Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2903/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(027)1470/2019, hakim X.Q.Tağıyev) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli daşınmaz əm lakın alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-4125/2019, hakimlər G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh Quba rayonu, Afurca kəndi ərazisində yerləşən ümumi sahəsi 0,245 ha olan torpaq sahəsinin 0,1 ha hissəsini 1.000 manata satmışdır. X1 və İddiaçı Cavabdeh qarşı xx xxxxx 2017-ci il tarixli alqı-satqı satqı müqaviləsinin etibarsız hesab e dilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilərək Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. xx xxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanan Quba rayonu Afurca kəndi ərazisində yerləşən ümumi sahəsi 0,245 ha olan torpaq sahəsinin 0,1 ha hissəsinin 1000 manata satılması barədə xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən iddiaçının müqavilə bağlandıqdan 1 il 17 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsini ümumiyyətlə satmaq niyyəti olmadığına, torpaq sahəsinin bazar dəyəirinin daha yüksək olduğu halda, həmin torpaq sahəsinə dair cavabdehlə bağlanmış alqı-satqı müqaviləsində torpaq sahəsinin qiymətinin 1.000 göstərildiyinə və ümumiyyətlə cavabdehin torpaq sahəsinə görə ona hər hansı məbləğ ödəmədiyinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə mür aciət etdiyinə, lakin məhkəmə qətnaməsi ilə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar olmadığına, lakin sadalanan halların müqavilənin ləğvi üçün əsas hesab edildiyinə istinad edərək cavabdehlə aralarında bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zə rər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Deməli, müqavilə tərəfi müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik olmaqla, digər tərəf müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda həmin hüququnu realizə edə bilər. İddiaçının ləğvini mübahisələndirdiyi müqavilə alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, alqı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, əş yanı alıcının mülkiyyətinə vermək satıcının vəzifəsi, onun dəyərini ödəmək isə alıcının vəzifəsidir. Deməli, hazırda mübahisələndirilən müqavilə üzrə torpaq sahəsinin dəyərinin ödənilməsi müqavilənin əsas şərtidir. Müqavilə tərəfi olan alıcı razılaşdırılmış dəyəri ödəməmişdirsə və ödəməkdən yayınırsa, digər tərəf müqavilənin ləğvini tələb edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 74-cü maddəsinə əsasənDaşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə hə yata keçirilir. Alqı-satqı müqaviləsinin predmeti olmuş torpaq sahəsinin dəyərinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Bununla bərabər, həmin məbləğin cavabdeh tərəfindən digər formada iddiaçıya ödənilməsi barədə hər hansı sübut yoxdur, əksinə cavabdeh bundan əvvəlki məhkəmə mübahisəsi zamanı torpaq sahəsinə görə iddiaçıya hər hansı bir məbləğ ödəmədiyini etiraf etmişdir. Cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə dəlillərinə gəldikdə isə, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2903/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2903/2020
20.05.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver