Məhkəmə qərarları › İş №2(102)-2899/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2899/2020

29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2899/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxx oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “işin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkə məsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən gördüyü işin qüsurları nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 20000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 20030 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)-1160/2017 nömrəli qətnaməsi ilə (hakim A.F.İbrahimov) iddia təmin edilərək, Cavabdeh 12000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli, 2(105)-218/2018 nömrəli qətnaməsi ilə (hakimlər L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, E.G.Rəhimov və S.A.Qafaridən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)1160/2017 nömrəli qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 8530 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-4762/2018 nömrəli qərarı ilə (hakimlər Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, E.R.Vəliyeva və Ə.Ə.Şadiyevdən ibarət tərkibdə) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018- cu il tarixli, 2(105)-218/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsi ilə (hakimlər G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, T.O.Quliyev və E.M.Əhməovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(067)1160/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAK İ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tədbiq edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında şərh olunmuş göstərişlər icra olunmamışdır. Məhkəmə cavabdehin Xaçmaz RİH-nin Tikinti və Memarlı Şöbəsinin mütəxəssis rəyi ilə razılaşmaması, iş üzrə alınmış ekspert və mütəxəssis rəylərinin əsassız olması nəzərə alınmamışdır. Tikinti cavabdeh tərəfindən iddiaçının göstərişi əsasında həyata keçirilmiş və sonuncu 7 il ərzində bununla bağlı narazılığını bildirməmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasın ın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarını, cavabdehin vəkilinin də məhkəmədə iştirak etmədiyini və cavabdehin xəstəliyinin nədən ibarət olmasına dair məhkəməyə sübutların təqdim olunmamasını nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı mül kiyyətində olan Xaçmaz şəhərində yerləşən 0,05 ha. torpaq sahəsində sonuncunun sifarişi ilə Cavabdeh tərəfindən yaşayış binasının inşasına başlanılmış, lakin tərəflər arasında narazılıqlar yarandığından, tikilinin inşası yarımçıq qalmışdır. İddiaçı tikintinin cavabdehin təqsiri üzündən qüsurlu olduğunu əsas gətirərək, ona vurulmuş ziyanın əvəzi olaraq 12000 manat məbləğində pulun tutulması ilə əlaqədar iddia qaldırmışdır. İş materiallarına birinci instansiyası məhkəməsində əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin xx xxxxx 2017-ci il tarixli, 122 saylı Mütəxəssis Rəyinə əsasən əraziyə baxış zamanı İddiaçı məxsus ünvan 1 ərazisində yarımçıq tikilmiş yaşayış evinin olduğu məlum olmuşdur. Belə ki, tikilinin 1-ci mərtəbəsi tikilmiş, dəmir beton kəməri çəkil miş və 2-ci mərtəbə hissəsində bəzi hissələrdə 40-60 sm. hündürlükdə mişar daşdan barı hörülmüşdür. Yaşayış evi tikinti norma və qaydaları çərçivəsində inşa edilməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikiləcək yaşayış evinin memarlıq planlaşdırma layihəsinin Məcəllənin 80.1-ci və 80.3-cü maddələrinin pozulmaması üçün yerli icra hakimiyyətinə təqdim olunduqdan və irad bildirilmədikdən sonra tikintiyə başlaya bilər. Buna görə də memarlıq-planlaşdırma layihəsi olmadığına və RİH-nə təqdim edilmədiyinə görə tikili qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tikilməmişdir. Həmçinin tikili tikilən zaman qonşu ilə ara məsafəsi saxlanılmamış, yaşayış evinin arxa barısı qonşu ilə sərhəd olan hasarın üzərində tikilmişdir. Şəhərsalma və Tikinti Məcəlləs inin 69.5.2-ci maddəsinə görə tikilinin divar hündürlüyünün 0,4 hissəsi qədər qonşu ilə ara məsafəsi saxlanılmalıdır. Yerində baxış zamanı həmçinin məlum olmuşdur ki, tikilinin 1-ci mərtəbəsinin üstündən çəkilmiş beton kəmər əyri vəziyyətdədir. Belə ki, beton kəmərin bünövrə ilə fərqi bir tərəfdən 11 mişar daşı hündürlüyündə olduğu halda, digər tərəfdən isə 12 mişar daşı hündürlüyündədir. Tikilinin arxa otaqlarının təbii işıqlanma üçün pəncərələri demək olar ki, yoxdur. Arxa otaqlardan ortada yerləşən otağın çölə açılan pəncərəsi və ya nəfəsliyi tamamilə yoxdur, digər iki kənar otağın isə giriş qapılarının üstündən nəfəslik üçün nəzərdə tutulan yerlər (framuqalar) qoyulmuşdur. Bu hallar Dövlət Şəhərsalma norma və qaydaları ilə təsdiq olunmuş Az.DNT 1.6-1 və Az.DNT 2.6-1 tələblərinin pozulm asına gətirib çıxarır. Bütün sadalananlar nəzərə alınmaqla binanın real vəziyyətinin qənaətbəxş olduğunu demək olmaz. İnşa edilmiş yaşayış evinin tikinti norma və qaydaları çərçivəsində inşa edilmədiyi üçün yaşayış evinin tamamilə sökülərək qonşu ilə sərhəddən qanunvericilikdə nəzərdə tutulmuş məsafəyə çəkilərək tikilməsi, həmçinin yaşayış evinin otaqlarının təbii işıqlandırılmasını təmin etməklə, yenidən tikilməsi məqsədəuyğundur. Bunun üçün təxmini hesablamalara görə yaşayış evinin sökülərək hazırki vəziyyətinə gətirilməsi üçün təxminən 12-14 min manat arası vəsait tələb olunur. İş üzrə birinci apellyasiya araşdırılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyinə əsasən ünvan 1 ərazisində yerləşən İddiaçı mübahisələndirdiyi tikilinin Azər baycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunur. Tədqiq olunan tikili üzrə aparılmış işlərin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 8530 manat məbləğində müəyyən olunur. Təkrar apellyasiya araşdırılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən ünvan 1 ərazisində yerləşən İddiaçı məxsus tikili tikint i texnologiyalarına uyğun inşa olunmadığı üçün, həmin tikilidə qüsurlar olmuş, yarımçıq tikilmiş yaşayış evində yaranmış qüsurları aradan qaldırmaq üçün sökülərək yenidən inşa olunmalıdır. Təkrar apellyasiya araşdırılması zamanı “S-X2 Mərkəzi” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, tikinti işlərinin yenidən aparılması üçün rəydə göstərilən nöqsanların aradan qaldırılması üçün evin tikilməsi üçün təxminən 10000-12000 manat vəsait xərclənə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının maddi vəziyyəti nəzərə alınaraq cavabdehdən tutulacaq məbləğ 12000 manat civarında təmin edilməlidir. Həmçinin həmin məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti nin dəlilləri ilə razılaşmaq olmaz, apellyasiya şikayətində qətnamənin ləğv olunmasını qeyd etsə də, cavabdeh bunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, onun tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəri lməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tər əfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məh kəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2018-ci il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 21-ci madəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Kassasiya instansiyası mə hkəməsi həmin qərarında göstərmişdir ki, iş üzrə təkrar ekspertizanın keçirilməsi zəruriliyi müzakirə edilməli, iddianın hüquqi əsasını təşkil edən qanunvericilik normaları mübahisəyə düzgün tətbiq edilməklə, apellyasiya şikayətinin dəlilləri baxımından iddiaçının iddiaçının əsası, cavabdehin isə iddiaya olan etirazının əsas kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüquqi qiymət verilməli, tərəflər arasında öhdəlik münasibətlərinin olub-olmaması araşdırılmalı və s. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Lakin işə təkrarən apellyasiya qaydasında baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərini qismən icra etsə də, müəyyən olu nmuş hallara uyğun olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Belə ki, cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, onun tərəfindən icra olunmuş işlər qüsurlu deyildir, tikilidə çatışmazlıqlar olsa da, bunlar onun təqsiri ucbatıdan yaranmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamədə cavabdehin həmin dəlillərinə ümumiyyətlə münasibət bildirməmiş, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv etmək tələbini əsaslandıra bilmədiyini göstərmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinin natamam və ziddiyyətli olmasını nəzərə almamışdır. Belə ki, həmin rəyə əsasən mübahisələndirilən tikiliyə baxış zamanı tikilinin tikinti texnol ogiyalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Ekspert rəyində qüsurlar 3 qrupa bölünmüşdür: 1. tikilinin qapı boşluğu 0,6x1,6 m və 0,8x1,6 m ölçüdə qoyulmuş; 2. tikilinin torpaq səthindən səviyyə hündürlüyü fərqli olmaqla, arxa hissəsi 2,18 m, orta hissəsi 2,3 m, qarşı tərəfin hündürlüyü 2,4 m təşkil edir, 3. tikilinin ikinci mərtəbəsinin səviyyə hündürlüyü antiseysmik kəmədən sonra mişar daşı ilə düzəldilmişdir. Bununla belə, ekspert rəyində həmin qüsurların aradan qaldırılması üçün tikilinin tam sökülməsinin zərurəti əsaslandırılmamışdır. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh həm əvvəlki şikayətlərində, həm də ekspert rəyi verildikdən sonra məhkəməyə ünvanladığı teleqram və ərizəsində gördüyü işin qüsurlu olmadığını, tikilinin birinci mərtəbəsinin üstündən çəkilmiş beton kəmərini n düz olduğunu, beton kəmərinin bünövrə ilə fərqinin isə yerin əyriliyi, axımın olması ilə izah olunduğunu, ekspert rəyinin əsassız olduğunu göstərmişdir. Ekspert rəyində isə qüsurlardan biri kimi tikilinin müxtəlif hissələrinin torpaq səthindən səviyyə hündürlüyünün fərqli olmasını göstərilsə də, tikilinin bünövrəsinin düz qoyulub-qoyulmaması və tikilinin hündürlüyünün həmin bünövrəyə uyğun olmasına dair tədiqiqat aparılmamışdır. Nəhayət, apellyasiya instansiyası məhkəməsi iddiaçıya vurulmuş maddi ziyanın məbləğini 12000 manat civarında müəyyən edərkən, iddiaçının maddi vəziyyətini nəzərə almışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi, maddi zərərin ödənilməsi zamanı zərər vurulan şəxsin maddi vəziyyəti önəmli deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ərazisində yarımçıq tikilmiş yaşayış evində yaranmış qüsurları aradan qaldırmaq üçün sökülərək yenidən inşa olunmalıdır. Bu səbəbdən də, inşa olunmalı tikilinin dəyərini müəyyən etmək üçün görülməli işin həcminə və istifadə olunmalı materiallara dair smeta sənədləri təqdim olunduqdan sonra müəyyən oluna bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan işlərin görülməsi üçün 12000 manat xərclənməsini əsaslı hesab etmişdir. Lakin nəzərə almamışdır ki, iş üzrə birinci apellyasiya araşdırılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyində tədqiq olunan tikili üzrə aparılmış işlərin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyərinin 8530 manat məbləğində olması qeyd olunmuşdur. Tikintinin bazar dəyərinə istifadə olunan materialların dəyəri də daxil edildiyi üçün, həmin tikilinin sökülərək yenidən inşa edilməli olması əsaslı hesab olunsa da, materialların bir hissəsinin təkrar istifadəyə yararlı olduğu halda, onların dəyərinin vurulmuş zərərdən çıxılmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan nəticəyə gələrkən həmçinin apellyasiya instansiyası məhkəməsin in nəzərinə çatdırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-cu il tarixli, 2(105)-218/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan zərərin əvəzi 8530 manat məbləğində müəyyən edilmiş, həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qətnamə cavabdehin kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş və sonuncunun dəlillərinin araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş tikilinin qüsurlarına görə cavabdehin məsuliyyət daşıyıb daşımaması məsələsinə hüquqi qiymət verilməli, daşıdığı halda vurulmuş ziyanın məbləği müəyyən edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-316/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar