünü yaratmışdır. Digər tərəfdən həmin sahəyə hər hansı bir hüququnun olmamasını bildiyi halda həmin sahəyə özbaşına daxil olaraq olaraq sahəni formal təmir etdirməklə guya həmin sahənin onun istifadəsində (istifadə hüququnu) olmasını görünüşünü yaratmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı bu hərəkətləri cavabdehə məxsus sah əni zəbt etmək və onun hüquqlarını pozmaq məqsədi ilə etmişdir. İddiaçının hüquqa zidd şəkildə cavabdehin hüquqlarının pozulması üçün etmiş olduğu hərəkətlər kompensasiya edilə bilməz. Əks halda iddiaçı həmin saxta müqavilə və maliyyə arayışının hazırlanmasına sərf etmiş olduğu xərcləri də tələb edər və bu məntiqlə iddianı təmin edən məhkəmə həmin xərcləri də iddiaçıdan tutardı ki, bu da hüququn məntiqinə ziddir.

32. Bununla yanaşı, iş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut yoxdur və apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutlara qiymət vermədən işin faktiki hallarını yanlış müəyyən etmişdir.

33. Kassator şikayətini Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 337.5, 1091, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh Ağayev Orucə li Beyti oğlu tərəfindən qismən mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlü yündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanla r əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmç inin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, işin faktin halları bu qərarın 1-5-ci və 10-cu paraqraflarında əksini tapmışdır.

50. İddiaçı hazırki id diasında Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə və ödəniş qəbzində əksini tapan 32000 manat məbləğin Cavabdeh1 MMCdən, qeyri-yaşayış sahəsində onun tərəfindən yerinə yetirilmiş təmir-tikinti işləri üçün 10332 manat xərclərin cavabdeh Ağayev Orucəli Beyti oğlundan tutulmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbini rədd etmiş, cavabdeh Orucəli Ağayevə aid hissədə iddianı təmin etmişdir.

51. İddiaçının kassasiya şikayəti "xxxx" MMC-yə qarşı iddianın təmin edilməməsi hissəsində qətnamənin qanunsuz olması barədədir və mövqeyini Mülki Məcəllənin 337.5 və 1092-ci maddələri ilə əsaslandırır.

52. İddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlilləri əsassızdır. Çünki kassasiya şikayətinin hüquqi əsası kimi idd iaçının istinad etdiyi Mülki Məcəllənin 337.5-ci maddəsinin ona münasibətdə tətbiqi, bundan əvvəl Ağayev Orucəli Beyti oğlunun cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 44 kv.m. qeyriyaşayış sahəsindən Xaləddin Baxışovun çıxarılması, İddiaçı həmin sahə üzrə verilmiş müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi (habelə İddiaçı Ağayev Orucəli Beyti oğluna və "xxxx" MTKya qarşı xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması, "xxxx" MTK-nın İddiaçı qarşı xx.xx.2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi) tələbinə dair mülki işdə məhkəmə baxışının predmeti olmuşdur (bu qərarın 3-5- ci paraqrafları). Həmin iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12271/2019 saylı, 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə) müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilə həqiqi olmayıb görüntü məqsədi ilə tərtib edilmişdir. İddiaçı adına tərtib olunmuş müqavilə və maliyyə arayışı etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Həmin müqavilə uydurma olduğuna görə əqdin nəticələrinin tətbiqinə dair Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkün deyil.

53. Eyni zamanda həmin mülki iş üzrə müəyyən edilib ki, "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2013-cü ildə müqavilə bağlanarkən İddiaçı eyni zamanda MTK-nın icra orqanının rəhbəri olub, həmin müqaviləni həm satıcı kimi MTK-nın adından, həm də alıcı olaraq öz adından MTK-nın ümumi yığıncağının müvafiq qərarı olmadan İddiaçı imzalayıb. Üstəlik, ekspert rəyinə görə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə və MTK-nın verdiyi xx.xx.2013-cü il tarixli maliyyə arayışında olan möhür əksləri birbaşa vurulmayıb, başqa sənədlərdə olan möhür əksindən rəqəmsal texniki qurğu (skaner və s.) vasitəsilə köçürülüb.

54. Göründüyü kimi, qeyri-yaşayış sahəsinə görə xx.xx.2013-cü ildə tərtib olunmuş müqavilə üzrə MTK-ya ödənilməsi iddia edilən məbləğin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən ödənilməsinin mümkün olmadığı barədə qanuni qüvvəyə minmiş qətnamə vardır və apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bun a görə də iddiaçının kassasiya şikayəti təmin edilə bilməz.

55. Cavabdeh Orucəli Ağayevin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Apelyasiya instansiyası məhkəməsi O.Ağayevə qarşı irəli sürülmüş iddianı təhlil edərək haqlı olaraq qeyd etmişdir ki, qanunda əsassız varlanmaya verilən anlayışa görə, bu əsasa söykənən iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozisiya şərtlərinin eyni vaxtda olması tələb olunur: irincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı halda iddiaçının iddia tələbi təmir xərci hissədə işin müəyyən olunmu ş faktiki halları baxımından yuxarıda istinad olunan qanunun normasının dispozitiv şərtlərinə uğun olduğundan, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.

56. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təmir edilməsi və istifadəyə yararlı hala gətirilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, cavabdeh Orucəli Ağayevə məxsus qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən ayrılması mümkün olmayan yaxşılaşdırmalar edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu yaxşılaşdırmalara səbəb olmuş təmir işlərinin qaçılmaz və zəruri olduğunu müəyyən etmişdir. X3 qeyriyaşayış sahəsindən istifadə etməsi üçün həmin təmir işləri hər bir halda görülməli idi. Lakin bu işləri iddi açı görüb və cavabdeh həmin yaxşılaşdırmadan istifadə edəcəkdir. Bu halda cavabdeh Orucəli Ağayev ona məxsus qeyri-yaşayış sahəsində görülməli olan təmir işlərinin dəyəri məbləğində varlanmış olur. Ancaq bu varlanmanın hər hansı hüquqi əsası yoxdur. O.Ağayevə qarşı iddianın təmin olunması üçün qanuni əsaslar mövcud olmuşdur. O.Ağayevin bu yaxşılaşdırmanın əvəzini iddiaçıya ödəməkdən azad edən qanuni əsas yoxdur və onun kassasiya şikayətinin dəlilləri əsassızdır.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Kassasiya şikayətinin bəzi də lilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)1012/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar