Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2899/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı şəhəri, 22 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2190/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 iyul 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2016-cı ildə Cavabdeh ilə evlənmiş və həmin nikahdan onların 09 iyul 2017-ci il təvəllüdlü Mələk adlı uşaqları doğulmuşdur.
2. Zaqatala Rayon Məhkəməsinin 10.07.2019-cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 14 sentyabr 2016-cı il tarixli, **** nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan 09 iyul 2017-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh ödənilm əsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı 22.07.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və himayəsində olan valideynlərinin xəstəliklərini, o cümlədən onların müayinəsi və müalicəsi zamanı çəkilən aylıq xərclərin tərəfindən ödənilməsi nəzərə alınaraq, alimentin 2020-ci il üçün olan yaşayış minimumuna uyğun 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, öz valideynləri ilə birlikdə yaşayır. Atası və anası uzun müddətdir müxtəlf xəstəliklərdən müalicə olunur. Özü də beynində olan xəstəliklərdən əziyyət çəkir.
5. Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(033)-809/2020 nöm rəli qətnаməsi ilə (hakim E.H.Məmmədov) iddiа təmin edilərək, 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi, həmin məbləğin hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla İddiaçı alınaraq 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı RİHBnin Yeni Suraxanı qəsəbəsi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibi atası Hacıy ev Məzahir Məmmədcan oğlu və anası X1 ibarətdir. X2 Məzahir Hacıyev barəsində verdiyi 05 fevral 2019-cu il tarixli “Karotis və Vertebral arteriaların rəngli doppler USM”-dən görünür ki, bilateral vertebral ekstrakranial görünə bilən seqmentlərində ateroskleritik düzənsizlik diaqnozu ilə xəstədir. X5 16 iyul 2020-ci il tarixli elektroensefaloqramma müayinəsindən görünür ki, İddiaçı müayinəsi zamanı onda “ritmin təşkili diffuz xarakterlidir, alfa dalğalar dominantdır 8-9 Hz, zəif ifadəli və bir qədər deformasiya olunmuşdur. Alin-mərkəz hıssəsində diffuz sürətli fəaliyyət (aşagi tezlikli 14-16Hz, ampİitudalı-15mkV) indeksini artırdı. Mərkəz- Gicgah nahiyədə sinxronlaşmış teta-delta - atmalar izlənilir (yayılma tendensiyası ilə). Fotostimulyasiya zamani fotoparoksizmal reaksiyasi izlənmədi. HP V 2 dəqiqə aparanda reaktiv dəyişiklik güclənir. Baş beyinin diffuz dəyişikləri fonunda diensefal strukturların pozğunluğu qeyd olunur.Tipik Epi-aktivlik izlənmir” müəyyən olunmuşdur.
7. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, Zaqatala rayon məhkəməsinin 17.07.2019-cu il tarixli 2(033)-749/2019 nömrəli qətnaməsi ilə 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh xeyrinə tutulmasına qərar verilmişdir. Lakin bu qətnamə verilərkən iddiaçının himayəsində valideynlərinin olması, özünün və valideynlərinin hər ikisinin də xəstə olaraq müalicə olunması nəzərə alınmamışdır. Digər tərəfdən məhkəmə onu da xatırladı r ki, ailə qanunvericiliyinin tələbləri baxımından uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(107)-2190/2020 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) cavabdehin аpelyаsiyа şikаyəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(033)-809/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı alimentin 2020-ci il üçün olan yaşayış minimumuna uyğun olaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiаsının təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə kolleg iyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici Ailə Məcəlləsinin 78.1-ci maddəsində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin val ideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
11. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
12. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı Zaqatala Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsinin giriş hissəsində “aliment miqdarının azaldılması”nı göstərsə də, ərizənin nəticə hissəsində “onun və himayəsində olan valideynlərinin xəstəliklərini, o cümlədən onların müayinəsi və müalicəsi zamanı çəkilən aylıq xərclərin tərəfindən ödənilməsi nəzərə alaraq alimentin 2020-ci il üçün olan yaşayış minimumuna uyğun olaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Ərizənin məzmununda isə Zaqatala Rayon Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı aylıq qazancının ¼ hissəsi məbləğində alimentin ödənilməsinin qət edildiyi və həmin alimentin 2020-ci il üçün olan yaşayış minimumuna uyğun olaraq 170 manat sabit pul məbləğində müəyyən edilməli olması göstərilmişdir. Zaqatala Rayon Məhkəməsi də 31 avqust 2020-ci il tarixli, 2(033)809/2020 nömrəli qətnаməsi ilə iddiаnı təmin etmiş, 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 17.0 7.2019cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsini, həmin məbləğin hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla İddiaçı alınaraq 09 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Mülki işin materiallarında isə Zaqatala Rayon Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsi deyil, 10.07.2019-cu il tarixli, 2(033)-749/2019 nömrəli qətnaməsi vardır ki, həmin qətnamə ilə də, İddiaçı aylıq qazancının ¼ hissəsi məbləğində alimentin ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə birtərəfli yanaşmış, iddiaçının himayəsində olan valideynlərinin xəstəliklərini, onların müayinəsi və müalicəsi zamanı çəkilən aylıq xərclərin onun tərəfindən ödənilməsini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnamə si qəbul edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin mqdarının azaldılması üçün “tərəflərdən istənilən birinin tələbi” deyildikdə təkcə aliment alan deyil, eyni zamanda aliment verən şəxs də nəzərdə tutulur. Həmçinin alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olması müəyyən edilməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsiri nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzrlü səbəb göstərmədən ic lasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə
34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludur. Maddə
76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdar ı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə
78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə
112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ai lə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Kassasiya baxışının hədləri
21. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 24.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir.
25. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 26.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020-ci il tarixli, 2(107)2190/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.