Məhkəmə qərarları › İş №2(102)-2893/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2893/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2893/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2893/2022 Açar sözlər: (nisyə alqı-satqı üzrə yaranmış borcun qaytarılması, sübutetmə yükü) Bakı şəhəri, 31 may 2022-ci i Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-174/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra “cavabdeh”) 12362 manat dəyərində xurma məhsulunu 2020-ci ilin dekabr ayında ertəsi gün ödəmək şərti ilə İddiaçı (bundan sonra “iddiaçı” nisyə olaraq almışdır.

2. Cavabdeh sonradan borclu qaldığı məbləğdən 5000 manat hissəni ödəmiş, qalan 7362 manatı ödəməmişdir.

3. Mübahisə qalıq borcun qaytarıması ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7362 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki halalrından çıxış edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndə yaşayır, həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducu var.

6. İddiaçı 2020-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuş, dekabr ayının əvvəllindən həmin məhsulu satmağa başlamışdır. Həmin ilin dekabr ayında iddiaçının tanışı X3 cavabdehlə onlara gələrək, xurma məhsulu istədiklərini bildirmişlər. Məlum olmuşdur ki, xurmanı cavabdeh alır.

7. Cavabdeh iddiaçıdan hər biri 22 ton olmaqla 3 maşın xurma alacağını bildirmişdir. İddiaçı isə məhsulu nağd satdığını cavabdehə demiş, sonuncu da bununla razılaşmışdır. Cavabdeh 2 maşın xurma məhsulunun pulunu nağd ödəməklə aparmış, 3cü maşına xurma məhsulu doldurulduqdan sonra isə cavabdeh məhsulun dəyəri olan 12362 manat pulun Rusiyadan Bank vasitəsilə göndəriləcəyini və ertəsi günü pulu ödəyəcəyini demişdir.

8. Məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün iddiaçı cavabdehlə razılaşmışdır. Lakin sonrakı gün cavabdeh iddiaçıya verməli olduğu pulu ödəməmişdir. Yalnız həmin vaxtdan 10 gün keçdikdən sonra xxx məhsulun dəyərinin bir hissəsi olan 5000 manat pulu iddiaçıya vermişdir.

9. İddiaçı 2020-ci ilin sonundan indiyə qədər dəfələrlə cavabdehdən xurma məhsulunun pulu olan 7362 manat pulu tələb etsə də, sonuncu borcunu qaytarmır.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 443.1, 739.1 və 740-cı maddlərinə istinad etmişdir.

11. Cavabdeh iddiya etiraz edərək göstərib ki, həqiqətən də 2020-ci ilin dekabr ayında iddiaçıdan 3 maşın xurma məhsulu alıb, 2 maşının pulun nağdd şəkildə iddiaçıya verib. 3-cü maşındakə məhsilun dəyəri olan 12362 manat puldan 5000 manatı xxx adlı ümumi tanışları vasitəsilə iddiaçıya ödəyib. İddiaçı xarab məhsul verib. 14 min manat ziyana düşdüyünə görə qalan pulu iddiaçıya ödəyə bilməyib.

12. İş üzrə dindirilmiş şahidlər X3, X1 və X2 iddiaçının istinad etdiyi halları təsdiq etmişlər.

13. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(019)-732/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 7362 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Zamin Tahirov)

14. Birinci instansiya məhkəməsi tərəflərin izahatı və şahid ifadlərinə əsasən müəyyən etmişdir ki, cavabdeh 2020-ci ilin dekabr ayında 12362 manat dəyərində xurma məhsulunu, həmin məhsulun pulunu səhərisi günü nisyə ödəmək şərti ilə iddiaçıdan almışdır. Cavabdeh söz verdiyi v axtda ödəniş etməmiş, bundan 10 gün sonra iddiaçıya verməli olduğu 12362 manat puldan 5000 manat ödəniş etmiş, qalan 7362 manat pulu iddiaçıya ödəməmişdir. Cavabdeh özü də bu faktı təsdiq etmiş, lakin qalıq pulu qaytarmamasını iddiaçının ona zay məhsul verməsi ilə əsaslandırmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında xurma məhsulunun şifahi nisyə alqı-satqısından yaranan müqavilə münasibətləri mövcud olmuş, həmin müqavilə üzrə iddiaçı cavabdeh qarşısındla öz öhdəliklərin yerinə yetirərək, cavabdehə 12362 manat dəyərində, pulunu bir gün ərzində ödəmək şərtilə xurma məhsulu vermiş, lakin cavabdeh həmin müqavilədən yaranan öhdəliklərini tam yerinə yetirməmiş, 12362 manat puldan cəmi 5000 manatı iddiaçıya ödəmiş, qalan 7362 manatı ödəməmiş, həmin məbləğdə iddia çıya ziyan vurmuş və onun hesabına əsassız varlanmışdır.

16. Birinci instansiya məhkəməsi hesab edib ki, hazırki iddianın təmin olunması üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur, buna görə də iddia təmin olunmalıdır.

17. Birinci instansiya məhkəməsi cavabdehin ona keyfiyyətsiz xurma məhsulu verilməsi ilə bağlı etirazını qəbul etməmiş, bunu onunla əsaslandırmışdır ki, cavabdeh ona keyfiyyətsiz xurma məhsulu verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işdəki sübutlara əsasən cavabdeh 2020-ci ilin dekabr ayında iddiaçıya məxsus xurma məhsuluna Asif Akqubayevlə birlikdə iddiaçının iştirakı ilə baxış keçirmiş, bu zaman həmin xurmaların keyfiyyətsiz olması müəyyən edilməmiş və cavabdeh bu barədə iddiaçıya heç bir irad bildirməmişdir. Həmç inin xurmaların keyfiyyətsiz olduğu təqdirdə cavabdehin 2 avtomaşın xurma götürməsi və pulunu dərhal ödəməsi, 3-cü avtomaşınla götürdüyü xurmanın pulunun 5000 manatını isə 10 gündən sonra ödəməsi məhsulun zay olması barədə deyilənlərin ağlabatan olmaması deməkdir. Bu fakt onun iddiaçı tərəfindən cavabdehə zay xurma verilməsi barədə bildirdiklərini təkzib edir. Bundan əlavə, cavabdeh iddia etdiyi kimi, ona kefiyyətsiz xurma verilməsi ilə bağlı iddiaçıya xurmaları götürəndə və sonradan heç bir irad və narazılıq bildirməmiş, keyfiyyətsiz məhsul verilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş xurmanın alış qiymətinin mütənasib azaldılması və ya xurmanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və yaxud xurmanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəz inin ödənilməsini tələb etməmiş, həmçinin alqı-satqı müqaviləsinin icrasından imtina etməmiş və iddiaçıdan xurma üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan xurma məhsulunun müqaviləyə uyğun xurma məhsulu ilə əvəz olunmasını tələb etməmişdir. Eləcə də, cavabdeh alıcı kimi xurma məhsulunun zay olmasını ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427, 442, 459, 449, 567, 568.1, 569.1, 581.1, 581.2, 582.1, 587.1, 587.2, 587.3, 587.5, 588.1, 589.1, 589.2, 589.6, 589.7, 600, 601.1, 601.2, 1091, 1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti cavabdehin iddiya etirazını dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət verməklə qətnamə çıxarmasına, cavabdehin iddiaçı tərəfindən aldadılaraq ona keyfiyyətsiz məhsul verilməsinə istinad edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-174/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi ), Ələddin Məcidov, Mahir Əsədli)

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş halalrına uyğun hesab edərək, apellyasiya şikayətinin dəillərinə münasibətə qeyd edib ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi və heç bir hüquqi əsası olmayan sübutlara qiymət verməklə qanunsuz qətnamə çıxarmasını bildirsə də, öz etirazının hüquqi əsası kimi istinad etdiyi bu hala dair heç bir mötəbər sübut təqdim etməmişdir. Birincisi, ona görə ki, apellyasiya şikayətinin dəlillərində göstərilənlərlə cavabdehin məhkəmə iclasında verdiyi izahatı bir-birini tamamlamır. Belə ki, cavabdeh iddiaçıdan birbaşa xurma almadığını, xurmaları Asif adlı şəxsin aldığını bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmiş, öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İkincisi, əksinə, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxlər iddiaçının dəlillərini təsdqi etmişlər.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən almış olduğu xurmaların qalıq pulunun qaytarılması tələbidir. Əşyanı təhvil almış alıcı onu razılaşdırılmış müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ki, hazırkı halda da cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında aldığı xurmanın dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzi fəsini icra etmədiyi üçün iddiaçı tələbin subyektiv daşıyıcısıdır. Çünki qanunvericiliyə görə, satıcı satdığı əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın geri qaytarılmasını, yəni bunlardan birini alıcıdan tələb edə bilər, satıcının bunların hər ikisini birlikdə alıcıdan tələb etmək hüququ yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd ediməsi edilməsinə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - Mülki Məcəllənin 567, 600 və 601-ci maddələri düzgün tətbiq edilməyib. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi, həmin müqavilənin hansı şərtlərdə olması tam sübuta yetm əyib. Qeyd edilə halları təsdiq edən şahidlər iddiaçının yaxın adamlarıdır, iddiaçıdan asılıdırlar. b)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmal ıdır. Maddə 427.1 Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzin in ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətin dən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyən ləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tu tulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. M addə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə işin müəyyən edilmiş haalrına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

32. İddia tələbi nisyə alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyərinin alınması barədədir.

33. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də tərəflər arasında nisyə qaydada xurma məhsulunun alqı-satqısı münasibətləri olmuşdur. İddiaçı cavabdehə 2020-ci ilin dekabr aylarında nisyə olaraq 12362 manat dəyərində xurma satıb, cavabdeh həmin məbləğin 5000 manatını iddiaçıya ödəyib. İddia olunan borc məbləği, tərəflər arasında 2020-ci ilin dekabr ayında ol an nisyə xurma alqı-satqısı ilə bağlı yaranan borc məbləğidir. İşin qeyd edilən halalrını cavabdeh də təkzib etməmişdir. Mübahisəli məqam 7362 manat pulun qaytarılmamasının səbəbi kimi iddiaçının cavabdehə keyfiyyətsiz məhsul verməsidir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi bu halı işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmişdir. Halbuki qanunverciciliyn tələbinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı kimi, cavabdeh də etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdən görünür ki, iddiaçı sübut etmə ilə bağlı öz üzərinə düşən vəzifəni cavabdehin özünün izahatı və şahid ifadələri ilə yerinə yetirsə də, cavabdeh sübut etmə ilə bağlı öz üzərinə düşənləri edə bilməmişdir.

34. Məhkəmə kollegiyası apellya siya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 22-23-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparmış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş, maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etmişdir.

35. Məhkəmə kollegiyası tərəflər arasında nisyə alqı-satqı müqaviləsi və bu müqavilənin hansı şərtlər çərçivəsində olmasının sübuta yetirilməməsi, bu barədə şahid ifadələrinə düzgün qiymət verilməməsi, şahidlərin iddiaçıdan asılı olması barədə dəlillərini qəbul etmir. Belə ki, işdən görünür ki, iddiaçının istinad etdiyi və şahidlərin təsdiq etdiyi halları cavabdeh özü də izahatında təkzib etməyib. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi, alınmış məhsulun dəyərinin sonradan ödənilməli olması və qismən ödəniş etməsini cavabdeh özü də etiraf etmişdir. Bu baxımdan, qeyd edilən halların düzgün qiymətləndirilməyən şahid ifadələri ilə müəyyən edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-174/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar