Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2053/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-1399/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Ağayev Orucəli Beyti oğluna qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində İ giriş qeyriyaşayış sahəsinin ikinci mərtəbəsində hazırda iddiaçının sahibliyində və istifadəsində olan həmin qeyri-yaşayış sahəsinin başqa şəxslərin istifadəsi-sahibliyinə verilməsi, toxunulmazlığın təmin edilməsi və özgəninkiləşdirilməsinə cavabdehlərə qadağa qoyulmaqla, məhkəmə mübahisəsi qurtarana, icra edilənədək üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3740/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllə "xxxx" MTK-ya məxsus binada yerləşən İ giriş 2-ci mərtəbədə olan 40 kv.metr qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyularaq, başqa şəxslərin istifadəsinə (sahibliyinə) verilməsi yaxud özgəninkiləşdirilməsi cavabdeh və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra maraqlarına toxunan şəxs Baxşıyev Azər Səyavuş oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən maraqlarına toxunan şəxs Baxşıyev Azər Səyavuş oğlunun ərizəsi təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3740/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllə Cavabdeh1 MTK-ya məxsus binada İ giriş 2-ci mərtəbədə olan 40 kv.metr qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbs ləğv olunmuşdur. Sonradan Cavabdeh1 MMC və Ağayev Orucəli Beyti oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1012/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh1 MMC-dən pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Ağayev Orucəli Beyti oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2886/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1012/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Ağayev Orucəli Beyti oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-1012/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-1399/2022 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, 2(011)-3740/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərardaddan marağına toxunan Baxşıyev Azər Səyavuş oğlu adlı şəxsin şikayəti əsasında həmin qərardad ləğv edilmişdir. Qərardaddan verilmiş şikayətlə bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. Bundan əlavə, qərardadın ləğv edilməsinə əsaslardan biri kimi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1399/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi göstərilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən, iddiaçının xeyrinə çıxmış qətnamə icra edilmədən qərardadın ləğv edilməsinin qanunvericiliyə zidd olduğunu hesab edir. Göründüyü kimi, hazırda hərracda alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirilir və belə olan halda yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən və qətnamə təmin edildiyi halda icra edilmədən həbsin götürülməsi iddiaçının vəziyyətini pisləşdirir. Buna görə də məhkəmə işin bütün hallarını nəzərə almalı idi. Maraqlarına toxunan şəxs qərardadın ləğvi ilə bağlı ərizə verərkən iş üzrə yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyini və mübahisəli mənzili cavabdehdən vicdanlı alıcı olaraq alqı-satqı yolu ilə aldığını bildirmişdir. Məhkəmə öz qətnaməsinin qüvvəyə minib minmədiyini özü tərəfindən üzərinə həbs qoyulmuş sahənin hansı əsasla alqı-satqı edildiyini araşdırmamışdır. Maraqlarına toxunan şəxs qərardadın ləğvi ilə bağlı ərizə verərkən iş üzrə yekun məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyini və vicdanlı alıcı olduğunu bildirmişdir. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən iddiaçının tələbi təmin edilmişdir və bu da təsdiq edir ki, həbsin qoyulması tamamilə qanuni və əsaslı olmuşdur. MPM-nin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qanunvericilik tələb etdiyi halda, qətnamə hətta qanuni qüvvəyə minmiş olsaydı belə, icra edilmədən qadağanın götürülməsi MPM-nin 162.4-cü maddəsi ilə ziddiyyət təşkil edir. İddiaçıya nə məhkəmə prosesinin yeri və vaxtı barədə məlumat verilmiş, nə də qərardad təqdim edilməmişdir. İddiaçı qərardadı yalnız xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Göstərilənlərə əsasən, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1399/2022 nömrəli qərardadı ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(011)-1399/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-1399/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-1399/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə görə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Buna görə də kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(011)-1399/2022 saylı qərardadı qəbul edilərkən, iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi, eyni zamanda mübahisənin predmetinin pul tələbi ilə bağlı olması, üzərinə həbs qoyulmuş mənzilin mülkiyyətçisinin dəyişməsi nəzərə alınmışdır. Həmin qərardad 23 noyabr 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. Eyni zamanda mülki iş materiallarından görünür ki, mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2886/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qəbul edildiyi andan qüvvəyə minmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-1399/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(011)-1399/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2053/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2053/2024
28.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver